Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə1/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
  1   2   3   4   5   6   7   8   9   ...   38


 

 

ISSN: 2410-5600 

 

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTU 

 

 



 

 

 

ƏLYAZMALAR  

YANMIR 

(elmi məqalələr toplusu) 

 

№1,2016 

 

13.01.2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin  

“Mətbu nəşrlərin reyestri”nə daxil edilmişdir (Reyestr № 3940). 

 

Fransada Beynəlxalq ISSN Mərkəzində  

qeydiiyyatdan keçmişdir.  

 

 

Eng. Manuscripts Don't Burn 

Rus. Рукописи не горят 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2016 



 

 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

2

 



 

№ 1, 2016

 

 

 

 

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası  

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun  

Elmi Şurasının 18 yanvar 2016-cı il tarixli 1 saylı iclasının qərarı ilə nəşr edilib. 

 

 

 

BAŞ REDAKTOR: 



 

 

Teymur Kərimli – akademik  

 

 

 

 

REDAKSİYA HEYƏTİ: 

 

İsa Həbibbəyli-akademik 

Möhsün Nağısoylu – AMEA-nın müxbir üzvü 

Aybəniz Əliyeva-Kəngərli – filologiya üzrə elmlər doktoru  

Paşa Kərimov – filologiya üzrə elmlər doktoru  

Əzizağa Nəcəfzadə – filologiya üzrə fəlsəfə doktoru  

Nigar Babaxanova – koordinator 

Ülkər Hacıyeva – koordinator 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

© AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu, 2016 



© Müəlliflər, 2016 

 

 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

3

 



 

№ 1, 2016

 

 

MƏNBƏŞÜNASLIQ 

 

UOT:


  

03.81.37; 929.52 



 

Tahirə Həsənzadə 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 

tarix üzrı elmlər doktoru 

 

 

NADİR ŞAH ƏFŞAR HAQQINDA  

YENİ BİR MƏNBƏ 

 

 

Açar sözlər: Əbülqasım Firdovsi, Nadir şah, Məhəmmədəli Tusi, Əhməd Suheyli, Şahnamə 

Key  words:  Abulgasim  Firdowsi,  manuscripts,  Nadir  shah,  Muhammadali  Tusi,  Ahmad 

Suheyli, “Shahname” 

Ключевые слова: Абульгасим Фирдовси, рукописи, Надир шах, Мухаммaдали Туси, Ахмед 

Сухейли, “Шахнаме" 

 

Şərqin böyük şairi Əbülqasim Firdovsi Tusinin (934-1024) dünya ədəbiyyatı xəzinəsinə daxil 



olmuş şah əsərlərdən  biri olan  “Şahnamə”si,  “bəşərin  mədəni  həyata  ilk addımlarını  atdığı” əsatiri 

zamanlardan eramızın VII əsrinədək İranda və regionda baş vermiş hadisələrin bədii-epik salnaməsi 

olan bu ölməz əsər” (Məmməd Mübariz Əlizadə) (1, 16) şahların tarixini canlandırmaqdan daha çox 

vətənpərvərlik və qəhrəmanlığı tərənnüm etdirir. Əsər çox güclü təsir qüvvəsinə malik olduğundan 

özündən  sonra  bir  sıra  qəhrəmanlıq  dastanlarının  yaranmasına  səbəb  olmuşdur.  “Fəthnamə”,  “Ca-

hangirnamə”,  “İskəndərnamə”,  “Zəfərnamə”  və  s.  “Şahnamə”  ruhundadır.  Lakin  bu  qəbildən  olan 

əsərlərin  heç  biri  Firdovsinin  ölməz  əsərinin  səviyyəsinə  yüksələ  bilməmiş,  bununla  belə  hər  biri 

ədəbi dəyərə malikdir və onu mütaliə edən “Şahnamə”nin təsirini aşkar hiss edir.  

Əbülqasim  Tusi  “Şahnamə”ni  əruzun  “mütəqarib”  bəhrində  yazmışdır.  (fəulun,  fəulun,  fəu-

lun, fəul) Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Xacuyi-Kirmani, Əlişir Nəvai, Əbdürrəhman Ca-

mi və Şərqin başqa görkəmli şairləri öz tarixi-qəhrəmanlıq dastanlarını bu ölçüdə yazmışlar.  

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun zəngin xəzinələrindən birində saxlanılan və 

böyük  türk-Azərbaycan  imperatoru  Nadir  şah  Əfşara  həsr  olunmuş  “Şahnamey-Nadiri”  bu  qəbil-

dəndir.  Əsərin  müəllifi,  Əbülqasim  Firdovsi  nəslindən  olan  Məhəmmədəli  Tusidir.  Abidəni  nəşrə 

hazırlayan, ön sözün müəllifi Əhməd Süheyli Xansari burada “Şahnamə”lər tarixinə nəzər yetirir və 

göstərir ki, Əbülqasim Firdovsi Tusidən əvvəl bu mövzuda əsər yazdığı məlum olan, lakin bir beyti 

belə qalmamış Məsudi Mərvəzi və özündən sonra 1000 beyt yadigar qoyub getmiş Dəqiqi adlı şair 

yaşamışdır. Firdovsi həmin beytləri “Şahnamə”sinin əvvəlinə daxil etmişdir. 

“Şahnamə” təsiri Səfəvilər dövrünün şairlərinin də yaradıcılığında iz buraxmışdır. Ədəbiyyat 

tarixindən məlum olduğu kimi Azərbaycan Səfəvilər dövrü şairləri iki üslubda yazmışlar. Bəziləri, 

məsələn,  Baba  Əfqani,  (m.1519),  Ümidi  (1523),  Nəziri  (1612),  Hilali  (1525),  Haləti  Türkman 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə