Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə8/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   4   5   6   7   8   9   10   11   ...   108

 
24
istehlak dəyərini qiymətləndirərkən, struktur – mexaniki 
xüsusiyyətlər həlledici rola malik olur. 
Reoloji tədqiqatlara  əsaslanaraq nəinki məhsulun kon-
sistensiyasını xarakterizə etmək, həm də verilmiş istənilən 
konsistensiyalı məhsullar almaq da mümkün olur. 
Müasir tədqiqat üsulları həm də məhsullara kənd təsərrü-
fatı zərərvericiləri ilə mübarizə üçün tətbiq edilən (pestisidlər) 
müxtəlif kimyəvi birləşmələrin, radioaktiv izotopların, habelə 
süni boyaqların, kimyəvi konservantların, polisiklik ətirli 
karbohidrogenlərin qarışması mümkünlüyü ilə  əlaqədar məh-
sulların zərərsizliyini müəyyənləşdirmək üçün əvəzsizdir. 
Qida məhsullarının müasir tədqiqat metodlarının tətbiqi 
nəinki onların xüsusiyyətlərini, keyfiyyətini və qidalılıq dəyə-
rini dərindən öyrənməyə imkan verir, həm də orqanoleptiki, ya 
adi fiziki-kimyəvi metodlarla aşkar olunmayan tərkib və reoloji 
xüsusiyyətlərin dəyişilməsini açmağa, keyfiyyət dəyişkənliyini 
proqnozlaşdırmağa, saxlanma üsulları  və istehlak müddətini 
müəyyənləşdirməyə imkan verir. Saxlanma proseslərini yoxla-
yarkən temperaturun, nəmliyin və digər saxlanma şəraitlərinin 
(işıqlandırma, havanın tərkibi və  hərəkəti) məsafədən təyini 
metodları böyük əhəmiyyət kəsb edir ki, bu metodlar əsasında 
da optimal saxlanma rejimləri təmin olunur. 
Müasir tədqiqat metodlarının elmi məqsədlərlə lazımi 
gələn istifadəsi, onların istehsalat, saxlanma və ticarətdə reali-
zəolunma təcrübəsində  və ictimai iaşədə  tətbiqi, qida məhsul-
larının keyfiyyətini  əsaslı  dərəcədə yüksəltmək, onların qida-
lılıq, istehlak dəyərini yaxşılaşdırmaq, saxlanmasını  təmin et-
mək və qida resurslarından daha böyük effektivliklə istifadə 
etmək üçün əsas olmalıdır. 
Qida məhsullarının keyfiyyət problemlərinin rolu və 
əhəmiyyəti iqtisadiyyatın sonrakı inkişafı ilə əlaqədar dəyişmə-
dən yüksəlir. Bunu nəzərə alaraq, qida məhsullarının keyfiyyət 
göstəricilərinin daha dəqiq, dolğun müəyyənləşdirilməsi üçün 
yeni tədqiqat metodlarının və bu metodlara müvafiq yeni 


 
25
cihazların yaradılması vacibdir. Bununla bağlı müəllif qida 
məhsullarının müasir fiziki-kimyəvi tədqiqat metodlarının 
praktiki tətbiqinin  əlverişli formaya salınmasını  şərh etməyi 
qarşısına məqsəd qoymuşdur. 
Kitabda qida məhsullarının keyfiyyət göstəricilərini təyin 
etmək üçün spektral, xromatoqrafik, lüminessentli və reoloji 
metodların bəzi nəzəri məsələləri və praktiki tətbiqi işıqlan-
dırılmışdır. Hər bir metodun təsvir edilməsindən  əvvəl ha-
disənin və prosesin fiziki əsası  şərh olunur, sonra isə konkret 
metodika təqdim edilir. 
Materialın belə  tərtib edilməsi oxucuya metodların  əsa-
sını araşdırmağa və istənilən qida məhsulunu tədqiq edərkən 
istifadəyə kömək edir. 
 
1.5. Miqdari kimyəvi analiz, onun əhəmiyyəti və inkişafı 
 
Analitik kimya – maddələrin kimyəvi tərkibinin təyini 
metodları haqqında elmdir. Miqdarca analizin əsas məqsədi 
müxtəlif maddələrin və materialların tərkib hissələrinin miqdar 
nisbətini müəyyən edib, miqdarca analizin əsas kimyəvi 
metodlarının nəzəri əsasları və praktiki tətbiqi öyrənilir. 
Miqdarca analiz ümumi kimya, kimyəvi texnologiya, fay-
dalı qazıntıların tədqiqi, metalşünaslıq, biokimya, torpaq-
şünaslıq və bir sıra digər elmlərlə  sıx  əlaqədardır. Miqdarca 
analizin inkişafı  əhəmiyyətli dərəcədə praktiki tələblərlə, yəni 
müxtəlif materialların, habelə laboratoriyalarda alınan kimyəvi 
birləşmələrin tədqiqat vacibliyi ilə təyin edilir. Miqdarca analiz 
metodlarının işlənilməsi üçün ümumi, üzvi və fiziki kimyanın 
nailiyyətlərindən nəzəri cəhətdən olduğu kimi, həm də meto-
diki eksperiment cəhətdən geniş istifadə edilir. 
Qeyri-üzvi kimyanın, qismən nadir metallar kimyasının 
vacib problemlərindən biri, elementlərin ayrılmasının kimyəvi 
metodlarının öyrənilməsidir.  


 
26
Bu problem, həmçinin, analitik kimyada da çox böyük 
əhəmiyyət kəsb edir və tez-tez bu sahələrin birindən alınan 
nəticələr digər sahədə də tətbiq edilir. 
Kimya sahəsində elmi-tədqiqat işi, adətən analitik kimya 
metodlarının istifadəsi ilə  əlaqədardır. Belə ki, yeni kimyəvi 
birləşmələr olarkən, onların tərkibini, həll olmasını və kimyəvi 
dəyişilmələrini tədqiq edərkən, müxtəlif kimyəvi proseslərin 
fiziki  şəraitlərdən asılılığını öyrənərkən miqdarca analiz me-
todlarının tətbiqi tələb olunur. Buna görə də, qida sənayesinin 
bütün sahələrində çalışanlar, miqdarca analizin əsas  əməliy-
yatlarını düzgün yerinə yetirməyi bacarmalıdırlar. 
Miqdarca analizin kimyanın ayrı-ayrı sahələrində olduğu 
kimi, həm də elmin bir sıra digər sahələrində, o cümlədən, qida 
sənayesinin, demək olar ki, bütün sahələrində yerinə yetirilən 
tədqiqat işləri üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, 
Tmiryazev K.A. bitkilərin tənəffüsü haqqında klassik işlərində 
bir sıra fizioloji tədqiqatlarla yanaşı karbon  qazının  təyini üzrə 
yeni dəqiq metodlar işləmiş  və  tətbiq etmişdir. Bitkilər tərə-
findən gübrələrin mənimsənilməsi, bitkilərin inkişafına mikro-
komponentlərin təsiri haqqında məsələləri həll edərkən tor-
paqda baş verən mürəkkəb prosesləri öyrənmək üçün, bəzən 
adi kimyəvi analizlərdə olduğunda daha mürəkkəb və  dəqiq 
miqdarca analiz metodlarının tətbiqi tələb olunur. Miqdarca 
analiz metodları qida sənayesi ilə yanaşı  həm də geokimya, 
təbabət, radiokimya və digər elmi sahələrdə  də geniş istifadə 
edilir. 
Miqdarca kimyəvi analiz texnikada da böyük əhəmiyyət 
kəsb edir. Kimya texnologiyasının, xüsusilə metallurgiyanın 
inkişafı yeni analiz metodlarının yaradılmasına, habelə miqdar-
ca analiz nəzəriyyəsinin genişlənməsi və dərinləşməsinə səbəb 
oldu. Faydalı qazıntıların tətbiqində kimyəvi analiz əvəzedil-
məzdir. 
İstehsal tempinin sürətlənməsi də, həmçinin, yeni analiz 
metodlarının işlənilməsi vacibliyini şərtləndirir, belə ki, miq-


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə