Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə5/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   2   3   4   5   6   7   8   9   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

15 


 

Axmaz 

 

AGELİOFİLLƏR – işıqsız  şəraitdə yaşayan heyvanlar (mağarada, 

dənizin dərinliklərində). 



AKARİSİDLƏR (yun. akari - gənə) – ziyanlı gənələri məhv etmək 

məqsədilə istifadə edilən kimyəvi maddələr. 



AKKUMULYASİYA (GEOLOGİYA)  (lat. Accumulatio - 

toplanma)  – axar su, buzlaq, dəniz, külək və vulkanların geoloji fəa-

liyyəti nəticəsində çöküntü, mineral və üzvü qalıqların quruda və su 

hövzəsinin dibində yığılması. A.-nı yaradan geoloji amildən asılı olaraq 

su, külək, buzlaq və s. A-lar olur. A. nəticəsində akkumlyativ relyef 

əmələ gəlir. 

AKKUMLYATİV DÜZƏNLİKLƏR – qurunun keçmişdəki çökək 

sahələrinin çayların gətirdiyi materiallarla (çınqıl, qum, qumdaşı, gil və 

s.) buzlaq çöküntüləri ilə, vulkan püskürmələri məhsulları  və eol 

çöküntüləri ilə dolması nəticəsində əmələ gələn düzənliklər. 



AKLİMAKS – biotik və abiotik mühitin dəyişkənliyi nəticəsində 

biosenozun davamsızlıq vəziyyəti. 



AKRODENDROFİL HEYVANLAR – 

əsasən ağacların 

çətirlərində yaşayan orqanizmlər. (müxtəlif həşəratlar, çətirlərdə yuva 

quran quşlar və s.). 



AKROFİL BİTKİLƏR  – dağ-alp zonasını üstün tutan bitki 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

16 


 

qrupları. 



AKSELERASİYA  – fərdlərin böyümə  və yetişməsinin kəskin 

tezləşməsi, həmçinin onların ölçüsünün artması.  İnsan cəmiyyətində 

akselerasiya onu əhatə edən ətraf mühitin kompleks faktorlarının təzyiqi 

altında gedir. 



AKTİNOMETRİYA (yun. aktis - şüa) – 1) işığın intensivliyinin öl-

çülməsi; 2) meteorologiyanın atmosfer şəraitində günəş, yer və atmosfer 

şüalanmasını öyrənən bölməsi. 

AKTİV TEMPERATUR – bu və ya digər bitki və heyvan 

növlərinin yayılmasını təyin edən temperaturlar. 



AKTİVLƏŞDİRİLMİŞ KÖMÜR – məsaməli strukturlu yüksək 

dərəcəli adsorbsiyalı kömür. Havada və suda olan zərərli maddələrin 

udulması üçün süzgəclərdə (filtrlərdə) istifadə olunur. 

AKTİVLİK SƏRHƏDİ – aktiv həyat mümkün olan hədd daxilində 

hər hansı bir faktorun optimal zonası. 



AKULTUR LANDŞAFT – insanın səmərəsiz fəaliyyəti nəticəsində, 

yaxud qonşu landşaftın əlverişsiz təsirilə əmələ gələn landşaft. 



AKUSTİK TRAVMA – eşitmə orqanlarının həddən artıq güclü 

səsin təsirindən zədələnməsi. A.t. nəticəsində daxili qulaqda baş verən 

ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur. 

Profilaktikası: istehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər. 



AKVAKULTURA (lat. agua - su) – su mühitində yetişdirilən faydalı 

orqanizmlər, o cümlədən marikultura (dəniz akvakulturası) – dəniz, liman 

və estuariyalarda faydalı yosun, malyusk, balıq və digər orqanizmlərin 

yetişdirilməsi. 



 

 AKVATORİYA  (yun. Agua – su) – su səthinin müəyyən bir 

sahəsi. 


AQAMİYA – cinsi prosesin yox olması. 

AQLOMERASİYA – olduqca çoxlu miqdarda insanların, 

heyvanların, yaşayış  məntəqələrinin və s.-nin toplanması, sıxlaşması. 

Adətən, A. – neqativ ekoloji əhəmiyyət daşıyır. 

AQREQASİYA (yun. aggrego – birləşdirirəm) müxtəlif və eyni 

canlı orqanizmlərin bir yerə toplanması (yığılması). Heyvanlar 

(həşəratlar, balıqlar, quşlar, müxtəlif məməlilər) A-dan yem əldə etmək, 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

17 


 

yırtıcılardan və  əlverişsiz mühit şəraitindən mühafizə olunmaq üçün 

istifadə edirlər. 

AQRESSİV SU – metal, beton və s-nin dağılmasına səbəb olan 

tərkibində kimyəvi maddələr saxlayan su. Tərkibində xlorid, sulfat 

turşusu və amonyak duzları olan su xüsusilə aqressiv sayılır. 

AQRİKULTUR LANDŞAFT, K.T. LANDŞAFTI  – səpin,  əkin, 

bağ və meşə əkinlərindən ibarət landşaft. 



AQROBİOGEOSENOZLAR (AQROBİOSENOZLAR, 

AQROSENOZLAR)  – insan tərəfindən dəyişdirilən və ya yaradılan 

törəmə biogeosenozlar (tarla, bostan, bağ, üzümlük, meşə plantasiyaları, 

qoruyucu meşə zolaqları, güllük və s.). A. qurunun 10

%-ə kimi olub 

qida enerjisinin 30

%-ni təşkil edir. 



AQROBİOLOGİYA – biologiya sahəsində bitkiçiliyə  və 

heyvandarlığa bilavasitə aid olan biliklər məcmusu. 



AQROFİZİKA  – AQRONOMİK FİZİKA – bitkilərin xarici 

mühit  şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat me-

todlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs 

edən elm. 



AQROFİTLƏR – kənardan gətirilərək (introduksiya olunan) 

aqrobiosenoz kimi becərilən bitki növləri. 



AQROFİTOSENOZLAR – İnsan tərəfindən səpin və ya əkinlə 

süni yaradılan bitki qrupları. A.-nın tərkibinə  mədəni və alaq bitkiləri 

daxil olur. Taxıl, tərəvəz, meyvə və texniki bitkilərin səpini və əkini A.-

ra misal ola bilər. A. mədəni fitosenozun ayrıca tipi olub 

aqrobiosenozun əsasını təşkil edir. 

AQROGEOLOJİ RAYONLAŞMA – A.r. taksonomik vahidlərin 

iyerarxiya sistemi üzrə aparılır və aqroekoloji sinif, aqroekoloji vilayət, 

aqroekoloji rayon, aqroekoloji yarımrayon, aqroekoloji qrup kimi 

bölgülərə malikdir. 



–  Aqroekoloji sinif – zonal torpaq tipinin və ya bir neçə tipin 

üstünlüyü ilə səciyyələnən üfüqi və ya şaquli istiqamətdə yayılmış ərazi 

respublikamızda iki sinif – dağlıq ərazilər və düzənliklər ayrılır. 

– Aqroekoloji vilayət  – Aqroekoloji sinif daxilində iri oroqrafik 

elementlərin, üfüqi və şaquli horizontallığı ilə seçilən ərazi vahidi. 



Aqroekoloji rayon – kompleks aqroekoloji şəraiti (torpaq 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə