Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə100/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   96   97   98   99   100   101   102   103   ...   108

 
333
sentrasiyasından asılılığı həmçinin, şəkər şərbəti məhlullarının 
özlülüyünün onların tərkibində mövcud olan xörək duzundan 
asılılıq xüsusiyyətləri də öyrənilmişdir. 
Sümük-ət həlimi və  əridilmiş donuz piyi üçün, soya və 
günəbaxan miseliləri üçün özlülüyün temperaturdan asılılığı 
tədqiq edilmiş  və müəyyən müsbət nəticələr  əldə olunmuşdur 
ki, bu nəticələr hazırda müxtəlif sorğu kitablarına daxil edil-
mişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 38. Diyircəkli Qeppler viskozimetri 
 
1 – viskozimetrin işçi hissəsi – şəffaf borucuq;  
2 – diyircək; 3 – termostatlaşdırılmış maye üçün silindr;  
4 – termometr; 5 – borucuqdan mayeni boşaltmaq üçün qapaq; 
6 – sıxıcı qayka; 7 – artıq mayeni yığmaq (toplamaq) üçün 
tutum; 8 – kipləşdirici üzük; 9 – qapaq; 10 – altlıq;  
11 – tənzimləyici vint; 12 – mayenin verilməsi üçün ştuser 
 


 
334
Adi və mumabənzər qarğıdalıdan alınan nişastanın fiziki-
kimyəvi xüsusiyyətlərinin müqayisəli tədqiqi zamanı özlülüyün 
temperaturdan və konsentrasiyadan asılılığı araşdırılmışdır. 
Kinematik özlülük (məhlulun özlülüyünün onun sıxlığına 
nisbəti) buğda və darıdan alınan nişasta fosfatları üçün tədqiq 
olunmuşdur. 
Diyircəkli viskozimetrlər konserv sənayesində konserv-
ləşdirilmiş  məhsulların özlülük xarakteristikalarının öyrə-
nilməsi üçün istifadə olunur. 
 
5.4.1.6. Konik viskozimetr 
 
Bu cihaz P.A.Rebinder və N.A.Semenenko tərəfindən 
təklif edilmiş və axının hədd gərginliyini ölçmək üçün nəzərdə 
tutulur (şəkil 39). 
Ölçmə metodikası:
 Axının hədd gərginliyi konusun, 
küvetin içərisində olan tədqiq edilən maddəyə maksimal 
daxilolma dərinliyinə görə hesablanır. 
Konusun uc nöqtəsi ölçülən sistemin səthi ilə toxunma 
vəziyyətinə  gətirilir. Tənzimləyici çəki daşını götürür və 
konusun dayananadək daxilolma sürəti ölçülür. Konusun 
hərəkəti dayandıqda daha bir çəki daşı götürülür və müşahidə 
konusun növbəti dəfə dayanadək davam etdirilir. 
Konus vasitəsilə  h
m
 daxil olma həddinin  əldə olunduğu 
zaman, konusun kənar səthlərinin göstərdiyi F yüklənməsi 
sistemin axınının P
m
 hədd gərginliyinə bərabər olacaqdır. 
Hesablama aşağıdakı bərabərliyə əsasən aparılır: 
 
                          
2
m
m
h
F
K
P


   .   .   .   .   .   .                 63) 
 
burada: P
m
 – axının hədd gərginliyi, q/sm
2
, (kq/m
2
); 
 K
α
 – konusluq bucağından asılı olan (müxtəlif 
bucaqlı  və hesablanmış müxtəlif konstantlı, 


 
335
məsələn ,
0658
,
0
0
45



K
 159
,
0
0
90



K
 bir 
neçə konus cihaza əlavə olunur) konstant;  
            F – əks çəkidən götürülən yük, q (kq); 
            h
m
 – konusun daxil olma dərinliyi, sm (m). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 39. Konik plastometr 
 
1 – konus; 2 – blok; 3 – yük; 4 – şkala;  
5 – mikroskop; 6 – nümunə. 
 
Axının hədd gərginliyini hesablamaq üçün ölçməni üç 
dəfə  təkrar edir və orta arifmetrik qiymət qəbul edilir. Əgər 
deformasiya kinetikasının əyrisini qurmaq tələb olunursa, onda 
mikroşkalanın göstəricisinin zamana görə  dəyişməsi qeydə 
alınaraq, yazılır.  
Qida sənayesində daha tez-tez, Rusiya Federasiyasında 
istehsal olunan KP – 3 markalı konik plastometrdən istifadə 
edilir. Bu tip aparatların iş prinsipi və hesablama üsulları, 


 
336
əvvəldə  şərh olunmuş aparatlardan bir o qədər də  kəskin 
fərqlənmir. 
Konik plastometrin köməyi ilə, Binqam cismi kimi ba-
xılan kərəyağının struktur-mexaniki xüsusiyyətləri tədqiq 
olunmuşdur. Tədqiqatlar onun konsistensiyasını qiymətləndir-
mək üçün obyektiv kriteriyanı  əldə etmək məqsədilə apa-
rılmışdır.  Əsas reoloji xüsusiyyətləri deformasiya kinetikası 
əyrisindən təyin etmək mümkün olur. 
L.S.Kyznesova və digər alimlər tərəfindən meyvə-jele 
sistemlərinin həlməşik  əmələgətirmə prosesi və müxtəlif 
amillərin (əlavə edilən şəkərin miqdarı, nəmlik, aktiv turşuluq 
və s.) bu prosesə  təsiri tədqiq olunaraq öyrənilmişdir. Axının 
hədd gərginliyinin qiymətinə görə pomadka kütləsinin, 
polivinil spirti əsasında hazırlanan jeleli qənnadı kütləsinin, 
natrium-alqinat, aqar və aqaroid əlavələri ilə oksidləşdirilmiş 
nişasta həlməşiyinin (bu həlməşik jeleli marmelad, rahat-lokum 
hazırlamaq üçün məsləhət görülür) plastik möhkəmliyi təyin 
edilmişdir. Axının hədd gərginliyinin qiymətinin müəyyən 
olunması, halvanın keyfiyyətini qiymətləndirmək məqsədilə 
məsləhət görülür. 
Konik plastometrin köməyi ilə  şəkərli xəmirin struktur-
mexaniki xüsusiyyətləri tədqiq edilmiş, səthi-aktiv maddələrin 
təsiri və onun plastiki möhkəmliyinə olan digər təsirlər öyrə-
nilmişdir. 
Günəbaxan yağı fosfolipidlərinin, xəmirin plastiki möh-
kəmliyinə  təsirinin öyrənilməsi, onun qıcqırma müddətini ix-
tisar etməyə imkan vermişdir. 
Qursaq pendirlərinin konsistensiya xüsusiyyətlərinin 
obyektiv kriteriyasını  işləyib hazırlamaq üçün, axının hədd 
gərginliyi qiymətindən dəfələrlə istifadə edilmişdir. 
 
 
 
 
 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə