Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə9/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   5   6   7   8   9   10   11   12   ...   156


Dini radikalizm və klassik İslam təhsil sistemi: Fəzlur Rəhmanın görüşləri əsasında
 
 
27
UOT-28 
 
DİNİ RADİKALİZM VƏ KLASSİK İSLAM TƏHSİL SİSTEMİ:  
FƏZLUR RƏHMANIN GÖRÜŞLƏRİ ƏSASINDA 
 
i.f.d., dos. Mübariz Camalov 
BDU İlahiyyat fakültəsi 
 
 
Açar sözlər: Fundamentalizm, radikalizm, təhsil, reform, Fəzlur Rəhman. 
Keywords: Fundamentalism, radicalism, education. Reform, Fazlur Rahman 
Ключевые  слова:  Фундаментализм,  радикализм,  образование,  реформа, 
Фазлур Raxman 
 
İslam dünyasında son bir neçə onillikdə meydana çıxan yaxud çox istifadə edilən 
bir termin kimi dini radikalizm literaturda fundamentalizm termini ilə də ifadə edilir. 
Əslində fundamentalizm termini radikalizm terminindən daha əvvəl meydana 
çıxmışdır. Radikalizmin fundamentalizmdən daha kəskin olduğunu qəbul edərsək, 
xüsusilə son dövrlərdə radikal cərəyanların terrorist fəaliyyətləri bu terminin daha çox 
istifadə edilməsinə  təsir göstərmişdir. Bununla birlikdə  İslamla bağlı olaraq 
fundamentalizm termini də  həm qərb literaturunda, həm də  İslam dünyasındakı 
müəlliflər tərəfindən işlədilir. Bəzən eyni mənada, bəzən də yaxın mənalı terminlər 
kimi istifadə olunan radikalizm və fundamentalizm bir-biri ilə yaxından  əlaqəlidir. 
Buna görə  də dini radikalizmdən danışarkən dini fundamentalizm məfhumundan 
istifadə etmək qaçılmazdır. Dini fundamentalizmin mənası terminin yeniliyi və 
fundamentalizm fenomeninin mürəkkəbliyi səbəbilə  hələ  də tam olaraq aydınlığa 
qovuşmamışdır. Fundamentalizm sözü ingilis dilində təmələsasprinsipial mənasına 
gələn fundamental sözündən törəmiş, latın dilindəki fundamentdən alınmışdır. Tarixi 
bir fenomen kimi fundamentalizm XIX əsrin sonu XX əsrin əvvəllərində Amerikada 
meydana gələn dini hərəkatın adıdır. Bu hərəkatı meydana çıxaran iki səbəbdən 
birincisi xiliazm, yəni  İsanın ikinci dəfə dünyaya gəlməsi inancıdır.  İkincisi isə 
qadının müasir dünyada dəyişən roluna qarşı fundamentalistlərin reaksiyasıdır. 
Protestan məzhəbinin rəhbərliyində  təşəkkül edən bu cərəyan sekularizm və 
modernizmə qarşı  mənfi mövqeyi ilə ortaya çıxmışdır. Bu yanaşmaları ilə 
Xristianlığın dəyişməz qəbul etdikləri əsaslarını çoxcildi Fundamentals adlı əsərdə 
bir yerə toplamışlar. Fundamentalizmin adını bu kitablardan aldığı güman edilir
1

                                                 
1
 Günay Ü. İslam Dünyasında Gelenek, Değişme, Modernleşme ve Fundamentalist Eğilimler, Türk 
Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi, 1998, № 8, s. 1; Kirman A. Sekülerleşme Perspektifinden 
Dini Fundamentalizm // Uluslararası Sosyal Araştırmalar Dergisi = The Journal of International Social 
Research, 2008, № 2, s. 276; Sezen A. Üniversite öğrencileri örnekleminde iman gelişimi ve dinsel 
fundamentalizm arasında ilişkiler üzerine bir çalışma: Doktorluq dis. 2008, s. 73. 


i.f.d., dos. Mübariz Camalov
 
 
28
Fundamentalizm termini siyasi fundamentalizm, mədəni fundamentalizm kimi 
mənalarda işlənməklə birlikdə, dinlə əlaqələndirilərək dini fundamentalizm formasında 
daha çox istifadə olunur. Bundan əlavə dini fundamentalizm anlayışı dini radikalizm və 
dini ekstremizm kimi terminlərin meydana çıxmasına səbəb olmuş  və müxtəlif dini 
cəmiyyətlərdəki müştərək anlayışı ifadə etmək üçün istifadə edilmişdir. Çıxış nöqtəsi 
kimi müəyyən bir dinin müəyyən bir məzhəbi göstərilsə  də bu terminlər universal 
xarakter qazanaraq bütün din və cərəyanlardakı mühafizəkarlara aid edilmişdir. Çünki, 
bütün dini fundamentalist yanaşmalar müştərək xüsusiyyətlərə sahibdir. Buna görə 
fundamentalist adlandırılan qruplar aşağıdakı xüsusiyyətləri daşıyır: 
1. Qurup öz varlığına qarşı təhdid kimi gördüyü krizislərlə başa çıxmaq üçün bir 
yol təqib edir.  
2. Həm özlərinin, həm də aid olduqları dini camaatın liderlərinin dinin 
əsaslarından uzaqlaşdıqlarını düşündükləri üçün özlərini digərlərinə qarşı mübarizə 
aparmağa məcbur hiss edirlər. 
3. Digərlərini açıq-aşkar düşmən kimi görürlər. 
4. Tarixi hadisələrə eskatoloji (tarixin başlanğıcı və sonu) cəhətdən yanaşırlar. 
5. Tarixi şüuru (insanın özünü tarixi proseslərin təsiri altında görməsi) rədd 
edirlər. 
6. Özlərini yadlardan qorumaq üçün kəskin ictimai sərhədlər qoyurlar. 
7. Müqəddəs mətinlərin yeganə yozumçuları kimi gördükləri liderlərinə  sıx 
bağlıdırlar.
2
 
Fundamentalistlərə görə müqəddəs mətnlərin hərfi mənası əsasdır. Buna görə də 
xüsusilə, hermenevtik oxumalara müsbət yanaşmırlar. Fundamentalizmdə dəyişməz 
mütləq qayda-qanunlar tərəfdaşların mövcudiyyətinin  əsasını  təşkil edir. Bunu 
dəyşdirməyə yaxud təndiq etmək istəyənlərə qarşı çıxaraq onları başqa adlandırır və 
əlaqəni kəsirlər
3
  
 
Radikalizmin yaranma səbəbləri 
İslam tarixində ilk radikal cərəyanın xaricilər olduğunu demək mümkündür. 
Çünki müasir dövrün radikalları ilə xaricilər arasında bənzərliklər görülür. Xüsusilə, 
hakimiyyətə qarşı etiraz və dinin əsaslarına qayıdış bunlardan ən mühümləridir. 
Əsasən xariciləri radikalizmdən fərqləndirən əsas xüsusiyyət xaricilərin anarxiyasıdır. 
Bundan  əlavə radikalizmin dinə uyğun olmadığını göstərmək üçün xariciliklə 
əlaqələndirilsə  də
4
  hər ikisinin ümumi xarakteristikasının bənzər olduğu düşüncəsi 
daha güclüdür. 
                                                 
2
 Yaparel R. Dinsel fundamentalizm / Din-kültür ve çağdaşlık, Ankara: Türkiye Diyanet Vakfı yayın 
matbaacılık ve ticaret işletmesi. 2007, s. 139-140. 
3
 Öz S. Sosyolojik bir olgu olarak dini ihya hareketleri // Çukurova Universitesi İlahiyat Fakültesi 
Dergisi, 2014, c.3, № 1, s. 189. 
4
 Ateş D. İslam Köktenciliği (!) kökeni, genel nitelikleri, tanımlar ve tınıflamalar // Akademik Orta Doğu, 
2009, № 2, s. 78. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə