Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə7/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   2   3   4   5   6   7   8   9   10   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

20 


 

bitkinin inkişafı üçün şərait yaxşılaşır, onun məhsuldarlığı yüksəlir. 

Otlaqlarda meşə zolaqları üçün şəraiti   yaxşılaşdırır, qumluqları  

bərkidərək istifadə olunmayan torpaqları  kənd təsərrüfatı dövriyyəsinə 

daxil etməyə imkan yaradır. 

AQRONOMİYA – kənd təsərrüfatı bitkilərinin becərilməsi 

üsullarını  və qanunlarını  tədqiq edən elmi fənnlərin (əkinçilik, 

aqrokimya, aqrofizika, bitkiçilik, seleksiya, toxumçuluq, fitopotologiya, 

kənd təsərrüfatı entimologiyası, bitki mühafizəsi, kənd təsərrüfatı 

meliorasiyası) məcmusu. 

AQROSENOLOGİYA – aqrosenozlar haqqında elmi fənn. 

 

AQROSENOTİK POPULYASİYA  – aqrosenozlarda mədəni 

növlərin və sortların fərdlərinin məcmusu. 



AQROSTOLOGİYA – botanikanın otları öyrənən sahəsi; otlar 

haqqında elm. 



AQROTEXNİKA – kənd təsərrüfatı bitkilərinin becərilməsi 

qaydaları sistemi, əkinçilik texnologiyası. A.-nın vəzifəsi – məhsul 

vahidinə minimum əmək və vəsait sərf etməklə k.t. bitkilərindən yüksək 

məhsul alınmasını  təmin etməkdir. A.-ya torpağın gübrələnməsi, 

becərilməsi, toxumun səpinə hazırlanması, səpin və  əkin,  əkinlərə 

qulluq, k.t. bitkilərinin xəstəlik və ziyanvericiləri ilə mübarizə, məhsul 

yığımı, həmçinin torpaq səthinin hamarlanması, suvarma və s. daxildir. 

ALACƏHRƏLƏR  (Janiidae) –sərçəkimilər dəstəsinin quş  fəsiləsi. 

67 növü məlumdur. Həşərat, xırda sürünənlər, siçanabənzər gəmiricilər

xırda quşlar və quş balaları ilə qidalanır. Azərbaycanda 4 növü var: adi 

A., alnıqara A., qırmızıbaş A. və boz A. Kənd təsərrüfatı  və meşə 

təsərrüfatı ziyanvericilərini qırdığı üçün xeyirlidir. 

ALAQ  – Becərilən bitkilər arasında özbaşına bitən bitki. 

Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı  və yonca sahələrində 

müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz 

əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. A. əkinçiliyə böyük 

zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, 

işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait 

yaradır; becərməni, məhsul yığımını  çətinləşdirir; A-lı yerlərdə  kənd 

təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

21 


 

Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə 

əsas yer tutur. 

ALARMİZM  – insanın təbiətə  təsiri nəticəsində  əmələ  gələn 

təhlükəli vəziyyəti aradan qaldırmaq üçün “təbiət-cəmiyyət” sisteminin 

optimallaşdırılması üçün təcili olaraq həyata keçirilən həlledici 

tədbirlərin zəruriliyi. 



ALBEDO  (lat. Albedo - ağlıq)  – səthin işıqqaytarma qabiliyyətini 

səciyyələndirən kəmiyyət. Səthdən  əks olunan işıq selinin həmin səthə 

düşən selə nisbəti ilə ölçülür. 

Astronomiyada A. beş növdür və onlara özü işıq saçmayan göy 

cisimlərinin xarakteristikası kimi baxılır: müstəvi A., sferik A., həndəsi 

A., təsviri A. və görünən A. 

Yerin, okean və  dənizlərin vizual müstəvi A-su 0,03, təzə qarla 

örtülmüş səthin və buludlarınkı 0,9, yaşıl bitki örtüklərininki 01-03-dür. 



ALGİSİDLƏR – Arzu olunmayan alqofloranı  məhv etmək, 

həmçinin suyun “çiçəkləməsi” ilə mübarizə məqsədilə işlədilən kimyəvi 

maddələr. A. kimi çox vaxt mis-sulfat, ammiakat-mis və istehsalat sidik 

cövhərindən (diuron, majuron və s.) istifadə edilir. 



ALKOQOLİZM  – spirtli içkilərdən sui-istifadə etmək; insanın 

sağlamlığına və iş qabiliyyətinə mənfi təsir göstərir. 



ALKOLOFİLLƏR – qələvi mühiti üstün tutan (su. torpaq) 

orqanizmlər. 



ALQOLOGİYA – Botanikanın yosunları öyrənən  sahəsi. 

ALKOLOİDLƏR – tərkibində azot olan qələvi xassəli, adətən bitki 

mənşəli üzvi maddələr. (kofein, efedrin, atropin, kinə və s.) A. fizioloji 

aktiv birləşmələrdir. A.-in çoxu qiymətli dərman maddəsidir: bəziləri 

güclü zəhərdir. 



ALLAXORLAR (allo və yun. – choreo – hərəkət edirəm) – Külək 

(anemoxorlar), su (qidroxorlar), heyvan (zooxorlar) və insan 

(antropoxorlar) vasitəsilə yayılan bitkilər. 

ALLELOPATİYA  (yun. allelon - qarşılıqlı)  – bitkilərin müxtəlif 

maddələr ifraz etməsi nəticəsində bir-birinə  təsir göstərmələri. Dörd 

qrup belə maddə  məlumdur.  İki qrupunu mikroorqanizmlər  əmələ 

gətirir; bunlar başqa mikroorqanizmlərin fəaliyyətini dayandıran 

antibiotiklər və ali bitkilərə  təsir edən marazminlərdir (soldurucu 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

22 


 

maddələr). Digər iki qrupun maddələrini ali bitkilər ifraz edir, bunlar 

mikroorqanizmlərin fəaliyyətini boğan fitonsidlər və ali bitkilərin 

inkişafını  ləngidən kolinlərdir. Kənd təsərrüfatı bitkilərinin 

becərilməsində (növbəli əkin, qarışıq əkinlər üçün bitki seçilməsi və s.) 

A-nı nəzərə almaq lazımdır. 



ALLERGENTLƏR – ətraf mühitdən orqanizmə daxil olub, onda 

səciyyəvi antitel əmələ gətirən maddələr. 



ALLERGİYA  – orqanizmin hər hansı maddəyə qarşı  həddən artıq 

həssaslığı. Son illərdə  ətraf mühitin çirklənməsilə  əlaqədar allergiya 

genişlənib. 

ALLOGEN SUKSESSİYA  (yun. allos - başqası)  ekzogen 

dəyişilmə, ekzogenez, ekzogenetik suksessiya – fiziki-kimyəvi, 

geokimyəvi, geoloji, antropogen və s.-nin xaricdən təsiri nəticəsində 

qruplaşmanın inkişaf prosesi. Konsepsiya L.Q.Ramenski (1938), 

V.N.Sukaçev (1942, 1954), V.D.Aleksandrovanın (1964) işləri əsasında 

T.A.Rabotnov (1983) tərəfindən geniş işlənib hazırlanmışdır. 



ALLOXTONLAR  – təkamül prosesində müəyyən yerdə  əmələ 

gəlib sonralar başqa yerlərə yayılmış orqanizmlər. 



ALLOPATRİK  İZOLYASİYA  – bir-birindən sahəcə ayrılan 

populyasiyalar arası izolyasiya, mikrotəkamülün aparıcı mexanizmi 

hesab olunur. 

ALLOTROF GÖL – biogen mineral və üzvi maddələri,  əsasən 

sutoplayıcı sahədən qəbul edən göl. 



ALLÜVİ  (yun. alluvio - gətirmə)  – daimi və müvəqqəti çayların 

çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. A-də bitki 

və heyvan qalıqları da olur. 

ALLÜVİAL OVALIQLAR (VƏ YA DÜZƏNLİKLƏR)  – çay 

çöküntülərindən  əmələ  gəlmiş düzənliklər. Lombardiya, Qanq, Böyük 

Çin və Kür-Araz ovalıqları  əsas etibarilə allüvial çöküntülərdən  əmələ 

gəlmişdir. 



ALP ZONASI – Dağlıq ölkələrdə hündürlük landşaft zonası olub 

meşə  və subalp zonalarından yuxarıda yerləşir. A.z.-nın bitki örtüyü 

alçaq temperatur, qısa vegetasiya dövrü şəraitində  əmələ  gəldiyi üçün 

gövdəsi qısa, boyu alçaq və yarpaqları  xırda olur. Alp bitki örtüyü 

Azərbaycanın Böyük və Kiçik Qafqaz dağlarında yayılıb yüksək 



Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə