Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə6/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   2   3   4   5   6   7   8   9   ...   156

     
Hümmətova Lətafət Ələsgər qızı
 
 
16
alınan ox xətti spesifik rəngarənglik kimi mövcuddur.Tarixi prosesin nisbətən daha 
yüksək pilləsi  əvvəlki mədəni-tarixi tipləri və pillələri  əvəz etməyib onları özündə 
birləşdirir. Buna görə də ədəbiyyatda formasiya yanaşmasını insan varlığının başqa 
tərəfi ilə  mədəni-mənəvi tərəfi ilə tamamlamaq təklif irəli sürüldü. Sivilizasiya 
yanaşmasının da predmetini insan varlığının hər hansı bir tərəfi deyil, cəmiyyətin 
bütün həyat formalarının (maddi, ideya, mədəni) məcmusu, vəhdəti təşkil edir. Burada 
sivilizasiya müəyyən lokal-məkan sərhədlərnidə yaranan mədəniyyətin tarixi forması 
kimi başa düşülür. Sivilizasiyanın daşıyıcıları etnoslardır. Deməli, hər hansı 
sivilizasiyanın ilkin şərtini və  əsasını  mədəniyyət təşkil edir və tarixin materialist 
anlamı varlığın insan davranışını  ən müxtəlif sferalarda şərtləndirən mənəvi 
prinsiplərinin  əhəmiyyətini heç də azaltmır. Sivilizsasiya davranış norma və 
prinsiplərini yaradır ki, onlar da bütün sosial və  mədəni qruplar üçün ümumi 
əhəmiyyət kəsb edir və onları vahid bir tam çərçivəsində saxlayır. Bununla da 
“sivilizasiya” anlayışı etnosların mövcudluğunu bildirir. Bu, müəyyən istehsal üsulu 
əsasında qərarlaşan və uzun müddət  ərzində iqtisadi, etniki və  mənəvi inkişaf 
nəticəsində formalaşan maddi və  mənəvi mədəniyyətin spesifikası ilə xarakterizə 
olunan tarixi qurumdur. Mədəniyyətlərin konkret təcəssümü olan sivilizasiya mədəni-
tarixi proses tiplərinin bilavasitə gerçəkliyini  şərtləndirir. Sivilizasiyanın rasional-
laşdırıcı funksiyası subyektin həyat fəaliyyətinin etnik tərəfinin spesifikasiyasında, 
ona mədəni-tarixi kolorit verməsində özünü büruzə verir.  
  Nəsillər arasında əlaqəni şərtləndirən və etnosun sosiomədəni varisliyini təmin 
edən mexanizm adət və ənənələrdir. Xalqın mədəni nüvəsini təşkil edən ənənələrin 
ilk növbədə kommunikativ aspekti maraq kəsb edir. İnsan sosiomədəni fəaliyyətə 
başladığı andan onda şəxsiyyətlərarası kommunikasiya prosesinin tənzimlənməsinə 
ehtiyac yaranır ki, bu da ənənələr kimi sosial mexanizmlə reqlamentləşdirilir. 
Şəraitdən asılı olaraq xalqın tarixi-mədəni inkişaf prosesində bəzi ənənələr arxa plana 
keçir, digərləri isə, əksinə, etnosun inkişafında həlledici əhəmiyyət əldə dir. Xalqın 
mədəni nüvəsini məhz belə ənənələr təşkil edir. Ənənə ictimai rəy gücünə dəstəklənən 
reqlamentləşdirilməmiş hüquqi normadır və bu keyfiyyətdə ictimai münasibətlərin 
stabilləşdirilməsi vasitəsi kimi çıxış edir. Ənənələr innovasiyalara qarşı selektiv 
mexanizm funksiyasını yerinə yetirir: cəmiyyətdə yalnız sosiumun etnospesifik 
cəhətlərinə dağıdıcı  təsir göstərməyən yeniliklər qəbul edilir. Bu, bu etnosun 
unikallığını və özünəməxsusluğunu qoruyub saxlamaq imkanı verir.  
Etnomədəni rəngarənglik müasir dünyada bir çox həyat əhəmiyyətli funksiyaları 
yerinə yetirir. Tarix sübut edir ki, müxtəlif etnoslar qarşılarında çıxan problemlərə 
müxtəlif prizmalardan yanaşırlar. Belə ki, bir mədəniyyətdə, məsələn, texniki biliklər, 
digərlərində isə siyasi ideallar və s. üstünlük təkil edə bilər. Tarixin gedişini heç kim 
qabaqcadan proqnozlaşdıra bilməz və heç kim bilmir ki, yaxın və uzaq gələcəkdə sağ 
qalmaq üçün bəşəriyyətə hansı qabiliyyətlər və keyfiyyətlər lazım olacaq. Deməli, 
bəşəriyyətin sərəncamında da tarixin çağırışlarına adekvat cavab verə biləcək zəngin 
qabiliyyətlər, keyfiyyətlər ehtiyatı olmalıdır. Buna görə də mədəni qarşılıqlı təsirlərin 
bəşəriyyəti orta hala gətirməsinə, yəni dünyanın spesifik etnik mənzərəsinin 


Qloballaşma və etniklik
 
 
17
dağılmasına yol verilməməlidir.Bununla əlaqədar T.P.Qriqoryevanın qənaəti maraq 
kəsb edir. Tədqiqatçı yazır ki, “xalq öz milli sərvətini qorumalıdır, çünki yalnız bu 
halda o,xalqların ümumi xəzinəsinə  nə isə  təkrarolunmaz, unikal bir şey daxil edə 
bilər ki, bunsuz da dünyanın birliyi, vəhdəti mümkün deyil. Onun beynəlmiləl borcu 
“hamı kimi olmaqda deyil”, məhz bundadır” [1,s.250].   
Müasir  şəraitdə E.Husserlin aktiv və passiv ənənələr haqqında nəzəriyyəsi də 
aktual görünür. Passiv ənənə tarixən təsbit edilmiş hər hansı qaydalar toplusudur ki, 
insan öz qrupunda onlara uyğun yaşayır və qəbul olunmuş qaydaya adaptasiya edərək 
heç nəyi dəyişmir. Lakin ənənələrin ikinci növü də var. Bu zaman insan ənənəyə öz 
etnosunun tarixindən götürdüyü yeni məzmun verir, onları mənalandırır (xatırladaq 
ki, H.Qadamer ənənəni yenidən mənayaratma kimi səciyyələndirir) və ya ona müasir 
KİV tərəfindən yeridilən yad ənənənin xeyrinə seçim edir [2,s.209]. Təəssüf ki, 
nəhəng maarifləndimə potensialına və bir andaca auditoriyaya təsir göstərmə 
imkanına malik olan müasir KİV bəsit mədəniyyət standartlarını tirajlaşdırmaqla, bu 
imkanlarından heç də həmişə səmərəli istifadə etmir.  
Burada bir paradoksu vurğulamaq istərdik. Söhbət ondan gedir ki, bir çoxlarının 
düşündüynə zidd olaraq, qloballaşma etnikliyin sıxışdırılıb çıxarılmasına gətirib 
çıxarmır, əksinə, onun aktuallaşmasına səbəb olur. Qloballaşma ilə etniklik müasir 
dövrün bir-biri ilə bağlı olan və bir-birinə qarşı-qarşıya duran iki elementi kimi 
nəzərdən keçirilə bilər. Onların nisbətinə yanaşmalar müxtəlif olsa da, onların həm 
hər birinin, həm də milli dövlətlərin və dünya birliyinin inkişafında rolu şübhə 
doğurmamalıdır. V.S.Solovyov haqlı olaraq qeyd etmişdi ki, “zaman keçdikcə, 
şəxsiyyətn milli xarakteristikalarının yalnız “xüsusi çəkisi” dəyişəcək, halbuki onların 
müsbət məcmusu həm şəxsiyyətin, həm də bütövlükdə bəşəriyyətin ayrılmaz sərvəti 
olaraq qalacaq”. Etnikliyin ona müasirlik cəhətləri əldə etməkdə və onun inkişafını 
ləngidən amilləri dəf etməkdə köməklik edən qloballaşmaya ehtiyacı varsa, 
qloballaşmanın da müasir sivilizasiyanın mozaikliyini qoruyub saxlayan etnikliyə 
ehtiyacı var. Qloballaşma etnikliyə zamanla addımlaşmağa köməklik edirsə, etniklik 
də qloballaşmaya dəstək verir – axı etniklik olmadan dünya simasızlaşır, mücərrəd, 
amorf forma alır... Qloballaşma etnosun siyasi və mədəni sahəsini genişləndirir, onları 
beynəlxalq aktorlara çevirir [7, s.173]. Etnik sistem qlobal cəmiyyətin kommunikativ 
strukturlarına etnik kommunikasiya üçün yeni imkanlar nöqteyi-nəzərindən yanaşır. 
Deyilənlərin səbəbidir ki, bütövləşən və qarşılıqlı bağlı olan bəşəriyyət öz etnomədəni 
rəngarəngliyini itirmir. Etnik sistem bir tərəfdən qloballaşmanın unifikasiya 
tendensiyalarına müqavimət göstərir, digər tərəfdən də bütövləşən dünyanın 
strukturlarından faydalanır. Qloballaşmanın paradoksudur ki, o, eyni zamanda etnik 
özünüdərkin güclənməsinə, etnik sistemlərin inkişafına səbəb olur, digər tərəfdən də 
onların etnik münaqişələr nəticəsində  məhv olma təhlükəsi ilə üz-üzə qoyur. 
Y.A.Zamoşkin bu paradosku aşağıdakı kimi ifadə edir: “Bir tərəfdən fərdlərin, 
qrupların, millətlərin, ölkələrin öz unikallığını, rəngarəngliyini maksimum sərbəst 
ifadə etmək, öz xüsusi maraqlarını müdafiə etmək tələbatı, digər tərəfdən də elə həmin 
fərdlərin, millətlərin, ölkələrin ümumi və qlobal problemlərin həlli naminə birlikdə 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə