Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə7/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   2   3   4   5   6   7   8   9   10   ...   156

Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsəri və onun şərhləri
 
 
21
4.  Molla Hadi Səbzəvari.  Şərhi-Məsnəvi. Molla Hadi Səbzəvari (ö. 
1289/1873) Qacar dövrünün məşhur alimlərindən biridir. O, Mir Damad və Molla 
Sədra kimi mütəfəkkirlərin sistemləşdirdiyi Hikməti-mütəaliyə  məktəbinə  (İsfahan 
məktəbi) mənsub bir mütəfəkkir olmuşdur. Səbzəvari “Şərhul-əsrar” adı ilə də məşhur 
olan əsərində Məsnəvinin bir neçə yüz beytini şərh etmişdir.
16
 
5.  Əbdürrəhman Cami. Risaleye-Şərhe-Beyteyne-Məsnəvi. Məşhur sufi şairi 
və mütəfəkkiri Əbdürrəhman Cami (817/1414-898/1492) də Məsnəvinin iki beytini 
şərh etdiyi bir traktat qələmə almışdır.
17
 
6.  Hüseyn Vaiz Kaşifi. Lübbe-Lübabe-Mənəvi.  Əslən  İranın Səbzəvar 
bölgəsindən olan Kaşifi (860/1456 -  910/1504-1505) təfsir, təsəvvüf və ədəbiyyata 
dair bir çox əsərin müəllifidir. Bu əsərlərdən biri də  Məsnəviyə yazdığı  şərhdir. 
Kaşifinin əsəri Məsnəvidən seçilmiş müəyyən beytlərin şərhini ehtiva edir.
18
 
7.  Əbdüləli Məhəmməd Löknəvi.  Bəhrul-ülum. Hindistanlı mütəfəkkir 
Əbdüləli Löknəvinin (ö. 1801) yazdığı bu şərh Məsnəvinin farsca tam şərhidir.
19
 
8.  Bədiüzzaman Foruzanfər.  Şərhe-məsnəviye-şərif.  İran  ədəbiyyatı  və 
dilçiliyi sahəsinin  ən məşhur tədqiqatçılarından biri olan Foruzanfər (1904-1970) 
dünyanın  ən qabaqcıl Mövlanaşünaslarından biri hesab olunur. Foruzanfərin  şərhi 
Məsnəvinin ilk cildinin 3012 beytini əhatə edir.
20
 
9.  Məhəmməd Təqi CəfəriTəfsire-nəqdo-təhlilo-Məsnəvi. Əslən Təbrizdən 
olan böyük din və fəlsəfə alimi Məhəmməd Təqi Cəfəri (1923-1998) fəlsəfə, irfan, 
fiqh və sair sahələrə dair onlarla kitabın müəllifidir. Onun Məsnəviyə yazdığı 15 
cildlik şərh bu əsərin ən əhatəli şərhlərindən biri hesab olunur.
21
 
10. Seyyid Cəfər ŞəhidiŞərhe-Məsnəvi. İranın məşhur fars dili və ədəbiyyatı 
sahəsindəki tədqiqatçılarından biri olan Seyyid Cəfər Şəhidi (1919-2008) Məsnəviyə 
şərh yazmışdır.
22
 
Məsnəvinin ən mühüm türkcə şərhləri 
1.  Mustafa  Şəm`i  Şəm`ullah.  Şərhi-Məsnəvi. XVI əsrdə yaşamış  məşhir 
Osmanlı sufilərindən olan Şəm`inin (ö.1011/1602) bu əsəri Məsnəvinin bütün 
beytlərinin şərhini ehtiva edir.
23
 
                                                 
16
 Rizvi, Sajjad H. Hikma muta‘aliya in Qajar Iran: Locating the Life and Work of Mulla Hadi Sabzawari. 
Iranian Studies. Jul 2011, Vol. 44 Issue 4, səh. 487 
17
 Ömer Okumuş. “Cami, Abdurrahman”. DİA. Ankara, 1993, c. 7, səh. 97 
18
 Adnan Karaismailoğlu. Hüseyn Vaiz-i Kaşifi. DİA, Ankara, 1999, C. 19, səh. 17 
19
 Abdülbaki Gölpınarlı. Mevlanadan sonra mevlevilik. İstanbul, 1983, səh. 141. 
20
 Demirel, Şener. Mevlânâ’nın Mesnevî’si ve Şerhleri, səh. 476 
21
 Bax. ١٣٨٧. يملاسا تاراشتنا :نارھت .لوا دلج . 
یونثم ليلحت و دقن و ريسفت 
 . 
یرفعج یقتدمحم
 
22
 Bax.١٣٧ ٣ . يملاسا تاراشتنا :نارھت .لوا دلج . يونثم حرش. 
یديھش رفعج ديس
 
23
 Bax. Öztürk, ŞeydaŞem‘î Efendi ve Şerh-i Mesnevî’si, Genç Akademisyenler İlahiyat Araştırmaları: 
Sempozyum, 1-2 Mayıs 2008, İstanbul, 2009, s. 319-342 


Q.T.Məmmədəliyeva
 
 
22
2.  İsmail Rüsuhi Ankaravi. Məcmuatul-lətaif və  mətmuratul-məarif. 
İstanbulda yerləşən Qalata Mövləvixanasının şeyxi olmuş Ankaravi (ö.1041/1631) öz 
əsərində Məsnəvinin 6 cildinin hamısını şərh etmişdir.
24
 
3.  Mehmed Murad Molla. Xülasətuş-şüruh.  XVIII  əsrin sonları XIX əsrin 
əvvəllərində yaşamış Mehmed Murad Əfəndi (1788-1848) Nəqşbəndiyyə təriqətinə 
mənsub bir sufidir. O, eyni zamanda məşhur məsnəvixanlardan biri hesab olunur. 
Murad  Əfəndi müxtəlif  şərhlərdən faydalanaraq Məsnəviyə müxtəsər bir şərh 
yazmışdır.
25
  
4.  Abidin Paşa.  Tercüme ve şerh-i Mesnevi-i şerif. Osmanlının dövlət 
xadimlərindən biri olan Abidin Paşa (1843-1906)  həm də məşhur ədəbiyyat bilicisi 
olmuşdur. O, ərəb, fars, fransız, yunan və alban dillərini mükəmməl bilməklə yanaşı, 
bu dillərdə yazılmış ədəbiyyat əsərlərinə də dərindən bələd olmuşdur. Abidin Paşanın 
ən məşhur  əsəri “Tercüme ve şerh-i Mesnevi-i şerif” olmuşdur. O, bu əsərdə 
Məsnəvini Osmanlı türkcəsinə tərcümə etmiş və birinci cildini şərh etmişdir.
26
 
5.  Ahmed Avni Konuk.  Mesneviyi-şerif  şerhi. Ahmed Avni Konuk (1868-
1938) 20-ci əsrin  ən məşhur Məsnəvi  şərhçilərindən biri hesab olunur. Təsadüfi 
deyildir ki, onun şərhi müasir dövrdə Türkiyədə ən çox oxunan Məsnəvi şərhlərinin 
başında gəlir. Konuk bu şərhi ömrünün son illərində  qələmə almışdır. O, şərhində 
başda Ankaravi olmaqla özündən əvvəlki şərhçilərin əsərlərindən faydalanmış, hətta 
Hindistanda yazılmış  şərhlərə  də müraciət etmişdir. Konuk eyni zamanda əsərdə 
Ruminin düşüncə sistemi ilə başda  İbn  Ərəbi olmaqla digər sufi mütəfəkkirlərin 
düşüncələri arasında əlaqə qurmağa çalışmışdır.
27
 
6.  Tahirul-Mövləvi  (Tahir Olgun). Şərhi-Məsnəvi. Tahirul-Mövləvi kimi 
tanınan Tahir Olgun (ö. 1951) Türkiyənin məşhur Məsnəvi və Mövləvilik 
mütəxəssislərindən biri olmuşdur. Onun Şərhi Məsnəvinin ilk dörd cildinin hamısını, 
beşinci cildin isə ilk min beytini əhatə edir. Müəllif şərhini sona çatdırmadan vəfat 
etmişdir.
28
  
7.  Abdülbaki Gölpınarlı. Mesnevi tercemesi ve şerhi. 20-ci əsrdə Türkiyənin 
sufi təriqətləri, xüsusilə də Mövlana Cəlaləddin Rumi, Mövləvilik, Yunis Əmrə ilə 
əlaqəli  ən qabaqcıl tədqiqatçı alimlərindən biri hesab olun Gölpınarlı (1900-1982) 
                                                 
24
 Ceyhan, Semih. İsmail Rusûhî Ankaravî’nin Mesnevî Tahkîki: Mesnevî’deki Mânâya Metodolojik Bir 
Yaklaşım. Tasavvuf: İlmî ve Akademik Araştırma Dergisi, 2007, cilt: VIII, sayı: 20 [Mevlânâ’ya 
Armağan Sayısı], səh. 117-142; Özdemir, Mehmet. Mesnevî’nin Türkçe Şerhleri. Turkish Studies 
=Türkoloji Araştırmaları: International Periodical for the Languages, Literature and History of Turkish 
or Turkic, 2016, cilt: XI, sayı: 20, s. 467-468. 
25
 Özdemir, Mehmet. Mesnevî’nin Türkçe Şerhleri. Turkish Studies =Türkoloji Araştırmaları: 
International Periodical for the Languages, Literature and History of Turkish or Turkic, 2016, cilt: XI, 
sayı: 20, s. 466; M.Hüdai Şentürk. “Murad Nakşibendi”. DİA, Ankara, 2007,  c.31, səh. 189 
26
 İskender Pala. “Abidin Paşa”. DİA, Ankara, 1988,  c.1, səh. 310 
27
 Arpaguş, Safi. Ahmed Avni Konuk ve Mesnevî-i Şerîf  Şerhi’nin Tasavvuf Çalışmaları Açısından 
Önemi, Marmara Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2013, sayı: 45, s. 36-37. 
28
 Özdemir, Mehmet. Mesnevî’nin Türkçe Şerhleri, səh. 470 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə