Microsoft Word Elsever m kitab doc


Biroxlu sıxılma deformasiyasını ölçmək üçün



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə101/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   97   98   99   100   101   102   103   104   ...   108

 
337
5.4.2. Biroxlu sıxılma deformasiyasını ölçmək üçün 
istifadə olunan cihazlar 
 
Əgər məhsulun strukturu bircinsli deyilsə və o, xeyli bö-
yük özlülüklə  fərqlənirsə, belə  məhsulun konsistensiyası 
biroxlu sıxılma deformasiyası ilə xarakterizə edilir (təsadüfi 
hallarda, nümunənin bərkiməsi və forma dəyişmə deformasiya-
sının uçotunun çətinliyi ilə  əlaqədar olan dartılma deforma-
siyası ilə). 
 
5.4.2.1. Nikolayev və Şpiqelqlyas cihazı
 
 
Ölçmə metodikası.
 50 mm enliyə, 50 mm uzunluğa və 
40 mm hündürlüyə malik olan tirşəkilli nümunəni 2 və 3 pa-
ralel səthlər arasında yerləşdirilir, bu zaman 2 stolu sonadək 
endirilir. 2 stolu, nümunə 3 səthinə toxunanadək qaldırılaraq, 
nümunənin ilkin uzunluğu ölçülür (şəkil 40). Əgər belə 
vəziyyətdə yük yerinə  hər hansı bir 4 yükünü yerləşdirilərsə, 
əqrəbin yerdəyişməsinə görə cihazın şkalasında şərti ani defor-
masiya qiymətini müəyyən etmək olar. Sonra saniyəölçəni işə 
salaraq, təsir edilən gücün müvazinət halınadək onun zamana 
görə  dəyişməsi və nümunənin daxili müqaviməti müəyyən 
edilir. Ölçülmə  nəticələrinə  əsasən deformasiya kinetikasının 
əyrisini qurulur. Nümunənin ilkin en kəsiyini və yükün stolla 
birlikdə  çəkisini bilərək,  şərti ani elastiki deformasiya qiymə-
tinə  və nümunənin ilkin uzunluq qiymətinə görə elastiki 
sıxılma modulu hesablanır: 
 
 
 
 
 
 
 
 


 
338
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 40. Nikolayev və Şpiqelqlyas cihazı 
 
1 – gövdə; 2, 3 – aralarında nümunə yerləşən disklər; 4 – yük; 
5 – reyka; 6 – şesterna; 7 - əqrəb; 8 – ekssentrik; 9 – şkala. 
 
 
             

P
E


S
F
P


l
l



   .   .   .   .   .             (64) 
  
burada: E – sıxılma modulu, q/sm
2
 (kq/m
2
); 
             P – işçi gərginlik, q/sm
2
 (kq/m
2
); 
            S – en kəsik sahəsi, sm/m
2
; 
             ε – deformasiyanın ölçüsüz qiyməti; 
             l – nümunənin uzunluğu, sm (m); 
            Δt – deformasiya prosesində uzunluq dəyişməsi, 
sm (m). 
 
Özlülük aşağıdakı bərabərliklə təyin edilir: 
  
                        
dx
dv
P
ef

.

   .   .   .   .   .   .   .              (65) 


 
339
burada:  dv – deformasiya sürəti (nümunənin hündürlük 
dəyişməsinin zamana nisbəti), sm/san 
(m/san); 
              dx – lövhələr arasındakı orta məsafə, sm (m).  
 
 
Müvazinət halında nümunənin dəyişmiş en kəsik sahəsin-
də gərginliyi yenidən hesablasaq, onda axının hədd gərginliyini 
almaq olar. 
Göstərilən cihazın köməyi ilə çörək içliyinin, bərk qursaq 
pendirlərinin reoloji xüsusiyyətləri, saxlanma prosesində on-
ların konsistensiya dəyişkənlikləri öyrənilmiş və bir sıra vacib 
nəticələr əldə olunmuşdur. 
 
5.4.2.2. Dinamometrik tərəzilər
 
 
Son zamanlar, biroxlu sıxılma deformasiyasının modi-
fikasiyaedilmiş dinamometrik tərəzilərdə  tədqiq olunmasının 
nəticələri ilə  əlaqədar olan çoxsaylı elmi işlər yazılıb nəşr 
edilmişdir. 
Dinamometrik tərəzi ilk əvvəl həlməşiklərin struktur-
mexaniki xüsusiyyətlərinin öyrənilməsi üçün təklif edilmişdir. 
Bu cihazı ADB-200 M markalı analitik tərəziyə oxşatmaq olur, 
lakin onun sağ  tərəfi dəyişilməyib, sol tərəfdə  çəki daşı 
qoyulan fincanın yerinə, 5 nazik polad sapdan 2 puansonu 
asılmışdır (şəkil 41). 
Tərəzi xüsusi özül üzərində quraşdırımışdır ki, bu da iki 
bərkidici vasitəsilə stola bərkidilir. Stola 1 termostatın metal 
köynəyi birləşdirilir.  İşçi stolun mərkəzində, nümunəni yer-
ləşdirmək və  şaquli olaraq yerini dəyişdirmək üçün tutucuya 
malik 4 mikrometrik vinti yerləşdirilir. 
Yüklənməmiş  vəziyyətdə  tərəzi müvazinət halında olur. 
Analitik tərəzilərin işıqlandırıcısında, parlaq olmayan ekranda 
mikroşkalanı dəqiq əks etdirmək üçün 12 – 15 Bt gücündə olan 
lampa quraşdırılır. 1 metal köynəyi və  işçi stol, cihazın işçi 
kamerasını əmələ gətirilir.  


 
340
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 41. Dinamometrik tərəzi 
 
1 – termostat köynəyi; 2 – puanson; 3 – işçi stolun qanovu;  
4 – nümunəni yerləşdirmək və şaquli olaraq yerini dəyişdirmək 
üçün mikrometrik vint; 5 – polad sap; 6 – termometr 
 
  
  
Köynəyə, ultratermostatdan su verilir. İşçi kameranın 
temperaturuna 6 termometri və ya ±0,1
0
C dəqiqlikli termocütlə 
nəzarət olunur. Ölçmə prosesində nümunə qurumasının 
qarşısını almaq üçün işçi kameranın boşluğu su buxarları ilə 
doydurulur. Bir neçə damcı miqdarında su, ölçmənin əvvəlində 
işçi stolda yerləşən 3 xüsusi yuvacığına (qanova) tökülür. 
Bu cihaz nümunənin 0,01-dən 5,0 mm-dək hədlərdə olan 
deformasiyasını  dəqiqliklə  və asanlıqla ölçməyə  və ölçülmə 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə