Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə8/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   4   5   6   7   8   9   10   11   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

23 


 

qoruyucu rol oynayır. Alp çəmənliklərindən yay otlaqları kimi istifadə 

edilir. 

ALTERASİYA – ətraf mühitdə üzvi maddələri (qida, kağız, 

oduncaq, dəri və s.) parçalanmaya (çürüməyə) yönələn fiziki, kimyəvi, 

bioloji və b. təbii proseslər. A. nəticəsində elementar kimyəvi 

birləşmələr (üzvi maddələri təşkil edən) yenidən bioloji dövrana 

başlayır. 

ALTERNATİV ENERGETİKA  – enerjinin ənənəvi (kömür, neft, 

qaz) olmayan günəş, külək, qabarma-çəkilmə geotermal və s. 

mənbələrdən alınması. 

ALVAR  – çılpaq və ya yuxa torpaq qatı ilə örtülü əhəngdaşından 

ibarət meşəsiz sahə. 



AMENSALİZM (lat. mensa – süfrə, masa) – A.-də iki növ birlikdə 

yaşadıqda birinin təsirindən digəri zərər çəkir, növün biri isə nə ziyan

nə  də xeyir görür. Belə qarşılıqlı  əlaqə forması  ən çox bitkilərdə 

müşahidə edilir. Məsələn: fıstıq meşəsi altında bitən işıqsevər ot bitkiləri 

ağacların güclü kölgəsi altında sıxıntı keçirərək məhv olmağa doğru 

gedir, lakin bu «qonşuluğun» fıstıq ağacı üçün fərqi yoxdur. 



AMFİBİONTLAR  – həm quruda, həm də suda yaşamağa 

uyğunlaşan orqanizmlər. Bitkilər arasında (bəzi yosunlar, oxyarpaq, su 

qaymaqçiçəyi), heyvanlar arasında (amfibin) A.var. 

AMFİBİYALAR – onurğalı heyvanlar sinfi. Suda-quruda 

yaşayanlar. 



AMFİFİTLƏR  (yun. amphi - ətrafında)  – su hövzəsinin dibinə 

yapışan, yarpaq və çiçəklərinin çoxu suyun üzərində yerləşən su 

bitkiləri. 

AMFLİKASİYA  – orqanizmin ona kənardan olan təsirləri 

neytrallaşdırmaq qabiliyyəti. 



AMİLOFİL BİTKİLƏR – fotosintez nəticəsində əmələ gələn şəkəri 

nişastaya çevirən bitkilər. Bu nişasta bitkinin yarpaq və başqa 

hissələrində toplanır. Yaşıl bitkilərin  çoxu A. b.-dir. 

AMMONİFİKASİYA – tərkibində azot olan üzvi maddələrin (zülal, 

nuklein turşuları, sidik cövhəri və s.) mikroorqanizmlər tərəfindən 

parçalanıb sərbəst ammoniumun (amonyakın) əmələ gəlməsi prosesi; A. 

təbiətdə azotun dövranının mühüm mərhələsi olub torpağı azotun 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

24 


 

mənimsənilən forması ilə  zənginləşdirir. Orqanizmlərin fəaliyyəti və 

məhv olması  nəticəsində torpağa və su hövzələrinə çoxlu miqdarda 

tərkibində azot olan üzvi maddələr daxil olur. A. prosesi nəticəsində 

onlar minerallaşır və yenidən bitki və müxtəlif mikroorqanizmlər tə-

rəfindən mənimsənilə bilir. Yaxşı aerasiyalı neytral, kifayət qədər 

rütubətli torpaqlarda A. prosesi müvəffəqiyyətlə keçir. 

AMPEL BİTKİLƏRİ  – asma vazalarda (ampellərdə), dibçəklərdə 

və s. becərilən sallaq və ya sürünən gövdəli, gözəl yarpaqlı  bəzək 

bitkiləri. A.b. ilə otaqları, eyvanları, ictimai binaları, sütun, tağ  və 

postamentləri bəzəyirlər. 



AMPLİTUDA  (yun. amplituda - ölçü)  – hava temperaturunun və 

atmosfer təzyiqinin gündəlik, aylıq və ya çoxillik ən alçaq və ən yüksək 

göstəriciləri arasındakı  fərqi ifadə edən kəmiyyət. Məs., Bakıda 

yanvarda havanın orta temperaturu 3

°, iyulda isə 25°-dir. Deməli A. -

22-dir. 


ANA SÜXUR – bioloji və biokimyəvi proseslər, həmçinin insan 

fəaliyyəti nəticəsində torpağın  əmələgəlmə prosesində  iştirak edən 

süxurların üst qatı. Bərk və  aşınmış narın süxurlardan ibarət olur. 

Kimyəvi xassəsi, həmçinin mineroloji və mexaniki tərkibi onun 

üzərində əmələ gələn torpağın xassəsinə və münbitliyinə təcir göstərir. 

ANABOLİZM  – orqanizmdə mürəkkəb üzvi maddələrin  əmələ 

gəlməsinə yönələn maddələr mübadiləsi reaksiyasının məcmusu. 



ANADROM MİQRASİYA  – su heyvanlarının çoxalmaq üçün 

dənizdən çaya miqrasiyası (məs., bəzi qızıl balıqlar). 



ANAEROBİOZ  – sərbəst azotun olmadığı  şəraitdə  həyat; 

orqanizmlər həyat fəaliyyəti üçün lazım olan enerjini A. şəraitində üzvi 

və qeyri üzvi birləşmələrin birləşmiş oksidləşmə-reduksiya reaksiyası 

hesabına alır. Anaeroblar üçün enerji mənbəyi olan üç anaerob prosesi 

tipi ayrılır: qıcqırma, anaerob tənəffüsü və bakterial fotosintez. 

ANAEROBLAR, ANAEROB ORQANİZMLƏR – sərbəst 

oksigensiz mühitdə yaşayıb inkişaf edən orqanizmlər.  İki cür A. 

ayırırlar:  1. tamamilə oksigensiz şəraitdə yaxşı inkişaf edən, oksigen 

olduqda isə  məhv olanlar obliqat A. adlanır, (əsasən bakteriyalar). 2

Həm oksigenli, həm də oksigensiz mühitdə yaşamağa qadir olanlar 

fakultətiv A. adlanır (bakteriyalar, maya, göbələkləri, ibtidailər, irin 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

25 


 

törədən köklər, azqıllı qurdlar və s.). Bəzi A. patogen xarakterli olub 

heyvan və insanlarda infeksiya xəstəlikləri törədir. (məs. botulizm, 

tetanum, qanqrena). 



ANALİTİK EKOLOGİYA  – ekologiyanın orqanizm və onun 

polpulyasalarının təbii mühitlə əlaqəsinin qanunauyğunluqlarını öyrənən 

bölməsi. 

ANALİTİK KİMYA  – kimyanın maddənin keyfiyyətcə  və  kə-

miyyətcə analiz metodlarını öyrənən istiqaməti. 



ANEMOFİLİYA  (yun. anemos - külək)  – çiçək tozunun külək 

vasitəsilə aparılması yolu ilə bitkinin tozlanma qabiliyyəti. 



ANALİTİK YANAŞMA – yeni biliklər əldə etmək üçün tədqiqatın 

məqsədindən asılı olaraq tama, özünün ayrı-ayrı hissələrinin cəmi kimi 

baxmaqla, mürəkkəb olanı sadələşdirməklə, vacib cəhətlərini vacib 

olmayanlarından ayırmaqla tədqiq edilən obyekti fikrən hissələrə ayırma 

üsulu. 

ANEMOXORLAR, ANEMOXOR BİTKİLƏR  – meyvə, toxum 

və sporları külək vasitəsilə yayılan bitkilər. Buna meyvə və toxumların 

xırda, yüngül, tüklü olması  və s. kömək edir. Allaxorlar qrupuna 

daxildir. 



ANODROM MİQRASİYA  – kürüləmək üçün balıqların dənizdən 

çaya keçməsi (məs. qızıl balıq, nərə balığı). 



ANOMALİYA  (yun. anomalia) – müəyyən bir məntəqədə me-

teoroloji elementlərin orta gündəlik, aylıq və ya illik kəmiyyətlərinin 

həmin məntəqənin çoxillik orta kəmiyyətlərindən meyl etməsi. Bu meyl 

mənfi və ya müsbət ola bilər. Məs., Bakının çoxillik yanvar orta 

temperaturu 2 + 3

°-dir. 1963-cü ilin orta yanvar temperaturu – 1° 

olmuşdur. Deməli, həmin il üçün temperatur (və ya termik) A.-sı 4-dür. 

ANTARKTİK ZONA – arktik temperatur zonasının cənub analoqu. 

ANTEKOLOGİYA  biologiyanın bir bölməsi, bitkinin çiçəkləməsi 

və tozlanması  məsələlərini, bu prosesə  təsir göstərən faktorlar 

kompleksinin təsirini nəzərə alaraq öyrənir. 

ANTİBİOTİKLƏR  (yun. anti - əks) – mikroorqanizmlərin sintez 

etdiyi bioloji mənşəli maddələr. Bakteriyaların və s. mikrobların, habelə 

virus və hüceyrələrin inkişafını dayandırır. A-in çoxu mikrobları məhv 

edə bilir. Hər antibiotik yalnız müəyyən mikrob növlərinə təsir edir. 




Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə