Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə14/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   10   11   12   13   14   15   16   17   ...   156

Dini radikalizm və klassik İslam təhsil sistemi: Fəzlur Rəhmanın görüşləri əsasında
 
 
37
inkişafı təhsil sistemlərinin vəziyyəti ilə sıx əlaqəlidir. Ancaq bunlardan hansının səbəb, 
hansının nəticə olduğunu müəyyənləşdirmək çətindir. Yəni, mədəniyyətin inkaşı təhsil 
sisteminin inkişafına təsir edir, yoxsa təhsilin inkişafı mədəniyyət inkişafına təsir edir? 
Burada hər biri digərinin səbəbi kimi görünür. Beləliklə, mədrəsələrdəki ilk dəyişikliyin 
məntiq, riyaziyyat və fəlsəfə kimi əqli elmlərin tədrisdən qalxması yaxud formal hal 
alması olmuşdur.  Əqli elmlərdə geriləmə sadəcə elm və texnologiyada deyil, dini 
elmlərə də mənfi təsirini göstərmişdir. Bununla eynivaxtlı olaraq, dövlət nizamında da 
vəziyyət ağırlaşmağa başlamışdır. İdari sistemin zəifləməsi bütün sahələrdə olduğu kimi 
təhsil sahəsində də özünü göstərmişdir.
27
 
Fəzlur Rəhmana görə mədrəsə təhsil sisteminin qapalılığı və səmərəsizləşməsi 
mədrəsə sisteminin tənəzzülünün səbəbi deyil, əlamətidir.  Əqli elmlərin mədrəsə 
proqramından çıxarılması fikri durğunluğu meydana çıxarmışdır. Bununla yanaşı dini 
elmlər də əsl bəslənmə mənbəyi olan həyatdan uzaqlaşaraq mücərrədləşdirilmişdir. 
Fəzlur Rəhmanın Şatibidən nəql etdiyi bu cümlə o dövrün elm anlayışını belə təsvir 
edir: `Praktik əhəmiyyəti olmayan bütün elm növləri ilə məşğul olmaq haramdır`. Bu 
anlayış hür düşüncəini iki önəmli sahəsini, fəlsəfə  və riyaziyyatı  mədrəsədən 
uzaqlaşdırmışdır. Yerdə qalan İslam elmləri bütün təhsil sahəsində öz hakimiyyətini 
qurdu. Bunlar arasında azad düşüncəyə qapı açma imkanı olan kəlam elmi Razinin 
xüsusi zəhməti nəticəsində məntiq elmini özününküləşdirərək İslam elmləri arasında 
özünə yer tutdu. Əslində bu nailiyyət İslam düşüncəsinin münbitliyini göstərir. Ancaq 
kəlamın fəlsəfənin yerini tutması, xüsusilə, mədrəsə  tələbələri arasında fəlsəfə 
əsərlərinə müraciət etmə ehtiyacını aradan qaldırdı. Bir sonrakı mərhələdə kəlamın 
doqmatik xüsusiyyəti sərbəst düşüncə imkanının qarşısını aldı.  Əlbəttə  sərbəst 
düşüncənin durğunlaşmasının tək səbəbi kəlam deyildi. Fəzlur Rəhmana görə 
mədrəsələrin sərbəst düşüncədən məhrum olması, xüsusilə, hür düşüncə qabiliyyəti 
olan insanları başqa bir istiqamətə, təsəvvüfə yönləndirdi. Təsəvvüfün mədrəsəyə 
alternativ olması zaman içində mədrəsədə tədris olunan əsərlərin və dərslərin inkarına 
gətirib çıxardı. Mədrəsələrdəki dərslərin sayının azalması  və  dərslərin xülasə 
dərsliklərlə  məhdudlaşması  əzbərçi zehniyyətin yayılmasına səbəb oldu. Bundan 
sonra nadir hallarda yeni təliflərə rast gəlmək mümkün idi. Artıq bir çoxu bir-birinin 
təkrarı yaxud lazımsız təfsilatlarla məşğul olan şərhlər dövrü başladı.
28
 
İslam dünyasının qərblə üzləşməsinin təsiri nəticəsində İslam dünyasının müxtəlif 
yerlərində bir çox sahədə olduğu kimi təhsil sahəsində də yenilik arayışları başladı. Fəzlur 
Rəhmana görə bu arayışlar nəticəsində yeni təhsil formuna iki cür yanaşma meydana 
gəldi. Bunlardan birincisinə görə müsəlmanların qərbdən öyrənməsi lazım olan sadəcə 
texnologiyadır.  Ənənəvi  İslam düşüncəsi müsəlmanlara yetərli olub, qərb fəlsəfəsi ilə 
bağlı yeniliklərə müsəlmanların ehtiyacı yoxdur və  hətta bunlar müsəlmanlar üçün 
təhlükəlidir. İkinci yanaşma tərzi isə texnologiya ilə birlikdə hər növ biliyin faydalı və 
                                                 
27
 Aydın Şevki M. Medreselerin Gerileyiş Sebepleri Üzerine // Erciyes Üniversitesi İlahiyyat Fakültesi 
Dergisi, Kayseri: 1987, № 4, s. 324-332. 
28
 Rahman F. İslam, s. 261-264. 


i.f.d., dos. Mübariz Camalov
 
 
38
alınmalı olduğunu müdafiə edirdi. Fəzlur Rəhmana görə XIX əsrin ikinci yarısında 
rəvacda olan bu anlayışı beş mütəfəkkir güclü bir şəkildə müdafiə etmişdir. Bunlar Seyid 
Əhməd Xan, Seyyid Əmir  Əli, Cəmaləddin  Əfqani, Namiq Kamal və  Məhəmməd 
Əbduhdur. Bu mütəfəkkirlər İslam dünyasının müxtəlif yerlərinə səpələndikləri və çoxu 
bir-birini heç vaxt görmədikləri halda eyni düşüncələri müdafiə etmələri çox maraqlıdır. 
Fəzlur Rəhman  İslam dünyasının müasir təhsil sisteminə müştərək yanaşması kimi 
gördüyü bu düşüncələri aşağıdakı kimi sistemləşdirmişdir:  
1.  IX  əsrdən XIII əsrə  qədər elmin və elm anlayışının müsəlmanlar arasında 
inkişaf etməsi Qur`anın təkidlə Allahın sənəti olan və insanın istifadə etməsi üçün 
yaradılan kainatı araşdırmağa təşviq etməsinin nəticəsidir. 
2.  Orta əsrlərin sonlarında araşdırma və tədqiqat ruhunun müsəlmanlar arasında 
dəhşətli şəkildə yox olması ilə İslam aləmi durğunlaşaraq tənəzzülə başlamışdır.  
3.  Əksəriyyəti  İslam dünyasından alınan elmi tədqiqatlar Qərbə  çəkilmiş  və 
beləliklə  qərb ölkələri sürətlə inkişaf edərək  İslam ölkələrini belə müstəmləkəyə 
çevirmişdir. 
4.  O halda müsəlmanlar öz malları olan elmi, inkişaf etmiş qərbdən təkrar alıb, 
görkəmli keçmişlərini yenidən  əldə edə bilər və beləliklə Qur`anın, indiyə  qədər 
laqeyd qanaşdıqları əmrlərini də yerinə yetirmiş olarlar. 
Burada texnologiyanın  əldə edilməsindən daha çox elmin zərurili 
vurğulanmışdır. Elmi tədqiqatların zəruriliyinin Qur`anın  əmri olduğuna diqqət 
çəkilməsi isə xüsusi əhəmiyyət kəsb edir.
29
 Fəzlur Rəhmana görə bu arayışlar müsbət 
hal kimi qarşılansa da vəziyyətdən çıxış yolu üçün yetərli deyil. Təhsil sisteminin 
yenilənməsi üçün dərslərin və dərslərin məzmunun dəyişdirilməsi məsələni həll etmir. 
Bunun yeganə yolu İslam düşüncəsini yenidən inşa etməkdir. Beləliklə, Fəzlur 
Rəhmana görə məhsuldar təhsil sistemini qurmaq üçün yeni bir İslam teologiyasına 
ehtiyac var. Başqa sözlə desək, İslam təhsil sisteminin nailiyyəti özünü həqiqi və azad 
İslam düşüncəsini yaratmaqda göstərməlidir.
30
 
Fəzlur Rəhmana görə klassik İslam təhsil sisteminin əsl nöqsanı təhsilin kitab və 
şəxslərə bağlı olmasıdır. Bunun ən böyük təzahürü mədrəsələrdə yetişən alimlərin 
mədrəsələrə görə deyil, dərs aldıqları müəllimlərə görə tanınmasıdır. Bu vəziyyət 
İslam dünyasında mədrəsələrin sistemləşməsindən sonra da davam etmişdir. Buna 
görə də, Fəzlur Rəhmana görə İslam dünyasındakı azad fikirli mütəfəkkirlərin böyük 
əksəriyyəti mədrsələrdə deyil, mədrəsə xaricində xüsusi dərs verən müddərislərin 
yanında yetişmişdir.
31
 
Nəticə olaraq demək olar ki, radikalizmin meydana çıxmasını siyasi, iqtisadi, 
dini, mədəni, fəlsəfi və s. bir çox səbəblə izah etmək olar. Bunlardan İslam dünyasında 
                                                 
29
 Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi, (tərcümə: Açıkgenç A., Kırbaşoğlu 
M.H.), Ankara: Ankara Okulu Yayınları, 2002, s. 107-108. 
30
 Çelikel B. Fazlur Rahman`da Eğitimin Tanımı ve Hedefleri // Dokuz Eylül Üniversitesi İlahiyat 
Fakültesi Dergisi, 2008, № 27, s. 71; Çelikel B. Fazlur Rahman`da Eğitimin Tanımı ve Hedefleri // Dokuz 
Eylül Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2008, № 27, s. 134. 
31
 Rahman F. İslam, s. 259-260. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə