Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə1/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
  1   2   3   4   5   6   7   8   9   ...   81



 
2


 
3
 
 
 
 
 
 
 
HAMLET İSAXANLI - 
 
ELM VЯ SЯNЯT MЯCLİSİ 
 
1 – 10  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəzər Universitəsi Nəşriyyatı 


 
4
© Xəzər Universitəsi Nəşriyyatı, 2008 
     Bütün hüquqlar qorunur. 
 
 
 
 
Redaktor:  
Hamlet İsaxanlı 
 
 
Yazıya alanlar: 
Knyaz Aslan 
 Cabir 
Məmmədli 
 
 
 
Kompüter işi: 
Əminə Rza qızı 
 
 
 
 
 
1. Elm və Sənət -Araşdırma. 2. Tarix. 3. Ədəbiyyat. 4. Fəlsəfə.  
5. Poeziya. 6. Tərcümə. 7. Soyuq müharibə 8. Mədəniyyət.  
9. Psixologiya.  10. Sufilik. 11. Hürufilik. 12. Türklər. 13. Ərəblər. 
14.  Etnogenezis. 15. Gürcülər.  
 
ISBN 978-9952-20-046-1 
 
300.72 - dc22  
 
 
 
Bakı. AZ1096. Məhsəti küçəsi 11.  
Azərbaycan 


 
5
İÇİNDƏKİLƏR 
 
Elm vә sәnәt mәclisi –  ünsiyyәt ehtiyacı  
 (Redaktordan). . . . . . . . . . .  . . . . . . 5 
 
Birinci məclis. Fəlsəfə və pоeziya. . . . . . . . . . . . . . . . . . . . . .  8 
 
İkinci məclis. İslamda sufilik. . . . . . . . . . . . . . . . . . . .. . . . . .38 
 
Üçüncü məclis. Orta əsrlərdə tərcümə fəaliyyəti.  
«Quran»ın tərcümələri . . . . . . . . . . . .. . . . . .51 
 
Dördüncü məclis. Оrta əsrlər ərəb dünyasında türklər.  
 Afşin . . . . . . . . . . . . . . . . . . . . . . . .. . . . . .73
 
 
Beşinci məclis. Orta əsrlərdə Azərbaycan türkcəsinə                      
tərcümələr (XV–XVI əsrlər) . . . . . . . . . . . . .96 
 
Altıncı məclis. Türk dünyası bu gün.  
 Azsaylı türk soyları. . . . . . . . . . . . . . . . . . . .123 
 
Yeddinci məclis. Hürufiliyin mahiyyəti və rəmzləri . . . . . . .154 
 
Səkkizinci məclis. Sovet-Amerika qarşıdurması: Azərbaycan   
böhranı və soyuq müharibə . . . . . .. . . . .188 
 
Doqquzuncu  məclis. Etnogenezis və Azərbaycan  
tarixçiliyi . . . . . . . . . . . . . . . . . . . . . . 223 
 
Onuncu  məclis. Gürcü xalqının mədəniyyəti və milli  
psixologiyası: müqayisəli təhlil . . . . . . . . 254 
 
 
Assembly of Science and Art – the need for communication 
(From Editor) . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  297 
Contents . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. . . . .300 


 
6


 
7
Elm vә sәnәt mәclisi –  ünsiyyәt ehtiyacı 
             
 
 
 
 
 
 
 
 
 
Elmi tədqiqatları və sənət əsərlərini ayrı-ayrı insanlar tək-
likdə yazıb-yaradır, uzun illər öz içində, beynində, ürəyində 
gəzdirir, bəsləyib yetişdirir, və bir gün, sanki qeyri-ixtiyari su-
rətdə, qəflətən üzə çıxarır. Elm və sənət nümunələri bəzən kiçik 
bir kollektivin, bir neçə  nəfərin birgə  səyləri nəticəsində  də 
meydana gələ bilir. Bu halda da, yaradıcı qrupun üzvləri ayrı-
ayrılıqda düşüncələrə dalır, öz iştirakını  fərdi bilik, qabiliyyət 
və energisi hesabına təmin edir, ümumi məsələnin həlli isə, əl-
bəttə, yenə də  ünsiyyət, birgə təhlil və müzakirələr yolu ilə baş 
tutur. 
Elm və  sənət adamları, ümumiyyətlə yaradıcı, ziyalı in-
sanlar həmişə öz aralarında ünsiyyətə ehtiyac duymuş, buna hə-
mişə çox əhəmiyyət vermişlər. Yeni kəşfimizi, yeni ideyamızı, 
yeni  əsərimizi, içimizdə qovrulan düşüncələrimizi bizə  bənzər 
birinə, bizi anlayacaq birinə söyləmək, sevinc və qayğımızı bö-
lüşmək ehtiyacı danılmazdır. Peşəkar bir insanla ünsiyyətdə ol-
maq, onunla söhbətləşib fikir mübadiləsi etmək, onu yeni tapın-
tı və ya orijinal fikirlə sevindirmək xoş və gözəl işdir. Onu se-
vindirdiyimiz, yaxşı  mənada təəccübləndirdiyimiz üçün özü-
müz də sevinirik, müsbət enerji toplayırıq, ruhlanırıq, həzz alı-
rıq... Peşəkar bir insanın tənqidi fikirləri və məsləhəti bizim da-
ha dərinlərə baş vurmaq, daha əhatəli olmaq, həqiqətə daha ya-
xın olmaq imkanımızı artırır.  


 
8
Müzakirə olunan mövzu, elm və ya sənət sahəsi üzrə, 
mümkündür ki, mütəxəssis olmayan, amma  geniş düşüncəli və 
həssas yaradıcı insanın verdiyi gözlənilməz suallar, onun öz sa-
həsindən qaynaqlanan fərqli görüş, fikir və münasibət də bizi 
düşündürə bilir, bizə təsir edir. Əlbəttə, yeni olanı bilmək ehti-
rası, yeni olanı mütəxəssislərin öz ağzından eşitmək həvəsi və  
maarifçilik istəyi də yaradıcı insanları bir yerə toplayan mühüm 
amillər sırasındadır.  
Lomonosov Moskva Dövlət Universitəsinin aspirantura-
sında oxuduğum və sonralar orada, eləcə də Steklov Riyaziyyat 
İnstitutunda tədqiqatla məşğul olduğum zamanlar elmi fəaliy-
yətdə ünsiyyətin nə  qədər mühüm olduğunu anladım. Məşhur 
alimlərin, aspirant və tələbələrin bir yerə toplaşdığı həftəlik el-
mi seminarların dünyada görülən mühüm işlərdən xəbər tut-
maq, maraqlandığımız elmi problemləri təhlil etmək, elmdə ye-
ni yollar açan insanlarla birlikdə müzakirələrə qatılmaq baxı-
mından əvəzi və alternativi yox idi. Elmi məktəb deyilən feno-
meni biz birinci növbədə məhz bu seminarların varlığı və qeyri-
adi gücündə görür və hiss edirdik. 
Sosialist blokunun dağılması, maddiyyətin yeni kapitalist 
münasibətləri əsasında fövqəladə güc qazanması və onun yarat-
dığı qarışıq hisslər, qloballaşmanın mövcud mənəvi dəyərləri 
alt-üst etməsi insanları, o cümlədən yazıb-yaradan zümrəni çaş-
baş saldı. Elmi tədqiqatlara maraq azaldı, təhsil sistemi sistem-
sizliyə düçar oldu. Ziyalıların, elm adamlarının və müəllimlə-
rin, mədəniyyət işçilərinin “ağıllı” bir yerə yığışmağa, dərdləş-
məyə ehtiyacı artdı. Giley-güzardan təhlilə keçmək, adi dərd-
ləşmədən araşdırmalara keçmək, elmi-mədəni mühiti canlandır-
maq, dünya elmində, sənətdə baş verənlərdən xəbər tutmaq – 
günümüzün tələbi, ruhumuzun təməli olan bu arzuların həqi-
qətə çevrilməsinə necə kömək edək? 
2006-cı ilin yaz-yay aylarında Elm və Sənət Məclici təş-
kil etmək, heç bir sahə məhdidiyyəti qoymadan vacib hesab et-
diyimiz problemləri müzakirəyə çıxarmaq barədə fikrimiz qəti-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə