Microsoft Word elilliyin-ve-usaqlarin-saglamliq-imkanlari-mehdudlugunun-qarsisinin-alinmasi-elillerin-ve-saglamliq-imkanlari



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34295
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

standartlaşdırılması, unifikasiyası, sınaqdan keçirilməsi və keyfiyyətinin təminatı müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən təşkil edilir.

 

[90]

 

 

 

Maddə 42. Tibbi xidmət, dərman preparatları və protezlər ilə təminat



[91]

 

 

 

Müharibə  əlillərinə  və  onlara  bərabər  tutulan  şəxslərə  müvafiq  icra  hakimiyyəti  orqanı 



tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman almaq üçün müavinət verilir.

 

20  Yanvar  əlilləri,  milli  münaqişə  zəminində  əlil  olanlar,  əlil  uşaqlar və  digər 



kateqoriyalardan  olan  I  və  II  qrup  əlillər,  sağlamlıq  imkanları  məhdud  uşaqlar  müvafiq  icra 

hakimiyyəti  orqanları  tərəfindən  müəyyən  olunmuş  qaydada  dərman  preparatları  ilə  təmin 

edilirlər.

 

Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar tibbi xidmətlə, tibb müəssisələrinin göndərişi 



ilə  ölkə  hüdudları  daxilində  sanatoriya-kurort  müalicəsi  ilə,  həmçinin  protez-ortopediya 

məmulatı, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla), əlil kreslo 

və  veloarabaları,  bərpa  vasitələri  ilə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

olunmuş qaydada təmin edilirlər.



[92]

 

 

 

Maddə  43. Əlillərə,  sağlamlıq  imkanları  məhdud  uşağın  ailələrinə mənzil-məişət 



xidməti 

[93]

 

 

 

Əlillər  dövlətin  hesabına  mənzillə  təmin  edilirlər.  I  qrup  əlillərə,  sağlamlıq  imkanları 



məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir.

 

Fərdi reabilitasiyaproqramına  uyğun  olaraq  əlillər,  sağlamlıq  imkanları  məhdud  uşağın 



ailələrinə binanın  növünü,  mərtəbəsini,  abadlıq  vəziyyətini  və  yaşayış  üçün  vacib  olan  digər 

şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər.

 

Mənzil  bölgüsü  zamanı müvafiq  icra  hakimiyyəti orqanları,  müəssisələr,  idarələr  və 



təşkilatlar  əlillərin,  sağlamlıq  imkanları  məhdud  uşağın  ailələrinin iş  yerlərinin, qohumlarının 

yaşayış 


yerlərinin,reabilitasiya müəssisələrinin (mərkəzlərin) yaxınlığında 

mənzillər 

ayrılmasına olan tələbatı nəzərə alırlar.

 

[94]

 

Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə, sağlamlıq imkanları məhdud uşağın 



ailələrinə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil verilir (və ya dəyişdirilir).

 

Əlillərə,  sağlamlıq  imkanları  məhdud  uşağın  ailələrinə verilən  mənzillər  əlillərin, 



sağlamlıq  imkanları  məhdud  uşağın  ailələrinin səhhəti  nəzərə  alınmaqla  müəyyən  edilən 

sanitariya texniki tələblərə uyğun gəlməlidir.

 

Əlillərin, 



sağlamlıq 

imkanları 

məhdud 

uşağın 


ailələrinin mənzil 

şəraitinin 

yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin 

növbəliyi  Azərbaycan  Respublikasının mənzil  qanunvericiliyi  ilə  müəyyən edilir.  Bu  zaman  1 

qrup  əlillər,  sağlamlıq  imkanları  məhdud  uşağın  ailələri, habelə  II  və  III  qrup  müharibə 

əlilləri ailədə  adambaşına  9  kvadratmetr  və  daha  az  yaşayış  sahəsi  ilə  təmin  edilmiş  olduqda 

mənzil  şəraitinin  yaxşılaşdırılmasına  ehtiyacı  olan  şəxslər  sayılırlar.  Mənzil  şəraitinin 

yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda 

güzəştli  mənzil  uçotu  onun  ailə  üzvləri  üçün  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən olunmuş qaydada saxlanılır. 



[95]

 

Müharibə  əlillərinə  və  onlara  bərabər  tutulan  şəxslərə  müvafiq  icra  hakimiyyəti  orqanı 



tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə mənzil, kommunal xidmətlərindən istifadə 

haqqını ödəmək üçün müavinət verilir.

 

[96]

 

 

 

Maddə 44. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ərzaq və sənaye malları 



ilə təmin edilməsi

 



 

 

Əlillər və  sağlamlıq  imkanları  məhdud  uşaqlar ərzaq  və  sənaye  malları  ilə  güzəştli 



qaydada təmin edilmək hüququna malikdirlər.

 

(çıxarılıb) 



[97]

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının  vəsatətləri 



üzrə müvafiq  icra  hakimiyyəti orqanları  pərakəndə  ticarət  şəbəkəsi  vasitəsilə  təsərrüfat, 

mədəni-məişət,  turist  və  idman  malları  almaqda  əlillərə və  sağlamlıq  imkanları  məhdud 

uşaqlara kömək göstərirlər.

 

Ərzaq  və  sənaye  malları  ilə  güzəştli  qaydada  təmin  edilmək  hüququna  malik  olan 



əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların xəstəliklərinin  siyahısını müvafiq  icra 

hakimiyyətin orqanı təsdiq edir. 



[98]

 

 

 

Maddə 45. Evdə xidmət



 

 

 



Kənardan  qulluğa  və  yardıma  ehtiyacı  olan  əlillərə,  sağlamlıq  imkanları  məhdud 

uşaqlara sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və məişət xidmətləri 

göstərirlər. Ahıl əlillərə sosial xidmət orqanları (evdə, yarımstasionar, stasionar müəssisələrdə), 

habelə  fərdi  qaydada  sosial  xidmət  sahəsində  peşəkar  fəaliyyətlə  məşğul  olan  şəxslər  sosial 

xidmət göstərirlər.

 

[99]

 

Dövlət  kənardan  qulluğa  ehtiyacı  olan  əlillərə,  sağlamlıq  imkanları  məhdud 



uşaqlara sosial yardım üzrə stasionar müəssisələr şəbəkəsinin inkişafına kömək göstərir.

 

Qohumluq  münasibətindən  asılı  olmayaraq  I  qrup  əlilə  (əlillik  səbəbindən  asılı 



olmayaraq),  sağlamlıq  imkanları  məhdud  uşağa qulluq  edən  şəxsin  bu  qulluq  müddəti  onun 

ümumi əmək stajına daxil edilir.



 

[100]

 

İnsanın  immunçatışmazlığı  virusu  ilə  yaşayan  yetkinlik  yaşına  çatmayanların 



valideynlərindən birinin və ya digər qanuni nümayəndəsinin həmin şəxsə 

xidmət etmək 

üçün müvəqqəti işləmədiyi dövr iş stajı saxlanılmaqla ümumi staja daxil edilir.

 

[101]

 

 

 

Maddə  46. İnternat  evlərdə  və  digər  stasionar  sosial  yardım  müəssisələrində  olan 



əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqları 

[102]

 

 

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların internat  evdə  və  ya  digər  stasionar 



sosial yardım müəssisəsində olmasının şərtləri onların öz hüquqlarını və qanuni mənafelərini 

həyata  keçirməsi  imkanını  təmin  edir  və  şəxsiyyətin  tələbatının  maksimum  ödənilməsinə 

kömək göstərir.

 

Reabilitasiya tədbirləri  nəticəsində  əlilin,  sağlamlıq  imkanları  məhdud  uşağın internat 



evdə  və  ya  başqa  stasionar  sosial  yardım  müəssisəsində  olması  zərurətinin  aradan  qalxdığı 

halda müvafiq  icrahakimiyyəti  orqanı  bu  Qanunun  34-cü  və  43-cü  maddələrinin  tələblərinə 

uyğun olaraq ona abad yaşayış sahəsi verir.

 

[103]



 

Valideynləri  olmayan  və  ya  valideynləri  valideynlik  hüquqlarından  məhrum  edilmiş, 

dövlət və ya başqa sosial müəssisələrdə yaşayan sağlamlıq imkanları məhdud uşaqlar yetkinlik 

yaşına  çatdıqda  tibbi-sosial  ekspertiza  rəyinə  görə  özlərinə  xidmət  edə  bilərsə  və  müstəqil 

yaşaya  bilərsə,  növbədənkənar  mənzil  almaq  və  onu  abadlaşdırmaqdan  ötrü  maddi  yardım 

almaq hüququna malikdirlər.



 

[104]

 

Qocalar  və  əlillər  və  sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün  internat  evlərində 



(pansionatlarda)  yaşayan  əmək  pensiyaçılarına  təyin  olunmuş  əmək  pensiyası  tam  məbləğdə 

ödənilir. 



[105]

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə