Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə4/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   2   3   4   5   6   7   8   9   ...   108

 
12
Ölçmələrlə olan normativ sənədlərdə ölçücü dəyişdiricilər 
və cihazlar ölçü vasitələrinin  d ə q i q l i k   s i n f i n i  (də-
rəcəsini) göstərir. Dəqiqlik sinfi dedikdə əsas və əlavə xətaların 
hədləri ilə, eləcə  də ölçmə  nəticələrinin dəqiqliyinə  təsir edən 
bir sıra digər xüsusiyyətlərlə müəyyənləşdirilən ümumiləş-
dirilmiş xarakteristika başa düşülür. 
Metroloji xidmət, yəni laboratoriyalarda istifadə edilən 
bütün ölçü vasitələrinin uçotu, təftişi, təmiri, yoxlanışı müəssi-
sənin metroloji xidmət  şöbəsi tərəfindən, ya öz qüvvələri he-
sabına və ya da uyğun kənar təşkilatların köməyi ilə  həyata 
keçirilməlidir. Lakin istehsalat (zavod) laboratoriyasında apa-
rılan analizlər zamanı dəqiq işləməyən və yoxlanılmayan ölçü 
vasitələrindən istifadəyə görə laboratoriya müdiri məsuliyyət 
daşıyır. Buna görə  də laboratoriya müdiri bütün ölçü vasi-
tələrinin işlək vəziyyətdə olmasını, onların yoxlamadan keçiril-
məsini (kalibrlənmə) və bu haqda tələb edilən təsdiqlənmiş 
sənədlərin olmasını təmin etməlidir. 
Vaxtaşırı yoxlama müddətləri (yoxlamalararası interval) 
faktiki etibarlılıq haqqında, istifadə (ekspluatasiya) şərtləri 
haqqında məlumatlar nəzərə alınmaqla, müəssisənin metroloji 
xidmət  şöbəsi tərəfindən müəyyənləşdirilir. Bir qayda olaraq 
istehsal laboratoriyalarında istifadə olunan əsas cihaz növlə-
rinin yoxlanma müddəti ildə bir dəfə qəbul edilir. 
Kimya laboratoriyalarında xüsusi kimyəvi laboratoriya və 
kvars  şüşədən yaxud çini materialdan hazırlanan qablardan 
istifadə edirlər. Kimyəvi laboratoriya şüşəsinə olan əsas 
tələbat, onun  k i m y ə v i    d a y a n ı q l ı ğ ı  (müxtəlif kim-
yəvi reagentlərin təsirinə qarşı dözümlülük) və  kəskin tempe-
ratur dəyişkənliyinə dözmək qabiliyyəti ilə ifadə olunan termi-
ki dözümlülük xassəsi ilə şərtlənir. 
Kvars şüşə yüksək istiliyə və istilik qradiyentinə qarşı da-
ha davamlıdır, belə ki, şəffaf kvarsın istidən genişlənmə əmsalı 
adi kimyəvi laboratoriya şüşənin istidən genişlənmə  əmsalın-
dan təqribən 15 dəfə azdır. Digər şüşə növləri ilə müqayisədə 


 
13
kvars  şüşə  həm də suya və aqressiv turş mühitə qarşı yüksək 
dayanıqlığı ilə üstünlük təşkil edir. Buna görə  də  şəffaf kvars 
şüşədən hazırlanan qablardan 1000°C-dək istilik hədlərində 
turş  və neytral maddələrlə  işləmək üçün istifadə edilir. Şəffaf 
kvars  şüşədən müxtəlif tutumlu putalar, fincanlar, stəkanlar, 
kolbalar, sınaq  şüşələri və bu kimi digər qablar hazırlayırlar. 
Kvars şüşə adi şüşədən daha kövrəkdir və buna görə də bu növ 
şüşədən hazırlanmış laboratoriya qablarını  zərbədən qorumaq 
lazımdır.
 
Çinidən hazırlanan qablar möhkəm və istiyə davamlıdır. 
Çininin xətti genişlənmə əmsalı təqribən şüşənin xətti genişlən-
mə  əmsalı ilə eynidir. Buna baxmayaraq çinidən hazırlanan 
məmulatları tədricən qızdırmaq lazımdır, qızdırılmış çini boru-
cuğu soyuq maşa ilə götürmək və ya soyuq altlıq üzərinə qoy-
maq məsləhət deyil, əks halda çini çatlayar və ya qəlpələnər.  
Laboratoriyalarda analizlər zamanı müxtəlif təmizlik 
dərəcəsinə malik kimyəvi maddələrdən istifadə edilir. Müvafiq 
standarta uyğun olaraq, sənaye miqyasında buraxılan bütün 
kimyəvi məhsullar dörd qrupa bölürlər: 
1. Təbii mənşəli işlənilməmiş (emal edilməmiş) xam 
məhsullar və çoxlu miqdarda qarışıqlara malik yarımfabrikat-
lar; 
2. Nisbətən az qarışıqlara malik texniki məhsullar; 
3. Analitik, preparativ və digər işlər üçün reaktivlər
4. Keyfiyyəti kimyəvi reaktivlərin keyfiyyətindən xeyli 
yüksək olan xüsusi təmiz məhsullar. 
Qida sənayesində kimyəvi analizlər üçün başlıca olaraq, 
əsas maddənin miqdarından və qarışıqların yol verilən həcmin-
dən asılı olaraq aşağıdakı ixtisaslaşmalarda buraxılan reaktiv-
lərdən istifadə edilir: 
– təmiz (t) – reaktivin az təmizlik dərəcəsində olduğunu 
əks etdirir; 
– analiz üçün təmiz (a.ü.t.) – preparatın analitik işlərdə 
tətbiqini xarakterizə edir; 


 
14
– kimyəvi təmiz (k.t.) – reaktivin yüksək təmizlik 
dərəcəsində olduğunu göstərir
– xüsusi təmiz (x.t.) – maddənin mikromiqdarını  təyin 
etmək üçün istifadə olunur. 
Laboratoriyaya qəbul edilən reaktivlərin üzərində adı, 
təmizlik dərəcəsi və saxlanma müddəti (əgər vacibdirsə), 
göstərilən etiket (yarlıq) olmalıdır. Hər bir ixtisaslaşmaya aid 
reaktiv üçün tara (qab), üzərindəki etiket müəyyən rəngə malik 
olur (və ya etiket üzərinə  rəngli zolaq çəkilir). Məsələn, 
“təmiz” ixtisaslaşması üçün yaşıl, “analiz üçün təmiz” ixtisas-
laşması üçün göy, “kimyəvi təmiz” ixtisaslaşması üçün qırmızı, 
“xüsusi-təmiz” ixtisaslaşması üçün sarı və digər reaktivlər üçün 
açıq qəhvəyi rənglərdən istifadə olunması qəbul edilmişdir. 
Laboratoriyalarda havanın və reaktivlərin çirklənməsinə 
yol verməmək məqsədilə, onlar ağzı bağlı tutumlarda saxla-
nılır. Turşuların qatı məhlulları və ammonyak cilalanmış tıxaca 
malik şüşə qabda saxlanılır ki, qabın üzərinə örtük və ya kim-
yəvi stəkan keçirilir. İşığın təsirindən dəyişən bütün reaktivlər, 
məsələn, kalium-yod, kalium-permanqanat və bu qəbildən olan 
digər reaktivlər tünd rəngli  şüşədən hazırlanmış qablarda, hər 
hansı bir analiz aparılarkən artıq qalmış reaktivlər isə ümumi 
kütləyə qarışdırmayıb ayrıca saxlanılır. 
 
1.3. Qida xammalları və hazır qida məhsullarının       
keyfiyyət göstəricilərinin təyini metodları 
 
Tətbiq olunan ölçmə vasitələrindən asılı olaraq təyin 
metodlarının ölçücü, qeydedici, hesablayıcı, sosioloji, ekspert 
və orqanoleptiki olmaqla altı qrupa ayrılır. 
Ö l ç ü c ü   m e t o d l a r  – ölçmə və nəzarət metodla-
rından istifadə etməklə alınan məlumatlara  əsaslanır. Ölçücü 
metodların köməyi ilə kütləni, əndaza ölçülərini, optik sıxlığı, 
tərkibi, strukturu və bu kimi bir çox digər göstəricilər təyin  
edilir. 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə