Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə8/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   4   5   6   7   8   9   10   11   ...   156

Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar
 
 
21
 
 
SƏRƏXSİNİN “MƏBSUT” ADLI ƏSƏRİNDƏ 
İBADƏTLƏRLƏ BAĞLI BƏZİ FİQHİ QAYDALAR 
 
Anar Qurbanov 
Mərmərə Universiteti  
Sosial Elmlər İnstitutu 
İslam hüququ kafedrasının doktorantı 
 
 
Açar sözlər: Sərəxsi, əl-Məbsut, İslam hüququ, külli qaydalar 
Key words: Sarakhsi, “Al-Mabsut”, Islamic Law, thelegal maxims  
Ключевые  слова:  Сарахси, «Мебсут»,  общие  принципы  Исламской 
закономерности     
 
Giriş 
İslam dininin əsas mənbəyi olan Quran və Sünnə dinin hər sahəsində olduğu kimi 
İslam hüququ və onun bütün sahələri ilə bağlı əsas qayda və ümumi prinsipləri ortaya 
qoymuşdur.  İslam hüquqşünasları da İslam hüququnun təşəkkül tapdığı müxtəlif 
dövrlərdə sözügedən prinsipləri şərh edərək yaşadıqları dövrdəki problemlərin həlli 
üçün və onların aradan qaldırılması  məqsədilə bir sıra nəzəriyyələr, külli və fiqhi 
qaydalar ortaya qoymuşlar. O cümlədən  İslam hüququnun ibadətlər bölməsi və 
buradakı müxtəlif məsələlərlə bağlı ümumi prinsiplər, yəni fiqhi (dini-hüquqi) 
qaydalar da təsbit edərək külli mahiyyət daşıyan fiqhi qaydalar meydana gətirmişlər.    
İslam hüququnda bir termin kimi qayda İslam hüquqşünaslarının tədvin edilmiş 
fiqh  ədəbiyyatında mövcud olan fiqhi məsələlərlə bağlı hökmləri cəmləşdirmə  və 
onlara vahid hökm qoyma mövzusundakı  fəaliyyətlərindən ibarətdir. Lakin erkən 
dövrdə yazılan fiqh əsərlərində qayda məfhumuna dair hər hansı tərif və ya izaha rast 
gəlmək mümkün deyildir. Hüquqi qaydalarla bağlı yazılmış ilk əsərlərdən hesab 
olunan Kərxi (ö. 340/952) və Dəbusinin (ö. 430/1039) kitablarında “qayda” termini 
əvəzinə “əsil” kəlməsindən istifadə edilmişdir.
1
 
“Qəvaid/qaydalar” termini fərqli dövrlərdə yaşamış  İslam hüquqşünasları 
tərəfindən müxtəlif cür tərif edilmişdir.  Ələlxüsus qəvaidin “külli-əğləbi” olub-
olmaması müzakirə obyekti olmuşdur.
2
 Müasir İslam hüquqşünası Mustafa Əhməd 
Zərqa (1907-1991) fiqhi qaydaları yığcam şəkildə belə tərif etmişdir: “Hər hansı bir 
                                                 
1
 Mustafa Baktır, “Kaide”, DİA,  İstanbul 2001, XXIV, 205; Qeyd edilən  İslam hüquqşünaslarının 
kitablarından geniş məlumat əldə etmək üçün bax. Kərxi, “Üsul”, Beyrut tarixsiz; Dəbusi, “Təsisün-
nəzər”, Beyrut tarixsiz. Qeyd edək ki, sözü gedən bu kitablar bir kitabda çap edilmişdir.  
2
 Burnu Əbül-Haris Qəzzi, “Mövsuətül-qəvaidil-fiqhiyyə”, Beyrut 2003/1424, I, 20. 


     
Anar Qurbanov
 
 
22
mövzunun  əhatə dairəsinə daxil olan hadisələrlə bağlı ümumi qanunvericilik 
prinsipləri xüsusiyyətini daşıyan qanunları ehtiva edən düstur şəklindəki yığcam 
ifadələrdən meydana gələn külli fiqhi qaydalardır”.
3
 
Odur ki, fiqhi qaydalar (qəvaid/İslam hüququnun ümumi prinsipləri) ibadətlər də 
daxil olmaqla hüququn həm ümumi, həm də xüsusi sahələrini əhatə edən mövzularla 
bağlı  hər zaman (külli) deyil, əksəriyyətlə  (əğləbi) etibarlı olan hüququn əsas 
prinsipləri mahiyyətini daşıyan qanunlar toplusudur.
4
 Təbii ki, bu cür qaydalar yalnız 
İslam hüququna xas deyil. Belə ki, müasir hüquq anlayışında ümumi və xüsusi 
hüququn hər bir sahəsinə tətbiq edilə bilən və hüququn əsas prinsiplərini əks etdirən 
hüquqi qaydalara “hüququn ümumi prinsipləri” deyilir. Bu prinsiplər qanunvericiliyin 
əsasını  təşkil edən,  şüurlu və ya şüursuz hüquqi qərarlara təsir edən, hüquq 
düşüncəsindən  əmələ  gələn ali fikirlər və ümumi həqiqətlərdir.
5
 Hüquqi prinsiplər 
qanunların fövqündə, hüququn həyata keçirmək istədiyi ədalət düşüncəsinə uyğun və 
təbii hüquq
6
 fikrinin ortaq əsaslarıdır.
7
 Lakin qeyd edək ki, İslam hüququnun müasir 
hüquq sistemlərindən fərqləndiyi  ən mühüm cəhət ondan ibarətdir ki, İslam 
hüququnda Uca Allah ilə insan arasındakı münasibətlər də  tənzimlənir və bununla 
bağlı məsələlər haqqında təfərrüatı ilə məlumat verilir. Yəni, İslam hüququnda digər 
hüquq sistemlərindən fərqli olaraq ibadətlər – namaz, zəkat, oruc, qurban, həcc və s. 
ilə bağlı məsələlər də tədqiq edilir. 
Qeyd edək ki, İslam hüquqşünasları ümumi prinsipləri ortaya qoyarkən ilkin 
mərhələdə  nəslərdən (Quran və Sünnə) yararlanmışlar. Yəni, hüquqi prinsiplərin 
istinad nöqtəsini ilk növbədə ümumi prinsip mahiyyətində olan ayə və hədislər təşkil 
edir. Fiqhi qaydaların ilkin formaları Hz. Peyğəmbər (s.ə.s) dövrü ilə müctəhid 
imamlar dövrü arasında meydana gətirilmişdir.  Əsasən, Qurani-Kərimin ümumi 
prinsip mahiyyətində olan ayələri hüququn ümumi prinsipləri üçün zəmin 
hazırlamışdır.  
Hz. Peyğəmbərin (s.ə.s) “cəvamiül-kəlim” (az sözlə çox məna ifadə edən ədəbi 
cümlələr) xüsusiyyətinə malik olması
8
 və çoxlu sayda hədislərin bu çərçivədə olması 
da hüquqi qaydalar üçün ilham mənbəyi olmuşdur. Məsələn, niyyətlə bağlı hədisin
9
 
                                                 
3
 Mustafa Əhməd Zərqa, “əl-Mədxəlül-fiqhiyyül-amm”, Dəməşq 1967, II, 947. 
4
 Ahmet Yaman, “Bir Kavram Olarak “Fıkıh Kaideleri” ya da İslam Hukukunun Genel ilkeleri”, Marife 
Dergisi, yıl: 1, sayı: 1, Konya 2001, s. 51; “Qəvaid” məfhumunun müxtəlif tərifləri haqqında geniş 
məlumat üçün bax. Bahüseyn, əl-Qəvaidül-fiqhiyyətü, Riyad 1998/1418, s. 19-31. 
5
 Seyfullah Edis, “Medeni Hukuka Giriş ve Başlangıç Hükümleri”, Ankara 1993, s. 146. 
6
 Müəyyən bir ölkədə, müəyyən bir dövrdə tətbiq edilən yox, tətbiq edilməli olan, yəni sosial ehtiyacların 
ədalətə müvafiq şəkildə aradan qaldırılması fikri ilə həyata keçirilən hüquqa təbii hüquq deyilir. Bax. 
Necip Bilge, “Hukuk Başlangıcı”, Ankara 2001, s. 27. 
7
 İbrahim Kafi Dönmez, “Hz. Peygamber`in Tebliğine Hakim Olan Başlıca Hukuk Prensipleri”, Yeni 
Ümit, cilt: 3, sayı: 18 (1992), s. 24. 
8
 Buxari, Etisam, 1; Müslim, Məsacid, 5-8. 
9
 “Əməllər niyyətlərə görədir...” (bax. Buxari, Bədül-vəhy, 1; Müslim, İmarə, 155; Əbu Davud, Talaq, 11). 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə