Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə156/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   148   149   150   151   152   153   154   155   156

“Mənzum fiqh” və “Viqayə” əsərlərində nikah məsələləri
  
385 
Yəni ol ana haram olur tamam, 
Şöylə kim olur nəsbədən vəssalam. 
 
Otuz aydan sonra əmərsə həman,  
Oğlu  olmaz  ol anun bil bigüman. 
 
Hər nə kim oldu nəsəbdən pəs haram,  
Həm  haram oldı  rizadan ey imam (18,79ab). 
Peygəmbər (s) buyurmuşdur: “Nəsəbcə haram olanlar süd yolu ilə də haramdır-
lar” (13,217). Peyğəmbər (s) həmçinin buyurmuşdur: “Övladlıqla haram olunan, süd 
əlaqəsi ilə də haramdır” (7,397). Bu səbəbdən də süd anası doğma ana kimidir. Oğlan 
uşağına ana tərəfdən nəsəb səbəbi ilə haram olanlar, süd əlaqəsi səbəbi ilə  də 
haramdır. Beləliklə süd əmən oğlan uşağı bu qurup qadınlarla evlənə bilməz: 
1.Süd anası. 
2.Süd anasının anası. 
3.Süd anasının qaynanası. 
4.Süd anasının bacısı. 
5.Süd anasının ərinin bacısı (baldızı). 
6.Süd anasının oğul və qız nəvələri. 
7.Süd bacısı. 
 Süd əmən  qız uşağı  bu qurup kişilərlə  ailə qura bilməz: 
1.Süd verən qadının əri (yəni süd atası). 
2.Həmin kişinin atası.  
3.Həmin kişinin oğlanları və nəvələri.  
3.O kişinin qardaşları. 
4.O kişinin əmiləri və dayıları. 
5.Süd verən qadının qardaşları.  
6.Süd verən qadının oğlanları və nəvələri. 
7.Süd verən qadının atası və babası. 
8.Süd verən qadının əmiləri və dayıları (4,269). 
Əbu Hənifə ilə  İmam Malikə görə əmilən südün miqdarına görə az və ya çox 
olması arasında fərq yoxdur. “Ən-Nisa” surəsi 23-cü ayədə buyrulduğu kimi: “... Sizə 
süd verən  süd analarınız (da sizə haram qılındı)”. 
Evlənməyi haram edən südəmmənin miqdarı ilə bağlı bəzi hədislər var ki, orada 
buyrulub: Aişə  (ə) Peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Südü bir iki dəfə 
sormaq haram etmir”. Digər bir hədisdə: “Bir iki dəfə süd vermək və ya süd sormaq  
haram etmir”. 
Qurani-Kərimdə süd əmməyin haram olunması ilə bağlı Aişə (ə) bəzi hədislər 
rəvayət etmişdir: Aişə (ə) deyir ki, “Quranda on dəfə süd əmməyin haram edilməsi 
nazil olmuşdu. Sonra bu say ləğv edilib beşə endirildi. Peyğəmbər (s) vəfat edəndə 
bəzi insanlar hələ də bu ayələri Qurandan hesab edirdilər”.   


Rübabə Bahadır qızı Şirinova
 
 
386 
Süd vermə iki yaş tamam olana qədər olmalıdır. Qurani-Kərimdə “Bəqərə” surəsi 
233-cü-ayədə buyrulur: 
 ِنْيَلِماَك ِنْيَلْوَح  ﱠنُھَد َلاْوَأ  َنْعِضْرُي  ُتاَدِلاَوْلاَو 
“Analar (istər boşanmış, istərsə  də boşanmamış olsun) uşaqlarını  əmizdirmə 
müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər”. 
Böyük islam alimlərindən olan Əbu Yusif, Şafii, Maliki və Əhməd bin Hənbəliyə 
görə uşağın iki yaşı tamam olana qədər əmdiyi süd, qohumluq doğurur  (13, 217). 
Əbu Hənifəyə görə isə əmmə müddəti 30 aydır. Qurani-Kərimdə bu barədə “əl-
Əhqaf” surəsi 15-ci ayədə belə buyrulub: 
 اًرْھَش  َنوُث َلاَث ُهُلاَصِفَو ُهُلْمَحَو 
“Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır”. 
1.  Müvəqqəti оlaraq haram buyrulan qadınlar. 
Müvəqqəti оlaraq haram sayılan qadınlar, aşağıdakılar hesab olunurlar:  
1. Kişi iki bacı ilə eyni vaxtda evlənə bilməz. Allah-Təala buyurur: “...və iki ba-
cını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyə dövründə) olan bu 
cür işlər müstəsnadır (6, 398). 
2. Qadın ilə bərabər bibisi və ya xalası ilə evli olmaq. Əbu Hüreyrə (r.a.) Pey-
ğəmbərin (s) belə dediyini rəvayət edir: “Qadın ilə bərabər onun bibisi və ya xalası ilə 
evlənmək olmaz” (5, 399). 
3. Başqasının arvadı və ya boşanıb müddət (iddə) gözləyən qadın. “... (Cihad vax-
tı  əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna  olmaqla, ərli qadınları almaq 
Allahın yazısı (hökmü) ilə sizə haram edildi...”. Yəni, ərdə olan qadınla ailə qurmaq 
haramdır. Cariyə isə bu halda istisnadır. Cariyə qadının sahibi onun hamilə 
qalmadığına əmin olduqdan (istibradan) sonra, evli olsa  da ona halaldır (6, 400).   
4. Kişinin üç dəfə boşadığı qadın ona haramdır. Belə  vəziyyətdə qadın başqa 
kişiyə  ərə gedib doğru nikah bağlamayınca, birinci ərinə halal sayılmır. Qurani-
Kərimin “Bəqərə” surəsi, 230-cu ayəsində buyrulur: 
 ُهَرْيَغ اًج ْوَز َحِكْنَت ىﱠتَح ُدْعَب  ْنِم ُهَل ﱡلِحَت  َلاَف اَھَقﱠلَط  ْنِإَف
 ْيَلَع َحاَنُج  َلاَف اَھَقﱠلَط  ْنِإَف 
 ِھ
  ْنَأ اﱠنَظ  ْنِإ اَعَجاَرَتَي  ْنَأ اَم
 ﱢيَبُي ِ ﱠﷲ ُدوُدُح َكْلِتَو ِ ﱠﷲ َدوُدُح اَميِقُي
 َنوُمَلْعَي  ٍم ْوَقِل اَھُن
 
“Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir 
ərə getməmiş ona (əvvəlki  ərinə) halal olmaz. (İkinci  əri) onu boşadıqdan sonra 
Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları 
olduqları  təqdirdə, (həmin qadının  əvvəlinci  əri ilə) təkrar evlənməsində günah 
yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir)”. 
5. Zinakar qadınla evlənmək. Kişinin zinakar qadınla evlənməsi, qadının isə zi-
nakar kişiyə ərə getməsi halal deyil. Yalnız əgər onlar sadiq bir tövbə etsələr bundan 
sonra onlara evlənmək və ya ərə getmək halal olar. Qurani-Kərimdə: 
  
 ِكْنَي  َلا ُةَيِناﱠزلاَو ًةَكِرْشُم ْوَأ ًةَيِناَز  ﱠلاإ ُحِكْنَي  َلا يِناﱠزلا
 ُح
 ىَلَع َكِلَذ َمﱢرُحَو ٌكِرْشُم ْوَأ ٍناَز  ﱠلاِإ اَھ
ا
 َنيِنِم ْؤُمْل
 
“Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın 
da yalnız zinakar, yaxud müşrik bir kişiyə  ərə gedə bilər. Bu (belə bir evlənmə), 
möminlərə haram edilmişdir” (“Ən-Nur”surəsi, 3-cü ayə) (1,331).  
 
Başqa dindən оlan qadınla еvlənmək məsələsi (12,V, 2139). 


“Mənzum fiqh” və “Viqayə” əsərlərində nikah məsələləri
  
387 
İman baхımından müsəlmanlara müхalif оlanlar üç qrupa ayrılırlar. 
1. Səmavi kitabı оlmayanlar. Bunlar ağaca, daşa, gümüşə və s. inananlardır. 
2. Kitaba bənzər şеyləri оlanlar. Bunlara misal olaraq atəşə inanan atəşpərəstləri 
göstərmək olar. Allah-Təala atəşpərəstlərin Pеyğəmbərləri  оlan Zərdüştə bir kitab 
göndərmişdir. Lakin оnlar bu kitabı təhrif еtmiş və pеyğəmbərlərini də öldürmüşlər.  
3.Kitabları оlan yəhudilər və хristianlar. Bir müsəlmanın bunların qadınları ilə 
еvlənməsi halaldır. Amma müsəlman bir qadının əhli-kitab оlan bir kişi ilə еvlənməsi 
haramdır.   
Həmçinin kitab əhli оlmayan qеyri-müsəlman kişi və qadınlarla ailə qurmada ha-
ram buyurulmuşdur. Qurani-Kərimdə “Bəqərə” surəsi, 31-32-ci ayələrdə  buyurur: 
 ِم ٌرْيَخ ٌةَنِم ْؤُم ٌةَمَ َلأَو  ﱠنِمْؤُي ىﱠتَح ِتاَكِرْشُمْلا اوُحِكْنَت  َلاَو ْ◌
ا اوُحِكْنُت  َلاَو ْمُكْتَبَجْعَأ  ْوَلَو ٍةَكِرْشُم  ْن
  َنيِكِرْشُمْل
 ِم ْؤُي ىﱠتَح
 َلوُأ ْمُكَبَجْعَأ  ْوَلَو ٍكِرْشُم  ْنِم ٌرْيَخ  ٌنِمْؤُم ٌدْبَعَلَو اوُن
 َجْلا ىَلِإ وُعْدَي ُ ﱠﷲَو ِراﱠنلا ىَلِإ  َنوُعْدَي َكِئ
 ِةَرِفْغَمْلاَو ِةﱠن
  َنوُرﱠكَذَتَي ْمُھﱠلَعَل ِساﱠنلِل ِهِتاَيَآ  ُنﱢيَبُيَو ِهِنْذِإِب 
“Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla 
evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz 
bir müşrik bir qadından daha yaxşıdır”. Həmçinin müşrik kişilər Allaha iman gə-
tirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman 
gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar 
(müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə 
Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün 
insanlara hökmlərini aydınlaşdırır (“ Bəqərə” surəsi, 31-32-ci ayə) (1,31-32). 
Əhli-kitab оlan qadınların, müsəlman kişilər ilə ailə qurması haqqında Qurani-
Kərimin  “əl-Maidə” surəsi, 5-ci ayəsində  buyrulur: 
 
 ِح  َباَتِكْلا اوُتوُأ  َنيِذﱠلا ُماَعَطَو  ُتاَبﱢيﱠطلا ُمُكَل ﱠلِحُأ َمْوَيْلا
 ِم  ُتاَنَص ْحُمْلاَو ْمُھَل ﱞلِح ْمُكُماَعَطَو ْمُكَل ﱞل
 ِتاَنِم ْؤُمْلا  َن
وُمُتْيَتَآ اَذِإ ْمُكِلْبَق  ْنِم  َباَتِكْلا اوُتوُأ  َنيِذﱠلا  َنِم  ُتاَنَصْحُمْلاَو
 ُھ
 ﱠتُم  َلاَو  َنيِحِفاَسُم َرْيَغ  َنيِنِص ْحُم  ﱠنُھَروُجُأ  ﱠن
 ٍناَد ْخَأ يِذِخ
 ْلا  َنِم ِةَرِخَ ْلآا يِف َوُھَو ُهُلَمَع َطِبَح ْدَقَف ِناَميِ ْلإاِب ْرُفْكَي  ْنَمَو
 َنيِرِساَخ
 
“Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin 
yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab veril-
mişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini 
haram  şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina 
etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı da-
nanın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!” (1,89).         
Allah-Təalanın əmri, Peyğəmbərin (s) sünnəti ilə halal buyrulmuş nikahlarla ya-
naşı, batil sayılan nikahlar da vardır. Hansı nikahlar batil sayıldığını nəzərdən keçirək. 
Şiğar, muhəllil və mutə kimi nikahlar batil nikah sayılır. Adı çəkilən nikahların hər 
biri haqqında qısa məlumat vermək yerinə düşərdi. 
Şiğar nikahı. Bu bir kimsənin öz qızını, bacısını, yaxud qəyyumu olduğu kimsəni 
qarşı  tərəfə  ərə verərək,  əvəzində onun özünü, yaxud oğlunu və ya qardaşını qo-
humlardan bir qızla evləndirməsini, yaxud qızını və ya bacısını ərə verməsi deməkdir. 
Belə qaydada bağlanan nikah  məhr verilib-verilməməsindən asılı olmayaraq, batil 


Rübabə Bahadır qızı Şirinova
 
 
388 
sayılır (6,401). Çünki Peyğəmbər (s) belə nikah bağlamağı qadağan etmiş və çəkin-
dirmişdir. Qurani-Kərimdə “əl-Həşr” surəsi 7-ci ayədə buyrulur “...Peyğəmbər sizə 
nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...” (1,564) . 
Əbu Hureyrədən rəvayət olunur ki, “Peyğəmbər (s) şiğar nikahı qadağan edərək 
dedi:  Şiğar bir kimsənin digərinə: sən mənə öz qızını ver, mən də  sənə öz qızımı 
verim. Yaxud sən mənə öz bacını ver, mən də sənə öz bacımı verim – deməsidir” (6, 
401). Digər bir hədisdə də Peyğəmbər (s) buyurmuşdur: “İslamda şiğar yoxdur”. Bu 
səhih hədislər  şiğar nikahının haram, batil və Allahın  şəriətinə zidd olmasını açıq-
aşkar isbat edir. Belə nikahda məhrin verilib-verilməməsi onun haramlıq hökmünü 
dəyişmir. Bu isə böyük fəsad törədən bir haldır. Çünki, bu qəyyumların öz istəklərini 
həyata keçirmək uğrunda, onların maraqlarını qadınların maraqlarından üstün tutaraq, 
qadınları istəmədikləri kişiyə zorla ərə verməkdir. Bu isə qadınlara qarşı edilən 
zülümdür, pis bir işdir.  
Muhəllil nikah. Bu üçüncü dəfə boşanmış qadını, birinci ərinə halal olsun deyə 
gözləmə müddətindən sonra almaq və sonra boşamaqdır. Bu növ nikah ən böyük  
günahlardan və fahiş işlərdəndir. İstər əvvəlcə, istərsə sonra bu nikahı etməyə söv-
dələşmək, yaxud qəlbində belə bir niyyət tutub evlənmək qadağandır. Onu edənə qarşı 
isə  lənət olunmuşdur.  Əli (ə) deyir ki, “Peyğəmbər (s) belə nikah bağlayanı  və 
səbəbiylə bu nikah  bağlanan kimsəni (birinci əri) lənətləmişdir” (6, 402).  
Mutə nikah (Siğə).“Mütə” sözünün lüğəvi mənası “Müvəqqəti nikah”, “aşna” 
dеməkdir (10, 434). “Mütə” müvəqqəti еvlənmə əqdidir. Məs.: kişinin qadına “Səni 
bir aylığına nikahladım” və ya “Bir illiyinə  səninlə  еvləndim” dеməsidir. Bu əqd 
yеrinə  yеtirildikdə,  şahidin, vəlinin iştirakı vacib dеyildir. Belə nikah əhli-sünnə 
alimlərinin fikrinə görə haram sayılır. Hətta nikah bağlansa belə (19,208). 
“Mütə” nikah ilə  bağlı “Mənzum fiqh” əsərində belə verilir: 
Mütə cayiz olmayisər ey pesər, 
Şöylə kim avrata desə bir ər. 
 
Sana yüz aqca verəyin ne edəyin, 
Yəni bir qaç gün təməttö edəyin. 
 
Razı oldu ana avrat həm dəxi, 
Bu həman çayiz degüldür ey əxi (18,60a). 
Hənəfi məzhəbinin təməl kitablarından biri hesab edilən “Viqayə” və onun poetik 
tərcüməsi olan “Mənzum fiqh” tərcümə  əsəri  əsasında apardığımız araşdırmalar 
nəticəsində, nikah və onun rüknlərini, nikahın şəri hökmlərini, nikahın növlərini orta 
əsr mənbələri əsasında  tədqiq etməyə çalışmışıq.  
 
 


“Mənzum fiqh” və “Viqayə” əsərlərində nikah məsələləri
  
389 
 
ƏDƏBİYYAT 
 
1.  Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Z.Bünyadov, V.Məmmədə-
liyev. Bakı, Azərnəşr, 1992.  
2.  Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani. İzahlı şəriət məsələləri. Bakı, 
2013. 
3.  Babayеva Z. Əbülqasim Hillinin “Şəraül-islam fi məsailil-həlal vəl-həram” 
əsəri Cəfəri Məzhəbinin əsas qaynaqlarından biri kimi. Namizədlik dissertasiyası, Ba-
kı, 1995.  
4.   Bеlyayеv.Y.A. Müsəlman təriqətləri. Bakı, Azərbaycan Ensiklopediyasının 
Baş Redaksiyası, 1991.  
5.  Cəlilov E. Azərbaycanın dövlət və hüququ XIII-XIV yüzillər. Dövlət kitab 
palatası. Bakı-1995. 
6.  Əbdüləzim İbn Bədəvi əl-Xələfi Quran və səhih hədislərlə əsaslandırılmış 
İslam fiqhi. Tərcüməçi: Abdur-Rahim Muradi. Bakı, “Şərq-Qərb” mətbəəsi, 2007.  
7.  Əbdürrəhman Hacı Yusifpur. İslam dinində qadın məsələsi. Bakı 1995.  
8.  Ələkbərov F. Şərqdə ailə  və nikah. Nəşriyyat-Poliqrafiya mərkəzi, Bakı, 
2001.   
9.  Əliyеv R. İslamda ailə və nikah münasibətləri. Bakı, 1999.    
10. 
Ərəb və fars sözləri lügəti. Azərbaycan SSR Elimlər Akademiyası Nəsimi 
adına Dilcilik İnsititutu. Bakı. Yazıcı, 1985. 
11.  Kərimov Q. Şəriət və onun sosial mahiyyəti. Bakı, 1987.  
12. 
Abdurrahman El-Ceziri. Dört mezhebin fıkıh kitabı (Tercüma eden Hasan 
Ege Diyanet İşleri Reis Müavini).İstanbul, 2000, Vc., 512 . 
13.  Delilleriyle İslam Hukuku Şahıs,Aile ve Çözümlü miras. İstanbul 1983. 
14.  Hamdi Döndüren. Delilleriyle aile ilmihali. İstanbul, 2005. 
15.  Баранов Х.К. Арабско-русский словарь. Изд-во «Русский язык», Моск-
ва, 1985. 
16. 
 
 ةعبرلاا بھاذملا ىلع هقفلا باتك ،نمحرلا دبع ىريزجلا
٥
˗
١
ارلا ءزجلا ،
 ،عب
٥٣١
وريب ،
 ت

 
 نانبل
١٤١٠
/
١٩٩٠
 
17.  S-740           
 لولاا ةعيرشلا ردص دوعسم نب ﷲ ديبع

 
                   ةيادھلا لئاسم ىف ةياورلا ةياقو
 
18.  B-7075    
 
ىلقوا تلواد فسوي
-
 
نم
       هقف موظ
        
19.   www.dinimizislam.com.  
 
 
 


Rübabə Bahadır qızı Şirinova
 
 
390 
 
XÜLASƏ 
 
Rübabə Bahadır qızı Şirinova 
fəlsəfə üzrə fəlsəfə doktoru,böyük elmi işçi 
    Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
 
İslamda ailə-nikah münasibətlərinin tədqiqinə çox əsərlər həsr olunmuşdur. Bu 
mövzu ilə bağlı hər bir tədqiqatçının müraciət etdiyi ilk mənbə Qurani-Kərim, daha 
sonra isə hədislərdir. Biz də bu mənbələrə istinad edərək digər alimlərin Sədr əş-Şəriə 
əl-Əvvəl, Sədr əş-Şəriə əs-Sani, Qurd Əfəndi, Yusif Dövlətoğlu kimi mötəbər orta əsr 
müsəlman alimlərinin, fəqihlərinin  əsərlərinə müraciət etmişik. Bu əsərlər islamın 
nikah, məhr, ailə  və ailə üzvləri arasında münasibətləri və s. məsələləri düzgün 
müəyyənləşdirilməkdə bizim üçün bir mənbə olmuşdur. 
 
 
РЕЗЮМЕ 
 
В  исламе  исследованию  вопросов  семьи  и  брака  посвящено  множество 
произведений.  По  данной  теме  каждый  исследователь  обращается  в  первую 
очередь к Корану, и толъко после к хадисам. Мы, основываясь на эти источники, 
также  обратились  к  произведениям  достойных  мусульманских  ученых  и 
правоведов средних веков как Седр аш-Шария аль-Еввел, Седр аш-Шария ас-
Сани,  Курд  Эфенди,  Юсиф  Девлетоглы.  Данные  произведения  стали  для  нас 
источником правильного определения понятий брака, мехра, взаимоотношений 
в семье и между членами семьи в исламе, а также в других вопросах. 
 
 
SUMMARY 
 
A lot of works were dedicated to the research of family-marriage guestions in 
Islam religion. The first source on this topic that researchers address is Quran, then 
hadiths. Basing on those sources we also address to the eminent medieval Moslem 
scholars, faqihs such as Sadr ash-Sharia al-avval, Sadr ash-Sharia as-Sani, Qurd 
Afandi, Yusif Dovlatoglu and others. In determiningcorrectly the relations of 
marriage, mahr, family and family members in Islam that used in these scholars’ 
works are considered as a valuable source for us.  
 
 
Çapa tövsiyə etdi: Prof. K.K.Şərifov 


 
391 
 
Bakı Dövlət Universiteti İlahiyyat fakültǝsinin 
Elmi Mǝcmuǝsinin 
 
N Ə Ş R    Q A Y D A L A R I 
 
 
1. Məqalə digər nəşrlərə təqdim edilməmiş yeni tədqiqat olmalıdır.  
2. Məqalənin mətni jurnalın redaksiyasına A4 formatda, “12” ölçülü hərflərlə, 
yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1, 5 intervalla, 
Azərbaycan, türk, ingilis, rus və ərəb dilində Times New Roman şriftində 1 nüsxədə 
çap edilərək elektron variantda redaksiyaya təqdim edilir. Məcmuənin elektron 
ünvanı: bduilahiyyat@yahoo.com 
3. Məqalənin əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə 
və müəllifin elektron poçt ünvanı göstərilməlidir.  
5. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. İstinad qaydaları AAK-
nın tələblərinə uyğun olmalıdır.  
6.  Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat AAK-nın 
tələblərinə görə tam və dəqiq olmalıdır.  
7. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, 
monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.  
8. Ədəbiyyat siyahısı məqalənin sonunda xülasələrdən əvvəl verilməlidir.  
9. Məqalənin yazıldığı dildə  və  əlavə olaraq 2 dildə (rus və ingilis) xülasə 
verilməlidir. Məqalələrin həcminin 6-15 səhifə, xülasələrin isə 5-8 sətir olması tövsiyə 
edilir.  
9. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin 
məzmununa uyğun gəlməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin yeniliyi, əhəmiyyəti 
və s. xülasədə yığcam şəkildə qeyd olunmalıdır. Hər bir xülasədə məqalənin adı və 
müəllifin tam adı göstərilməlidir. Xülasələr məqalənin sonunda yerləşdirilməlidir.  
10. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar göstərilməlidir.  
11. Hər bir məqalədə açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı 
dillərdə) verilməlidir.  
12. Məqalənin keyfiyyətinə, göstərilən faktların doğruluğuna və digər 
məlumatlara görə müəllif cavabdehlik daşıyır. 
 
 


 
392 
 

Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə