Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə6/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   2   3   4   5   6   7   8   9   ...   108

 
18
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. Orqanoleptiki göstəricilərin təsnifatı
*
  
 
Bəzi qida məhsullarını qiymətləndirmək üçün şəkil 1-də  
göstərilməyən spesifik əlamətlərdən də istifadə edilir.  
Qida məhsullarının keyfiyyətinə  nəzarət, bir qayda ola-
raq, orqanoleptiki və instrumental (və ya digər qeyri-sensor) 
metodların birləşdirilməsinə  əsaslanır. Məsələn, orqanoleptiki 
göstəricilərlə birlikdə mikrobioloji göstəricilərdən qida məh-
sullarının təzəliyini (tərliyini) dəyərləndirmək üçün istifadə 
olunur. 
Qarşıya qoyulan tapşırıqdan asılı olaraq müxtəlif me-
todlar tətbiq edilir ki, bunları da üç qrupa ayrılır: 
• qəbul oluna bilən və üstün tutulmağa layiq olan (üstün 
tutulmaq, arzu edilmək, qaneedicilik) metodlar
• fərqləndirici, müqayisələndirici (tutuşdurmaq, 
diferensləşdirmək) metodlar; 
                                                           
*
flevor (dadlılıq) – ağız boşluğunda hərəkət etdirilərkən həm keyfiyyətcə və 
həm də miqdarca təyin edilən dad, qoxu və lamisə (toxunuş) hissiyatının 
kompleks təəssüratı. 
Duyğu üzvlərinin köməyi ilə qiymətləndirilən 
orqanoleptiki (sensor) keyfiyyət göstəriciləri
Görmə
  
Dərin 
lamisə hissi
Qoxu 
duyğusu
Ağız 
boşluğunda
Xarici görünüş 
forma rəng 
parlaqlıq 
şəffaflıq 
Konsistensiya 
sıxlıq 
elastiklik 
Qoxu 
aromat 
“buket” 
Şirəlilik bircinslik 
konsistensiya 
liflilik incəlik 
büzüşdürücülük 
dad flevor*
 
 


 
19
• şərhedici metodlar.  
Məhsulun keyfiyyəti haqqında istehlakçıların rəyini öy-
rənmək vacib olduqda, qəbul oluna bilən və üstün tutulmağa 
layiq olan metodlar istifadə olunur, buna görə  də dequstasiya 
qiymətləndirilməsinə, adətən çoxlu miqdarda istehlakçı  cəlb 
edirlər

 
Qiymətləndirilən nümunələr arasında fərqlərin mövcud-
luğunu aydınlaşdırmaq tələb edildikdə  fərqləndirici, müqayi-
sələndirici metodlardan istifadə edilir. Bu qrupdan olan bəzi 
metodlar mövcud olan fərqi, hətta miqdarca qiymətləndirməyə 
imkan verir. Dequstatorların sensor qabiliyyətləri yoxlanılarkən 
də  fərqləndirici, müqayisələndirici metodlardan geniş istifadə 
olunur.  
Şərhedici metodların köməyi ilə  məhsulun hər hansı bir 
xassəsini müəyyən edən parametrləri cəmləşdirmək, xassələrin 
intensivliyini, bəzi hallarda isə habelə  məhsulun xassələrini 
təşkil edən ayrı-ayrı  cəhətlərin mövcudluğu qaydalarını araş-
dırmaq, yəni xüsusiyyətlərin profillərini  qurmaq (məsələn, 
məhsulun dad, iy, konsistensiya profilləri) mümkündür.  
İstehlak qiymətləndirməsi metodlarının  əsas məqsədi 
resept tərkibinin və texnoloji rejimlərin dəyişdirilməsi ilə 
əlaqədar olaraq istehlakçıların reaksiyalarının yoxlanılmasıdır. 
Yeni məhsulların dəyərləndirilməsi ilə eyni vaxtda, ənənəvi 
üsullarla hazırlanan mövcud məhsulları da dəyərləndirmək 
lazımdır. İstehlakçılar çox böyük müxtəliflik təşkil etdiklərinə 
görə aşağıdakı şərtlərə riayət olunması vacibdir:  
 –  qiymətləndirməyə, məhsulun daha çox realizə olu-
nacağı regiondan daha geniş istehlakçı kütləsini cəlb etmək la-
zımdır. Bu zaman məhsul  əhalinin hansı kateqoriyadan olan 
hissəsinə satılacaqsa, bu şəxslərin rəyi  əsas kimi qəbul edil-
məlidir. Məsələn, təyinatı uşaqlar üçün olan qida məhsullarının 
keyfiyyəti qiymətləndirilərkən, müəyyən yaş  həddində olan 
uşaqların və onların valideynlərinin rəyinə üstünlük veril-
məlidir.  


 
20
 –  əgər eyni əmtəə qrupundan olan məhsulların dequs-
tasiyasına, dequstasiyanın keçirilməsi qaydaları və istifadə edi-
lən metodlar haqqında qabaqcadan məlumatı olan eyni qiy-
mətləndirici kollektiv cəlb edilirsə, belə istehlakçı qiymətlən-
dirməsinin nəticələri daha etibarlı olar.  
Orqanoleptiki  analizin  analitik  metodları  keyfiyyət 
göstəricilərinin miqdarca qiymətləndirilməsinə  əsaslanır və 
ayrı-ayrı əlamətlər arasındakı  korrelyasiyanı  müəyyən etməyə 
imkan verir. Analitik metodlara qoşa müqayisələndirmə, üçbu-
caq, duo-trio, bal qiymətləndirilməsi və başqaları aid edilir.
    
Dequstasiya komissiyası xüsusi biliklərlə, vərdişlər və 
yoxlanılmış hissiyyatla üstünlük təşkil edən 5-9 nəfər mütə-
xəssisdən ibarət olmalıdır. 
Analitik metodlar arasında keyfiyyətcə  və miqdarca 
fərqləndirici testlərin qruplarını ayırmaq olar. 
K e y f i y y ə t c ə   f ə r q l ə n d i r m ə  m e t o d l a r ı  
keyfiyyət göstəricilərindən (dad, qoxu, konsistensiya, xarici 
görünüş  və s.) hər hansı birinə  və ya keyfiyyət haqda ümumi 
təəssürata görə dəyərləndirilən nümunələr arasında fərqin möv-
cudluğu haqqında sualı cavablandırmağa imkan verir, lakin 
nümunələr arasında hansı  fərqin olduğu haqqında suala cavab 
vermir. Bu qrupa qoşa, üçbucaq, üçdən ikisi, beşdən ikisi kimi 
fərqləndirmə metodları aid olunur. Bu metodlar zəif fərqlənən 
iki oxşar nümunənin müqayisələndirilməsinə əsaslanır.  
Nümunələr cüt şəkildə (qoşa metod), üç nümunədən iba-
rət (bu nümunələrdən ikisi identik olur) və ya beş nümunədən 
ibarət prob şəklində (probda bir nümunə iki dəfə, digəri isə üç 
dəfə  təkrarlanır) təqdim oluna bilər. Problar kodlaşdırılmış 
şəkildə olmalıdır. Bu metodlar məhsulun iki nümunəsi arasında 
fərqin mövcudluğuna əminlik olduğu hallarda tətbiq edilir.  
Bu testlər eləcə  də dequstatorların seçilməsi zamanı 
istifadə olunur. 
Keyfiyyətcə  fərqləndirmə testlərinə durulaşdırmalar in-
deksi metodları  və  scorinq metodu aiddir. Bu metodlar 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə