Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə105/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   100   101   102   103   104   105   106   107   108

 
351
tarazlaşdırılır, ölçücü cihaza verilən ölçülən və  məlum elek-
trohərəkətverici qüvvənin nəticələnən effekti isə  sıfıra çatdı-
rılır. Normal element qismində 20
0
C temperatur həddində 
1,0183 B elektrohərəkətverici qüvvə ilə üstünlük təşkil edən və 
bunu kiçik yüklənmələr zamanı saxlayan civəli-kadmiumlu 
qalvanik Veston elementindən istifadə edilir. 
Dənəvər (səpələnən) qida məhsullarının nəmliyinin məsa-
fədən təyin edilməsi, onların temperaturunun təyin edilməsi ilə 
müqayisədə daha mürəkkəb məsələdir. Bu, təyin olunan para-
metrin xüsusiyyəti ilə izah edilir. Əgər məhsulun tempera-
turunu ölçən zaman qızma dərəcəsi haqqında və ya başqa sözlə, 
bütövlükdə, verilən məhsulun molekullarının orta kinetik ener-
jisi haqqında məlumat (informasiya) almaq kifayətdirsə, onda 
nəmliyi təyin edən zaman tədqiq edilən maddənin molekulları 
ilə məhsulda olan su molekulları arasındakı nisbəti təyin etmək 
lazımdır. 
Məlumdur ki, qida məhsulları  nəmliyi müxtəlif üsullarla 
saxlaya bilir, yəni nəmliyin, öz enerjisinə və buna uyğun olaraq 
əlaqə möhkəmliyinə görə  fərqlənən  əsas materialla bir neçə 
əlaqə forması mövcuddur. Bundan əlavə, məhsulda mövcud 
olan nəmlik onun sıxlığı, səpələnmə (dənəvərlik) qabiliyyəti, 
elastikliyi, dielektrik keçiriciliyi, elektrik müqaviməti və bu 
kimi digər xassələrinə  təsir göstərir. Bu səbəblərdən bir çox 
qida məhsulları üçün nəmliyin məsafədən təyin edilməsi məsə-
ləsinin həlli çətinləşir, lakin səpələnən qida məhsulları ilə bağlı 
müəyyən irəliləyişlər qeydə alınmışdır. 
Müasir dövrdə şəkər tozunun, taxılın və digər qida məh-
sullarının nəmliyinin məsafədən ölçülməsi üsulları  işlənilmiş 
və istehsal şəraitlərində praktiki olaraq həyata keçirilir. Bu 
üsullar məhsulun elektrofiziki xassələr dəyişkənliyinin onun 
nəmlik dəyişkənliyindən asılılığına əsaslanır. 
Qida məhsullarının nəmliyinin məsafədən ölçülməsi üsul-
larından biri həcmi metoddur.  Nəmliyin dəyişməsi ilə  məh-
sulun dielektrik keçiriciliyi qiymətinin dəyişməsi xassəsi, nəm-
liyin həcmi ölçülməsi üsulunun əsasını  təşkil edir. Məlumdur 


 
352
ki, suyun dielektrik keçiriciliyi sabit kəmiyyətdir və 81-ə ya-
xındır (ε~81 f/n), bir çox quru maddələr üçün isə bu kəmiyyət 
2,0-dən 10,0-də qiymətlər arasında dəyişir. Buna görə  də
maddənin nəmliyi hətta cüzi dəyişdikdə belə, onun dielektrik 
keçiriciliyinin dəyişməsi halı baş verir. 
Bu üsul məhsuldakı sərbəst (qurutma ilə kənarlaşdırılan) 
nəmliyin miqdarını kifayət qədər dəqiqliklə müəyyən etməyə 
imkan verir. 
Birləşmiş nəmlik (bərk maddələrlə ion, molekulyar rabitə 
ilə birləşən su molekulları) üçün bu üsulu tətbiq etmək ya-
rarsızdır, belə ki, birləşmiş suyun dielektrik keçiriciliyinin 
qiyməti 2,2-dən 15 f/n-dəkdir. Qida məhsulunun nəmliyinin 
həcmi üsulla təyin olunması məhsulun dielektrik keçiriciliyinin 
qiymətinin dəyişməsinə gətirib çıxarır. 
Həcmi təyinat üsulunda üç əsas qurğudan, yəni  
1. Yüksək tezlikli generatordan; 
2. Vericidən; 
3. Ölçücü cihazdan istifadə olunur. 
Həcmi nəmlikölçənlərin ötürücüləri içərisinə  tədqiq 
olunan məhsul yerləşdirilən silindrik və ya yastı formalı 
kondensator kimidir. Kondensatorun ətrafına (çərçivəsinə) gər-
ginlik verilir və onun tutumu ölçülür. Bu zaman nəzərə alınır 
ki, kondensatorlu ötürücünün tutum qiymətinə dielektrik ke-
çiriciliyi ilə yanaşı, yığım sıxlığı  və materialın kütləsi, onun 
temperaturu, elektrik keçiriciliyi və digər amillər də təsir gös-
tərir. Bu amillərin təsirini azaltmaq üçün uyğun düzəlişlər tət-
biq edilir. 
Hazırda taxıl üçün, onun nəmliyinə  məsafədən nəzarəti 
təmin edən həcmi (tutum) nəmlikölçənlər yaradılmış və tətbiq 
olunur. AVP nəmlikölçən cihaz taxıl dəninin 10-20% diapazo-
nunda olan nəmliyini ±1,0%-dək dəqiqliklə  təyin etməyə im-
kan verir. Bu cihazın analoqları olan OTİ-1 və OTİ-2 markalı 
cihazlar da mövcuddur. 
Nəmliyin konduktometrik üsulla ölçülməsi, buğda, un, 
şəkər tozu və digərləri kimi səpələnən qida məhsulları üçün 


 
353
geniş tətbiq edilir. Bu üsul, məhsulun nəmliyi ilə onun elektrik 
müqaviməti arasında mövcud olan asılılığa əsaslanır. Nəmliyin 
konduktometrik üsulla təyin edilməsi materialın müqavimə-
tinin ölçülməsinə gətirib çıxarır. 
Ölçmə qurğusu ötürücüdən və müqavimətiölçən ikinci ci-
hazdan ibarət olur ki, bu ötürücü də bir çox elektrod şəklində 
olur və onun köməkliyi ilə  tədqiq olunan məhsuldan elektrik 
cərəyanı buraxılır. 
Misal kimi aşağıda,  şəkər tozunun nəmliyi və tempera-
turunu məsafədən ölçmək üçün cihaz qurğusuna diqqət yetirək. 
O, ötürücüdən, E-6-3 tipli teraometrdən və kommutasion 
qurğudan ibarətdir (şəkil 42). 
 
Şəkil 42. Nəmlikölçən vericinin sxemi 
 
1 – konusşəkilli ucluq; 2 – ftoroplast izoləedici;  
3 – MMT – 1 – 100 tipli termistor; 4 – korpus;  
5, 6, 7 – çıxışlar. 
 
Konikşəkilli 1 ucluğu və 4 gövdəsi elektrodlar kimi xid-
mət göstərilir. Onlar bir-birindən kalibrlənən qalınlığa malik 
floroplast materialdan hazırlanan izoləedici ilə ayrılmışlar. 
Temperaturu ölçmək üçün ötürücünün daxilində MMT-1-100 
tipli 3 kondensatoru qurulmuşdur. Şəkər tozunun elektrik mü-
qavimətinin, eləcə  də termistorun müqavimətinin ölçülməsi 
10
3
-dən 10
12
 Om-dək işçi ölçmə diapazonuna malik E-6-3 tipli 
teraometrin köməyi ilə  həyata keçirilir. Nəmliyə görə ölçmə 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə