Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə103/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   100   101   102   103   104   105   106   107   108

 
345
Praktiki istifadə üçün maddələrin bilavasitə ölçülən tər-
kibinə və xassələrinə nəzarət üsullarının 18-ci cədvəldə göstəri-
lən təsnifatı daha əlverişli hesab edilir. 
 
Cədvəl 18 
Maddələrin tərkibi və xassələrinin bilavasitə ölçülmə 
üsullarının təsnifatı 
Məhsulun xassələri-ni 
xarakterizə edən, 
nəzarət olunan 
parametrlər 
Təyin olunan xassələr Nəzarət üsulları 
Mexaniki xassələr Sıxlıq 
Xüsusi çəki 
Dinamik və kinematik özlülük 
əmsalı 
Üzgəcli, çəkili, 
Hidrostatik, dinamik 
Kapillyar, enən şar, 
fırlanan səthlər 
Termodinamiki 
xassələr 
Reaksiyaların istilik effekti  
Buxarların elastikliyi  
Termodinamiki  
Monometrik  
Elektrokimyəvi 
xassələr 
Elektrik keçiriciliyi  
Elektrod potensialı 
Elektrod potensialının hərəkəti 
İonların ayrılma potensialı və 
cərəyanının sıxlıq həddi 
Elektroliz sürəti 
Konduktometrik 
Potensiometrik 
Depolyarizələnmiş, 
qalvanik 
Polyaroqrafik 
Kulonometrik   
Dalğa xassələri  
Şüalanma intensivliyi, işığın 
səpələnməsi və udulması  
İşığın sınma göstəricisi 
Polyarlaşma səthinin fırlanması  
Rentgen və radioaktiv şüalanma 
mühiti ilə qarşılıqlı əlaqə 
intensivliyi 
Ultrasəsin yayılma və udulma 
sürəti  
Elektromaqnit rəqslərinin 
udulma intensivliyi  
Fotometrik, fotokolori-
metrik, nefelometrik, 
spektrometrik, optiko – 
akustik, kvantometrik  
Refraktometrik, 
interferometrik 
Polyarimetrik  
Rentgenospektrometrik, 
radioizotop 
Ultrasəs  
Atom-maqnit rezonansı, 
elektron, paramaqnit 
rezonansı. 
Elektrik və maqnit 
xassələri  
Qazların və buxarların elektrik 
keçiriciliyi  
Dielektrik keçiriciliyi  
Xüsusi maqnit qəbulediciliyi 
Hissəciklərin nisbi yüklənməsi  
Termiki ionlaşma, 
radioaktiv şüalanma ilə 
ionlaşma, fotoionlaşma 
Dielkometrik, həcmi  
Termomaqnit, 
maqnitoeffuzion, 
maqnitomexaniki 
Mass – spektrometrik  


 
346
6.2. Avtomatlaşdırılmış nəzarət üçün  
texniki vasitələrə verilən tələblər 
 
Qida məhsullarını tədqiq etmək üçün tətbiq olunan cihaz-
lara xüsusilə kəskin tələblər irəli sürülür. Əksər qida məhsulları 
müxtəlif kimyəvi aktiv maddələrə malik olur və buna görə də 
onlarla təmasda olan materiallar aşınmaya və eroziyaya qarşı 
dayanıqlılıqla üstünlük təşkil etməlidir. Eyni zamanda bu ma-
terialların tədqiq edilən qida məhsullarına, onların dadı  və 
rənginin pisləşməsinə, qidalılıq dəyərinin azalmasına, kənar 
iyin yaranmasına və bu kimi digər xoşagəlməz halların əmələ 
gəlməsinə  gətirib çıxaran təsir göstərmə mümkünlüyü istisna 
təşkil etməlidir. 
Tədqiqat işləri yerinə yetirilən zaman kənar mikroflo-
ranın inkişafı imkanlarını aradan qaldırmaq və məhsula toksiki 
maddələrin düşməsini istisna etmək vacibdir.  
Radioaktiv, yüksək tezlikli və ultrasəs cihazlarından isti-
fadə olunmaqla yerinə yetirilən tədqiqatlar,  şüalanmanın qida 
məhsullarının keyfiyyətinə və onların mikroflorasına zərərli tə-
sir göstərə bilməsi mümkünlüyü nəzərə alınmaqla həyata 
keçirilməlidir. 
Qida məhsullarının tərkibinə  və xassələrinə avtomatik 
nəzarət etmək üçün istifadə olunan texniki vasitələr Beynəlxalq 
Standartlar, eləcə  də  sənaye cihazları  və avtomatlaşdırma va-
sitələri Dövlət sistemi tərəfindən irəli sürülən tələblərə tam ca-
vab verməlidir. 
Sənaye cihazları və avtomatlaşdırma vasitələri Dövlət sis-
temi vahid texniki tələblərə müvafiq, giriş və çıxış siqnallarının 
vahid parametrlərinə  və vahid normallaşdırılmış  əndazə  və 
birləşdirilmiş ölçülərə, eləcə  də  məqsədəuyğun iqtisadi dəqiq-
liyə, etibarlılığa və uzunömürlüyə malik olan informasiyaların 
alınması, işlənməsi və istifadəsi üçün unifikasiyaolunmuş blok-
ların, cihazların və qurğuların normalaşdırılmış, sıralarının 
məcmusudur. Sənaye cihazları  və avtomatlaşdırma vasitələri 
Dövlət sisteminin məmulatları unifikasiyaların maksimal müm-


 
347
kün səviyyəsini və istehsalat üçün ümumi texnoloji bazanı 
təmin edən unifikasiyaedilmiş strukturlara, konstruktiv para-
metrlərə  və siqnallara malik olan baza konstruksiyaları  əsa-
sında hazırlanır. 
  Hazırda qida məhsullarının tərkibi və xassələrini tədqiq 
etmək üçün, sənaye cihazları  və avtomatlaşdırma vasitələri 
Dövlət sistemi qurulmamışdan  əvvəl işlənib hazırlanmış xeyli 
çoxlu sayda cihazlar istifadə olunur. Sənaye cihazları və avto-
matlaşdırma vasitələri Dövlət sisteminin bütün tələblərini tə-
min edən unifikasiyaedilmiş cihazlardan istifadəyə  mərhələli 
keçid, qida məhsullarının keyfiyyətinə  nəzarət sisteminin ef-
fektivliyini yüksəltməyə və tam avtomatlaşdırmaqla qida məh-
sulları istehsalının sonrakı inkişafını təmin etməyə imkan verir. 
 
6.3. Səpələnən (dənəvər) qida məhsullarının temperaturu 
və nəmliyinin məsafədən ölçülməsi 
 
Müasir zamanda səpələnən (dənəvər) qida məhsullarının 
(şəkər tozu, buğda dənləri və s.) qurudulması  və saxlanılması 
proseslərində temperaturu və  nəmliyinin məsafədən ölçülməsi 
üsulları geniş təşəkkül tapmışdır. Bu üsulların tətbiq olunması 
uyğun göstəricilərin təyin edilməsinə sərf edilən zamanın xeyli 
ixtisar edilməsi və sistematik olaraq orta nümunənin götürül-
məsi kimi çox zəhmət tələb edən  əməliyyatların aradan götü-
rülməsi hesabına göstərilən proseslərin texnologiyasını  tək-
milləşdirməyə və effektivliyini yüksəltməyə imkan verir. 
Dənəvər qida məhsullarının temperaturu və  nəmliyinin 
məsafədən ölçülməsi üsullarının mahiyyəti aşağıda göstə-
rilənlərlə şərtlənir. Bir və ya iki parametri (temperatur, nəmlik) 
təyin edən cihazın ötürücülərini məhsulun müxtəlif nöqtələrinə 
yerləşdirilir. Kommutasiya kabelinin köməyi ilə ötürücülər 
ikinci cihazla (göstərən və ya qeydə alan) birləşdirililir. Fasi-
lələrlə cihazın göstəricilərinin götürülməsi həyata keçirilir və 
alınan məlumatlar  əsasında məhsul kütləsində temperatur və 
nəmlik sahələrindəki dəyişkənliklər müəyyən edilir. 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə