Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə15/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   11   12   13   14   15   16   17   18   ...   156

Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar
 
 
35
 
 
XÜLASƏ 
 
Hicri tarixlə beşinci  əsrdə yaşayan Sərəxsinin “Məbsut” adlı  əsəri Hənəfi 
məzhəbinin ən mühüm fiqh kitablarından biri hesab olunur. Bu məqalədə Sərəxsinin 
“Məbsut” adlı  əsəri çərçivəsində  bəzi külli qaydalar araşdırılmış  və ibadətlər ilə 
əlaqədar olan fiqhi qaydalar təsbit edilərək nümunələrlə şərh edilmişdir. Bundan sonra 
İslam hüququnda, yəni fiqhdə sözügedən ümumi prinsiplərin funksiyası və ondan dəlil 
kimi istifadə olunması mövzusuna da müəyyən qədər yer verilmişdir. 
 
 
ABSTRACT 
 
“Al-Mabsut” by Sarakhsi that lived in Hijri 5
th
 century is considered the most 
prominent work in Hanafi madhab. In this article we examined the general principles 
of Islamic Law (thelegal maxims) in context of Sarakhsi`s Al-Mabsut. First we 
expalined the juresprudence related to worship in Al-Mabsut, then we dialed with the 
functions and argumentary value of these principles. 
 
 
РЕЗЮМЕ 
 
Книга Сарахси жившего в 5 веке по хиджре по имени «Мебсут» считается 
одной  из  важных  в  Мазхабе  Ханафия.  В  этой  статье  иследуются  Общие 
Принципы  Исламской  Закономерности  в  рамках  книги  Сарахси  «Мебсут».  В 
этой  книге  определяются  и  разъясняются  правила  Фикха  относящиеся  к 
молитвам.  И  после  этого  разъясняются  функции  общих  принципов 
закономерности  в  юриспруденсии  Ислама  и  обсуждаются  принятие  их  в 
качестве доказательства. 
 



İlk insanın yaradılması çərçivəsində Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın görüşlərinin müqayisəsi
 
 
37
 
 
İLK İNSANIN YARADILMASI ÇƏRÇİVƏSİNDƏ FƏXRƏDDİN RAZİ VƏ 
ALMALILI HƏMDİ YAZIRIN GÖRÜŞLƏRİNİN MÜQAYİSƏSİ 
 
Ələddin Sultanov 
Mərmərə Universiteti  
Sosial Elmlər İnstitutu 
 Təfsir kafedrasının doktorantı 
 
 
Açar sözlər: Quran, Almalılı Həmdi Yazar, Fəxrəddin Razi, Darvin nəzəriyyəsi 
Key words: Quran, Almalili Hamdi Yazar, Fakhraddin Razi, Darwin`s theory   
Ключевые  слова:  Коран,  Алмалылы  Хамди  Йазыр,  Фахраддин  Рази, 
эволюция Дарвина  
 
Giriş 
Bildiyimiz kimi Qurani-Kərim Allah tərəfindən insanları doğru yola yönəltmək 
üçün göndərilmiş son ilahi kəlamdır. Dünya və axirət həyatının bir çox sahəsi ilə bağlı 
məlumatları ehtiva edən bu kitab, eyni zamanda müsbət elmin maraq dairəsinə girən 
ilk insanın yaranması barəsində  də müəyyən məlumatlar verir. Məqaləmizin  əsas 
məqsədi, klassik və müasir dövr təfsirçilərinin ilk insanın yaradılması ilə bağlı ayələr 
haqqındakı fikirlərini müqayisə etməkdir. Çünki hər bir təfsirçi, müsbət elmlə əlaqəli 
ayələri öz dövrünün elmi inkişafının işığında təfsir etməyə çalışır və bunun 
nəticəsində  də  təfsirçilər arasında fikir müxtəliflikləri və bir-birinə zidd fikirlər 
meydana gəlir.
1
 İçində insanın yaranması ilə bağlı ayələrin də yer aldığı və müsbət 
elmlə əlaqəli ayələri elmi cəhətdən təhqiq edən təfsir sahəsinə elmi təfsir deyilir. 
Müsbət elmlə  əlaqəli ayələri elmi təfsir pəncərəsindən təfsir etmiş klassik 
təfsirçilərdən biri Fəxrəddin Razidir (ö. 606/1209).
2
 Almalılı  Həmdi Yazır (ö. 
1 3 6 1 / 1 9 4 2 )   isə müasir dövr saydığımız XX əsrdə yaşayıb elmi təfsirə üstünlük 
verən təfsirçilərdən biridir.
3
  Buna görə də araşdırmamızda Razinin “Məfatihül-qeyb” 
və Almalılının “Haqq dini Quran dili” adlı  təfsir  əsərlərindəki ilk insanla bağlı 
görüşlərini ələ alıb müsbət elmin işığında müqayisə edəcəyik. Ancaq bundan əvvəl 
həmin alimlərin həyat və elmi yaradıcılıqları haqqında məlumat verməyi 
məqsədəuyğun hesab edirik. 
                                                 
1
 İsmailCərrahoğlu, “Təfsir Tarixi”, Fəcryayınevi, Ankara 1996, II, 424. 
2
 Bax. Kırca, Celal, “Kur’anve Modern İlimler”, MarifetYayınları, İstanbul 1981, s.74. 
3
 Bax. Kırca, e.a.ə., s.248-249. 


     
Ələddin Sultanov
 
 
38
I.  Fəxrəddin Razinin həyatı və elmi yaradıcılığı 
Fəxrəddin Razinin tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər ibn Hüseyn ibn 
Həsən ibn Əlidir.
4
 Ancaq xalq arasında Razi olaraq tanınmışdır. Razi miladi təqvimlə 
5 fevral 1149-cu ildə Rəy şəhərində anadan olmuşdur. Onun atası Rəy xətiblərindən 
biri idi. Yaşadığı dövrdə ölkəsində ictimai qarışıqlıq baş verdiyi bir vaxtda Razi 
bölgəsindəki hökmdarla yaxşı əlaqələr qurmağa çalışmışdı.
5
 Daha sonra monqolların 
Yaxın Şərqə yürüşü zamanı yeznəsi olan vəzir Əlaülmülk monqollara sığındığı üçün 
Razi və ailəsi də  qırğından xilas olmuş  və  Səmərqəndə köçmüşdür. Həyatını elm 
yolunda və eyni zamanda dövlət adamları ilə isti münasibətlər quraraq keçirən Razi 
miladi 1209-cu ildə ramazan ayındaHərat şəhərində vəfat etmişdir.
6
 
Fəxrəddin Razi ilk təhsilini Şafei fəqihi olan atası Ziyaəddin Ömərdən (ö. 1164) 
almışdır. On altı yaşında ikən atasını itirən Razi təhsilini davam etdirmək üçün 
Simmana gedib fiqh dərsləri almış və sonra Rəy şəhərinə geri qayıtmışdır. Burada 
İmam Qəzzalinin tələbəsi olan Məhəmməd ibn Yəhyanın tələbəsi Məcdüddin Ciidən 
kəlam (məntiq) və  fəlsəfə  dərsləri almışdır.
7
  Dərs və mühazirələr vermək üçün 
Dəməşq, Bağdad, Misir və  Sərhas kimi şəhərlərə  səyahət edən Razi bu bölgələrdə 
böyük şan-şöhrət qazanmış, hətta Həratda Şeyxülislam ünvanına layiq görülmüşdür.
8
 
Ömrünün sonuna doğru təsəvvüfəmeyilgöstərən Razi həm ərəb, həm də fars dilində 
bir çox şeirlər də qələmə almışdır.
9
Yazılarını ərəb və fars dillərində yazan Razinin 
200-dən artıq əsəri vardır.
10
 İslam elmləri sahəsində ən məşhur əsəri isə “Məfatihül-
qeyb (ət-Təfsirul-kəbir)” adlı iri həcmli təfsir kitabıdır.  
“Məfatihül-qeyb” dirayət təfsiri olmaqla yanaşı, onun içində çoxlu sayda hədis 
və xəbər də yer alır. Həmçinin ayəni ayə ilə təfsir etməyə üstünlük verən Razi, eyni 
zamanda vəhyi dəstəkləmək üçün əqli dəlillərdən də istifadə etmişdir. Təfsirində 
bütün problemləri sağlam fəlsəfi müzakirələrə əsaslandıraraq və qaneedici bir üslubla 
ələ alan Razi, ayə  və surələr arasındakı münasibəti də  ən gözəl  şəkildə açıqlayan 
təfsirçilərdən biridir. Təfsirində elmi izahlara da yer verən təfsirçi elmi təfsir 
metoduna müsbət yanaşmış və bir çox ayənin təfsirində bu metoddan istifadə etmişdir. 
 
II. Almalılı Həmdi Yazırın həyatı və elmi yaradıcılığı 
1878-ci ildə Türkiyənin Antalya vilayətinə bağlı Almalı  qəsəbəsində dünyaya 
gələn Almalılı Məhəmməd Həmdi Yazır, Numan ibn Məhəmməd adında bir alimin 
                                                 
4
Bax.  İbn Həcər, “Lisanül-mizan”, Beyrut 1971, IV, 426-429; Süleyman Uludağ, “Fəxrəddin Razi”, 
Ankara 1991, s.1-3. 
5
İbn Xəlliqan, “Vəfəyatül-əyan və ənbauənbaiz-zaman”, Daru-sadir, Beyrut 1968, IV, 250. 
6
İbn Xəlliqan,e.a.ə., IV, 252. 
7
İbn Xəlliqan,e.a.ə., IV, 250. 
8
İbn Xəlliqan,e.a.ə., IV, 250. 
9
ƏbuAbdullah əz-Zəhəbi, “Tarixül-İslam”, Darul-kitabil-ərəbiyy, Beyrut 1990, XXVIII, 234. 
10
İbn Kəsir, “əl-Bidayəvən-nihayə”, Məktəbətül-məarif, Beyrut 1981, XIII, 60. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə