Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə9/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   5   6   7   8   9   10   11   12   ...   156

Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar
 
 
23
dəlalətindən çıxarılan “bir işdən məqsəd nə isə, hökm də ona görədir”
10
 qaydasını 
burada nümunə vermək mümkündür. Bundan başqa “zərər və zərərə zərərlə qarşılıq 
vermək yoxdur”,
11
 “dəlil iddia qaldırana, and isə cavabdehə aiddir”,
12
 “müsəlmanlar 
şərtlərinə bağlıdırlar (şərtlərə mütləq şəkildə əməl etməlidirlər)”
13
 kimi hədislər İslam 
hüququnda bilavasitə külli qaydalar kimi istifadə olunmuşdur. 
Nəticə etibarilə, erkən dövrdən başlayaraq İslam hüquqşünasları Kitab və Sünnə 
mətnlərini tədqiq edərək oxşar hökmlər arasındakı ortaq illətləri və hökmlərin 
qoyulmasındakı əsas məqsədləri induksiya
14
 metodu ilə müəyyən etmələri nəticəsində 
yığcam ifadə etmələri qaydaların ilkin nümunələrini təşkil etmişdir.
15
 Bundan əlavə 
üsul, dil və  məntiq qaydalarından istifadə edərək çoxlu sayda hökmü bir yerdə 
cəmləşdirən fiqh qaydaları ortaya qoymuşlar.
16
 Beləliklə  də, məzhəblərin öz 
sistemləri çərçivəsində ortaya qoyduqları nəzəriyyələr və digər ictihad təfəkkürünün 
məhsulları təkmilləşərək davam etmişdir. 
 
Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar 
İslam hüququnun fiqhi qaydaları müxtəlif dövrlərdə ortaya çıxmış  və  tədricən 
inkişaf etmişdir.  İslam hüququna dair ədəbiyyat ilkin mərhələdə hökm çıxarma 
metodlarından, yəni üsuli-fiqhdən bəhs edən əsərlər, eləcə də hüquqi/fəri hadisə və 
hökmləri, yəni fürui-fiqh sahəsinə məxsus kitablar qələmə alınmışdır. İlk dövrlərdə 
məsələci üslubla, yəni hər bir məsələnin hökmü ayrı-ayrılıqda tədqiq edilərək yazılan 
fiqh  ədəbiyyatı, daha sonra doktrina mahiyyətini qazanmış  və  məzhəblərin 
kökləşməsinin ardından da ümumi anlayış və prinsipləri ehtiva edən mənbələr ortaya 
qoyulmuşdur. IV/X əsrdən etibarən həm say, həm də keyfiyyət baxımından qəvaid 
ədəbiyyatı müsəlman hüquqşünasların elmi həyatında öz yerini tutmuşdur.
17
 
Hənəfi fiqhinə  məxsus  ən mühüm şərhlərdən biri olan Sərəxsinin (483/1090) 
“Məbsut” adlı  əsəri qəvaid, yəni fiqhi qaydalar ədəbiyyatı baxımından mühüm 
əhəmiyyət kəsb edən əsərlərdəndir. Məzhəbin ilk dövrdəki İslam hüquqşünaslarının 
tədqiq etdikləri mövzularda ortaya qoyduqları fikirlərin söykəndiyi külli qaydaları 
əhatə etməsi, qaydaların əsas mətnlərdə istifadə edildiyi sahələrə dair ümumi məlumat 
verməsi və  bəzi qaydaların məzhəb mənbələrində ilkin istifadə formalarının yer 
alması bu əsəri qəvaid baxımından mühüm bir əsər edən xüsusiyyətlərin başında gəlir. 
                                                 
10
 Qaydanın ətraflı izahı üçün bax. Mustafa Əhməd Zərqa, “Şərhül-qəvaidil-fiqhiyyə”, Dəməşq 2001, s. 
47-53. 
11
 Malik, “Müvəttə”, Mükatəb, 13. 
12
 Buxari, Rəhn, 6; Tirmizi, Əhkam,12; İbn Macə, Əhkam, 7 
13
 Əbu Davud, Əqdiyə, 12. 
14
  “İnduksiya” mühakimə prosesində ayrı-ayrı  və xüsusi müddəalardan ümumi nəticələr çıxarmaqdır. 
Deduksiyanın ziddi (bax. “Azərbaycan dilinin izahlı lüğəti”, Şərq-Qərb, Bakı 2006, II, 549; I, 557). 
15
 Ömer Nasuhi Bilmen, “Hukuku İslamiyye ve Istılahatı Fıkhiyye Kamusu”, İstanbul 1985I, 254. 
16
 Yaman, “Bir Kavram Olarak “Fıkıh Kaideleri” ya da İslam Hukukunun Genel ilkeleri”, s. 52. 
17
 Yaman, “Fıkıh Kaideleri”, s. 52. 


     
Anar Qurbanov
 
 
24
Sərəxsidən  əvvəl gələn  İslam hüquqşünaslarının qayda formatından ziyadə hökm 
olaraq ifadə etdikləri çoxlu sayda məsələlərin isnad edildiyi ortaq nöqtələrin Sərəxsidə 
artıq bir qaydaya çevrildiyi nəzərə çarpır. Məhz bu baxımdan Sərəxsinin “Məbsut” 
adlı əsəri sonrakı dövrlərdə qələmə alınan fiqh kitabları ilə qəvaid əsərlərində yer alan 
çoxlu sayda qaydaların ilk nümunələrinin müşahidə olunduğu bir mənbədir.
18
 Əlbəttə 
ki, Sərəxsinin “Məbsut” adlı əsərində fiqhi qaydalar olduqca çoxdur. Burada sadəcə 
olaraq ibadətlərə dair bəzi mühüm qaydalar qeyd ediləcəkdir. Həmçinin qaydalar 
kitabdakı ardıcıllığa müvafiq bir-bir qeyd edilib Sərəxsinin verdiyi misallarla izah 
ediləcəkdir. Onu da vurğulamaq lazımdır ki, Sərəxsi mövzu çərçivəsində qaydaları 
bildirərkən onların bir qayda olduğunu müəyyən etmir. Odur ki, burada qeyd edilən 
qaydalar üslubdan və  şərh edilən mövzuların məzmunundan təsbit edilərək ortaya 
qoyulmağa cəhd edilmişdir. Aşağıda təsbit edilən qaydalar izahları ilə birlikdə 
ardıcıllıqla qeyd olunur:  
 
1. 
 ِﻲﻓ
 
 َدﺎَﺒِﻌْﻟا
 ِتا
 
 ِﺔﱠﻴِﻧَﺪَﺒْﻟا
 
 ُﺮَـﺒَﺘْﻌُـﻳ
 
 ُصﻮُﺼْﻨَﻤْﻟا
 
 ِﻪْﻴَﻠَﻋ
 
 َﻻَو
 
 ُﻞَﻐَـﺘْﺸُﻳ
 
 ِﻞﻴِﻠْﻌﱠـﺘﻟﺎِﺑ
:  “Bədənlə yerinə yetirilən 
ibadətlərdə  nəss (dəlil) olana etibar olunur, illəti ilə  məşğul olunmaz”. Sərəxsi 
“Allahu əkbər” ləfzindən başqa ləfzlərlə namaza başlamaq məsələsindəki ixtilafları 
qeyd etdikdən sonra sözü gedən qaydanı vurğulayaraq belə deyir: “Bu səbəbdən yanaq 
və çənə ilə səcdə etmək alın və burnu əvəz emir. Azan belə “Allahu əkbər” ləfzindən 
başqası ilə oxunmaz. Odur ki, namaza başlamaq üçün də  təkbir “Allahu əkbər” 
ləfzindən başqası ilə qətiyyətlə olmaz”.
19 
 
2. 
 ﱠنِإ
 
 ِتاَدﺎَﻤَﺠْﻟا
 
 َﻻ
 
ﺎَﻬُﻘَﺤْﻠَـﻳ
 
 ُﻢْﻜُﺣ
 
 ِتاَدﺎَﺒِﻌْﻟا
“Cansız varlıqlara ibadət hökmü verilməz”
Sərəxsi hədisdə
20
 itin yalaması ilə qabın yuyulmasının  əmr edilməsinin səbəbi 
ibadətmi, yoxsa qabın nəcis olmasımı  məsələsini izah etdikdən və  Hənəfilərin bu 
məsələ ilə bağlı fikirlərinin ibadət yox, nəcis olması səbəbilə olduğunu bildirdikdən 
sonra sözügedən qaydanı qeyd edir. Bundan əlavə, onun fikrincə, qabın dəfələrlə 
yuyulmasının və torpağa sürtülməsinin tələb edilməsi nəcisin ağır və  şiddətli 
olduğuna dəlalət edir.
21
 
3. 
ﻲِﻓ
 
 ِتاَدﺎَﺒِﻌْﻟا
 
 ُﺬَﺧْﺆُـﻳ
 
 ِطﺎَﻴِﺘْﺣ ِﻻﺎِﺑ
“İbadətlərdə ehtiyat əsas alınır”. Sərəxsi təyəmmümün 
alınma qaydası, yəni dirsəklərə  və yaxud biləklərə  qədər olub-olmaması ilə bağlı 
müxtəlif fikirləri bildirdikdən sonra, biləklərə  qədər olduğu fikrini irəli sürənlərin 
oğurluqla  əlaqədar olan ayəni dəlil gətirdiklərini, ancaq Hənəfilərin bu ayədə  cəza 
olduğunu və cəzalarda qətiyyətin əsas alındığını, təyəmmümün isə ibadət olduğunu 
və ibadətlərdə ehtiyatla hərəkət etməyin məqsədəuyğun olduğunu qeyd edir.
22
 
                                                 
18
 Necmettin Kızılkaya, “Hanefi Mezhebi Bağlamında İslam Hukukunda Külli Kaideler”, İz yayıncılık, 
İstanbul 2013, s. 380. 
19
 Sərəxsi, “Məbsut”, Darül-mərifə, Beyrut-Livan 1993/1414,  I, 36. 
20
 Hədisin tam mətni üçün bax. Darəqütni, “Sünən”, Qahirə 1966, I, 65-66. 
21
 Sərəxsi, “Məbsut”, I, 48. 
22
 Sərəxsi, “Məbsut”, I, 107. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə