Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə22/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   18   19   20   21   22   23   24   25   ...   108

 
68
damcısı yerləşdirilən lövhəcik digər eyni cür lövhəciyə kip 
sıxılır.  
Bərk sınaq nümunələrinin hazırlanmasının geniş yayılmış 
metodu, onların aşqarla birgə həb şəklində preslənməsidir.  
Tez-tez məhlulda mövcud olan maddənin spektrini 
çəkmək lazım gəlir. Həlledici kimi sudan, təsadüfi hallarda isti-
fadə edilir, ona görə ki, su, bir sıra spektr oblastlarında intensiv 
udulma zolaqlarına malik olur. Spektral məqsədlər üçün dörd 
xlorlu karbon, kükürd-karbon və xloroformdan həlledici kimi 
daha geniş miqyasda istifadə olunur. CCl
4
 11,9 – 14,3 mkm 
(834 – 700 sm
-1
), CS
2
 isə 6,0 – 7,4 mkm (1600 – 1400 sm
-1

oblastını istisna edir. Beləliklə, dörd xlorlu karbondakı maddə 
məhlulunun spektrini, sonra isə kükürd-karbondakı maddə 
məhlulunun spektrini çəkərək, məhluldakı maddənin tam 
spektrini almaq olar. Xloroform daha çox udma zolağına ma-
likdir. Benzol həm yaxın infraqırmızı oblastda və həm də orta 
oblastda şüalanmanı daha güclü udur. 
 
2.3.2. İnfraqırmızı spektrlərin  
oxunması (şifrlərin açılması) 
 
Üzvi birləşmələrin infraqırmızı spektrləri tədqiq edilər-
kən, iki xarakterik oblast, yəni 1) 800 – 1400 sm
-1
 oblastı və 2) 
800 – 1400 sm
-1
 oblastı hüdudlarından kənar oblast ayrılmışdır.  
800 – 1400 sm
-1
 oblastında C − C, C − N, N − O, C − O 
valent rabitələri və N − H, O − H, C − H deformasiyalı rabi-
tələr meydana çıxır. Bu udulma oblastında, hətta molekulların 
quruluşundakı kiçik dəyişkənliklər, spektrin xeyli dəyişilmə-
sinə səbəb olur.  
800 – 1400 sm
-1
 oblastının hüdudlarından kənar oblastda 
üzvi birləşmələrin spektrləri ayrı-ayrı rabitələrə  və ya atom 
qruplarına uyğun, intensiv zolaqlara malik olur. Belə qrupların 
rəqs tezliyi, onların daxil olduğu molekulların tərkibindən, 
demək olar ki, asılı olmur. Məhz rəqsi spektrlərin təzahür 


 
69
etdiyi bu oblast, qida məhsullarının tədqiqi zamanı daha tez-tez 
istifadə edilir.  
Maddə spektrinin məlum maddə spektri ilə müqayisə-
ləndirmə yolu ilə identifikasiyası, onun spektri haqqında ətraflı 
məlumat olduğu halda mümkündür. Bununla əlaqədar olaraq, 
üzvi birləşmələrin  əsas qrupları üçün infraqırmızı spektrin 
zolaq xarakteri üzərində dayanılır.  
Bütün üzvi maddələr C − C, C − H rabitələrinə malikdir. 
Karbohidrogenlər yalnız bu elementlərə malikdir və onların 
rəqsi spektrləri,  əsasən C − C, C − H valent və deformasiyalı 
rabitələrlə şərtlənir.  
C  − H valentli rəqslərlə  əlaqədar olan bütün udulma 
zolaqları, 3200 – 2750 sm
-1
 (3,1 – 3,6 mkm) oblastına təsadüf 
edir. Karbohidrogenlərin 2962 sm
-1
 tezliyi metilen qrupunun 
asimmetrik rəqsinə uyğun gəlir, 2853 sm
-1
 tezliyi isə metilen 
qrupunun simmetrik valentli rəqsinə aiddir. 
═ C − H etilen rabitələrinə və ═ C − H asetilen rabitələ-
rinə uyğun gələn zolaqlar, daha yüksək tezliklərə doğru dartın-
mış olur (uyğun olaraq 3000 – 3100 sm
-1
 və 3280 – 3340 sm
-1
). 
Asetilen törəmələrinin valentli rəqslər zolağı 3310 sm
-1
 – 
də asanlıqla aşkar  olunur, bu oblastda o zolaqdan başqa yalnız 
NH – qruplarının udulması müşahidə edilir. Təbii asetilen bir-
ləşmələri spektrin ultrabənövşəyi oblastında dəqiqliklə  tədqiq 
edilmişdir, lakin bu qrup birləşmələrin strukturu infraqırmızı 
spektroskopiyanın köməkliyi ilə müəyyənləşdirilmişdir. 
Etilen sırası udulma tezliyi doymamış  mərkəzin  ətrafına 
doğru olduqca həssasdır. Ona görə  də 3000 – 3100 sm
-1
 
oblastında epoksid və tsiklopropil birləşmələrin bir sıra udulma 
zolaqları mövcud olur. Metoksil və aldehid qruplarının möv-
cudluğu udulma zolaqlarını aşağı tezliklərə tərəf çəkir.  
C  − C valentli rəqslərə uyğun gələn udulma zolaqları 
1150 – 850 sm
-1
 oblastında (8,7 – 11,76 mkm) olur və az inten-
sivdir. Bu qrupun deformasiyalı  rəqsləri 500 sm
-1
-dən kiçik 


 
70
tezlik oblastında olur və infraqırmızı spektrlərdə  tədqiq 
olunmur.  
Üzvi birləşmənin (OH, C ═ O, C − O − C) molekuluna 
oksigenin daxil edilməsi, infraqırmızı spektrlərdə intensiv 
udulmanın yaranmasına səbəb olur. Hidroksil (OH) qrupların 
mövcudluğu 3630 – 3610 sm
-1
 (2,71 – 2,79 mkm) oblastında, 
digər qrup və rabitə  rəqslərindən azad dar zolaqların  əmələ 
gəlməsinə  səbəb olur. Hidroksil qrupunun molekullararası  və 
molekuldaxili hidrogen rabitələrini yaratmasına meyilliliyi ilə 
əlaqədar olaraq, maddələr qeyri-polyar həlledicilərdə  məh-
lulların 0,005 M qatılığınadək həll olunarkən infraqırmızı 
spektr yaxşı alınır.  
Rəqsi spektrlərdə hidrogen rabitəsi çox parlaq və özü-
nəməxsus təzahür edir. Spirt qarışıqlarının analizi 8-13 mkm 
oblastlarında həyata keçirilir.  
Karbonil birləşmələr spektrdə C ═ O qruplarının valentli 
rəqslərinin yaratdığı daha çox intensiv udulmalardan birinə 
malikdir. Udulma vəziyyətinə və intensivliyinə müxtəlif amil-
lərin təsiri kifayət qədər yaxşı öyrənilmişdir. Müxtəlif üzvi 
birləşmələrin karbonil udulmasının tezliyi, ətraf qrupların 
quruluşu ilə  təyin edilir. Bütün tip karbonil birləşmələrin 
spektrləri 1900 – 1580 sm
-1
 (5,26 – 6,33 mkm) oblastında udul-
ma ilə xarakterizə olunurlar. Bu zaman karbonil birləşmələrinin 
hər qrupu ensiz tezlik intervalına malik olur. Məsələn, sadə 
üzvi karbonil birləşməsi – qarışqa aldehidi 1745 sm
-1
 (5,73 
mkm) rəqs tezliyinə, yağ turşularının aldehidi isə – 1740 – 
1720 sm
-1
 (5,75 – 5,84 mkm) rəqs tezliyinə malikdir. 
Məlumdur ki, karbonil qrupuna ikiqat rabitənin daxil 
edilməsi bütün tip rabitələr üçün C ═ O valentli rəqslərin tez-
liyini 20 – 30 sm
-1
 qədər azaldır. Karbonil qruplarında turşular 
üçün karboksil qruplarının mövcudluğu, aldehidlərlə müqa-
yisədə C ═ O valentli rəqslərin tezliyində  əsaslı  dəyişkənlik 
yaratmır.  


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə