Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə17/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   13   14   15   16   17   18   19   20   ...   108

 
53
Reaktivlər:
 2%-li sirkə turşusu məhlulu; vanilinli reaktiv 
(qatı xlorid turşusunda (HCl) vanilinin 1,0%-li məhlulu);        
80%-li etanol. 
Təyinat metodikası:
 1 q xırdalanmış quru qara və ya 
yaşıl çay 25 ml tutumlu kolbaya yerləşdirilir və 20 ml su ilə 20 
dəq.  ərzində qaynar su hamamında ekstraksiya edilir. Soyut-
duqdan sonra ölçü xəttinədək doldurulmuş kolbada olan 
ekstrakt filtrlənir. Daha sonra filtrlənmiş ekstraktdan 0,2 ml 
götürür və 
180
20

 mm ölçülü şüşə  təbəqə (plastinka) üzə-
rində nazik təbəqə ilə yayılmış sellüloza tozunun üstünə 
keçirirlər. Sellüloza təbəqəsinin qalınlığı 1,5-2,0 mm, uzunluğu 
isə 25-30 mm təşkil edir. Şüşə təbəqə 35-40
0
-li bucaq altında, 
içərisində 2,0%-li sirkə turşusu məhlulu olan borucuğa yerləş-
dirilir və otaq temperaturunda, 15-20 dəq. ərzində həlledicinin 
yüksəlməsi  şərti daxilində xromatoqrafiya edilir. Start 
xəttindən yuxarıda yerləşən sellüloza tozu təbəqəsini ehtiyatla 
götürür və katexinlər 80%-li etanolla elyuasiya edilir (yuyulur). 
Elyuat filtrlənir və həcmi 15 ml-ə çatdırılır.  
Katexinlərin cəm miqdarını  təyin etmək üçün 0,5 ml 
elyuata 2,0 ml vanilinli reaktiv əlavə edir və 2 dəq.-dən sonra 
500
490



 nm dalğa uzunluğunda 0,5 sm-lik küvetdə (göy-
yaşıl işıq filtri) fotometrlənir. 
Kalibrləyici qrafik yaşıl çay yarpağından alınan katexin-
lərə görə qurulur. Katexinlərin cəm miqdarını hesablamaq üçün 
eksperimental yolla əldə edilmiş  aşağıda göstərilən məlumat-
lardan istifadə edilmişdir (cədvəl 3).  
Katexinlərin cəm miqdarını aşağıdakı  bərabərlikdən (15) 
təyin edilir: 
                               
K
C

 75
,
3
                                  (15) 
 
burada: C – çayda olan katexinlərin konsentrasiyası; 
             3,75  –  durulaşdırılma nəzərə alınmaqla hesab-
lanmış sabit kəmiyyət; 
            K – katexin, mkq. 


 
54
Cədvəl 3 
Katexinlərin cəm miqdarının hesablanması 
 
Optiki 
sıxlıq 
(D) 
Katexinlərin 
miqdarı 
Optiki 
sıxlıq 
(D 
Katexinlərin 
miqdarı 
Optiki 
sıxlıq 
(D 
Katexinlərin 
miqdarı 
0.06 
0.07 
0.08 
0,09 
0,10 
0.11 
0,12 
0.13 
0.14 
0.15 
0,16 
0.17 
0,18 
0,19 
0,20 
7,0 
8,5 
9,5 
10,5 
12,0 
13,0 
14,5 
15,0 
16,5 
17,5 
19.0 
20,0 
21,0 
22,5 
23.5 
0.21 
0.22 
0.23 
0.24 
0.25 
0.26 
0.27 
0.28 
0.29 
0.30 
0,31 
0.32 
0.33 
0.34 
0.35 
25,0 
26,0 
27.5 
28,5 
30,0 
31,0 
32,5 
33,0 
34,5 
36,0 
37,0 
38,5 
39.5 
40,5 
42,0 
0,36 
0.37 
0,38 
0.39 
0,40 
0,41 
0,42 
0,43 
0,44 
0,45 
0,46 
0,47 
0.48 
0,49 
0,50 
43,0 
44,5 
45,5 
46,5 
48,0 
49,0 
50,0 
51,0 
52,5 
54,0 
55,0 
56,5 
57,5 
58,5 
60,0 
 
 
2.1.2.12. Çayda kofeinin miqdarının təyini 
 
Bu metod, kofeinin xloroform ekstraktlarının 272 nm 
dalğa uzunluğunda optiki sıxlığının ölçülməsinə əsaslanır. Çay 
yarpağında mövcud olan taninlər xloroformla ekstraksiya 
olunmur. Qatranlar, xlorofil və bu qrupdan olan digər piq-
mentlər kofeinin təyin olunmasına mane olmur. 
Reaktivlər:
 xloroform (a ü t); qruplaşdırılmış qrafik 
qurmaq üçün standart kofein məhlulu (100 mq kofeini 100 ml 
xloroformda həll etmək və sonradan 4 
litr
mq
– dən 30 
litr
mq
 – dək 
durulaşdırmaqla hazırlanır). 
Təyinat metodikası:
 3 q quru çayı və ya 0,5 q həll olan 
çay tozunu, yaxud da 125 ml bitester dəmini kolbaya 


 
55
yerləşdirir, üzərinə 60 ml xloroform əlavə edir və ekstraksiyaya 
məruz qoyulur. Kofeini spektrofotometrik üsulla təyin etmək 
üçün alınmış xloroformlu ekstrakt təmiz xloroformla 1:10 və 
ya 1:100 nisbətində durulaşdırılır. Optiki sıxlığın ölçülməsini 
SF – 46 markalı spektrofotometrdə, 1,0 sm-lik küvetdə 272 nm 
dalğa uzunluğunda həyata keçirilir. Kofeinin miqdarı aşağıdakı 
bərabərlikdən (16) istifadə etməklə təyin edilir: 
 
                             
1000
K
P
C
A



                                  (16) 
 
burada: A – tədqiq edilən nümunədəki kofeinin miqdarı; 
              C – xloroformlu ekstraktda dərəcələnmiş qrafikə 
görə kofeinin miqdarı; 
             P  –  xloroformlu ekstraktın təmiz xloroformla 
durulaşdırılma dərəcəsi; 
             K  –  çay yarpağında kofein ekstraksiya etmək 
üçün istifadə olunan xloroformun miqdarı. 
Taninin mövcudluğu kofeinin təyin edilməsinə maneçilik 
törətmir. Dərəcələnmiş qrafiki 4 
litr
mq
 – dən 30 
litr
mq
 – dək 
konsentrasiyalı kofeinin xloroformlu məhlullarının optiki sıxlıq 
qiymətlərinə görə qurulur.  
 
2.1.2.13. Teobrominin və ya kofeinin təyini 
 
Bu metod alkaloidlərin (teobrominin və ya kofeinin) 
qabaqcadan qurğuşun asetatla şəffaflaşdırılmış sulu ekstraktla-
rının ultrabənövşəyi spektr oblastında optiki sıxlığının təyininə 
əsaslanır. 
Reaktivlər:
 1,23 
ml
q
  sıxlığa malik əsas qurğuşun asetat 
(üç hissə qurğuşun asetatı bir hissə qurğuşun oksidlə qarış-
dırmaq, qarışığı ağ rəngli kütlə əmələ gələnədək bir hissə su ilə 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə