Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə5/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   2   3   4   5   6   7   8   9   ...   161

 

Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov 

12

6.



 

Bəyanul-ilm- mənzum əsərdir 

7.

 

Mənazilul-aşiqin 



8.

 

Şərhe Sualate Gülşəne Əsrar 



9.

 

Qəzəliyyat- frasca mənzum əsərdir 



Bunlardan başqa mənbələrdə onun bir çox başqa əsərindən də bəhs olunur.

17

 



Seyid Yəhya Şirvani ömrünün sonuna qədər Bakıda yaşayıb-yaratmış və orada 

vəfat etmişdir. Mənbələrdə onun vəfat tarixi kimi həm 1463, həm də 1466-cı il 

göstərilir. Vəfatının ardından onun müridləri başda Anadolu olmaqla islam dünyası-

nın müxtəlif bölgələrində  təriqəti yaymış  və beləcə  xəlvətiyyə müridlərinin və 

təkyələrinin sayına görə  ən böyük sufi təriqətlərindən birinə çevrilmişdir. Təsadüfi 

deyildir ki, Osmanlı sultanlarından bir çoxu məhz bu təriqətə mənsub olmuşlar. 



Xəlvətiyyə silsiləsi: Sufi təriqətlərində hər bir təriqət şeyxinin həzrət Peyğəmbə-

rə  qədər gedib çıxan və ona icazət verən  şeyxlərinin adlarından ibarət olan silsilə 

olur. Təsəvvüfdə iki əsas silsilə vardır: ələviyyə və siddiqiyyə. Əgər silsilə İmam Əli 

(ə) vasitəsilə həzrət Məhəmmədə (s) çatırsa buna ələvi silsilə deyilir. Əbu Bəkr Sid-

diq (r.a.) vasitəsilə Peyğəmbərə (s) çatan silsilə isə siddiqi və ya bəkri silsilə adlanır. 

Ələvi təriqətlər zikirlərini səsli (cəhri zikr), siddiqi təriqətlər isə əsasən səssiz (xəfi) 

edirlər. Həzrət  Əliyə çatan silsiləyə  əhli-beytə hörmət  əlaməti olaraq “silsilətuz-

zəhəb”, yəni qızıl silsilə deyilir. Təriqətlərin  əksəriyyəti  ələvi silsiləyə, bəzisi isə 

siddiqi silsiləyə mənsubdurlar. Məsələn, Kübrəviyyə, Qadiriyyə, Mövləviyyə, Bekta-

şiyyə təriqətləri ələvi, Nəqşbəndilik təriqəti isə siddiqi təriqətdir.  

Xəlvətiyyə  təriqəti də  ələvi təriqətlərdəndir. Bu təriqətin də silsiləsi 

peyğəmbərimizə  həzrət  Əli vasitəsilə çatır. Lakin xəlvətiliyi tədqiq edən bəzi 

alimlərin də qeyd etdiyi kimi bu təriqətin ilkin silsiləsində səkkiz əhli-beyt imamının 

adı keçdiyi halda, daha sonrakı dövrlərdə populyarlıq qazanmış və gününmüzə qədər 

qəbul olunan silsilədə  təkcə  həzrət  Əlinin adı qeyd olunur. Bunun da səbəbi kimi 

Osmanlı-Səfəvi rəqabəti göstərilir. Belə ki, Səfəvi dövlətində  şiəlik rəsmi məzhəb 

xarakteri aldıqdan sonra Osmalılar bu fəaliyyətə qarşı şiəliklə başda vəlayət prinsipi 

olmaqla müəyyən bənzər xüsusiyyətlərə sahib olan sünni təriqətlərini önə  çəkdi və 

dəstəklədi. Bu təriqətlərin də başında səfəviliklə “qohum” təriqət olan xəlvətilik 

gəlirdi. Məhz bu dövrdə hər halda şiəliklə əlaqələndirilməmək məqsədi ilə həzrət Əli 

istisna olmaqla, digər  əhli-beyt imamlarının adlarının xəlvətiyyə silsiləsindən 

                                                 

17

 Mehmet Rıhtım, “Seyid Yahya Şirvani”, DİA, c. 43, 265-266 




Xəlvətiyyə təriqəti 

13

çıxarıldığı ehtimal olunur.



18

 Türk tədqiqatçısı Mustafa Aşkar Yusif Sinan Əfəndinin 

(ö. 989/1581) xəlvətiyyənin öndə gələn şəxsləri ilə əlaqəli yazdığı “Mənaqibi-şərif”

19

 



adlı  əsərindəki silsilədən çıxış edərək ilkin xəlvəti silsiləsində  həzrət  Əlidən sonra 

İmam Həsən və  İmam Hüseynin, Məruf Kərxinin də ardından  İmam Zeynəlabidin, 

İmam Məhəmməd Baqir, İmam Cəfəri-Sadiq, İmam Museyi-Kazım, İmam Rza kimi 

əhli-beyt imamlarının da adlarının qeyd olunduğunu yazır.

20

 Aşkara görə, daha sonra 



silsilədə edilmiş  dəyişiklik yuxarıda da qeyd edildiyi kimi Səfəvilərlə Osmanlılar 

arasındakı ideoloji mübarizədir. Osmanlıların Səfəvilərə qarşı xəlvətilik, mövləvilik, 

nəqşbəndilik və başqa bir çox sünni sufi təriqətlərini dəstəklədikləri tarixi bir 

gerçəklikdir.

 21

  Lakin fikrimizcə, xəlvətiyyə silsiləsindəki dəyişikliyin bu ideoloji 



mübarizə ilə əlaqələndirilməsinin bəzi zəif cəhətləri vardır. Belə ki, Aşkarın mənbə 

kimi göstərdiyi Atayinin (ö. 1044/1634) “Hədaiqul-həqaiq fi təkmilətiş-şəqaiq”,  

Bandırmalızade Ahmed Münib Efendinin (1858-1918) “Mir`atut-turuq” adlı əsərləri 

başda olmaqla silsilədə əhli-beyt imamlarının qeyd olunmadığı əsərlər  daha çox 17-

ci əsr və sonrasına aiddir. Halbuki imamların adlarını silsilədə qeyd edən “Mənaqibi-

şərifin” müəllifi olan Yusif Sinan Əfəndi Səfəvi-Osmanlı ideoloji və  hərbi 

mübarizəsinin zirvədə olduğu 16-cı  əsrin alimlərindəndir. Deməli, silsilədəki 

fərqliliyi qeyd olunduğu kimi sırf ideoloji mübarizə zəminində dəyərləndirsək, onda 

bunun 16-cı  əsrdə yazılan  əsərlərdə edilməsi daha məntiqli olardı. Fikrimizcə, son 

dövr xəlvətilərinin həzrət Əlidən sonra Həsən əl-Bəsri ilə davam edən silsiləni qəbul 

etməsi bu silsilənin ələvi təriqətlərin əksəriyyətində qəbul olunan daha tanınmış bir 

silsilə olmasıdır.  Ələvi təriqətlərin silsiləsinə  nəzər saldıqda onların mütləq 

əksəriyyətinin öz silsilələrində Cüneyd Bağdadiyə  qədər eyni şəxslərə yer 

verdiklərini görərik. Deməli, sonrakı  xəlvətilərin qeyd olunan silsiləyə  rəğbət 

göstərməsini bu silsilənin daha məşhur olmasında axtarmaq daha doğru olardı. 

Hal-hazırda Xəlvətiyyənin  əsas qəbul etdiyi Həzrət Məhəmməddən Yəhya 

Şirvaniyə qədər olan silsilə isə belədir: 

 

 



                                                 

18

 Bax. Mustafa Aşkar, “Bir Türk Tarikatı Olarak 



Halvetiyye’nin Tarihî Gelişimi 

ve Halvetiyye Silsilesinin Tahlili”, Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, 1999, 

cilt: XXXIX, s. 546-559 

19

 Əsər “Mənaqibi Ricali Xəlvətiyyə” adı ilə tanınır. 



20

 Mustafa Aşkar, həmin məqalə, s. 559. 

21

Nümunə üçün bax. Murat Akgündüz, “Mevlevîlik ve Osmanlı Padişahları”, Uluslararası 



Mevlâna ve Mevlevîlik Sempozyumu, Bildiriler II [Mevlânâ Celaleddin Rumi’nin 800. 

Doğum Yılı Anısına], 26-28 Ekim 2007, [t.y.], cilt: II, s. 347-352 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə