Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə1/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
  1   2   3   4   5   6   7   8   9   ...   44


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTUTU 
    
_____________________________________________ 
 
 
MUXTAR KAZIMOĞLU 
 
 
 
 
 
 
 
 
 
EPOS. NƏSR.  
PROBLEMLƏR 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2012 


Muxtar Kazımoğlu
__________________________________  
 
 

 
Azərbaycan Milli Elmlər Akademiyası  
Folkor İnstitutu Elmi Şurasının 
qərarı ilə nəşr olunur. 
 
 
 
 
 
ELMİ REDAKTORU:      Ləman SÜLEYMANOVA 
                                 Filologiya üzrə fəlsəfə 
doktoru 
 
 
 
 
 
 
Muxtar 
Kazımoğlu 
(İmanov). 
Epos. 
Nəsr. 
Problemlər. Bakı, “Elm və təhsil”, 2012, - 164 səh. 
 
Kitabda  ayrı-ayrılıqda  epos  və  nəsr  problemlərinə 
toxunulur,  həmçinin  çağdaş  nəsrin  mifologiya  və 
folklordan gələn bəzi modellərindən bəhs edilir. 
 
 
K
  
4603000000  
Ãðèôëè íÿøð
 
           Í-098-2012            
 
© Фолклор Институту, 
2012 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
3
© M.Kazımoğlu, 2012 


Muxtar Kazımoğlu
__________________________________  
 
 

I BÖLMƏ. EPOS 
 
“DƏDƏ QORQUD”:  
GÜLÜŞ KULTU VƏ OBRAZIN İKİLƏŞMƏSİ 
 
Doğuluş  simvolu  olan,  magik  mahiyyət  daşıyan 
gülüş  folklorda  kult  səviyyəsinə  qaldırılır  və  bu  kultun 
izləri  "Dədə  Qorqud"  eposunda  da  özünü  göstərir. 
Təsadüfi  deyil  ki,  Qorqud  Ata  kimi  bir  övliya  eposun 
"Bamsı  Beyrək"  boyunda  müəyyən  qədər  komik 
biçimdə 
təqdim 
edilir. 
Yaxud 
eposun 
"Müqəddimə"sində  Peyğəmbərin  qızı  Fatimədən  da-
nışıldığı  yerdə  ozan  məzəli  bir  dillə  qarınqulu  xanım-
lardan,  evə-ailəyə  baxmayan,  evdən  səhər  çıxıb 
axşam 
qayıdan 
qadınlardan 
söz 
salır. 
Həm 
"Müqəddimə"də,  həm  də  eposun  ayrı-ayrı  boylarında 
"ciddi"  və  gülməlinin  paralelliyi  ilə  qarşılaşırıq. 
"Müqəddimə"də  ozanın  "Fatimə  soyun"a  aid  etdiyi 
qadınlar  "ciddi"nin,  qarınqulu  və  gəzərti  saydığı 
qadınlar isə gülməlinin təmsilçisidir.  
Xatırladaq ki, "ciddi" və gülməli paralelliyi folklorun 
təməl  xüsusiyyətlərindən  biridir.  Kökü  əkizlər  mifinə 
gedib  çıxan  bu  paralelliyin  folklorda  hökmdar  və 
yalançı  hökmdar,  pəhləvan  və  yalançı  pəhləvan, 
adaxlı  və  yalançı  adaxlı  və  s.  kimi  nümunələri  var. 
Adaxlı  və  yalançı  adaxlı  paraleli  "Dədə  Qorqud" 
eposunun  "Bamsı  Beyrək"  boyunda  özünü  daha 
qabarıq  şəkildə  göstərir.  Məsələn,  həmin  boydakı  Qı-
sırca  Yengə  və  Boğazca  Fatma  komik  obrazlar  kimi, 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
5
Banıçiçəklə paralellik yaradır. 
Beyrəyin  dilindən  verilən  iki  şeir  parçasında 
Qısırca  Yengə  və  Boğazca  Fatmanın  neçə-neçə  kişi 
ilə  oturub-durması  diqqət  mərkəzindədir.  Boğazca 
Fatma  qırx  oynaşlı  olduğu  kimi,  Qısırca  Yengə  də  az 
aşın duzu deyil, onun ardınca sarvanların baxıb bıldır-
bıldır  göz  yaşı  axıtması  hansısa  hingilimdən, 
mazaxdan  xəbər  verir.  Qarşıya  cavab  verilməsi  vacib 
olan  sual  çıxır:  "qızlığında  işlədiyi  bir  xətadan  dolayı" 
xüsusi  ləqəb  qazanmış  (3,  CLXXXIII)  Boğazca  Fat-
manın,  dalınca  sarvanları  əsir-yesir  eləmiş  Qısırca 
Yengənin  mötəbər  məclisdə  –  Banıçiçək,  Burla  xatun 
yanında  nə  işi  var?  Axı  Burla  xatun  o  Burla  xatundur 
ki,  doğmaca  balasının  ətindən  bişirilmiş  qara 
qovurmanı 
yemək 
dəhşətinə 
razıdır, 
amma 
namusunun  bircə  damcı  belə  ləkələnməyinə  yox. 
Banıçiçək  həmin  Banıçiçəkdir  ki,  on  altı  il  oturub 
adaxlısı Bamsı Beyrəyin yolunu gözləyir və bu müddət 
ərzində  başqa  bir  oğlana  gözünün  ucu  ilə  də  baxmır, 
başqa  bir  oğlana  könül  verməyi  ağlına  belə  gətirmir. 
Tamamilə  normal  və  məntiqə  uyğun  haldır  ki,  Burla 
xatun  naməlum  bir  ozanın  (Bamsı  Beyrəyin)  qızlar 
məclisinə  gəlməsini  etirazla  qarşılayır:  "Bunu  gördü, 
Qazan  bəgin  xatunu  Boyu  uzun  Burla  qaqdı,  aydır: 
“Mərə  qavat  oğlu  dəli  qavat,  sana  düşərmi  bitəkəllüf 
bənim  üzərimə  gələsən?” – dedi" (1, 63).  Burla  xatun 
dəli  ozanın  məclisə  Qazan  xanın  icazəsi  ilə  gəldiyini 
biləndən  sonra  sakitləşir  və  Qazan  xanın  razılıq  ver-
məsi  "yad"  bir adamın  məclisə  gəlməsini  normal  hala 


Muxtar Kazımoğlu
__________________________________  
 
 

çevirir.  İlk  baxışda  normal  təsir  bağışlamayan  və 
məntiqə  sığmayan  hal  "ayağı  sürüşkən"  qadınların 
Burla  xatun  və  Banıçiçəklə  çiyin-çiyinə  bir  məclisdə 
oturmasıdır. Bu faktı da doğru-dürüst qiymətləndirmək 
üçün 
komik 
fiqurların 
folklordakı 
bəzi 
tipik 
xüsusiyyətləri  nəzərə  alınmalıdır.  Nəzərə  alınmalıdır 
ki,  komik  fiqurların  əsas  xüsusiyyətlərindən  biri,  yəni 
"ciddi"  ilə  (Banıçiçəklə)  tərs  mütənasiblik  yaratmaq 
Qısırca  Yengə  və  Boğazca  Fatma  üçün  də 
səciyyəvidir.  Bu  obrazların  komikliyi,  təbii  ki,  Qısırca 
və  Boğazca  ayamaları  ilə  bitmir  və  ayamalar  öz 
təsdiqini  onların  gülməli  davranışlarında  tapır.  Bəli, 
Qısırca  Yengə  və  Boğazca  Fatmanın  hərəkətləri 
"ciddi"  yox,  komik  yöndə  təsvir  edilən  hərəkətlərdir. 
Həmin  hərəkətlərə,  yəni  onların  dərələrdə  neçə-neçə 
oyundan çıxmasına bir zarafat göstəricisi kimi baxmaq 
lazımdır. Necə ki folklordakı başqa komik fiqurların da 
hər hansı "tərbiyəsiz" hərəkətinə məhz bu cür baxırıq. 
Molla  Nəsrəddinin  "əxlaqa  zidd"  hoqqalarını  yada 
salsaq, nə demək istədiyimiz aydın olar: 
Toy  günü  baş  qarışır və Molla Nəsrəddinə –  təzə 
bəyə  plov  verən  olmur.  Molla  Nəsrəddin  acıq  eləyib 
evdən çıxır və gedib şəhərin lap ucqar məhəlləsindəki 
bir  xarabalıqda  bənd  alır.  Dalınca  gələnlərə  Molla 
Nəsrəddinin  sözü  bu  olur:  "Plovu  yeyəndə  mən  heç 
yada  düşmədim.  Gəlinin  yanına  girmək  lazım  olanda 
tez  yada düşürəm?! Elə şey yoxdur. Plovu kim yeyib, 
gəlinin yanına da o getsin" (2, 109). 
Belə 
məzəli 
əhvalatlara 
əsaslanıb 
Molla 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə