Microsoft Word elilliyin-ve-usaqlarin-saglamliq-imkanlari-mehdudlugunun-qarsisinin-alinmasi-elillerin-ve-saglamliq-imkanlari


Maddə 4-1. Şəxsin əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılması



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34295
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

Maddə 4-1. Şəxsin əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılması 



[11]

 

 



 

Şəxs  tibbi-sosial  ekspert  komissiyası  tərəfindən  ekspert  müayinəsindən  keçirildikdən 

sonra  müvafiq rəy  çıxarılması  yolu  ilə  əlil  və 18  yaşınadək  sağlamlıq imkanları  məhdud  olan 

sayılır.


 

Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik 

qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir.

 

Əlilə  və  ya  sağlamlıq  imkanları  məhdud  uşağa  nümunəsi  Azərbaycan  Respublikasının 



müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir.

 

[12]

 

 

 

Maddə 5. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı 



tədbirlərin maliyyələşdirilməsi

 

 

 

Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  sosial  müdafiəsi  ilə  bağlı 



tədbirlər məcburi  dövlət  sosial  sığorta  haqları  və dövlət  büdcəsi  vəsaiti  hesabına müvafiq 

Dövlət  Proqramına  uyğun  olaraqmaliyyələşdirilir. Dövlət  Proqramı  hər  il  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

[13]

 

 

 

Maddə 6. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini təmin 



edən dövlət orqanları

 

 

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların sosial  müdafiəsinin  təmin  olunması 



sahəsində dövlət idarəetməsini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların respublika  ictimai  təşkilatlarının 



nümayəndələri müvafiq icra hakimiyyəti orqanları kollegiya üzvü olurlar.

 

Müvafiq  icra  hakimiyyəti  orqanları,  əlillərin və  sağlamlıq  imkanları  məhdud 



uşaqların ictimai  təşkilatları  ilə  birlikdə  əlillər və  sağlamlıq  imkanları  məhdud 

uşaqlar barəsində  dövlət  siyasətinin  həyata  keçirilməsinə  dair  uzunmüddətli  və  qısamüddətli 

proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir.

 

Müvafiq  icra  hakimiyyəti  orqanı və  əlillərin və  sağlamlıq  imkanları  məhdud 



uşaqların ictimai  təşkilatları  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların sosial  müdafiə 

və  digər  problemlərinə  dair  təkliflər  verirlər.  Dövlət  əlillərin və  sağlamlıq  imkanları  məhdud 

uşaqların sosial  müdafiəsi  sahəsində  təşkilatların  xarici  ölkələrlə  əməkdaşlığının  inkişafına 

kömək göstərir.

 [14]

 

 

 

Maddə  7. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların sosial  müdafiəsinə  dair 



dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin və təşkilatların iştirakı

 

 

 

Müəssisələr,  idarələr  və  təşkilatlar  əlillərin və  sağlamlıq  imkanları  məhdud 



uşaqların problemlərinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak edirlər.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların sosial  təminatını  yaxşılaşdırmaq 



məqsədilə  müəssisə,  idarə  və  təşkilatların  öz  vəsaiti  hesabına  onların  həyatının  sığortası  və 

bədbəxt hadisələrdən sığortası təmin edilir.

 

Müəssisələrin,  idarələrin  və  təşkilatların  əlillər  üçün  mallar  istehsal  etməyə  və  onlara 



xidmət  göstərməyə,  habelə  əlillər  üçün  sosial-mədəni  obyektlərə  və  idman  qurğularına 

avadanlıq almağa, bunları saxlamağa yönəldilən mənfəəti dövlət büdcəsinə ayırmaların bütün 

növlərindən azad edilir.

 



Əlillərdən ötrü texniki və başqa vasitələr istehsalında ixtisaslaşan müəssisələr, təşkilatlar 

və  kooperativlər  üçün  Azərbaycan  Respublikasının  qanunvericiliyi,  habelə müvafiq  icra 

hakimiyyətiorqanlarının  qərarları  ilə  müəyyənləşdirilən  qaydada  və  şərtlərlə  güzəştlər  təyin 

edilir.


 [15]

 

 



 

 

 

Maddə 8. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni 



mənafelərinin qorunması

 

 

 

Azərbaycan  Respublikasında  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların hüquq, 



azadlıq  və  qanuni  mənafelərinin  qorunması  məhkəmə  qaydasında  və  ya  qanunda 

müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur.

 

Respublika  vətəndaşı  onun  əlil və  ya  18  yaşınadək  sağlamlıq  imkanları  məhdud sayılıb-



sayılmaması haqqında tibbi-sosial ekspert komissiyasının qərarından müvafiq icra hakimiyyəti 

orqanına, habelə rayon (şəhər) xalq məhkəməsinə şikayət edə bilər.

 

[16]

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların bu  Qanunla  müəyyən  edilmiş 



hüquqlarının  pozulmasında  təqsiri  olan  vəzifəli  şəxslər  və  başqa  vətəndaşlar  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  və  hədlərdə  maddi,  intizam,  inzibati  və  cinayət  məsuliyyəti 

daşıyırlar.

 

[17]

 

 

 

II. ƏLİLLİYİN, UŞAQLARIN SAĞLAMLIQ İMKANLARI 

MƏHDUDLUĞUNUN QARŞISININ ALINMASI VƏ ƏLİLLƏRİN, SAĞLAMLIQ 

İMKANLARI MƏHDUD UŞAQLARINREABİLİTASİYASI

[18]

 

 



 

Maddə 9. Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması 

və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti

 

 



 

Əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması  və  əlillərin, 

sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası  sahəsində  dövlət  siyasəti  sağlamlığın 

mühafizəsi,  əlillərin,  sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiya  vasitələrinə  və 

xidmətlərinə  olan  ehtiyaclarının  ödənilməsi  üçün  hüquqi,  iqtisadi,  sosial  şəraitin 

yaradılmasında  ifadə  olunur  və  əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  baş 

verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınmasını, habelə respublika əlilliyi, uşaqların 

sağlamlıq imkanları məhdudluğunun reabilitasiya sisteminin yaradılmasını və inkişafını təmin 

edən dövlət proqramları vasitəsilə həyata keçirilir.

 

Əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması  və  əlillərin, 



sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası  haqqında  dövlət  proqramlarına  uyğun 

olaraq  müvafiq  icra  hakimiyyəti  orqanları  öz  səlahiyyətləri  daxilində  əlillərin,  sağlamlıq 

imkanları  məhdud  uşaqların  ictimai  təşkilatları nümayəndələrinin  iştirakı  ilə  tədbirlər  sistemi 

hazırlayıb həyata keçirirlər.

 

 

 

Maddə  10. Əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının 



alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət 

proqramlarının müəyyənləşdirilməsi

 

 



 

Əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması  və  əlillərin, 

sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası  haqqında  dövlət  proqramları,  həmçinin 

əlillərin,  sağlamlıq  imkanları  məhdud  uşaqların  fərdi  reabilitasiya  proqramı dövlət 

büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

 

[19]

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə