Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə4/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   2   3   4   5   6   7   8   9   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

13 


 

(çöl ağcaqayını, toz, titrək qovaq və s.), meyvəçilikdə isə tumlu (alma, 

armud), çəyirdəkli (gavalı. albalı), qərzəkli (püstə, badam, qoz, şabalıd, 

fıstıq). A.c. ayırırlar. 



AĞAC KÖMÜRÜ –  A.k. böyük məsaməliyə, inkişaf etmiş  səthə 

malikdir, ona görə  də qaz və mayedə  həll olan bəzi maddələri udmaq 

(adsorbsiya etmək) qabiliyyətinə malikdir. A.k.-nün sıxlığı vahiddən 

yüksək olub 1.25 q/sm

–a yaxındır. 



AĞACDƏLƏNKİMİLƏR  (Piciformes) – quşlar sinfinin bir 

dəstəsi. 6 fəsiləyə ayrılır. 400-ə qədər növü var. Həşərat, həşərat sürfəsi, 

quş yumurtası, meyvə, giləmeyvə və toxum yeyir. 

Ağacdələnlər  (Picidae)  fəsiləsinin Azərbaycanda 7 növü (qara A., 

yaşıl A., iri ala A., orta ala A., xırda ala A., Suriya A.-i, ilanboyun A.) 

var. 

AĞACLARIN HALQALANMASI – ağacların qabığı  və 

floyemasının (alt qabıq) kəsilib çıxarılması, kambi qatının zədələnməsi. 

120-200 yaşlı  şərq palıdı  ağaclarının halqalanmasına Kəlbəcər, Laçın, 

Daşkəsən, Gədəbəy və digər meşə  təsərrüfatlarının yuxarı dağ-meşə 

zonasında rast gəlinir. Qanunsuz olaraq bu yolla ağaclar qurudularaq 

ayrı-ayrı adamlar tərəfindən məhv edilir. 



AĞCAQAYIN FƏSİLƏSİ (Aceraceae) – Avropada, Orta Asiyada

Şərqi Asiyada, Mərkəzi və  Şimali Amerikada 150 növü yayılıb.  Ən 

geniş yayılmış cinsi ağcaqayındır. 

Ağcaqayın cinsi  (Acer) – Asiya və Avropada 120 növü, Qafqazda 

13, Azərbaycanda 7 növü məlumdur. Çöl ağcaqayını  (A. campestre)

nəhəng və ya məxməri ağcaqayın (velutinum), gözəl ağcaqayın (A. Lae-

tum), Trautvetter ağcaqayını  (A. Traytvettery), yalançı çinaryarpaq 

ağcaqayın  (A. Pseudoplatanus), Hirkan ağcaqayını  (A. Hyrcanum)

İberiya ağcaqayını  (A. ibericum), çinaryarpaq ağcaqayın  (A. 

platanoides), göyrüşyarpaq ağcaqayın  (A. negundo)  və Tatar ağcaqayını 

(A. Tataricum). 

 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

13 


 

 

Sivriyarpaq ağcaqayın 

 

 

Trautvetter ağcaqayını 

 

 

AĞIR METALLAR – xüsusi çəkisi 4,5 q/sm

3

-dan artıq olan 



kimyəvi elementlər. 40-dan artıq –qurğuşun, kadmium, civə, sink, 

molibden, marqans, nikel, titan, kobalt, mis, vanadium, qalay və b. 

A.m.-ın tərkibində insanın həyatı üçün vacib olan metallar (sink, 

dəmir, marqans, mis) və orqanizm üçün toksik maddələr (kadmium, 

civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib olan A. 

m.-ın konsentrasiyası artıq olduqda onlar insan üçün təhlükəli olur. 

İnsanın sağlamlığı üçün təhlükəliyinə görə A.m. 3 sinfə bölünür: I sinif 

– arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink; II sinif – 

kobalt, xrom, mis, molibden, nikel, antimon; III sinif – vanadium, 

barium, volfram, marqans, stronsium. A.m. ətraf mühitə çirkab suları, 

sənaye müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi 

daxil olur. 



AĞIR METALLARLA ÇİRKLƏNMƏ  Yer səthində qurğuşun

civə, kadmium və digər ağır metalların lokal, regional və qlobal toplan-

ması. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

14 


 

AĞQANADLILAR (Aleyrodinea) – bərabərqanadlılar (Homoptera) 

dəstəsindən həşərat yarımdəstəsi. Azərbaycanda 8 növü məlumdur. Bir 

çox növü sitrus, tərəvəz, meşə, istixana və oranjereya bitkilərinin zərər-

vericisidir. A. yarpaqların alt tərəfində yaşayır, kölgə  və  nəm yerlərdə 

ona daha çox təsadüf edilir. Mübarizə  tədbirləri: bitkilərə insektisidlər 

çilənir, oranjereyalar dezinfeksiya olunur. 



AXAR GÖL – bulaqlardan su qəbul edən və axarı olan göl. 

 

AXAR SU HÖVZƏSİ – su gəliri və çıxarı (axımı) olan su hövzəsi 

(sututarı). 

AXIM MODULU – çay hövzəsinin səthindən vahid zamandakı 

axımın orta miqdarı. L (san-km

2

) ilə ifadə olunur. Eroziya prosesini sə-



ciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb 

axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı mate-

rialların axım modulu) 1 km

sutoplayıcı sahədən axan sülb axının tonla 



miqdarıdır. 

AXIMIN NİZAMLANMASI – yamaclarda axımın maksimum zəif-

lədilməsi və torpağa hopdurulması üçün həyata keçirilən müxtəlif təd-

birlər sistemi. Axımın nizamlanması üçün yamaclarda müxtəlif aqrotex-

niki, fitomeliorativ tədbirlər həyata keçirilir, müxtəlif hidrotexniki 

qurğular tətbiq edilir.  

AXMAZ – çayın  əyri-üyrü axıb öz yatağını düzəltməsi nəticəsində 

qismən və ya tamamilə ayrılmış hissəsi. A.-lar ilk dövrdə göl şəklində 

olur və çay daşqınları ilə qidalanır. A. çay daşdığı zamanı su olmadıqda 

tədricən bataqlığa çevrilir və quruyur. Mingəçevir su anbarı tikilənədək 

Kür çayının aşağı axınında A.-lar çox idi. Hazırda  əksəriyyəti 

qurudulmuşdur. 




Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə