Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə6/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   2   3   4   5   6   7   8   9   ...   156

Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsəri və onun şərhləri
 
 
19
Hindistandakı əlyazmalarda 60000 beytə qədər çıxır. Tədqiqatçıların ən etibarlı nəşr 
kimi qəbul etdikləri Nikolson (Nicholson) nəşrində 25632 beyt vardır.
7
 
Məsnəvi  əruzun rəməl bəhri ilə yazılmışdır (failatun failatun failun). Lakin 
Mövlana Məsnəvini şer demək niyyətilə deyil, qəlbinə ilham olunan mənaları ifadə 
etmək üçün yazmışdır. O, şeri bu mənaları təsvir edən bir forma, bir qəlib kimi qəbul 
etmişdir. Məsnəvidə bu həqiqət belə ifadə olunur:  “O (Məsnəvi), mənadır, failatun, 
fəulün deyil (نلوعف تلاعاف ىن ، نا تسا ىنعم)”.
8
 
Yuxarıda qeyd etyimiz kimi, ilk 18 beyti Məsnəvinin və ümumiyyətlə Mövlana 
Cəlaləddin Ruminin düşüncə sistemin xülasəsi hesab olunur. Əsərin ilk beyti belədir: 
 ونشب
یم تياکح نوچ ین نيا
دنک
 
 
یم تياکش اھييادج زا
دنک
 
Dinlə bu neyi, şikayət eləyir, 
Ayrılıqlardan şikayət eləyir.
9
 
Mövlanaya görə, insan ilahi aləmdən gəldiyi üçün öz əslinə qayıtmaq istəyir, 
bunun üçün can atır. Böyük mütəfəkkir bu düşüncəni belə ifadə edir: 
شيوخ ِ لصا زا دنام رود واک ىسک رھ 
 وج زاب
ي
شيوخ ِ لصو راگزور د
 
Hər kim öz əslindən uzaqda qalar, 
Vüslətdə olduğu günləri arar. 
Rumi ilahi əslindən ayrı düşən insanın qüssəsini “ney” metaforu ilə izah edir. 
Şərqin  ən qədim musiqi alətlərindən olan neyin farsca hərfi mənası qamışdır. 
Mövlananın məcazi yanaşmasına görə, qamışlıqdan qoparılan ney öz ana vətəninə, 
yəni qamışlığa dönmək üçün can atır və ona görə də yanıqlı səsi ilə nalə çəkir. Ney 
bu baxımdan ayrılığın simvoludur. Həqiqətdə isə, ney ilahi əslindən qopmuş insanı 
təmsil edir. Qamışlıq (neyistan) isə insanın həsrətini çəkdiyi  əzəli vətəninin 
simvoludur. Məsnəvini  şərh etmiş  Bədiuzzaman Foruzanfərə görə, Məsnəvidəki 
“ney” simvolu Mövlananın özüdür
10
 Mövlana insanın öz ilahi əslinə olan həsrətini 
neyin dili ilə belə ifadə edir:  
دنا هديربب ارم ات ناتسين زک 
دنا هديلان نز و درم مريفن زا 
Məni qamışlıqdan qoparandan bəri  
Fəryadımdan nalə çəkir qadınla kişi 
                                                 
7
Demirel, Şener. Mevlânâ’nın Mesnevî’si ve Şerhleri. Türkiye Araştırmaları Literatür Dergisi, 2007, cilt: 
V, sayı: 10 [Eski Türk Edebiyatı Tarihi II], səh.  471-472 
8
 http://www.sufi.ir/books/download/farsi/mathnavi/Masnavi.pdf ٨٣۵  .يونعم يونثم .يمور نيدلا للاج انلاوم
 ص 
9
  ۴۶ .ص .يونعم يونثم .يمور نيدلا للاج انلاوم 
10
    ١ .ص .١٣۶۴ نارھت  .فيرش یونثم حرش .رفنازورف نامزلا عيدب 
Zangeneh, Fatemeh. Mevlana Şiirlerinde Aşk, Ney ve Gül İncelemesiyle Sembolizm, II. Türkiye 
Lisansüstü Çalışmalar Kongresi Bildiriler Kitabı - III (6-8 Mayıs 2013, Bursa), 2013, səh. 825 


Q.T.Məmmədəliyeva
 
 
20
Rumi Məsnəvinin hər bir cildinin girişində əsərin məzmunundan bəhs etmişdir. 
Birinci cildin əvvəlində o, “Məsnəvi dinin üsulunun üsulunun üsuludur” deyir. 
Məsnəvi  şərhçiləri qeyd edirlər ki, burada üç dəfə qeyd olunan “üsul” kəlməsilə 
nəzərdə tutulan şəriət, təriqət və  həqiqətdir. Belə aydın olur ki, Məsnəvinin  əsas 
mövzusu dinin üç əsas sütunu olan əməl (şəriət), hal (təriqət) və həqiqətdir. Həqiqətə 
çatmaq üçün əməl və hal lazımdır. Əməl və hal isə öz mənalarını həqiqətdən alırlar.
11
 
Məsnəvi sufi ədəbiyyatında  ən çox şərhi olan əsərlərdən biridir. Xüsusilə XV 
əsrdən etibarən məsnəvi  şərhləri çoxalmış  və bu əsərə onlarca şərh yazılmışdır. 
Məsnəvi  şərhləri  əsasən fars və türk dillərində yazılmışdır. Lakin Hindistan və 
Pakistan bölgəsində  qələmə alınmış  Məsnəvi  şərhlərinin bir hissəsi urdu dilində 
yazılmışdır. Hətta XIX əsrdən başlayaraq Məsnəvi Avropa dillərinə  də  tərcümə 
edilmiş  və ona şərhlər yazılmışdır.
12
Şübhəsiz ki, bir məqalədə  Məsnəvinin bütün 
şərhləri haqqında məlumat vermək mümkün deyildir. Biz Məsnəvinin bəzi ən mühüm 
farsca və türkcə şərhləri haqqında məlumat verməyə çalışacağıq. 
Məsnəvinin ən mühüm farsca şərhləri 
1.  Əhməd Rumi. Dəqaiqul-həqaiq. Anadoludan olan Əhməd Rumi (ö. 
750/1349 [?]) Mövləviyyə təriqətini Hindistanda yaymağa çalıçan sufilərdən biridir. 
O, qeyd olunan əsəri təqribən 1320-ci ildə yazmışdır.  Əsər 80 fəsildən ibarətdir. 
Müəllif hər fəslin başlanğıcında qeyd olunmuş ayə  və  hədisləri “həqaiq”, onların 
Mövlananın Məsnəvisi və Divani-kəbiri vasitəsilə şərh edilməsinə isə “dəqaiq” adı 
vermişdir.
13
 
2.  Kəmaləddin Xarəzmi. Cəvahirul-əsrar və  zəvahirul-ənvar. Kübrəviyyə 
təriqətinə  mənsub olan Kəmaləddin Xarəzmi (ö. 836/1433 və ya 840/1436) 
Teymurilər dövründə Xarəzmdə yaşamış sufidir. Onun Məsnəvinin ilk üç cildini şərh 
etdiyi “Cəvahirul-əsrar və  zəvahirul-ənvar”  adlı  əsəri bəzi tədqiqatçılar tərəfindən 
Məsnəvinin İran mədəni hövzəsindəki ən əhatəli şərhi hesab olunur.
14
 
3.  İbrahim  Şahidi.  Gülşəni-tövhid. Muğla  şəhərində anadan olan İbrahim 
Şahidi (875/1470-957/1550) Osmanlının məşhur divan şairlərindən və lüğət 
müəlliflərindən biri kimi tanınmışdır. Onun 1530-cu ildə yazdığı “Gülşəni-tövhid” 
Məsnəvinin hər cildindən seçilmiş 100 beytin hər birinə yazılmış beş beytdən ibarət 
şərhi ehtiva edir.
15
 
                                                 
11
 Semih Ceylan. “Mesnevi”, səh 327 
12
  Ətraflı  məlumat üçün bax. Lewis, Franklin. [Batı’da Mesnevî’den  Yapılan  İlk] Çeviriler, Şerhler. 
Uyarlamalar ve Esinlenmeler, çeviren: İsmail Güleç, İlmî Araştırmalar, 2005, sayı: 20, səh. 183-202; 
Demirel, Şener. Mevlânâ’nın  Mesnevî’si ve Şerhleri, səh. 478-480;  
13
 Bax. Tahsin Yazıcı. “Ahmed-i Rumi”, DİA). Ankara, 1989, c. 2, səh. 131 
14
 Şərh haqqında bax. Gökbulut, Süleyman Konevî’nin Harezm’e Uzanan Kolu: Kemâleddîn Hüseyin 
Hârezmî’nin Mesnevî Şerhinde Sadreddîn Konevî’nin Etkisi.  II. Uluslararası Sadreddin Konevî 
Sempozyumu Bildirileri = Second International Symposium on Sadreddin  Qunawi, 2014, səh. 92-96 
15
 Mustafa Çıpan. “Şahidi, İbrahim”. DİA, Ankara, 2010,  c. 38, səh. 273 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə