Microsoft Word elilliyin-ve-usaqlarin-saglamliq-imkanlari-mehdudlugunun-qarsisinin-alinmasi-elillerin-ve-saglamliq-imkanlari



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34295
1   2   3   4   5   6   7   8   9   10   ...   18

 

 

Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların və ya tərkibində əlil, sağlamlıq imkanları 



məhdud  uşağı olan  ailələrin  yaşadıqları  binalar,  əlillərin,  sağlamlıq  imkanları  məhdud 

uşaqların yaşadıqları evlərin kiriş qapıları, pilləkən meydançaları fərdi reabilitasiya proqramına 

uyğun olaraq xüsusi vasitələr və qurğular, lift habelə telefon rabitəsi ilə təmin edilməlidir.

 

Yaşayış binalarının əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmasını 



və  avadanlıqla  təchiz  edilməsini  mənzil  fondu  ixtiyarında  olan müvafiq  icra 

hakimiyyəti orqanları, müəssisələr, idarələr və təşkilatlar həyata keçirirlər.

 

Əlillərin,  sağlamlıq  imkanları  məhdud  uşaqların yaşadıqları  fərdi  evlərin  onlar  üçün 



uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini əlilliyin, 18 yaşınadək sağlamlıq imkanları 

məhdudluğununbaşlanmasında təqsiri olan müəssisələr, idarələr və təşkilatlar, başqa hallarda 

isə müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

Əlilin,  sağlamlıq  imkanları  məhdud  uşağın mənzili  müəyyən  edilmiş  tələblərə  uyğun 



gəlmədikdə  və  mənzili  əlilin,  sağlamlıq  imkanları  məhdud  uşağın tələbatına  uyğunlaşdırmaq 

mümkün  olmadıqda,  yaşayış  sahəsi  onun,  uşağın  valideynlərinin  və  ya  qəyyumlarının 

(himayəçilərinin) pazılığı və tələbi ilə dəyişdirilir.

 

Müvafiq  icra  hakimiyyəti orqanları  dayaq-hərəkət  sistemi  pozulmuş  və  digər I  qrup 



əlillərə,  müharibə  əlillərinə,  habelə  sağlamlıq  imkanları  məhdud  uşağın  ailələrinə öz  yaşayış 

yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.

 

[75]

 

 

 

Maddə 35. Mədəni-tamaşa müəssisələrinin və idman qurğularının əlillərə və sağlamlıq 



imkanları məhdud uşaqlara müyəssər olmasının təmin edilməsi

 

 

 

Müvafiq  icra  hakimiyyəti orqanları  mədəni-tamaşa  müəssisələrinin  və  idman 



qurğularının  əlillərə və  sağlamlıq  imkanları  məhdud  uşaqlara müyəssər  olması  üçün  lazımi 

şəraiti  təmin  etməyə,  habelə  onlara  xüsusi  idman  inventarı  verilməsini  təmin  etməyə 

borcludurlar. 

[76]

 

Əlillər və  sağlamlıq  imkanları  məhdud  uşaqlar göstərilən  xidmətlərdən  Azərbaycan 



Respublikasının qanunvericiliyinə uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə istifadə edirlər.

 

Dövlət  və  bələdiyyə  bədən  tərbiyəsi-idman  təşkilatlarında  sağlamlıq  imkanları  məhdud 



uşaqlara və əlillərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.

[77]

 

 

 

Maddə 36. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin rabitə vasitələri ilə 



təmin edilməsi 

[78]

 

 

 

Müharibə  əlillərinin,  onlara  bərabər  tutulan  şəxslərin,  20  Yanvar  əlillərinin  və  digər 



kateqoriyadan  olan  I  və  II  qrup  əlillərin,  sağlamlıq  imkanları  məhdud  uşağın  ailələrinin 

növbədənkənar  telefon  çəkdirmək  hüququ  vardır.  Müharibə  əlillərinə,  onlara  bərabər  tutulan 

şəxslərə,  20  Yanvar  əlillərinə  və  digər  kateqoriyadan  olan  I  və  II  qrup  əlillərə,  sağlamlıq 

imkanları  məhdud  uşağın  ailələrinə  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən  müəyyən 

olunmuş  qaydada  və  məbləğdə  telefondan  istifadə  haqqını  ödəmək  üçün  (şəhərlərarası  və 

beynəlxalq danışıqlar istisna olmaqla) müavinət verilir.

 

[79]

 

 

 

Maddə  37. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların sosial  infrastruktura 



müyəssərliyinin təmin edilməməsinə görə məsuliyyət

 

 

 

İdarələr  və  təşkilatlar  sosial  obyektlərin  əlillərə və  sağlamlıq  imkanları  məhdud 



uşaqlara müyəssərliyini  təmin  etmədikdə  dövlət  büdcəsinə  obyektin  əlillərə və  sağlamlıq 


imkanları  məhdud  uşaqlarauyğunlaşdırılmasına  tələb  edilən  məbləğin  20  faizi  məbləğində 

çərimə köçürürlər.



 [80]

 

Cəriməni  ödəmiş  müəssisələr  və  təşkilatlar  sosial  infrastruktur  obyektlərinin  əlillərə və 



sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılması vəzifəsindən azad edilmirlər.

 

[81]

 

 

 

VI. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN MADDİ, 



SOSİAL-MƏİŞƏT VƏ TİBBİ TƏMİNATI

 

 

 

Maddə 38. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial yardımın növləri



 

 

 

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı 



pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və 

başqa  vasitələr,  o  cümlədən  avtomobillər  ilə,  kreslo-arabalar,  protez-ortopediya  məmulatı, 

xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, 

sosial,  əmək  və  peşəreabilitasiyası sahəsində  xidmətlər  göstərilməsi,  məişət  və  ticarət  xidməti 

göstərilməsi yolu ilə həyata keçirilir.

 

 

 

Maddə 39. Sosial yardımın növünün müəyyən edilməsi



 

 

 

Əlillərə və  sağlamlıq  imkanları  məhdud  uşaqlara lazımi  maddi,  sosial-məişət  və  tibbi 



yardımın  növlərini  tibbi-sosial  ekspertiza  orqanları  fərdi reabilitasiya proqramında  müəyyən 

edirlər.


 

[82]

 

 

 

Maddə 


40. Əlilə, 

sağlamlıq 

imkanları 

məhdud 

uşağa texniki 

və 

digər reabilitasiya vasitəsi verilməsi 

[83]

 

 

 

Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara texniki və başqa bərpa vasitələri müvafiq 



icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada verilir.

 

[84]

 

Reabilitasiya proqramında  nəzərdə  tutulan  texniki  və  ya  başqa  vasitələr  əlilə,  sağlamlıq 



imkanları  məhdud  uşağa verilmədikdə,  Azərbaycan  Respublikasının  qanunvericiliyində 

müəyyən edilmiş qaydada ona kompensasiya ödənilir.

 

Fərdi reabilitasiya Proqramına  uyğun  olaraq  pulsuz  və  ya  güzəştli  şərtlərlə  nəqliyyat 



vasitələri  almış  əlillərə  bu  vasitələrə  texniki  xidmət  və  onların  təmiri  üçün  Azərbaycan 

Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada kompensasiya ödənilir.

 

[85]

 

 

 

Maddə 41. Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara nəqliyyat xidməti



 

 

 

Müharibə  əlillərinə  və  onlara  bərabər  tutulan  şəxslərə  müvafiq  icra  hakimiyyəti  orqanı 



tərəfindən  müəyyən  olunmuş  qaydada  və  məbləğdə  ölkədaxili  nəqliyyat  vasitələrindən 

(taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.

 

[86]

 

(çıxarılıb) 



[87]

 

(çıxarılıb) 



[88]

 

Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara növbədənkənar xidmət göstərilir.



 

[89]

 

 

 

Maddə 


41-1. Reabilitasiya 

texnikasının 

və 

mexanizasiya 

vasitələrinin 

standartlaşdırılması, unifikasiyası, sınaqdan keçirilməsi və keyfiyyətinin təminatı

 

 



 

Əlillərin,  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin  əmək  və  məişət  şəraitini 

yüngülləşdirmək 

üçün 


reabilitasiya 

texnikasının 

və 

mexanizasiya 



vasitələrinin 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə