Microsoft Word elilliyin-ve-usaqlarin-saglamliq-imkanlari-mehdudlugunun-qarsisinin-alinmasi-elillerin-ve-saglamliq-imkanlari


Maddə 11. Sağlam həyat tərzinin təbliği



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34295
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

Maddə 11. Sağlam həyat tərzinin təbliği



 

 

 



Dövlət  əlilliyin,  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  qarşısının  alınması 

məqsədilə cəmiyyətin əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliğini təmin edir. Bu zaman 

xəstələrin sağalmasına çəkilən xərclərlə yanaşı, sağlam vətəndaşların öz səhhətlərini qorumağa 

yönəldilmiş səylərini həvəsləndirən tədbirlər görülür.

 

Əlillərin,  sağlamlıq  imkanları  məhdud  uşaqların  bədən  tərbiyəsi  və  idmanı  Azərbaycan 



Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

 [20]

 

 

 

Maddə 12. İşçilərin təhlükəsiz əmək şəraiti ilə təmin olunması



 

 

 



Mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisə,  idarə  və  təşkilatlar  işçilərə 

müəyyən  olunmuş  standartlara  uyğun  təhlükəsiz  əmək  şəraiti  yaradır  və  onların  əmək 

qabiliyyətinin  aşağı  düşməsinə,  sağlamlığına  vurulmuş  ziyana  görə  qanunvericiliyə  uyğun 

məsuliyyət daşıyır, müalicə və reabilitasiya xərclərini ödəyirlər.

 

 

 

Maddə 13. Uşaqlar arasında sağlamlıq imkanları məhdudluğunun profilaktikası 



[21]

 

 



 

Uşaqlarda  əqli  inkişafın  gizli  qüsurlarını,  hiss  üzvlərinin,  hərəkət  sisteminin 

pozulmalarını  erkən  aşkar  etmək  məqsədilə  səhiyyə  müəssisələri  bir  yaşa  qədər  bütün 

uşaqların ixtisaslaşdırılmış uşaq diaqnostika mərkəzlərində və uşaq poliklinikalarında müayinə 

olunmasını və dispanser müşahidəyə götürülməsini təmin edirlər.

 

[22]

 

Uşaqların  erkən,  habelə  sonrakı  yaş  hədlərində  psixoloji-tibbi-pedaqoji  müayinəsini 



aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək psixoloji-tibbi-

pedaqoji komissiyanın vəzifələrindən biridir.

 

Səhhətində,  fiziki,  yaxud  əqli  inkişafında  hər  hansı  pozulma  olan  uşaqlara  dövlət 



tərəfindən  lazımi  tibbi,  pedaqoji,  psixoloji,  defektoloji  və  digər  kömək  göstərilir.  Bu  cür 

köməyin metodları, forması, həcmi və müddəti fərdi reabilitasiya proqramı müəyyən edilir.

 

 

 

Maddə  14. Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  fərdi  reabilitasiya 



proqramı

 

 



 

Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  tibbi,  peşə  və  sosial  reabilitasiyası 

müvafiq  icra  hakimiyyəti  orqanları  və  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların 

ictimai  təşkilatlarının  nümayəndələrinin  iştirakı  ilə  tibbi-sosial  ekspert  komissiyasının  rəyi 

əsasında müəyyənləşdirilmiş fərdi reabilitasiya proqramı üzrə həyata keçirilir.

 

Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  fərdi  reabilitasiya  proqramı 



reabilitasiya tədbirlərini, habelə sosial yardımın növlərinin konkret həcmini, növünü və icrası 

müddətini müəyyən edir.

 

Fərdi  reabilitasiya  proqramının  müvafiq  dövlət  təşkilatları,  eyni  zamanda  müəssisələr, 



idarələr və təşkilatlar tərəfindən icrası məcburidir.

 

Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  fərdi  reabilitasiya  proqramında 



nəzərdə  tutulan  reabilitasiya  tədbirlərinin  həcmi  əlillərin  və  sağlamlıq  imkanları  məhdud 

uşaqların reabilitasiyası üzrə dövlət proqramında müəyyən edilmiş minimum həddən aşağı ola 

bilməz.

 

 



 

Maddə 14-1. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara tibbi xidmət

 

 

 




Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada  əlillərin  və 

sağlamlıq  imkanları  məhdud  uşaqların  dövlət  tibb  müəssisələrində  büdcə  vəsaiti  hesabına 

pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə növbədə təmin 

olunmaq hüququ vardır.

 

[23]

 

 

 

Maddə 14-2. Reabilitasiya müəssisələri (mərkəzləri) 



[24]

 

 



 

Reabilitasiya  tədbirləri  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  fərdi 

reabilitasiya  proqramına və  reabilitasiya  tədbirləri  üzrə  dövlət  proqramına uyğun  olaraq 

reabilitasiya müəssisələri tərəfindən həyata keçirilir. Bu müəssisələrin yönümü reabilitasiyanın 

əsas istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilir. Dövlət reabilitasiya müəssisələri ilə yanaşı 

qeyri-dövlət reabilitasiya müəssisələri də yaradıla bilər.



 [25]

 

Dövlət reabilitasiya müəssisələrinin fəaliyyəti müvafiq qaydada təsdiq olunan nümunəvi 



əsasnamələr və onların nizamnamələri ilə tənzimlənir.

 

Sağlamlıq  imkanları  məhdud  (mürəkkəb  və  ağır  çatışmazlıqları  olan)  şəxslərin  təlimi  və 



(və  ya)  tərbiyəsi  ilə  əlaqədar  müxtəlif  profilli  reabilitasiya  mərkəzləri  yaradılır.  Reabilitasiya 

mərkəzlərinin əsas vəzifəsi həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini 

formalaşdırmaq,  çatışmazlıqların  korreksiyasını  və  fərdi  təhsil  proqramları  üzrə  məşğələləri 

təşkil etməkdir.

 

[26]

 

 

 

III. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN TƏRBİYƏSİ, 

TƏHSİLİ VƏ PEŞƏ HAZIRLIĞI

 

 



 

Maddə  15. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların təhsil  alması  və  peşə 



hazırlığı keçməsi üçün şəraitin təmin edilməsi 

[27]

 

 



 

Dövlət  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların təhsil  alması  və  peşə  hazırlığı 

keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.

 

Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından 



yuxarı  əlillərin məktəbəqədər  təhsilini,  dərsdənkənar  vaxtlarda  tərbiyəsini, psixoloji-tibbi-

pedaqoji  və  ya  tibbi-sosial  ekspert  komissiyasının  qərarına  əsasən  tədris  proqramları  üzrə 

məktəbəqədər, ümumi,  ilk  peşə-ixtisas,  orta  ixtisas  və  ali  təhsil  almasını  Azərbaycan, 

Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər.



[28]

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların təhsili  və  peşə  hazırlığı  müxtəlif 



formalarda, o cümlədən evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir.

 [29]

 

Dövlət  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların təlim  və  peşə  hazırlığı  üçün 



xüsusi olaraq pedaqoji kadrlar hazırlanmasını təmin edir.

 

Sağlamlıq  imkanları  məhdud  şəxslərin  təhsilinin  təşkili  qanunvericilik  aktları  ilə 



tənzimlənir.

 

[30]

 

 

 

Maddə  16.  Məktəbəqədər  yaşlı sağlamlıq  imkanları  məhdud  uşaqların təlim  və 



tərbiyəsi

 

 

 

Müvafiq  icra  hakimiyyəti  orqanları məktəbəqədər  yaşlı sağlamlıq  imkanları  məhdud 



uşaqların təlim-tərbiyəsinə  və  onlara reabilitasiya yardımı  göstərilməsinə  daha  əlverişli 

imkanlar  yaratmaq  məqsədilə  ümumi  məktəbəqədər  uşaq  tərbiyə  müəssisələrində  xüsusi 

qrupların açılmasına şərait yaradırlar.

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə