Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
  1   2   3   4   5   6   7   8   9   ...   24


 

 



 

 

 

 



 

 

 

 

 

ELÇİN  

Ömrün 75-ci baharı 

 

 



 

 

 

 

 

 

 



 

 

 



 

 

 



Bakı – 2018 


 

 



 

Tərtibçi-müəllif:     

Bəybala Ələsgərov 

 

      



Elmi redaktor:  

 

Kərim Tahirov, 

 

 

 

 

professor, 

 

 

 

 

Əməkdar mədəniyyət işçisi 

 

Redaktor: 

 

 

  Elnarə  Mehbalıyeva 

 

 

 

 

 



 

 

 

 

 

 

Elçin. Ömrün 75-ci baharı  /Bəybala  Ələsgərov; elmi red. 

K.Tahirov; red. E.Mehbalıyeva.- Bakı, 2018.- 95 s. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

© M.F.Axundov adına Milli Kitabxana, 2018 



 

 



 

 

 



 

 

 

 

 

E.İ.Əfəndiyevin “İstiqlal” ordeni ilə  

təltif edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 

FƏRMANI 

 

Azərbaycan  ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə 

görə Elçin İlyas oğlu Əfəndiyev “İstiqlal” ordeni ilə təltif edilsin. 

 

Heydər ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 29 may 2003-cü il 

 

 



 

 



 

 

 

 

 

 

 

 

E.İ.Əfəndiyevin “Şərəf” ordeni ilə  

təltif edilməsi haqqında  

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 

SƏRƏNCAMI 

 

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə 



görə Elçin İlyas oğlu Əfəndiyev “Şərəf” ordeni ilə təltif edilsin. 

 

İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 11 may 2013-cü il  

 

 




 

 



 

 

 

 

 

 

 

 

E.İ.Əfəndiyevin “Şöhrət” ordeni ilə  

təltif edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 

SƏRƏNCAMI 

 

Azərbaycan Respublikasında müasir ədəbiyyatşünaslığın və 

ədəbi tənqidin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Elçin 

İlyas oğlu Əfəndiyev “Şöhrət” ordeni ilə təltif edilsin



 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 11 may 2018-ci il 

 

 




 

 



 

Xalq yazıçısı Elçinə 

 

 

Hörmətli Elçin! 

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayən-

dəsini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. 

Siz  ədəbiyyatımıza 60-cı illərdə  qədəm qoyaraq tez bir za-

manda tanınan istedadlı yazıçılarımızdansınız. Həmin dövrün 

ideoloji qəliblərinə  sığmayan üslubda yazıb-yaratmış  və  ədəbiy-

yatımızın yeni mərhələsini formalaşdırmış nasirlər arasında 

adınız daim hörmətlə çəkilir. Xalqımızın tarixi taleyi və bədii irsi 

ilə bağlı olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlan-

dıran əsərləriniz XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus 

yer tutur. Milli mentalitetin daşıyıcıları olan qəhrəmanlarınız 

milli olduqları  qədər də ümumbəşəridirlər. Məhz buna görə 

əsərləriniz istər keçmiş sovet dövründə, istərsə  də indi müxtəlif 

dillərə  tərcümə olunaraq bir çox ölkələrdə oxucuların rəğbətini 

qazana bilmişdir. 

Müasir cəmiyyətdə insan fenomeni həmişə sizin diqqət mər-

kəzinizdə olub. Ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-sosial 

proseslər, gərgin mənəvi-əxlaqi axtarışlar sizin qəhrəmanlarınızın 

daxili aləmində öz əksini tapmışdır. Həyat haqqında olan ideal 

təsəvvürlərin həyatın özündən nə qədər fərqli olduğunu dərk edən 

qəhrəmanlarınız,  əslində,  ədəbiyyatımızın  əzəli mövzusu olan 

insan azadlığı problemini müasir dövrdə bütün çalarları ilə 

təcəssüm etdirirlər. 

Siz yaradıcılığınızın çoxşaxəli olması ilə seçilən, müxtəlif 

janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindənsiniz. Teatr 

üçün yazdığınız əsərlər ədəbi aləmdə sizi həm də dramaturq kimi 

tanıtmışdır. Ölkəmizdə, habelə dünyada gedən  ədəbi-bədii 

proseslər barədə dövri mətbuatda müntəzəm olaraq dərc et-

dirdiyiniz tənqidi məqalələr  ədəbiyyatşünasların yüksək qiymə-



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə