Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə14/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   10   11   12   13   14   15   16   17   ...   161

Mirniyaz Mürsəl oğlu Mürsəlov 

34

12.



 

 Molla Muhsin Məhəmməd ibn Mürtəza Kaşani, Təfsirus-safi. Beyrut, 

Müəssəsətu Aləmi lil-Mətbu, 1982. 

13.


 

 Nizami Məhərrəmov, Məmmədəli Babaşov, Qafqaz Müsəlmanlarının Atası, 

Ədəbiyyat qəzeti. Bakı, 1991. 

14.


 

 Sabuhi Şahavatov, Ulumu`l-Kur`an Açısından Bakuvi Tefsirinin Özellikleri, 

Yüksek lisans tezi. İstanbul, 2010. 

15.


 

 Ziya Bünyadov, Qırmızı Terror. Bakı, 1983. 

16.

 

 Z.M.Bünyadov, V.M.Məmmədəliyev, Qurani-Kərim məalı. Bakı, Qismət, 2006. 



17.

 

 http://az.wikipedia.org 



 

 

 


Son dövr Azərbaycan müfəssirləri 

35

 



XÜLASƏ 

 

Bu məqalədə XIX-XX əsrlərdə yaşamış görkəmli Azərbaycan müfəssirləri Mir 

Məhəmməd Kərim Bakuvi, Mövlazadə  Şəkəvi və  Əhməd Haşimzadənin həyat və 

yaradıcılıqları araşdırılmışdır. Həmçinin, məqalədə bu üç müfəssirin yazdığı – Mir 

Məhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq an Nükətil-Ayati vəd-Dəqaiq”, 

Mövlazadə  Şəkəvinin “Kitabul-bəyan fi təfsiril-Quran” və  Əhməd Haşimzadənin 

“Təfsirul-Quranil-Azim” – əsərlər tədqiq olunmuşdur. Adlarını çəkdiyimiz alimlər öz 

əsərlərində təfsirin həm rəvayət, həm də dirayət növündən istifadə etmişdir.  

 

RESUME 

 

In this article, lives and activities of the outstanding Azerbaijani mufassirs 

(commentators of the Qur`an) of the XIX-XX centuries Mir Mohammad Karim 

Bakuvi, Movlazadeh Shakavi and Ahmad Hashimzada have been investigated. The 

works written by these three interpreters - Mir Mohammad Karim Bakuvi`s 

"Kashful-Haqaiq an Nukatil-Ayati va`d-Daqaiq", Movlazadeh Shakavi`s "Kitabul-

bayan fi tafsiril-Qur`an" and Ahmed Hashimzada`s "Tafsirul-Qur`ani`l-Azeem" have 

been also studied in the article. The abovementioned scholars used all types of tafsir 

(interpretation of the Holy Qur`an) such as diraya and riwaya in their works. 

 

РЕЗЮМЕ 



 

В  этой  статье  были  исследованы  жизнь  и  деятельность  выдающихся 

Азербайджанских  муфассиров XIX-XX веков  Мир  Мохаммад  Карима  Бакуви, 

Moвлaзaде  Шекеви  и  Ахмеда  Гашимзаде.  Кроме  того,  в  статье  были  изучены 

работы, написанные этими муфассирами – «Кешфу-л-хагаиг ан Нукати-л-айати 

ва ад-дагаиг» Мир Мохаммад Карима Бакуви, «Китабу-л-байан фи Тафсири-л-

Коран» Moвлазаде Шекеви  и  «Тафсиру-л-Корани-л-азим» Ахмеда  Гашимзаде. 

Вышеуказанные ученые использовали в своих работах такие типы тафсира как 

«ривайат» и «дирайат». 

 




İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman 

37

UOT 28-İslam 



 

İSLAMDA MÜASİRLƏŞMƏ DÜŞÜNCƏSİNİN  

TARİXİ ASPEKTİ VƏ FƏZLUR RƏHMAN 

 

Mübariz Məhəmmədəli oğlu Camalov 



İlahiyyat üzrə fəlsəfə doktoru 

BDU İlahiyyat fakültəsi 

 

 

Açar sözlər: İslam, müasirləşmə, Fəzlur Rəhman, ehkamın dəyişməsi. 

Keywords: Islam, modernity, Fazlur Rahman, change in judgment. 

Ключевые слова: Ислам, модернизация, Фазлур Рахман, изменение ахкама 

 

Tarix boyunca cəmiyyətlər və cəmiyyət içərisindəki ictimai hadisə, fenomen və 



qurumlar dəyişmiş  və inkişaf etmişdir. Bu dəyişmə  və inkişaflardan biri də  qərbdə 

meydana gələn və demək olar ki, bütün dünyanı öz təsiri altına salan müasirləşmədir. 

Müasirləşmə  sənət, elm, fəlsəfə, din, texnologiya kimi həyatın hər sahəsində 

özünəməxsus yeniliklərlə təzahür etmişdir.  

Müasirləşmə  məfhumu özündə  dəyişmə, yenilənmə, inkişaf, təkamül kimi çox 

sayda məna daşıyır. Buna görə  də bu sözlərin bir-biri yerinə  işlədildiyinə  şahid 

olmaq mümkündür. Bu təbiidir. Çünki müasirləşmək üçün dəyişmək, inkişaf etmək 

üçün yenilənmək yaxud təkamül etmək üçün yenilənmək zəruridir. Bu sözlərin yerini 

dəyişərək misalları çoxaltmaq mümkündür. İslamda müasirləşmə deyildiyi zaman da 

eyni şəkildə dəyişmə, yenilənmə, inkişaf və təkamül kimi mənalar zehində cəmləşir. 

Əslində  İslam dininin yaranması da bir dəyişmə, yenilənmə, inkişaf və  təkamül 

olmuşdur. Belə ki, həzrət Peyğəmbərin  əsl hədəfi Allahın iradəsinə uyğun olan 

dəyişməni həyata keçirmək olmuşdur. Burada dəyişdirən Allah və Peyğəmbəri, 

dəyişən isə bütpərəst ərəb cəmiyyəti idi. 

Məlum olduğu kimi, həzrət Peyğəmbər Məkkədə  İslam dinini təbliğ etməyə 

başladığı dövrdə  məkkəlilər bütlərə sitayiş edirdi. Bu, əsrlərdən bəri davam edən 

cahiliyyə  ənənəsi idi. Həzrət Peyğəmbərin gətirdiyi tövhid əqidəsi ilk olaraq bu 

ənənəni dəyişdirmək olmuşdur. Çoxlu məşəqqətlərə  səbəb olan bu dəyişmə 

Məkkənin fəthinə qədər davam edən uzun bir yol keçmişdir. Buradakı dəyişmə İslam 

dininin özündən  əvvəlki cəmiyyəti dəyişdirməsindən ibarət olmuşdur. Mövzumuz 

baxımından daha çox əhəmiyyət kəsb edən ikinci bir dəyişmə isə peyğəmbərlik 



 

Mübariz Məhəmmədəli oğlu Camalov 

38

dövrü boyunca dəyişən  şərtlər qarşısında həzrət Peyğəmbərin mövqeyidir. Bundan 



məqsəd  İslam dinində hökmlərin  şəraitə görə qoyulması  və  şəraitin dəyişməsi ilə 

hökmün dəyişməsinin mümkün olub olmamasıdır. 

İslamda ictimai nizamın formalaşması və buna bağlı olaraq hüququn yaranması 

baxımından hicrət böyük əhəmiyyət kəsb edir. Çünki hicrət müsəlmanların bir 

şəhərdən başqa bir şəhərə köçmələrindən ibarət olmayıb, yeni bir cəmiyyətin 

inşasının başlanğıcı olmuşdur. Buna paralel olaraq Mədinə dövründə  vəhyin 

möhtəvası da dəyişmiş, siyasi, iqtisadi və sosial qurumlar meydana gəlmişdir

1

.  



İslam cəmiyyətinin formalaşdığı bu dövrün təyinedici xüsusiyyətlərindən ikisi 

nəsx və tədricilikdir

2

. Nəsx mövcud olan bir hökmün sonradan gələn başqa bir şəri 



hökmlə ləğv edilib, onun yerinə yeni hökmün qoyulmasıdır

3

. Yəni dövrün şərtlərinə 



uyğun olaraq şəriətin gətirdiyi bir hökmün şərtlərin dəyişməsi ilə yenə  şəriət 

tərəfindən dəyişdirilməsidir. Cəmiyyəti islah etmə hədəfinə sahib olan dinin inkişaf 

prosesinin hər mərhələsinə uyğun hökmlər gətirməsindən daha təbii bir şey də olmaz. 

Bunun Məkkədə deyil, məhz Mədinədə baş verməsi də  təsadüf deyil

4

. Çünki hələ 



açıq-aşkar təbliğ  fəaliyyətinin belə olmadığı, müsəlmanların gizli ibadət etdikləri 

Məkkənin  şərtləri ilə  Mədinənin həm ictimai, həm də siyasi vəziyyəti fərqli idi. 

Məkkədə nazil olan ayələrlə  Mədinədə nazil olan ayələrin məzmun etibarilə bir-

birindən fəqlənməsi də bunun başqa bir təzahürüdür. Məkki ayələr iman əsasları və 

axirətlə bağlı olduğu halda, mədəni ayələr ictimai, siyasi, iqtisadi və hüquqi 

xüsusiyyətləri ilə seçilir. Gündəlik namazların ikidən beşə  çıxarılması, zəkatın 

məcburi hala gətirilib miqdarının müəyyənləşdirilməsi, qiblənin Qüdsdən Kəbəyə 

dəyişdirilməsi kimi bir çox məsələni buna misal gətirmək olar

5



Həzrət Peyğəmbər dövrünün fiqhi xüsusiyyəylərindən ikincisi olan tədricilik 



İslam təşri üsulunun xarakteristik xüsusiyyətlərindən biridir. Hər bir cəmiyyətin adət

ənənə, ictimai nizam və sair kimi dəyərləri vardır. Bu dəyərlərin bir anda tərk edilib 

yerinə yenilərini gətirmək mümkün deyil. Bu sosial həqiqət İslamın təşəkkül etdiyi 

dövrdə  şari tərəfindən nəzərə alınmışdır.  İslami dəyərlər bir anda deyil uzun illərə 

yayılaraq 23 illik nübüvvət ərzində tədricən cəmiyyət həyatına yerləşmişdir. Təşrinin 

bu xüsusiyyətinə fəqihlər tədricilik adını vermişlər. 

                                                 

1

 Aydın M. İlk Dönem İslam Toplumunun Şekillenişi. İstanbul: Pınar Yayınları 1991, s. 107-108. 



2

 Karaman H. İslam Hukuk Tarihi. İstanbul: İz yayıncılık, 2004, s. 54-56. 

3

 Kahraman A. Fiqh üsulu. Bakı: Nurlar 2007, s. 238. 



4

 Erdoğan M. İslam Hukukunda Ahkamın Değişmesi. İstanbul: İFAV, 1994, s. 136. 

5

 Şatibi M. əl-Muvafaqat. Qahirə: 1969. c. III, s. 71. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə