Microsoft Word elilliyin-ve-usaqlarin-saglamliq-imkanlari-mehdudlugunun-qarsisinin-alinmasi-elillerin-ve-saglamliq-imkanlari



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34295
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

Əlillər üçün internat evdə (pansionatda) yaşayan pensiyaçının öhdəsində əmək qabiliyyəti 

olmayan  ailə  üzvləri  olduqda  pensiya  aşağıdakı  qaydada  ödənilməlidir:  pensiyanın  25  faizi, 

lakin  yaşa  görə  minimum  pensiyanın  20  faizindən  az  olmayaraq  pensiyaçının  özünə,  qalan 

hissəsi isə təyin edilmiş məbləğin 50 faizindən çox olmayaraq göstərilən ailə üzvlərinə.

 

Stasionar  sosial  xidmət  müəssisələrində  yaşayan  ahıl  əlillərin  pensiyalarının  verilməsi 



qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

[106]


 

Əmək  və  istirahət  evində  yaşayan  gənc  əlillərin və  sağlamlıq  imkanları  məhdud 

uşaqların pensiyası tam məbləğdə ödənilir.

 

[107]

 

 

 

Maddə 



47. Əlillərin və 

sağlamlıq 

imkanları 

məhdud 

uşaqların həyatının 

yaxşılaşdırılmasına 

yönəldilən 

qərarların 

qəbul 

olunmasında müvafiq 

icra 

hakimiyyəti orqanlarının səlahiyyəti

 

 

 

Müvafiq  icra  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanları  öz  səlahiyyətləri  daxilində 



əlillərin və sağlamlıq imkanları məhdud uşaqların spesifik tələbatının ödənilməsinə və yaşayış 

səviyyəsinin yüksəldilməsinə yönəlmiş müvafiq tədbirlər həyata keçirə bilərlər.

 

[108]

 

 

 

Maddə  48. Əlillərin,  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  işçilərin yaşayış 



şəraitinin  yaxşılaşdırılmasına  yönəldilən  qərarların  qəbul  olunmasında  əmək 

kollektivlərinin səlahiyyəti

 

 

 

Pensiyaya  çıxanadək  müəssisədə,  idarədə,  təşkilatda  işləmiş  əlillər,  sağlamlıq  imkanları 



məhdud  18  yaşınadək  işçilər onun işçiləri ilə  bərabər  tibbi  xidmət,  mənzil  təminatı,  sağlamlıq 

və  profilaktika  müəssisələrinə  putyovkalar  almaq  sahəsində  mövcud  imkanlardan  istifadə 

etmək,  habelə  kollektivin  ümumi  yığıncağının  (konfransının)  qərarı  ilə  həm  də  başqa  sosial 

xidmətlərdən və güzəştlərdən istifadə etmək hüququnu saxlayırlar.

 

Mülkiyyət  və  təsərrüfatçılıq  formalarından  asılı  olmayaraq  müəssisələrin,  idarələrin  və 



təşkilatların  ixtiyarı  var  ki,  kənardan  yardıma  və  qulluğa  ehtiyacı  olan  əlillərin,  sağlamlıq 

imkanları məhdud 18 yaşınadək işçilərin, xüsusən tək əlillərin, sağlamlıq imkanları məhdud 18 

yaşınadək işçilərin pensiyaları üzərinə öz vəsaitləri hesabına üstəlik və əlavə haqlar müəyyən 

etsinlər, habelə bu Qanunda nəzərdə tutulan başqa güzəştləri versinlər.



 

[109]

 

 

 

Maddə 49. Sosial yardımın maliyyələşdirilməsi mənbələri



 

 

 

Sosial yardım dövlət büdcəsinin və bələdiyyələr tərəfindən yerli büdcələrin vəsaiti, eləcə 



də  dövlət  büdcəsinə  müəssisələrin,  təşkilatların  və  vətəndaşların  cərimələri  və  könüllü 

verdikləri ianə hesabına göstərilir.

 

[110]

 

 



 

VII. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN İCTİMAİ 

TƏŞKİLATLARI

 

 

 

Maddə  50. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının 



yaradılması

 

Öz  hüquqlarını  və  mənafelərini  qorumaq,  qarşılıqlı  yardım  və  xidmət  göstərmək 



məqsədilə  əlillər və  sağlamlıq  imkanları  məhdud  uşaqlar və  onları  təmsil  edən  şəxslər 

Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən qaydada ictimai təşkilatlar, o 

cümlədən müxtəlif fondlar yaratmaq hüququna malikdirlər.

 



Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının  yaradılması, 

fəaliyyəti  və  ləğv  edilməsi  qaydası müvafiq  qanunvericilik,  bu  təşkilatların  müəyyən  edilmiş 

qaydada qeydə alınan nizamnamələri ilə tənzimlənir.

 

[111]

 

 

 

Maddə  51. Dövlət  və  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai 



təşkilatları

 

 

 

Dövlət  əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının 



hüquqlarına və qanuni mənafeyinə əməl olunmasını təmin edir və Azərbaycan Respublikasının 

Konstitusiyasına, bu Qanuna uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirməsi 

üçün şərait yaradılmasına təminat verir, onlara hərtərəfli yardım göstərir.

 

Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla əlillərin və sağlamlıq imkanları 



məhdud  uşaqların ictimai  təşkilatlarının  fəaliyyətinə  dövlət  orqanlarının  və  vəzifəli  şəxslərin 

qarışmasına yol verilmir.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların,  ictimai  təşkilatlarının  mənafeyinə 



toxunan  məsələləri  qanunvericilikdə  nəzərdə  tutulan  hallarda  dövlət  orqanları  və  təsərrüfat 

təşkilatları  əlillərinvə  sağlamlıq  imkanları  məhdud  uşaqların müvafiq  ictimai  təşkilatlarının 

iştirakı və ya razılığı ilə həll edirlər.

 

Mətbuat, 



radio 

və 


televiziya 

əlillərin və 

sağlamlıq 

imkanları 

məhdud 

uşaqların həyatından  bəhs  edən  xüsusi  rubrika  hazırlayır.  Dövlət  əlillər  cəmiyyətlərinin 



mətbuat orqanlarının nəşrinə maliyyə yardımı və texniki yardım götərir.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının  yerli  orqanları, 



habelə  onların  müəssisələrinin  (birliklərinin),  idarələrinin  və  təşkilatlarının  əmək  kollektivləri 

əlillərin və 

sağlamlıq 

imkanları 

məhdud 

uşaqların sosial 



müdafiəsi 

məsələləri 

barəsində müvafiq icra hakimiyyəti orqanlarına təkliflər verə bilərlər.

 

[112]

 

 

 

Maddə 



52. Əlillərin və 

sağlamlıq 

imkanları 

məhdud 

uşaqların ictimai 

təşkilatlarından haqq tutulması

 

 

 

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının məcburi dövlət 



sosial sığortasına cəlb olunması «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu 

ilə tənzimlənir. 



[113]

 

Əldə  edilən  gəlir  bu  cəmiyyətlərin  maddi-texniki  bazasının  inkişafına  və 



möhkəmləndirilməsinə, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial ehtiyaclarının 

ödənilməsinə yönəldilir.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatları  mədəni-kütləvi, 



idman  klubları,  mədəniyyət  evləri,  kitabxanalar  və  s.  yerləşən  binalar  üçün  icarə  haqqını 

ödəməkdən azad edilirlər.

 

[114]


 

 

 

Maddə  53. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ictimai  təşkilatlarının 



iqtisadi fəaliyyəti üçün şərait yaradılması

 

 

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların müəssisələrinin  və  ictimai 



təşkilatlarının  maddi-texniki  təminatı  mərkəzləşdirilmiş  respublika  ehtiyatlarından  həyata 

keçirilir.

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların reabilitasiyasıüçün  nəzərdə  tutulan 



müəssisələrin  məhsulları  (texniki  vasitələr  və  qurğular)  dövlət  sifarişinə  daxildir  və  maddi-

texniki ehtiyatlarla birinci növbədə təmin edilir.

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə