Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə4/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   2   3   4   5   6   7   8   9   ...   156

     
Q.T.Məmmədəliyeva
 
 
10
Bu insanlar imtahan baxımından qruplara ayrılıblar, 
Formaca insandırlar, amma üç növə bölünüblər.  
Bir qismi Mütləqdə (Allahda) qərb olub,  
İsa kimi mələklərə qoşulublar. 
Görünüşdə insan, mənaca Cəbrayıl olub, 
Hiddət və həvadan, qeylü-qaldan uzaqlaşıblar. 
Riyazatdan da, zöhddən və cihaddan da qurtulublar, 
Və sanki insandan törəməyiblər. 
Digər qisim də ulaqlara qoşulub, 
Hiddət və mütləq şəhvətə giriftar olublar. 
Cəbrayıllıq bunlardan uzaqlaşıb, 
Çünki o xanə dardır, o vəsf isə böyük. 
Canı olmayan ölər, can ondan gedər, 
Uzunqulaq olar o, çünki canında bu (ali xüsusiyyət) yoxdur. 
Çünki belə can səfildir, aşağıdır, 
Bunu həqiqətdir, sufi söyləyib. 
O, heyvanlardan betər can çəkər, 
Cahanda incə işlərə girişər. 
Onun toxuduğu hiylə və şeytanlıq, 
Başqa heç bir heyvanda olmaz.
12
 
 
Mövlanaya görə, ən uca insani keyfiyyətlərə nail olmaq istəyənlər peyğəmbərləri 
və övliyanı (Allah dostlarını) özlərinə nümunə götürməlidirlər. Çünki onlar bütün ali 
xüsusiyyətləri öz mənliklərində ehtiva etmiş insanlardırlar. Rumiyə görə, 
peyğəmbərlik məqamı, ondan sonra isə vəlayət məqamı ən üstün insani məqamlardır. 
Bu baxımdan bütün insanlar onları özlərinə nümunə götürməlidirlər. Lakin heç kim 
öz məqamını onların məqamına bərabər tutmamalıdır. O, bu həqiqəti belə ifadə edir: 
 
دنتشادرب ايبنا اب یرسمھ 
دنتشادنپ دوخ وچمھ ار ايلوا 
رشب ناشيا رشب ام کنيا هتفگ 
روخ و ميباوخ ٔهتسب ناشيا و ام 
یمع زا ناشيا دنتسنادن نيا 
یھتنمیب نايمرد یقرف تسھ 
لحم زا دندروخ روبنز نوگ ود رھ 
لسع رگيد نيز و شين ناز دش کيل 
بآ و دندروخ ايگ وھآ نوگ ود رھ 
بان کشم ناز و دش نيگرس یکي نيز 
روخبآ کي زا دندروخ ین ود رھ 
                                                 
12
 Mövlana Cəlaləddin Rumi. Məsnəvi.  
http://www.sufi.ir/books/download/farsi/mathnavi/Masnavi.pdf səh. 579. 


Mövlana Cəlaləddin Rumi böyük humanist mütəfəkkir kimi
 
 
11
رکش زا رپ نآ و یلاخ یکي نيا 
نيب هابشا نينچ نيا نارازھ دص 
نيب هار هلاس داتفھ ناشقرف 
 
Özlərini peyğəmbərlərə tay tutdular, 
Övliyanıda özləri kimi zənn etdilər. 
Dedilər ki: “Biz də onlar kimi bəşərik, 
Biz də onlar kimi yeyib-yatırıq. 
Korluqlarından onları tanımadılar, 
Aralarındakı intəhasız fərqi görmədilər. 
İki arı bir yerdən yeyər, 
Birindən bal çıxar, birindən zəhər. 
İki ceyran da ot yeyib su içər, 
Birindən peyin, digərindən müşk çıxar. 
İki qamış da eyni yerdən su içər, 
Biri bomboş, biridə şəkərlə dolar. 
Yüz minlərlə belə nümunəni gör, 
Aralarındakı yetmiş illik yol fərqini gör!
13
 
 
Mövlananın humanizm anlayışına görə, insan olmaq özü bir şərəfdir. Buna görə 
də insanlara insan olduğu üçün hörmət edilməlidir. Müsəlman olmasına,  İslamı 
Allahın insanlara son və ən mükəmməl xitabı olduğunu qəbul etməsinə baxmayaraq
Ruminin dünyagörüşündə başqa dinlərin nümayəndələrinə qarşı  mənfi münasibətə 
rast gəlinmir. Ona görə, əslində bütün dinlərin nümayəndələri, hətta bütün varlıqlar 
bu və ya digər şəkildə Tanrıya yönəlir, ona ibadət edirlər. O, məşhur əsəri “Məsnəvi”-
də bu həqiqəti belə ifadə edir: 
 
.غم و ربگ و دوھج 
، 
اسرت و نمؤم 
.غلا ناطلس نآ یوس ور ار هلمج 
.ار بآ و هوک و کاخ و گنس کلب 
ادخ اب یناھن تشگاو تسھ. 
14
 
 
“Mömin də üz tutur Ulu Sultana, 
Xaçpərəst də, yəhudi də, məcusi də. 
Daş, torpaq, dağ və suyun belə, 
Vardır gizli duası Tanrıya” 
 
                                                 
13
 Mövlana Cəlaləddin Rumi. Məsnəvi.  
http://www.sufi.ir/books/download/farsi/mathnavi/Masnavi.pdf səh. 57 
14
 Mövlana Cəlaləddin RumiMəsnəvi, http://www.masnavi.net/1/10/tur/6/2410/ 


     
Q.T.Məmmədəliyeva
 
 
12
Rumiyə görə, cəhalət səbəbilə Tanrıya layiqincə ibadət etməyən insanlara mənfi 
münasibət göstərmək doğru deyildir. Çünki əgər bir insan Allaha dua edirsə, bu, 
formaca səhv olsa da, insanın öz yaradanı ilə ünsiyyət qurmaq istəyinin nəticəsidir. 
Məsnəvidəki bir hekayət Ruminin bu mövzudakı görüşlərini lakonik şəkildə xülasə 
edir. Hekayənin xülasəsi belədir: 
“Musa dağda bir çobana rast gəldi. Belə deyirdi:  “Ey Kərim olan Tanrı, 
haradasan, gəl çarığını tikim, saçını darayım, paltarını yuyum, bitini təmizləyim. Gəl 
əlini öpüm, ayağını ovum! Gəl, sənə xidmət edim....” Musa ona “Kiminlə danışırsan?” 
– dedi. Çoban: “Bizi yaradanla, yeri-göyü xəlq edənlə”, –deyə cavab verdi. Musa: 
“Axmaq, Allahla necə danışırsan?! Ay ağılsız, müsəlman olmazdan əvvəl kafir 
oldun!” Musa insani xüsusiyyətləri Allaha aid etdiyi üçün onun kafir olduğunu 
bildirdi. Çoban fəryad elədi, ağlayaraq səhralara düşdü. Allah Musaya belə vəhy etdi: 
“Bəndəmi məndən ayırdın! Ey Musa, sən birləşdirməyə gəldin, yoxsa ayırmağa?!  
(
یدمآ ندرک لصف یارب اي
 
یدمآ ندرک
 لصو یارب وت ) Mən hərəyə bir xasiyyət, hərəyə bir 
istilah verdim... Fayda əldə etməyim üçün yox, bəndələrimə ehsan etməyim üçün 
qullarıma “Mənə ibadət edin!” – demişəm. Hindlilərə hindlilərin, sindlilərə  də 
sindlilərin sözləri mədhdir.”
15
 Əslində Rumi bu hekayətlə ibadət və duada məzmunun 
formadan daha üstün olduğunu vurğulayır. Bu anlayış  İslamda öz əksini “İxlas” 
prinsipində tapır.  İxlas mömin bəndənin bütün səmimiyyətilə Allaha yönəlməsi, 
ibadətini müxlisanə bir şəkildə, yalnız Allah rizası üçün yerinə yetirməsidir.  
Cəlaləddin Ruminin düşüncəsində nəinki insan sevgisi, hətta bütövlükdə təbiət 
sevgisi mühüm yer tutur. Ona görə “heyvanlar, bitkilər və hətta cansız süxurlar belə 
ilahi təcəllinin övladlarıdırlar.”
16
 Bu baxımdan təbiət bütövlükdə arif insanlar üçün 
ilahi ismarışların bir lövhəsidir və bu lövhədəki mənəvi yazıların oxunması Allahı 
daha yaxından tanımasında insana kömək edir. Mövlana düşüncəsində hətta ilin hər 
fəsli belə özünəməxsus batini mənaları ehtiva edir.
17
 
Nəticədə qeyd etmək mümkündür ki, insanpərvərlik ideyaları Mövlana  
Cəlaləddin Ruminin düşüncə sisteminin ayrılmaz bir hissəsidir. XIII əsrdə irəli 
sürülmüş bu ideyalar bu gün də öz aktuallığını qoruyur. 
 
 
 
 
                                                 
15
 Mövlana Cəlaləddin Rumi. Məsnəvi.  
http://www.sufi.ir/books/download/farsi/mathnavi/Masnavi.pdfsəh. 264- 268 
16
 Əflaki Əhməd. Ariflerin Makamları (Məqamat əl-Arifin). trc. Tahsin Yazıcı. İstanbul 1973, c.2, səh. 339. 
17
 Bax. İsmet Kayaoğlu. Mevlanada Tabiat Sevgisi. 8. Milli Mevlana Kongresi. Konya, 1997,  səh. 122-123 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə