Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə3/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   2   3   4   5   6   7   8   9   ...   108

 
9
qaydalarla tənzimlənən texniki nəzarət şöbəsinin funksiyalarını 
yerinə yetirir. 
Qida sənayesi müəssisəsi yalnız istehsalat laboratoriyası 
tərəfindən qəbul edilən və məhsulun müəyyən edilmiş tələblərə 
uyğunluğunu təsdiqləyən sənədlə  tərtib olunan məhsulları 
realizə edə bilər. 
İstehsalat (zavod) laboratoriyası qida sənayesi müəs-
sisəsinin sərbəst struktur şöbəsi sayılır və müəssisə direktoru 
tərəfindən təsdiq olunmuş “İstehsalat laboratoriyaları haqqında 
Qaydalar”a əsasən fəaliyyət göstərir. 
İstehsalat laboratoriyasının strukturu, işçi  ştat cədvəli  
istehsalın iş şəraiti, buraxılan məhsulun həcmi və çeşidi nəzərə 
alınmaqla müəssisənin kateqoriyasından asılı olaraq müəyyən-
ləşdirilir, Birliyin və ya müəssisənin direktoru tərəfindən təs-
diqlənir. İstehsalat laboratoriyasının strukturunda məcburi qay-
dada baş kimyaçının rəhbərlik etdiyi kimyəvi analiz qrupu və 
baş mikrobioloqun rəhbərlik etdiyi mikrobioloji qrup nəzərdə 
tutulmalıdır. 
İstehsalat laboratoriyasının  əsas vəzifələrinə  aşağıda 
göstərilənlər daxildir: 
• reseptlər və texnoloji instruksiyalarla təsdiqlənmiş qüv-
vədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun 
gəlməyən məhsullar istehsalının və bu məhsulların istehlakçıya 
çatdırılmasının qarşısını almaq; 
• qida sənayesi müəssisələrində istehsal və sanitariya 
intizamının möhkəmləndirilməsi
• buraxılan məhsulların keyfiyyət göstəricilərinə görə 
bütün istehsal strukturlarının məsuliyyətini artırmaq.  
Göstərilən bu vəzifələri həyata keçirmək üçün qida səna-
yesi müəssisələrində istehsalat laboratoriyası  tərəfindən 
aşağıdakı funksiyalar yerinə yetirilir: 
- zavoda daxil olan xammallara, yarımfabrikatlara, kö-
məkçi materiallara, taralara girişdə suyun keyfiyyətinə nəzarət 
edir. Mövcud texnoloji və sanitar-bakterioloji nəzarətə görə 


 
10
olan sənədləşməyə uyğun olaraq vacib kimyəvi və mikrobioloji 
analizləri yerinə yetirərək istehsal prosesinə, məhsullarda 
toksiki maddələrin miqdarına nəzarət edir və ya  təşkil edir və 
hazır məhsulun qəbul edilməsinə nəzarəti həyata keçirir; 
- müəyyən olunmuş reseptura tərkibinə, texnoloji sənəd-
lərin tələblərinə, sanitar məsələlərə görə qüvvədə olan sənəd-
lərlə  şərtlənən norma və qaydalara istehsal zamanı  əməl edil-
məyə inspeksiya nəzarətini aparır; 
- qəbul edilmiş hazır məhsulların müəyyən olunmuş  tə-
ləblərə uyğunluğunu təsdiqləyən vacib sənədləri, eləcə də xam-
malların, yarımfabrikatların, köməkçi materialların və taraların 
tədarükçülərinə iddia irəli sürmək üçün əsasa malik sənədləri 
tərtib edir; 
- müəssisə  tərəfindən çatdırılan məhsulların müəyyən 
edilmiş tələblərə olan uyğunsuzluğuna istehlakçıların iddiaları-
nın uçotunu aparır və təsdiq edilmiş formaya görə məhsulların 
keyfiyyəti haqqında hesabatları hazırlayır; 
- yeni məhsul növlərinin sınaqdan keçirilməsində (de-
qustasiya) və yeni xammal növlərinin texnoloji sort - sınağına, 
yeni texnoloji proseslərin tətbiqinə  və ya kimyəvi - texniki 
hesabat məlumatlarını  nəzərə almaqla xammal sərfi uçotunun 
aparılması üzrə texnoloji rejimlərin dəqiqləşdirilməsinə görə 
aparılan işlərdə və yüksək miqdarda itki və tullantıların aradan 
qaldırılması üzrə tədbirlərin keçirilməsində iştirak edir. 
Məhsulların keyfiyyətinin analizi üzrə  işlərin böyük his-
səsi bu və ya digər ölçü vasitələrinin köməyi ilə yerinə yetirilir. 
Bu vasitələr xüsusi şəkildə seçilir və xüsusi məqsədlə xidmət 
göstərir ki, bu da nəzarətin dəqiqliyini təmin edir. Ölçü 
vasitələrinə: ölçülər, ölçücü dəyişdiricilər, ölçmə cihazları  və 
ölçmə ləvazimatları aid edilir. 
Ö l ç ü l ə r verilmiş ölçünün fiziki kəmiyyətini (çəki, 
həcm, uzunluq və s.) təsəvvür etmək üçün  nəzərdə tutulur. 
Ölçü kimi çəki daşı, çəki daşları  yığımı (dəstəsi),  şablonlar, 
qum saatı, uzunluq həddinin sonları, ölçücü kimyəvi qablar, 


 
11
standart məhlullar, nümunəvi maddələr və digərləri istifadə 
olunur. 
Ö l ç ü c ü   d ə y i ş d i r i c i l ə r   verilən siqnalı ötür-
mək məqsədilə  əlverişli olan formaya çevirmək, saxlamaq və 
işləmək üçün xidmət göstərirlər. Ölçücü dəyişdiricilər adətən 
az və ya çox mürəkkəb ölçücü komplekslərin tərkib hissələri 
kimi təsəvvür edilir. 
Ö l ç m ə   c i h a z l a r ı  siqnalı bilavasitə qəbul etmək 
məqsədi ilə  əlverişli formada işləmək üçün nəzərdə tutulur. 
Cihazlar şkalalı, rəqəmsal və ya qeydedici olur. Ölçmə cihazla-
rına termometrlər, ionometrlər, manometrlər, saniyəölçənlər, 
refraktometrlər, fotokolorimetrlər, spektrofotometrlər, ion ölçü-
cüləri, ampermetrlər, voltmetrlər və s. aid edilir. 
Ö l ç m ə   l ə v a z i m a t l a r ı   ölçmələr zamanı istifadə 
olunur və ölçmə  nəticələrinə  təsir göstərir. Bunlara quruducu 
şkaflar, termostatlar, sublimasiya qurğuları və digərləri aiddir. 
Ölçmə vasitələrinin seçilməsi, onların metroloji xüsusiy-
yətləri, yəni ölçmə dəqiqliyinin asılı olduğu texniki parametrlər 
nəzərə alınmaqla həyata keçirilir. 
İstənilən ölçmə vasitəsinin seçilmiş ölçü məqsədi üçün 
yararlılığını müəyyən edən əsas metroloji xüsusiyyətlərdən biri 
- ölçmənin aşağı  və yuxarı  hədləri, yəni verilən nəzarət va-
sitəsilə ölçülməsi mümkün olan miqdarın ən aşağı və ən yuxarı 
qiymətləridir. Ölçmələrin aşağı və yuxarı hədləri ölçmə diapa-
zonunu məhdudlaşdırır. Ölçmə diapazonu dedikdə ölçülən kə-
miyyətlərin qiymət oblastı başa düşülür. 
Ölçücü cihazının az əhəmiyyət kəsb etməyən metroloji 
xüsusiyyətlərdən biri onun həssaslığıdır. 
Ölçücü vasitənin xətası, onun seçilməsini  əsaslandıran 
vacib xüsusiyyətdir. Xətanın ifadə üsulu ölçü vasitəsinin nö-
vündən asılıdır. Ölçmə  dəqiqliyi mütləq və nisbi xətalarla xa-
rakterizə edilir. Ölçü vasitələrinin xətalarını   s t a t i k   və   d i 
n a m i k olmaqla iki qrupa bölmək qəbul edilmişdir. 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə