Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə5/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   2   3   4   5   6   7   8   9   ...   108

 
15
Ölçücü metodlar fiziki, kimyəvi və bioloji olmaqla üç 
qrupa bölünür. 
F i z i k i    m e t o d l a r  – məhsulların fiziki xassələrini 
– sıxlığını, refraksiya əmsalını, özlülüyünü, yapışqanlığını və s. 
təyin etmək üçün tətbiq olunur. Mikroskopiya, polyarimetriya, 
kolorimetriya, refraktometriya, spektroskopiya, reologiya, 
lüminessentli analiz və digərləri fiziki metodlara aid edilir. 
K i m y ə v i   m e t o d l a r  – məhsula daxil olan mad-
dələrin tərkibi və miqdarını təyin etmək üçün tətbiq edilir. Bu 
qrup metodlar iki qrupa ayrılır: 
1. Keyfiyyətcə təyinat metodları; 
2. Miqdarca təyinat metodları.  
Bioloji metodlardan qida məhsullarının qidalılıq və 
bioloji dəyərliliyini təyin etmək üçün istifadə edilir. Bu 
metodlar da fizioloji və mikrobioloji olmaqla iki qrupa ayrılır.  
F i z i o l o j i   m e t o d l a r  – qidalı maddələrin həzm 
olunması  və  mənimsənilməsi dərəcəsini, zərərsizliyini, bioloji 
dəyərini müəyyənləşdirmək üçün tətbiq edilir. 
M i k r o b i o l o  j i   m e t o d l a r  – qida məhsullarının 
müxtəlif mikroorqanizmlərlə sirayətlənmə  dərəcəsini təyin et-
mək üçün tətbiq olunur. 
Q e y d e d i c i   m e t o d l a r  – müəyyən hadisələrin 
sayının,  əşyaların və  sərfiyyatın hesablanması  və müşahidəsi 
əsasında həyata keçirilən qida məhsullarının keyfiyyət göstə-
ricilərinin təyinat metodlarıdır. Bu metodlar müəyyən hadisə-
lərin (məsələn, məhsul partiyalarındakı qüsurlu məmulatların 
sayının hesablanması və s.) qeydə alınması və hesabatı yolu ilə 
əldə edilən məlumatlara (informasiyalara) əsaslanır. 
H e s a b l a y ı c ı    m e t o d l a r – qida məhsullarının 
keyfiyyət göstəricilərinin onların parametrlərindən nəzəri və 
empirik asılılıqlarının istifadə olunmasını  əks etdirir. Bu me-
todlar,  əsasən qida məhsulları layihələndirilərkən, onlar hələ 
eksperimental tədqiqat obyektləri kimi çıxış edə bilmədikdə 


 
16
tətbiq edilir. Bu metodlarla məhsulların ayrı-ayrı keyfiyyət 
göstəriciləri arasındakı asılılıqlar müəyyənləşdirilə bilər. 
S o s i o l o j i  m e t o d l a r – qida məhsullarının faktiki 
və mümkün istehlakçılarının rəylərinin toplanması və analizinə 
əsaslanır; şifahi üsulla, sorğu və ya sual-anketlərin paylanması, 
konfransların, sərgilərin, müşavirlərin, dequstasiyaların və s.-nin 
keçirilməsi yolu ilə reallaşdırılır. Bu metoddan çəki  əmsallarını 
müəyyənləşdirmək üçün istifadə edilir. 
E k s p e r t   m e t o d l a r – bunlar ekspertlər tərəfindən 
qəbul edilən qərarlar  əsasında həyata keçirilən metodlardır. 
Belə metodlar idarəetmənin müxtəlif mərhələlərində  nəzərə 
alınan göstəricilərin nomenklaturası müəyyənləşdirilərkən ay-
rıca və kompleks keyfiyyət göstəricilərinin cəmi əsasında ümu-
mi göstəriciləri müəyyənləşdirmək və keyfiyyət səviyyəsini 
qiymətləndirmək üçün (ballarla), eləcə  də  məhsulların key-
fiyyəti attestasiya olunarkən geniş istifadə edilir. Qida məh-
sullarının keyfiyyət qiymətləndirilməsinin ekspert metodları 
konkret qiymətləndirmə şərtlərinə görə hesablama və ya ölçmə 
metodlarından istifadə etmək mümkünsüz olduğu və ya məq-
sədəuyğun olmadığı zaman tətbiq edilir. Bu metodları müstəqil 
halda, yaxud məhsula olan normativ-texniki sənədlər və  məh-
sulun keyfiyyəti qiymətləndirilərkən, məhsulun keyfiyyətinin 
idarə edilməsində realizəolunan daha yaxşı nəticələr seçilərkən, 
eləcə  də qiymətləndirilən məhsulun və istehlakçıların təsni-
fatlaşdırılması, keyfiyyət göstəricilərinin nomenklaturasını  və 
kütlə əmsallarını təyin etmək, baza nümunələrinin seçilməsi və 
baza göstəricilərinin  əhəmiyyətini müəyyən göstəriciləri hiss 
üzvlərinin köməyi ilə ölçmək və qiymətləndirmək, hesablama 
və ya ölçmə metodu ilə əhəmiyyəti müəyyənləşdirilən ayrı-ayrı 
göstəriciləri dəyərləndirmək, kompleks keyfiyyət göstəri-
cilərini müəyyənləşdirmək üçün və digər hallarda başqa metod-
larla birlikdə istifadə edilir. 
Ekspert metodlarının köməyi ilə qida məhsullarının key-
fiyyətini qiymətləndirmək üçün ekspert komissiyaları (texniki 


 
17
komissiya, dequstasiya komissiyası  və s.) yaradırlar. Ekspert 
komissiyaları:  i ş ç i  və  e k s p e r t   qrupundan ibarətdir. 
Ekspert qrupları yaradılarkən ekspertin psixofizioloji imkanları 
və sağlamlığı  nəzərə alırlar. Ekspert bacarıqlı, işgüzar və 
obyektiv olmalıdır.  
İşçi qrup məhsulun keyfiyyətinin ekspert qiymətləndir-
məsinin hazırlanmasını  və yerinə yetirilməsini, eləcə  də onun 
nəticələrinin analizini həyata keçirir.  
Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi – qiy-
mətləndirilən məhsulun keyfiyyət göstəricilərinin nomenkla-
turasının seçilməsi, bu göstəricilərin  əhəmiyyətinin müəyyən-
ləşdirilməsi və onların baza göstəriciləri ilə tutuşdurulmasını 
özündə birləşdirilən  əməliyyatlar məcmusudur. Məhsulların 
keyfiyyətinin ekspert qiymətləndirilməsi aparılarkən onlar 
iyerarxiya strukturu şəklində (bəsit strukturda) təsəvvür olunur.  
Ümumiləşdirilmiş keyfiyyət göstəriciləri  ən yüksək həd-
də, qrupşəkilli kompleks göstəriciləri isə aşağı həddə aid edilir. 
Struktur sxemin aşağı  həddində ayrı-ayrı göstəriciləri tapırlar. 
İyerarx (bəsit) hədlərin sayını  məhsulların mürəkkəbliyi, 
göstəricilərin miqdarı, məqsəd və tələb olunan dəqiqlik nəzərə 
alınmaqla təyin edilir. 
O r q a n o l e p t i k i    m e t o d l a r  – orqanoleptika 
yunanca alət, orqan, leptikos (götürməyə  və  qəbul etməyə 
meyilli deməkdir)  insanın duyğu üzvlərinin köməyi ilə təhlilə 
əsaslanaraq həyata keçirilən metodlardır. Keyfiyyət göstəri-
cilərinin qiyməti mövcud təcrübə  əsasında hissiyyatın təhlili 
yolu ilə tapılır.  
Orqanoleptiki xüsusiyyətlər – insanın hiss üzvlərinin kö-
məyi ilə (dad, qoxu, konsistensiya, rəng, xarici görünüş, forma 
və s.) qiymətləndirilən obyektlərin xassələridir. Qida məh-
sullarının orqanoleptiki təhlili “d e q u s t a s i y a” ilə, yəni 
ölçü cihazlarından istifadə etməməklə  “d e q u s t a t o r” 
adlandırılan mütəxəssisin duyğu üzvlərinin köməyi ilə  həyata 
keçirilən tədqiqat yolu ilə yerinə yetirilir (şəkil 1).  


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə