Microsoft Word Elm ocaqlar? aras?ndak? yar?s



Yüklə 11,2 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü11,2 Kb.
#8914

background image
Təhsil müəssisələri arasındakı yarış "Təfəkkür" Universitetində keçirildi. 

 

 

 



    

Oktyabrın 17-də “Təfəkkür” Universitetinin akt zalında Bakı Şəhər 

Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman 

İdarəsinin  və  “Təfəkkür”  universitetinin  birgə  təşkilatçılığı  ilə 

“Müstəqillik  günü”  münasibəti  ilə    Nərimanov  rayonunda    fəaliyyət 

göstərən  ali  və  orta  ixtisas  təhsil  müəssisələrinin  tələbələri  arasında 

“Nə?  Harada?  Nə  zaman?”  İntellektual  Oyunu  üzrə  rayon  kuboku 

uğrunda yarış  keçirildi. 

 

Tədbirdə  Bakı  Şəhər  Gənclər  və  İdman  Baş  İdarəsinin  rəis 



müavini  Aydın  Yusifov,  Nərimanov  Rayon  Gənclər  və  İdman 

İdarəsinin  rəisi,  Yeni  Azərbaycan  Partiyası  Nərimanov  Rayon 

Təşkilatının sədr müavini Nəcəf Novruzov, “Təfəkkür” Universitetinin 

prorektoru,  professor  İlham  Musayev,  “Təfəkkür”  Universitetinin 

Tələbə-Gənclər Təşkilatının sədri Sakit Orucov iştirak edirdilər. 

 

Tədbiri  giriş  sözü  ilə  açan  “Təfəkkür”  Universitetinin  Tələbə-



Gənclər Təşkilatının sədri Sakit Orucov çıxış edərək yarış iştirakçıları-

nı “Müstəqillik günü” münasibəti ilə təbrik etdi. Universitetin prorekto-

ru, professor  İlham Musayev öz çıxışında yarış iştirakçılarına uğurlar 

arzuladı, ölkə başçısı İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qay-

ğıdan,  ölkəmizdə  tələbələrin  hərtərəfli  inkişafı  üçün  yaradılmış 

şəraitdən danışdı. 

 

İntelektual oyunda rayon ərazisində yerləşən 8 ali məktəb və 2 or-



ta  ixtisas  təhsil  müəssisələrinin  tələbələrindən  ibarət  10  komanda    da 

100-ə  yaxın  tələbə  iştirak  edirdi.  İki  saatdan  çox  çəkən oyunda I  yeri 

Azərbaycan Dövlət İqtisad Universitetinin komandası, II yeri Azərbay-

can  Kooperasiya  Universitetinin  komandası,  III  yeri  Bakı  Biznes  və 

Kooperasiya Kollecinin komandası, IV yeri isə “Təfəkkür” Universite-

tinin komandası tutdu. 

 

Qalib komandalar və onların üzvləri diplom, medallar və kubokla 



təltif olundular. 

 

 



 

 

 



 

 

Yüklə 11,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə