Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə2/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   2   3   4   5   6   7   8   9   ...   156

 
 

ПРОБЛЕМА СОЦИАЛЬНОЙ АКТИВНОСТИ ЛИЧНОСТИ  
В НЕМЕЦКОЙ КЛАССИЧЕСКОЙ ФИЛОСОФИИ 
Микаилова Нармина Эльдар кызы .................................................................... 225 
 
ŞƏXSİYYƏT İNSANIN SOSİAL SƏCİYYƏSİ KİMİ 
Ruslan Xəlilov Niyaz oğlu ......................................................................................  237 
 
DİNİ MƏTNLƏRDƏ XIZIR MÜDRİKLİYİNİN ÖZÜNƏMƏXSUSLUĞU 
Nərman Qocatürk .................................................................................................. 249 
 
FAHREDDİN ER-RÂZÎ`NİN KELÂM GELENEĞİNDEKİ YERİ 
Aqil Şirinov ............................................................................................................. 261 
 
İSLAM HÜQUQU VƏ MİLLİ QANUNVERİCİLİK 
NÖQTEYİ-NƏZƏRİNDƏN HOMOSEKSUALİZM 
V.M.Məmmədəliyev, Müşərrəf Əliyeva ................................................................. 277 
 
DİN VƏ ELMİN İNTEQRASİYASI 
Mustafayev Q.T., Məmmədov A.T., Mahmudov Y.M. .......................................... 285 
 
MULTİKULTURALİZM, DİNŞÜNASLIQ VƏ  
İSLAMŞÜNASLIQ ELMLƏRİ DİALEKTİK VƏHDƏTDƏ 
Əsədulla Qurbanov ................................................................................................ 297 
 
GEÇMİŞTEN GÜNÜMÜZE İSLÂM MABEDİ 
Yusuf ALEMDAR .................................................................................................. 309 
 
QƏZA VƏ QƏDƏR KONTEKSTİNDƏ ƏCƏL 
Tahirova Adilə İslam qızı ....................................................................................... 317 
 
İSLAM HÜQUQUNDA TƏLFİQ ANLAYIŞI 
Ceyhun Vahid oğlu Bayramov ............................................................................... 325 
 
ƏRƏB DİLİNDƏ MÜƏYYƏNLİK VƏ QEYRİ-MÜƏYYƏNLİK 
KATEQORİYASI HAQQINDA BƏZİ MƏSƏLƏLƏR 
Süleymanov Qurbanəli ...........................................................................................  337 
 
AZERBAYCAN HALK CUMHURİYETİ’NDE DİN VE  
DEVLET İLİŞKİLERİ (1918-1920) 
Dr. Asaf GANBAROV ............................................................................................ 343 
 
 
 


     
 
 

KATILIM BANKACILIĞI TARİHİ VE KATILIM BANKALARINDA  
FON KULLANDIRMA YÖNTEMLERİ 
Rashadat Seyidzade ................................................................................................ 355 
 
ВКЛАД МУСУЛЬМАН В МИРОВУЮ НАУКУ И КУЛЬТУРУ 
Мехрибан Аббасова ..............................................................................................  367 
 
“MƏNZUM FİQH” VƏ “VİQAYƏ” ƏSƏRLƏRİNDƏ  
NİKAH MƏSƏLƏLƏRI 
Rübabə Bahadır qızı Şirinova ................................................................................ 375 


Mövlana Cəlaləddin Rumi böyük humanist mütəfəkkir kimi
 
 

 
MÖVLANA CƏLALƏDDİN RUMİ  
BÖYÜK HUMANİST MÜTƏFƏKKİR KİMİ 
 
Q.T.Məmmədəliyeva

 
 
 
Açar sözlər: Mövlana Cəlaləddin Rumi, sufilik, insan, ilahi eşq, humanizm 
Ключевые слова: Мовлана Джалаладдин Руми, суфизм, человек, гуманизм, 
божественная любовь. 
Key words: Mawlānā Jalāl ad-Dīn Rūmī, Sufism, Human being, the Divine Love, 
Humanism. 
 
“Humanizm”  kəlməsinə ilk dəfə qədim Roma mütəfəkkiri Mark Tulli Siseronun 
(e.ə.
106-43)
 yaradıcılığında təsadüf olunur. O, bu kəlməni “insan sevgisi” mənasında 
öz məktublarında istifadə etmişdir.
1
 Lakin bu kəlmənin bir termin kimi önə çıxması 
daha çox Avropadakı İntibah dövründən (Renessans) sonraya təsadüf edilir. Müasir 
dövrdə humanizm termini ətrafında bir çox fəlsəfi müzakirələr aparılır. Humanizmi 
pozitiv və neqativ yöndə  şərh edən bir çox tədqiqat mövcuddur.
2
 Lakin biz çapa 
təqdim olunan hazırki məqaləmizdə bu termindən daha çox ilkin mənasında, yəni 
“insan sevgisi, insanlara hörmət” mənasında istifadə edəcəyik. 
Böyük sufi mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin düşüncə sistemində 
humanist ideyaların tərənnümünün xüsusi yeri vardır. Onun hələ XIII əsrdə irəli 
sürdüyü ideyalar günümüzdə də öz aktuallığını və orijinallığını qoruyur. XX əsrdə 
istər  şərqdə, istərsə  də  qərbdə Ruminin düşüncə sistemini araşdıran çox sayda  
tədqiqat  əsərinin olması bu faktı sübut edir.Təsadüfi deyildir ki, böyük filosof G. 
Hegel Rumini dünya tarixinin ən böyük şair və mütəfəkkirlərindən biri hesab etmiş, 
20-ci  əsrdə yaşamış  məşhur alman tədqiqatçısı Hanns Meinke(1884-1974)isə onun  
“yaşadığımız qaranlıq dövrün yeganə ümidi” olduğunu bildirmişdir.
3
 Biz bu məqalədə 
böyük mütəfəkkirin öz əsərlərində önə çəkdiyi humanist ideyalardan bəhs edəcəyik. 
Mövlananın humanist düşüncəsinin  əsasında “ilahi eşq” məfhumu durur. Ona 
görə, eşq Allahın məxluqatı yaratmasının ən əsas səbəbidir. Bütün varlıq aləmi ilahi 
eşqin bir təcəllisidir. Madam ki, yaranışın  əsası  eşqdir, elə isə yaradılanlara qarşı 
münasibət də  eşq və sevgiyə  əsaslanmalıdır. Çünki insanın Tanrı ilə ünsiyyətə 
                                                 

 BDU-nun baş  müəllimi 
1
 Bax. NealWood. Cicero`s Social and Political Thought. California, 1991, səh. 79-80 
2
 Bax. RuhattinYazoğlu. Hümanizm ve Mevlana. Atatürk Üniversitesi Türkiyat Araştırmaları Dergisi. 
Erzurum, 2002. Sayı 20, səh. 67-72 
3
Afzal Iqbal. The Life and Work of  Jalal-ud-din Rumi. Islamabad, 1991, XIX 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə