Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə4/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   2   3   4   5   6   7   8   9   ...   161

 

Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov 

10

Ömər Xəlvətinin ailəsi  Şirvanın qabaqcıl sufi ailələrindən omuşdur. O, ilk 



təhsilini atasından almış, daha sonra Xarəzmə gedərək əmisi Əxi Məhəmməd ibn Nur 

Xəlvətidən təsəvvüf yolunun incəliklərini öyrənmişdir.  Əmisi vəfat etdikdən sonra 

onun yerinə  təriqətin  şeyxi olmuşdur.

11

  Ömər Xəlvəti yuxarıda da qeyd olunduğu 



kimi xəlvəti çox sevmiş  və buna görə  də onun qurduğu təriqətin adına bu ad 

verilmişdir. O, xəlvətə  çəkildiyi müddət  ərzində Allahın yeddi adı ilə (La ilahə 

illallah, Allah, Hu, Haqq, Həyy, qəyyum, qəhhar) zikir edərdi. Bu zikir ənənəsi 

ondan sonra bəzi digər təriqətlər tərəfindən də mənimsənilmişdir. O, öz müridlərinə, 

xəlvət, üzlət və sükutu tövsiyə etmiş, təriqətin əsasını məşhur sufi Hatim əl-Əsammın 

bəhs etdiyi dörd ölüm növündən çıxış edərək izah etmişdir. Ona görə seyri-süluk 

yoluna girən şəxs həmişə öz nəfsi ilə mübarizə aparmalıdır. O, bunu “mövti-əhmər 

(qızıl ölüm)” termini ilə ifadə etmişdir. İkincisi, salik hər növ bəlalara səbr etməlidir. 

Bu da “mövti-əsvəd (qara ölüm)” termini ilə izah olunmuşdur. Üçüncüsü, əlində 

olanla kifayətlənməli, heç bir şikayət etməməlidir. Bu prinsip “mövti-əxzərdir (yaşıl 

ölüm)”. Axırıncı prinsip isə salikin az yeməsi və mütəmadi olaraq riyazatla məşğul 

olmasıdır. Ömər Xəlvəti bunu “mövti-əbyəz (ağ ölüm)”   termini ilə ifadə etmişdir.

12

 

Xəlvətiyyənin qurucusu Ömər Xəlvəti olsa da, təriqəti sistemləşdirən və intişar 



tapmasını  təmin edən  əsas  şəxsiyyət Seyid Yəhya Bakuvi Şirvani olmuşdur. Məhz 

buna görə də o, Xəvətiyyənin ikinci piri sayılır. Hətta demək olar ki, təriqətin həqiqi 

qurucusu məhz Şirvani olmuşdur. 

Seyid Yəhya  Şirvaninin həyat və yaradıcılığı:  Seyid Yəhya  Şirvani 14-cü 

əsrin sonunda Şamaxı  şəhərində tanınmış seyid ailəsində dünyaya gəlmişdir. Onun 

nəsli yeddinci imam İmam Museyi Kazıma qədər gedib çıxır. Ailəsi  Şamaxının 

sayılıb-seçilən soylarından idi. Atası  Bəhaəddin öz dövrünün nəqibul-əşrafı

13

 

olmuşdur. Uşaqlığını və gəncliyini Şamaxıda keçirən Seyid Yəhya burada çox yaxşı 



təhsil almış, dil və din elmləri sahəsində müxtəlif müəllimlərədən dərs almışdır. Bu 

müəllimlər içərisində  Şeyx  Şəmsəddin Axsıkəti, Mövlana Hafizəddin  əl-Gərdəri, 

Mövlana Tacəddin, Mövlana Qütbəddin Sərabi kimi dövrünün böyük alimlərinin 

                                                 

11

 Sadık Vicdani, Tomar-ı Turuk-ı Aliyyeden: Halvetiyye Silsilenamesi, səh. 20. 



12

 Mehmet Serhan Tayşi, “Ömer Halveti”, DİA, İstanbul, 2007, c. 34, səh. 65. 

13

 Nəqibul-əşraflıq Abbasi xəlifəsi Mütəvəkkilin (232-247/847-861) dövründə təsis olunmuş və 



daha sonra müsəlman dövlətlərinin bir çoxunda mövcud olmuşdur. Bu qurumun başçısı olan 

nəqibul-əşrafın əsas vəzifəsi həzrət Peyğəmbərin nəslindən gələn seyid və şəriflərin işləri ilə 

məşğul olmaq, onların hüquqlarını qorumaq, seyidlərin  şəcərələrinə  nəzarət etmək, saxta 

yollarla özlərini Peyğəmbər nəslinə aid edənlərin qarşısını almaqdan ibarət idi. Bax. Murad 

Sarıcık, Osmanlı İmparatorluğu’nda nakibü'l-eşraflık müessesesi, Ankara, 2003, s. 23. 



Xəlvətiyyə təriqəti 

11

adını birbaşa özü “Şifa  əl-Əsrar” adlı  əsərinin müqəddiməsində qeyd edir.



14

 Lakin 


onun həyatında  ən mühüm rolu xəlvəti  şeyxi Sədrəddin Xiyavi oynamışdır. Məna 

aləmində yaşadığı müəyyən halların nəticəsində Yəhya Şirvani xəlvətiyyə təriqətinə 

girərək  Şeyx Sədrəddin müridi olmuşdur. Atası  əvvəllər onun sufi olmasına etiraz 

etsə  də, daha sonra özü də  təriqət yoluna girərək  Şeyx Sədrəddinin müridi 

olmuşdur.

15

 

1455-ci ildə Şeyx Sədrəddinin vəfatından sonra təriqət içərisində şeyxlik üstündə 

anlaşmazlıq meydana çıxmış, Şeyx Sədrəddin özündən sonra Seyid Yəhyanı vəsiyyət 

etdiyi halda, başqa bir mürid olan Pirizadə  şeyxlik iddiası ilə  çıxış etdi. Bunun 

ardınca Seyid Yəhya  Şirvanşah I Xəlilullahın dəvəti ilə Bakıya gəldi.  Şirvanşah 

tərəfindən çox yaxşı qarşılanan Seyid Yəhya üçün sarayın yanında xanəgah da təsis 

edildi.


 16

 Burada çox sayda mürid yetişdirən şeyx yazdığı əsərlərlə xəlvətiliyi demək 

olar ki, yenidən sistemləşdirdi və islam dünyasının hər tərəfində yayılmasına zəmin 

yaratdı. Məhz buna görə ona təriqət içərisində ikinci qurucu mənasında “Piri-sani 

(ikinci pir)” deyilmişdir. 

Seyid Yəhya Bakıda yaşadığı müddətdə bir çox əsər qələmə almışdır.  Əsərlə-

rinin əksəriyyətini ərəbcə və farsca, bir əsərini isə Azərbaycan türkcəsində yazmışdır. 

Əsərləri içərisində  xəlvətilərin gündəlik vird kimi oxuduqları “Virdus-səttar”-ın və 

Azərbaycan türkcəsində qələmə aldığı “Şifa əl-Əsrar”-ın xüsusi yeri vardır. “Şifa əl-

Əsrar”-da müxtəlif təsəvvüfi məsələlər Quran, hədis və böyük islami şəxsiyyətlərin 

fikirlərindən çıxış edərək sadə bir dildə izah olunmuşdur. Ümumiyyətlə, Seyid 

Yəhyanın düşüncə sistemində  fəlsəfi təsəvvüfdən çox praktiki-əməli təsəvvüf 

mövzularına daha çox yer verilmişdir. Bu da onun fikirlərinin sadə xalq kütlələri 

arasında yayılmasına zəmin yaratmışdır.  

Seyid Yəhyanın yuxarıda qeyd olunan əsərlərindən başqa da bir çox əsəri vardır. 

Bunlardan bəziləri belədir: 

1.

 

Kəşful-qülub- farsca 



2.

 

Adabul-vüzu (Əsrarul-vüzu)-  



3.

 

Məkarimi-əxlaq (Əxlaqi-mahmudə) 



4.

 

Məqamat (həft məqam)- farsca 



5.

 

Ətvarul-qülub 



                                                 

14

 Seyid Yəhya Şirvani, Şifa əl-Əsrar, nəşrə haz. M. Rıhtım, Bakı, 2013, s. 107-108 



15

 Mehmet Rıhtım, Seyid Yəhya Bakuvi, s. 26-31. 

16

 Mehmet Rıhtım, həmin əsər, s. 34-35. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə