Microsoft Word elei veliyev1



Yüklə 344,14 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü344,14 Kb.
#52021


 

1

              AZƏRBAYCAN RESPUBLİKASI  MƏDƏNİYYƏT VƏ 



                                    TURİZM  NAZİRLİYİ 

                                                                                                                                           

               F.KÖÇƏRLİ  ADINA  RESPUBLİKA UŞAQ  KİTABXANASI 

                                     ELMİ-METODİKA ŞÖBƏSİ. 

                                                                                                                                                 

                                                                                                                                             

                                                                                                                                           

                                                                                                                                               

                                                           

Görkəmli  yazıçı, publisist, nasir                                        

                                                             

Əli Vəliyevin  anadan  olmasının                                        

                                                             

110 illiyi  münasibətilə                                                        

                     

 

 

                             



                             

                               UZUN OMRÜN AKKORDLARI.                                    



                                           (metodiki vəsait) 

 

 



                                                                      

 

 



 

 

 



                                               

BAKI-2011 




 

2

                                         



Tərtibçidən 

        Əli Vəliyev yazıçıların o nəslinə  mənsubdur ki, onlar inqilabdan əvvəl 

zəhmətkeş xalqın ağır həyatını öz  gözləri ilə görmüş, inqilabdan sonra isə 

zəhmətkeşlərlə birlikdə böyük quruculuq işlərində yaxından iştirak etmişlər. Məhz  

buna görə  də o ilk hekayəsini çap etdirəndən sonra yazdığı  əsərlərinin çoxunda 

bilavasitə  şahidi olduğu hadisələri, yaxından tanıdığı insanların taleyini qələmə 

almışdır. Son iyirmi ildə çap etdirdiyi əsərlərdə isə tarixiliyinə, real şəxslərin 

fəaliyyətinə marağı daha da güclü olmuşdur. Şahidi olduğu ictimai-siyasi hadisələri, 

tərcümeyi-halı ilə bağlı olan tipik epizodları yaradıcılıq süzgəcindən keçirmək 

nəticəsində ”Budağın xatirələri”(1963-64), “Bir cüt tərlan”, ”Turaclıya gedən 

yol”(1962), “İşığa doğru” (1975),“Zəngəzur qartalları”(1970) və s. bu  kimi əsərlər 

yaratmışdır. Bu roman, povest, hekayə  və oçerklərin meydana çıxmasında  

müəllifin tərcümeyi-hal faktları mühüm rol oynamışdır. Bu il mədəni-maarif 

müəssisələrində, məktəb və kitabxanalarda görkəmli yazıçımız  Əli Vəliyevin 

anadan olmasının 110 illiyi qeyd olunur. Bu münasibətlə bir neçə  yubiley tədbirləri 

nəzərdə tutulmuşdur və kitabxanamız da öz növbəsində kitabxanaçılara kömək 

məqsədi ilə Əli Vəliyevə həsr olunmuş metodiki vəsaiti sizə təqdim edir.                              

      Vəsait iki hissədən ibarətdir. Girişdə  Əli Vəliyevin həyat və yaradıcılıq yolu 

işıqlandırılmışdır.  İkinci hissədə isə kitabxanalarda keçiriləcək tədbirlər haqqında 

məlumat verilir. 

 

                            



                                          

                                 

 

 

 



 

 

                                                                                                                         



                                                      

 

 



                                                                                                         


 

3

                       



 

 I. Həyat və yaradıcılığı 

        Həyatda elə adamlar var ki, onların əsil müəllimi həyat özü olur. İctimai varlıq 

onları  bərkə-boşa salır, çətinliklərdən keçirir, sınaqlardan çıxarır. Belələri həyatı, 

insanların arzu və dərdlərini dərindən bilir, xalq ruhunu incəliklərinə qədər duyub 

dərk etmək iqtidarına malik olurlar. Belə adamlardan biri də  Əli Vəliyevdir. O, 

köhnə dünyanın əzablarını çəkmiş, gözü ilə odlar götürmüş, minlərin, milyonların 

taleyinin  canlı şahidi olmuş müdrik bir el ağsaqqalıdır. Onun keçdiyi həyat yolunu 

hər cür tufana, çovğuna sinə  gərən möhkəm, dəyanətli bir palıd ağacının ömrünə 

bənzətmək olar. Bu ağacın kökləri torpağın çox-çox dərin qatlarına qədər gedib 

çıxır. Zamanın heç bir qasırğası onu kökündən, xalq həyatından, torpaqdan qoparıb 

sarsıda bilməmişdir.                                                                                                                  

           Gözəl oçerklər, onlarca romanlar və povestlər, yüzlərlə hekayə müəllifi  kimi 

tanıdığımız Azərbaycan xalq yazıçısı, nasir və publisist  Əli Qara oğlu Vəliyev  24 

fevral 1901-ci ildə dünyaya göz açdı. Onun doğulub boy atdığı və indi  hal-hazırda 

Erməni tapdağı altında olan Ermənistanın Sisyan rayonunun Ağdu kəndi özünün 

səfalı ab havası, diş göynədən soyuq suları, sərt  sıldırım qayaları, bərəkətli taxıl 

zəmiləri, biçənəkləri, şaqqaşuqla qaynayan bulaqları ilə insana cox şey aşılayır. Bu 

mühit  Əlı Vəliyevin uşaq təbiətinə çox böyük  təsir etmiş,  uşaq təbiətinə dəyanət, 

sədaqət, mərdlik, düzlük, vüqar, məğlubedilməzlik kimi  keyfiyyətlər aşılamışdır. 

Əli Vəliyev sərtlik və möhkəmliyi dağlardan və qayalardan, zəriflik və kövrəkliyi 

güllərdən, çiçəklərdən, səxavət və mehribanlığı isə buz bulaqlardan, dağların, 

düzlərin təmiz havasından, çayların  şırıltısından, bulaqların zümzüməsindən 

almışdır.            

     Əli Vəliyev yaradıcılığa  şeirlə başlamışdır. Güclü  həyat müşahidəsini  şeirə 

çevirməkdə  çətinlik çəkən müəllif çox çəkmədən özünün bütün fəaliyyətini nəsr və 

mətbuatla bağlayır. Bu sahədə yazıçı qeydindən, oçerk və publisistikadan məktub 

formasından tutmuş, nəsrin roman və povest kimi iri janrlarına qədər elə bir 

sahəsini tapmaq olmaz ki, Əli Vəliyev orada öz qələmini sınamamış olsun.                          

      Əli Vəliyevin ilk ədəbi yazısı 1924-cü ildə, “Nənəmin cəhrəsi” adlı  ilk 

hekayələr kitabı 1930-cu ildə çap edilmişdir. “Qəhrəman” (1941) romanında 

insanların yeni həyat uğrunda mübarizəsindən  bəhs olunmuş, “Cəbhə hekayələri” 

(1942), “Sovqat” (1944) kitabları Böyük Vətən müharibəsi döyüşçülərinin 

qəhrəmanlığına, zəhmətkeşlərin fədakar  əməyinə  həsr  edilmişdir. Müharibədən 

sonrakı yaradıcılığında kənd mövzusu əsas yer tutmuşdur. “Gülşən” (1948), 

“Çiçəkli” (1950), “Ürək dostları” (1956), “Jurnalist  kəndə  gəlir” (1963), 

“Təzəgülün mərifəti” (1965), “Narahat adam”  (1966), “Sənət eşqi” (1973), “İşığa 

doğru” (1975) kimi povest və romanlarında kolxoz kəndinin həyatı, onun yüksəlişi, 

yeni ictimai-əxlaqi münasibətlərin formalaşması  əks etdirilmiş, köhnəliyə qarşı 

barışmaz mübarizə aparan, yüksək mənəvi keyfiyyətlərə malik müasirlərimizin 

dolğun  bədii surətləri yaradılmışdır. “Turaclıya gedən yol”(1962) və qismən  

avtobioqrafik yazı olan “Budağın xatirələri” (1963-64), “Qarabağda qalan izlər” 

(1976) romanlarında bəy və mülkədarların özbaşınalığı, zəhmətkeşlərin  hakimiyyət 




 

4

uğrunda mübarizəsi, yeni həyat quruculuğu təsvir olunmuşdur. Əli   Vəliyev həm də 



görkəmli jurnalist və publisistdir. “Zəngəzur  qartalları” (1970), Əmək Qəhrəmanı 

adına layiq görülmüş azərbaycanlı qadınlara həsr olunmuş “Durna qatarı” (1972) 

oçerki  çap edilmişdir.  Əli Vəliyev uşaqları da unutmamış, onlar üçün 

də ”Ərköyün”, (1944) “Madarın dastanı”, (1955) “Uşaqlara sovqat”, (1962), “Əziz 

nəvələrimə” (1964) adlı  əsərlər yazmışdır. Sadəlik, təbiilik  Əli Vəliyevin bədii 

üslubunun  əsas xüsusiyyətlərindən biri kimi özünü göstərmişdir. Onun əsərləri 

başqa  xalqların dillərinə də tərcümə edilmişdir.  

       Əli Vəliyevin uşaqlığı və gəncliyi çox faciəli olmuşdur. O, doğma adamlarının 

hamısını faciəli surətdə itirmiş, atası, anası, üç bacısı və bacısı uşaqları öz gözləri 

qarşısında xəstəlikdən, ya da acından ölmüşlər. Ac-susuz, evsiz-eşiksiz və paltarsız 

özgə qapılarında qalan 18 yaşlı  gənc tamamilə ümidsiz qalır. Yazıçı  sənədli 

əsərlərinin hamısında bu illəri xatırladır. Onun “Budağın xatirələri” romanının 

birinci kitabında, “Turaclıya gedən yol”, “Qarabağda qalan izlər” romanlarında, 

“Sənət eşqi”, “Qohumlar” povestlərində, “Durna qatarı”ndakı bir sıra oçerklərində 

qaçqınlıq illərinin  acınacaqlı real səhnələrlə təsvir edilmişdir.                                               

        Xalq yazıçısı, tanınmış nasir,  publisist  Əli Vəliyev  keşməkeşli əsrimizin ilk 

burulğanlı ilində gözünü dünyaya açmış, həyatın hər üzünü görə-görə mənsub 

olduğu xalqın səksən illik tarixinin fəal iştirakçısına, bu tarixin bədii salnaməçisinə 

çevrilmişdir. Qələmi nəsrin bütün janrlarında sınaqdan çıxmış ədibin əsərlərindəki 

xəlqi keyfiyyətlər onun təkrarsız şəxsiyyətilə bilavasitə bağlıdır. Əli Vəliyevin 

yaradıcılığı üçün səciyyəvi cəhətlərdən birincisi həyatilik, xəlqilik, bütün kökləri 

ilə, bütün varlığı ilə xalqa bağlılıqdır. Uydurma, quraşdırma hadisələr, qeyri-adi 

əhvalatlar, kitablardan, filimlərdən obrazlar sənətkarın yaradıcılığına yaddır. O, 

ancaq gördüklərini, duyduqlarını, şahidi olduqlarını yazırdı. Bu söhbətlər o qədər 

şirin, o qədər inandırıcı, o qədər səmimidir ki, oxucunu qətiyyən yormur, onu real 

hadisələrin, olmuş əhvalatların coşğun axarına alıb aparır... Ədəbi-bədii və ictimai 

fəaliyyətində xalq həyatının problemlərinə həmişə vətəndaşlıq mövqeyindən cürətlə  

müdaxilə edən sənətkarın yeri cəmiyyətin bugünkü yenidənqurma və aşkarlıq 

mərhələsində daha çox görünür. 

       Əli Vəliyev haqqında indiyədək çox yazılsa da, onun həyatı və yaradıcılığı 

barədə nisbətən tam təsəvvür oyadan bir əsər, vəsait əldə yoxdur. Halbuki yoxsullar, 

savadsızlar mühitindən, muzdurluqdan xalq yazıçısı zirvəsinədək gəlib çıxan bir 

şəxsin keçdiyi mərhələ ümumən cəmiyyətdə unikal hadisələr və yaxın tariximizin 

canlı səhifələri qədər əhəmiyyətlidir. O, mənalı həyatının çoxunu ədəbi yaradıcılığa 

həsr etmişdir.  

         Görkəmli nasir uşaq və  gənclərin sevimli yazıçısı, publisist bir çox əsərlər 

müəllifi  Əli Qara oğlu Vəliyev

 

1983-cü ildə Bakı  şəhərində    yaxınlarının 



əhatəsində  həyatla vidalaşmışdır. Ondan bizə yadigar qalan onun ölməz  əsərləri, 

romanları, povestləri, oçerkləri və hekayələri olmuşdur.



 

 

 


 

5

                               II.



 

Keçiriləcək yubiley  tədbirləri 

Bu il respublikamızın  ədəbi ictimaiyyəti xalq yazıçısı, ölməz sənətkarımız, 

sevimli yazıçımız Əli Vəliyevin  110  illik yubileyini qeyd edir. Bu əlamətdar gün 

münasibətilə kitabxanalarda çoxlu yaddaqalan tədbirlər keçiriləcəkdir.  

     Uşaq kitabxanalarında da Əli Vəliyevin  roman və povestlərinin təbliği və 

yazıçını oxuculara daha dərindən sevdirmək məqsədi ilə bir-birindən maraqlı  

tədbirlər keçirmək olar. Kitab sərgiləri, kitab  icmalları, kitab müzakirələri, ədəbi-

bədii gecələr təşkil  etmək də məqsədəuyğun sayıla bilər.                                  

         Yubiley  ilə bağlı kitabxanalarda ilk öncə  sərgilər tərtib etmək lazımdır. 

Sərgidə yazıçının foto şəkillərindən,  əsərlərindən,  şeirlərindən parçalar, yazıçı  

haqqında deyilən sitatlar yerləşdirmək olar. Sərgi müxtəlif başlıqlar altında düzələ 

bilər. Məsələn: “Əli Vəliyev-110”, “Uzun ömrün yolları”, “Oxucuların sevimli 

yazıçısı”, “Sözü bir, üzü bir yazıçı”, “Unudulmayan insan”, “Etibarlı dost”, “El 

ağsaqqalı”, “Sevimli ədibimiz”, “Sənətkar bütövlüyü”, “Yazıçı şəxsiyyəti ilə bədii 

obrazların qovuşuğu”,”Silsilə romanlar müəllifi” və s. İndi isə sərginin nümunəsini 

veririk:  

1.Başlıq : Əli Vəliyev -110.  

2.Əli Vəliyevin  həyatı haqqında.                                                                                             

3.Sitatlar.                                                                                                          

4.Dövrü  mətbuatda çap olunan məqalələrin kartotekası.                                 

5.Kitabların nümayişi.                                                                         

6.Əsərlərindən parçalar.                                                   

       Sərgidə  istifadə etmək   üçün aşağıda qeyd olunmuş sitatları veririk:    

                                                   SİTATlAR:                                                                           

“Əli Qara oğlu uzun illərdən bəri bir əlində  qələm tutmuş, gözəl, səmimi, 

dolğun mündəricəli əsərlər yaratmış, bir əli ilə də ədəbiyyata yeni gələn gənclərin 

qolundan tutub qaldırmışdır”.                                                                                    

                                                                        Qasım  Qasımzadə                      

                                                                             Şair, tənqidçi                                      

“Əli haqqında danışmaq həyatın dibindən dırmana-dırmana qalxan bir 

bahadır haqqında danışmaq deməkdir”.                                                                                   

 Məmməd Rahim                         

      Xalq şairi       

 

 



 

6

“Əli Vəliyevi hamının dadına çatan “təcili yardım” adlandırmaq olar”.  



                                                                                  

Qulu Xəlilov  

 

 

 



 

 

 



 

 

 



 

 

   Professor                                       



 

 

                               



           Kitabxanalarda  Əli Vəliyev  əsərlərinin təbliği münasibəti ilə I-IV sinif 

şagirdləri ilə  birlikdə müəllifin “Madarın dastanı”  əsərini səhnələşdirilmiş 

formasını vermək olar. “Madarın dastanı” hekayəsi nağıl əsasında işlənmış ən yaxşı 

hekayələrdən biridir. Təsirli, inandırıcı bədii lövhələrin zəngin xalq dili ilə ifadəsi 

ziddiyyətli, dramatik vəziyyətlər  əsəri oxunaqlı etmişdir. Burada müəllif xalqın 

istiqlaliyyət arzuları azad və qarşılıqlı məhəbbətini  tərənnüm etmişdir. Hekayənin 

qəhrəmanı ata-ananın yeganə övladı olan Madardır. Naxırçı Közərmişin “gözünün 

ağı-qarası bircə evladı olan” Madar bir sıra gözəl müsbət xasiyyətləri ilə diqqəti 

cəlb edir. İradə onu tay-tuşlarından,  əsərin digər personajlarından fərqləndirən  ən 

böyük keyfiyyəti olmuşdur. Əsərin cox qısa və aydın sujetində qəhrəmanın qayə və 

məqsədləri aydınlaşmışdır. Bunu nəzərə alaraq, kiçik yaşlı oxucular arasında bu 

nağıl  əsasında səhərcik hazırlamaq daha maraqlı olar.  Səhərcikdən bir nümunəni 

təqdim edirik.                                                                                                                            

(Səhnə qurulur. Səhnədə padşah və vəzir görünür. Səhərciyi aparıcı səsləndirir). 

  

 Aparıcı:           



 Madar  ata-anasına padşahın qızına vurulduğunu söyləyir və  

onlara padşahın qızına elçi getməklərini təkid edir. Ata-anası 

əllərini qoyunlarına goyub ona  yalvarırlar ki, bu sevdadan əl 

çəksin. Ancaq onların yalvarışları heç bir nəticə vermir. Axırı 

əlacsız qalıb padşahın qapısına elçi göndərməyi qərara alırlar. 

Oymağın ağsaqqallarına yalvarıb-yaxardılar.  Əvvəlcə  rədd 

etdilər, sonra “elçiyə zaval yoxdur” deyib, razılıq verdilər. 

Adətə uyğun olaraq gedib “elçi daşının” üstündə oturdular. 

Padşaha xəbər çatdı ki, naxırçı Közərmişin oğlu sənin qızın  

Laləyə elçi düşüb. Padşah  qəzəbindən bığlarını çeynədi. Nə ca- 

vab verəcəyini  bilməyib hökm etdi.                                                        

 Padşah:            

Közərmişi də, oğlu Madarı da dara çəkdirin.                                     

 Vəzir:                  Qibleyi – aləm , sizin qızınız Lalə xanım  buyurmuşdur ki, atam 

məni Madara verməsə özümü sağ qoymayacağam.                                 

Aparıcı :            

 Padşahın sifəti ağappaq oldu. Yaşı altmışdan keçməsinə  

baxmayaraq, axırıncı arvaddan  bir qızı olmuşdu. O, qızının  

xətrini dünyalar qədər istəyirdi. Dərhal bir az qabaq verdiyi 

hökmü dəyişdirdi. Ancaq qızının naxırçı oğluna getməsinə əsla  

razı ola bilməzdi. Elə bil bu xəbərdən sonra bütün dünya uçub 

padşahın başına tökülmüşdü. O, dar düşüncələr, intəhasız 

fikirlər içində qərq olduğu vaxt vəzir dedi.               

Vəzir:               

 Qibleyi  –  aləm sağ olsun, məhəbbətə güc ola bilməz. Siz 

insanların özünə hökm edə bilərsiniz.  İstədiyiniz  şəxsi 

istədiyiniz  kimi öldürə bilərsiniz. Siz yer üzünün allahısınız. 



 

7

Lakin insanların ürəyinə hakim ola bilməzsiniz.  Ələlxüsus 



məhəbbət kimi müqəddəs bir hissə. Qibleyi-aləm! Könül sevən 

göyçək olar. Məhəbbət üçün böyük-kiçik, var-dövlət sədd ola  

bilməz. Məhəbbətin qarşısında  şah da, rəiyyət də diz çökür. 

Odur ki, məsləhət bilirəm elçilərə “hə” cavabı verəsiniz.                        

Padşah:                 Vəzir, sən nə cəsarətlə başından yekə qələt eləyirsən? Sən necə 

cürət edib belə təklifi fikrinə gətirirsən? Sən necə rəva görürsən 

ki, mənim qızım, padşah qızı, bir naxırçı  oğluna  ərə getsin? 

Yox, vəzir, görünür sən mənə sədaqətlə xidmət  eləmirsən. 

Vəzir:                  Əlahəzrət! Mənim sözümə qulaq asın! Siz elçilərə “hə” cavabı 

verib yola salın. Sonra xəbər göndərin ki, oğlan gərək elə bir 

çiçək tapıb gətirə ki, ilin heç bir fəslində solmaya. Beləliklə

naxırçı  oğlu çiçək axtarmaq üçün bütün ömrü boyu gəzər, bu 

cür çiçəyi tapa bilməz. Lalə xanım bir-iki il gözlər, oğlanın 

gəlmədiyini görüncə ondan soyuyar. Sonra siz onu istədiyiniz 

şəxsə ərə verə bilərsiniz...                            

Padşah:                 Bir  az  qabaq  dediklərin yadından çıxdımı? Sözlərini nə tez  

unutdun? Özün deyirsən ki, könül sevən göyçək olar, məhəbbət 

üçün sədd ola bilməz. Mən sənə sual verirəm, məhəbbətə vaxt, 

zaman mane ola bilərmi?                    

Vəzir:                    Qibleyi-  aləm! Cavanların məhəbbəti çox qaynar olduğu kimi 

çox tez də sönür.  Gəlin siz mənimlə razılaşın. 

Aparıcı:                   Vəzir padşahı inandırdı. Padşah razılaşdı. Madara xəbəri  

                                 çatdırdılar.   

Əli Vəliyev yaradıcılığını kiçik yaşlı oxuculara sevdirmək üçün onun şeir, 

nağıl, felyeton və hekayələrini  geniş  təbliğ etmək lazımdır.  Əgər  kiçik yaşlı 

oxucuların  da arasında öz  uşaq təxəyyülü ilə hekayə, felyeton, şer, nağıl və bayatı 

yazanlar varsa kitabxanaçı onları yaxşı, hərtərəfli məlumatlandırmalıdır. Onlara 

dəyərli məsləhətlər verməlidir. Bu da balaca oxuculara Əli Vəliyevi daha dərindən 

öyrənməyi, sevməyi, özlərini  Əli Vəliyevin yaratdığı  qəhrəmanlara oxşatmağa, 

onlarda vətənə sevgi, torpağa məhəbbət hissi aşılamağa  kömək etmiş olar.                      

           Kitabxanada keçirilən maraqlı tədbirlərdən biri icmaldır. İcmalın keçirilməsi  

üçün kitabxanaçının üzərinə  çox böyük  məsuliyyət  düşür. Kitabxanaçı  ən əvvəlcə 

yazıçının həyat və yaradıcılığı, onun əsərləri  ilə tam  tanış olmalı,  əsər haqqında 

oxuculara  necə  məlumat verməli olduğunu tam dəqiqləşdirməlidir. Bu məqsədlə 

biz sizə  Əli Vəliyevin 1979-ci ildə “Gənclik” nəşriyyatı  tərəfindən çap olunmuş 

“Qənirsiz gözəl”, “Budağın xatirələri” (1963-64)  əsərini  təqdim edirik  ki, bu 

kitaba xalq yazıçısı Əli Vəliyevin  üç povesti bir neçə hekayəsi daxil edilmişdir.                  

          Əli Vəlivevin “Budağın xatirələri” (1963-64) romanı oxucular üçün daha da  

maraqlıdır.

 

Bu romanın icmalını  və yaxud da IX-X-cu sinif şagirdləri ilə birlikdə   



müzakirəsini də keçirmək məqsədəuyğundur. Bunun  üçün kitabxanaçı romanı 

oxuculara tövsiyə etməli, əsəri oxumağa onlarda maraq yaratmalıdır. Əsərin ən çox 

tərbiyəvi cəhətlərindən  oxuculara bəhs etməlidir.

 

Təsadüfi deyildir ki, müəllif, 



avtobioqrafik romanı olan “Budağın xatirələri” romanını Vüqarlı kəndinin təsviri ilə 


 

8

başlayır. Bu təsvirlərdə yazıçının doğma  torpağa böyük məhəbbətlə döyünən 



ürəyinin  çırpıntıları eşidilməkdədir: “Kəndimiz Salvartı dağının ətəyindədir. Dağın 

başından qoç daşın üstünə çıxıb kəndə baxanda iftixarımdan sinəm qabardı. Yaxşı 

ki, buranın adını Vüqarlı qoyublar. Doğrudan da, adına layiq kənddir. Kənddə 

cavanlar var ki, qaçarağına köhlən at çatmır. Qızlar var ki, tər qönçə misalındadır, 

sifətinə baxmaq olmur, gəlinlər var ki, yenicə açılmış gülə oxşayır, deyirsən bəs 

qüdrətın qələmi ilə  çəkilib. Qadınlar var ki, elə bil həşəmlənmiş  qızılgüldür, 

yanağına baxdıqca baxmaq istəyirsən. Kişilər var  ki, danışanda ağzından məna, 

mərifət, qabiliyyət tökülür. Vüqarlının dünyagörmüş qocalarının sinəsi dastanla 

doludur. Ağbirçək qarılar o qədər nağıl bilirlər ki, ilin üç yüz altmış beş günü 

danışsalar  yenə də qurtarmaz”.

                                                                     

         Yazıçının yaradıcılığının təbliğində kitabxanalarda ədəbi-bədii gecələrin 

keçirilməsi də münasib sayılır. Ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik:               

I Aparıcı :               Əziz balalar, Azərbaycanın xalq yazıçısı Əli Vəliyev                             

                         

yaşasaydı, indi onun 110 yaşı tamam olacaqdı. Bu görkəmli                 

                                yazıçı çoxlu hekayələrin,  oçerklərin, romanların,  povestlərin               

                                müəllifi kimi tanınıb, sevilib. Xalq ədəbiyyatını çox gözəl bilən       

                                Əli müəllim uşaqlar  üçün  də gözəl hekayələr, nağıllar yazırdı. 

II Aparıcı:  

Əli Vəliyev Azərbaycan 

ədəbiyyatnın görkəmli 

nümayəndələrindən olmuşdur.  Əli Vəliyevin poman və 

povestləri, həmçinin maraqlı hekayələri oxucu kütləsinin 

hörmətini qazanmışdır.  Əli Vəliyev eyni zamanda zəngin 

təcrübəyə malik mətbuat işçisi olmuşdur. Onun jurnalist  

publisist irsi çoxillik fəaliyyətinin mühüm hissəsini təşkil edir  

və bunları öyrənmədən yazıçının yaradıçılığı barədə tam  

təsəvvür  əldə etmək olmaz. Əli Vəliyev Azərbaycan fəhlə-

kəndli müxbirləri hərəkatının fəal nümayəndələrindən biri kimi 

tanınmışdır. 

I Aparıcı :              Əli Vəliyev Azərbaycan təbiətinin, folklorunun çox gözəl 

bilicisi idi. Onun  bir çox əsərlərində, xüsusən uşaqlar üçün 

yazılan  hekayələrində bu gün bizim məktəblilərimiz, xalqımız 

üçün hava və su  kimi lazım olan Vətən sevgisi, yurda, ocağa 

bağlılıq hissi var. Bu xüsusda onun Şuşaya həsr etdiyi “Qənirsiz 

gözəl” hekayəsini xatırlatmaq istəyirəm. Olmazmı ki, Şuşanın 

bu gün bizim üçün əlçatmaz olduğu bir vaxtda bu əvəzsiz 

torpağın hər qarışı, hər daşı, hər çiçəyi, əvəzsiz insanları haqda 

çox  ətraflı  məlumat verən bu vətənsevər, xalqsevər yazıçı  hər 

vaxt yad edilsin. Mən inanıram ki, Şüşanı bir dəfə  də olsun 

görməyən uşaqların heç olmasa, yarısının ürəyində bu gözəllik 

yurdunu azad etmək hissi baş qaldıracaq.                                                

II Aparıcı: Müasirlik 

Əli Vəliyev yaradıcılığının ümdə xüsusiyyətidir. 

Ədibin kiçik hekayələrindən  tutmuş iri romanlarına qədər 

bütün əsərlərində bu keyfiyyəti görürük. Məsələn: ən kiçik 

hekayələrindən olan “Atlı qadın” hekayəsində (1943) xalqın 




 

9

igid qızı Həcərin bədii surəti kiçik bir təfərrüatın köməyi ilə 



ustalıqla müəyyənləşdirilmişdir. Ədəbiyyatşünas Kamran 

Məmmədov bu hekayəni “bədii təfəkkürün ən yaxşı 

məhsullarından   biri” adlandırmışdır. Böyük Vətən 

müharibəsinin qızğın dövründə yazılmış bu əsərlə yazıçı öz 

oxucularını mərdliyə və qəhrəmanlığa, Həcərin adı ilə bağlı 

ənənələri davam etdirməyə çağırır, hünərvərliyin, ölməzliyin 

ideyasını təsbit edirdi. Əli Vəliyevin oçerk, hekayə, povest və 

romanları Azərbaycan  nəsrində müasirlik ruhunun aparıcı 

keyfiyyət olduğunu göstərmək üçün tutarlı material verir.                      

I Aparıcı: 

Əli Vəliyevin ilk iri həcmli əsəri “Qəhrəman”(1937) təkamül 

nəticəsində meydana gəlmişdir. Müasirlik ruhu güclü olan ilk 

Azərbaycan romanlarındandır. ”Qəhrəman” romanında Əli 

Vəliyev bu dövrə qədər yazdığı hekayələrdə təsvir etdiyi kəndin 

ayrı-ayrı problemlərini ümumiləşdirir, vahid axara salır, epik 

genişliyə çıxarır, dövrün, zamanın inqilabi  ziddiyyətlərini, 

vuruşlarını ön plana çəkir, kənddə üz-üzə  gələn ölüm-dirim 

meydanına çıxan qüvvələri təsvir edir. Romanda 1914-cü ildən 

1928-ci illərə qədər bir dövrdə   Azərbaycanda baş verən bir 

sıra hadisələr təsvir olunur. Müəllif cəmiyyətin inkişafınin 

müəyyən mərhələsində vacib və əhəmiyyətli hadisələri isti-isti 

həqiqi sənətkar gözü ilə seçib ayırmış, sənətin gücü ilə öz 

müasirlərinə həmin hadisələrin iştirakçılarına çatdırmış, onları 

düşündürən suallara cavab vermişdir. Roman işıqlı gələcək 

uğrunda, insanların səadəti naminə mübarizə aparan 30-cu illər 

həyatını  inandırıcı əks etdirmişdir.                                                          

II Aparıcı:  

Əli Vəliyevin “Çiçəkli” (1952), “Gülşən” (1953), “Ürək 

dostları” (1956), “Təzəgül” (1965), “Narahat adam” (1966), 

“Zamanın ulduzları” (1954) kimi iri həcmli  əsərləri  kənddə 

gedən quruculuq işlərinin, dinamik inkişafın bədii salnaməsidir. 

Müasir Azərbaycan kəndinin həyatını və xalq dilinin koloritini 

nəsrimizə  gətirən  Əli Vəliyev bu kimi romanlar yaradaraq 

oxucuların rəğbətini qazanmışdır.  Əli Vəliyevin vaxtında 

qələmə alınmış “Zəngəzur qartalları”  əsəri indi artıq itirilmiş  

torpaqlarımız haqqında  əlimizdə olan canlı tarixi sənədə 

çevrilmişdir.                                                                                           

I Aparıcı:  

Əli Vəliyev öz publisist yazılarında yeni cəmiyyətin 

üstünlüklərini göstərmək və yeni həyatı  tərənnüm etməklə 

 bərabər, köhnəliyi, onun mənfur qalıqlarını  kəsərli qələmlə  

tənqid edirdi. Ədib habelə o dövrdə “Gənc işçi” qəzetində 

ictimai-siyasi həyatın müxtəlif sahələrinə aid bir sira məqaləlar  

çap etdirmişdir.ƏliVəliyev 1924-cü ildə Qala-Maştağa 

qəzasında mövhumat  əleyhinə bir neçə  məqalə yazmış, onun 

qələmə aldığı “Allahın səyahəti” adlı felyeton dini fanatizm 




 

10

qalıqları ilə kəskin mübarizəyə yönəldilib. O, Bakı kəndlərinin 



bəzilərində kəmsavad mollaların, fırıldaqçıların camaatı aldadıb 

soymaları barədə də məqalə ilə çıxış edir. Həmin məqalə böyük 

səs-küyə, geniş müzakirə və mübahisələrə səbəb  olmuşdur.                  

II Aparıcı: 

Əziz uşaqlar, ümid edirəm ki,  bu gündən etibarən hamınız  

bütün yazıçıların  əsərlərini,həmçinin çap edilən qəzet və 

jurnalları müntəzəm oxuyacaqsınız.  İnsanın insan kimi 

yetişməsində, onun ağıllı, savadlı olmasında, dünyagörüşünün 

genişlənməsində, kamilləşməsində  bədii sözün qüdrəti 

böyükdür. Sizə söylədiyim bu tövsiyələrdən sonra əminəm ki,  

hər  biriniz Əli Vəliyev haqqında məlumatınızı artırmağa səy 

göstərəcəksiniz.                                                                                        

                                 

                                 

                                            

                                   

 

 

S  O   N 



 

 

 

                          

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

11

ƏDƏBİYYAT  SİYAHISI 

 

Əsərləri :                                                                                                                 

 

1.Vəliyev Ə. Seçilmiş əsərləri. 2 cilddə. C II.- B.: Azərnəşr, 1960.- 563s.                              



2.Vəliyev Ə. Əsərləri. 6 cildə. C I.- B.: Azərnəşr, 1968.- 475s.                                               

3.Vəliyev Ə. Əsərləri. 6 cildə. C IV.- B.: Azərnəşr, 1970.- 478s.                                            

4.Vəliyev Ə. Əsərləri. 6 cildə. C V.- B.: Azərnəşr, 1970.- 538s.                                             

5.Vəliyev Ə. Əsərləri. 6 cildə. C VI.- B.: Azərnəşr, 1971.- 471s.                                            

6.Vəliyev Ə.Anaqız.- B.: Azərnəşr, 1965.- 335s.                                                                     

7. Vəliyev Ə. Bir cüt ulduz : Eyvazın yazısı: Hekayələr//Azərbaycan uşaq  

    ədəbiyyatı antologiyası. 3 cilddə. C III.- B.: Öndər, 2005.- s.182.-190.                             

8.Vəliyev Ə. Budağın xatirələri. Birinci kitab.- B.:Azərnəşr, 1974.- 646s.                             

9.Vəliyev Ə. Budağın xatirələri. İkinci kitab.- B.: Azərnəşr, 1964.- 510s.                              

10.Vəliyev Ə. Durna qatarı.- B.: Gənclik, 1972.- 541s.                                                           

11.Vəliyev Ə. Qarabağda qalan izlər.- B.: Gənclik, 1977.- 532 s.                                          

12.Vəliyev Ə. Qəhrəman.- B.: Gənclik, 1983.- 320s.                                                       

13.Vəliyev Ə. Qənirsiz gözəl.- B.: Gənclik, 1979.- 326s.                         

14.Vəliyev Ə. Madarın dastanı.- B.: Gənclik, 1988.- 40s.                                                       

15.Vəliyev Ə. Nənəmin  cəhrəsi : Atlı qadın : Hekayələr // Azərbaycan  nəşri  

     antologiyası. 5 cilddə.C.III.- B.: Şərq- Qərb, 2006.- s.168.-179.                                        

16.Vəliyev Ə. Samovar  tüstülənir.- B.: Gənclik, 1971.- 269s.                                                

17.Vəliyev Ə. Yadda qalan xatirələr.- B.: Azərbaycan tərcümə mərkəzi, 1996.-  

     240s.                                                                                       

18.Vəliyev Ə. Yeni həyat.- B.: Gənclik, 1975.- 208s.                                                              

19.Vəliyev Ə. Zamanın ulduzları: Povestlər və hekayələr.- B.: Azərnəşr, 1976.-   

     455s.                                                                                       

                                                                                                                                                  

Haqqında:                                                                                   

 

1.Əlioğlu  M. Nəsrimizdə  qadın  azadlığı  problemi : 30-cu  illər // Darıxan   



   adamlar. 2 ciliddə. I c.- B.: Təhsil, 2009.- s.367-380.                                                          

2.Əlioğlu M. Atalar  və  oğullar : klassik  dramaturgiyaya  baxış // Darıxan   

   adamlar. 2 cilddə. I c.- B.: Təhsil, 2009.- s.535-772.                                                            

3.Xəlilzadə F. Silsilə  romanlar  müəllifi : Əli  Vəliyev  haqqında  //  Mədəniyyət .- 

   2010.- 15 dekabr.- № 88.- S.13.                                            

4.Qasımov İ. Əli Vəliyev.- B.: Yazıçı.- 1987.- 130s.                                                               

5.Rəhimov S.Qırılmayan tellərr.- “Azərbaycan” jurnalı, 1971.- № 2.- s.134                      

7.Rəhimov S.Qırılmayan tellər. “Azərbaycan” jurnalı, 1971.- № 5.s.117.                              

8.Vəliyev Ə.Yadda qalan xatirələr. Əli Vəliyev haqqında xatirələr.- B.:Azərbaycan    

   Tərcümə Mərkəzi, 1996.- 240s. 

 

 

 




 

12

 



 

 

 Tərtib edən:Yasəmən İsmayılova- F.Köçərli adına Respublika Uşaq  



                     Kitabxanasının elmi katibi.       

                                                         

 Redaktor: Fizurə Quliyeva-F.Köçərli adına Respublika Uşaq     

                   Kitabxanasının direktoru



 

 

Yüklə 344,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə