Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə2/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   2   3   4   5   6   7   8   9   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
7
Nəsrəddini  əxlaqsız  adam  adlandırmaq  olmaz.  Çünki 
o, əxlaqsızlıq eləmir, əxlaqsızlıq oyunu oynayır, özünü 
axmaqlığa  vurub  hoqqa  çıxarır.  Bu  sözlər  müəyyən 
qədər  Qısırca  Yengə  və  Boğazca  Fatmaya  da  aiddir. 
Hoqqabaz  Molla  Nəsrəddin  Fateh  Teymurləngə  nə 
qədər  gərəkdirsə,  Qısırca  Yengə  və  Boğazca  Fatma 
da  Banıçiçək  və  Burla  xatuna  bir  o  qədər  gərəkdir. 
Molla  Nəsrəddin  öz  "səfehliy"i  ilə  böyük  cahangirə 
magik  dayaq  olduğu  kimi,  Qısırca Yengə və Boğazca 
Fatma  da  öz  "əxlaqsızlığı"  –  hoqqabazlığı  ilə  dəmir 
əxlaq  və  ismət  sahiblərinin  –  Banıçiçək  və  Burla 
xatunun  magik  dayağıdır.  Belə  olmasaydı,  eposda 
Banıçiçəklə  ilk  tanışlığımızda  Qısırca  Yengəni  onun 
otağından  çıxan  və  Banıçiçəyin  adından  Beyrəklə 
kəlmə  kəsən  görməzdik:  "Baqdı  gördü  bu  otağ 
Banıçiçək 
otağıymış 
ki, 
Beyrəgin 
beşikkərtmə 
nişanlısı  –  adaxlısıydı.  Banıçiçək  otaxdan  baqırdı. 
“Mərə  dayələr,  bu  qavat  oğlı  qavat  bizə  ərlikmi 
göstərir,  –  dedi.  Varın,  bundan  pay  dilən,  görün  nə 
der”, – dedi. Qısırca Yengə derlər, bir xatun vardı. İləri 
vardı,  pay  dilədi"  (1,  55).  Qısırca  Yengə  Banıçiçəyin 
adicə  dayəsi  yox,  komik  "dvoynik"idir.  Qırx  oynaşlı 
Boğazca  Fatma  Beyrəkdən  başqa  bir  adaxlı  tanımaq 
istəməyən  Banıçiçəyin  yalançı  əvəzedicisidir.  Qısırca 
Yengə və Boğazca Fatmanın: "Ərə varan qız mənəm", 
–  deyib  toyda  Banıçiçəyin  yerinə  oynamağı  yalançı 
əvəzediciliyi 
göstərən 
səciyyəvi 
bir 
epizoddur. 
Maraqlıdır ki, Boğazca Fatma qol götürüb oynayarkən 
Banıçiçəyin  paltarını  geyinib  oynayır:  "Qızın  qaftanını 


Muxtar Kazımoğlu
__________________________________  
 
 

geydi.  Çal,  mərə  dəli  ozan!  Ərə  varan  qız  mənəm, 
oynayım,  –  dedi"  (1,  63).  Banıçiçəyin  paltarını  geyib 
toyda  onun  yerinə  oynayan  Boğazca  Fatma,  o 
cümlədən  Qısırca  Yengə  yalançı  adaxlı  rolunda  çıxış 
edib,  Banıçiçəyin  parodiyasına  çevrilirlər.  "Kəndirbaz" 
oyununda  yalançı  pəhləvan  hoqqa  çıxarıb  əsl 
pəhləvanı  yaman  gözdən  qoruduğu  kimi,  "Bamsı 
Beyrək"  boyunda  da  yalançı  adaxlının  başlıca 
funksiyası əsl adaxlını şərdən-yamandan qorumaqdır. 
Maraqlıdır  ki,  macar  tədqiqatçısı  İmre  Adorjan 
"Bamsı  Beyrək"  boyunda  "Təqlidi  gəlin"  ("Yalançı 
gəlin") 
oyununun 
izlərini 
axtarır. 
Tədqiqatçı 
Macarıstanın  türk  kəndlərindən  yazıya  alınmış  həmin 
oyunu  belə  təsvir  edir:  "Bu  adətə  görə,  toyda  bəyə 
həqiqi gəlini gətirməzdən əvvəl təzəbəyə qoca, çirkin, 
şikəst” bir qadını göstərib zarafatlaşırlar" (5, 57). İmre 
Adorjan  haqlı  olaraq  "qoca,  çirkin,  şikəst  libaslı 
yalançı gəlinlə Qısırca Yengə obrazı arasında bir  əla-
qə  görür.  Macar  tədqiqatçısının  öz  qənaətində  haqlı 
olduğunu  yalnız  Qısırca  Yengə  və  Boğazca  Fatma 
obrazları yox, "Bamsı Beyrək" boyundakı Yalançı oğlu 
Yalancıq  obrazı  da  təsdiq  edir.  Fərq  ondadır  ki, 
Yalançı  oğlu Yalancıq obrazında  yalançı adaxlı  inamı 
öz ifadəsini birbaşa yox, dolayı şəkildə tapır.  
"Bamsı 
Beyrək" 
boyunda 
gülüşün 
hansı 
zərurətdən  doğulduğunu  aydınlaşdırmaq  üçün  bu 
boyu  "Qanturalı"  boyu  ilə  tutuşdurmaq  lazım  gəlir. 
Çünki  bu  boyların  hər  ikisində  süjet  xətti  başlanğıcını 
bahadırın  özünə  layiq  qız  tapıb  evlənmək  istəməsi 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
9
motivindən 
götürür. 
Belə 
bir 
motiv 
üzərində 
qurulduğuna  görə  hər  iki  boyda  baş  qəhrəmanın  eşq 
yolunda  şücaət  göstərməsi  qaçılmaz  məsələyə 
çevrilir.  Şücaət  məsələsində  həm  Beyrək,  həm  də 
Qanturalıya  aid  olan  bir  məqam  var:  sevdiyi  qızla 
yarışmaq. "Bamsı Beyrək" boyunda qızla yarış qismən 
ətraflı  təsvir  olunur.  Beyrəklə  Banıçiçək  əvvəl  at 
çapırlar,  sonra  ox  atırlar  və  sonda  güləşəsi  olurlar. 
Təbii  ki,  yarışların  hər  birində  Beyrək  qalib  gəlir  və 
Banıçiçək  Beyrəyin  qələbəsindən  məmnun  qalır.  Axı 
Beyrəyin kafirlərlə qəhrəmancasına vuruşub bəzirgan-
ları  xilas  etməsindən  Banıçiçək  xəbərsizdir.  Odur  ki, 
Banıçiçək Beyrəyi bir igid kimi tanımaq istəyir. "Bamsı 
Beyrək"  boyunun  qəhrəman  və  yalançı  qəhrəman 
sisteminə  uyğun  olaraq,  Banıçiçək  ilk  görüşdə  özünü 
Beyrəyə  Banıçiçəyin  dadısı  (dayəsi)  kimi  nişan  verir: 
"Ol  qız  öylə  adam  degildir  ki,  sana  görünə,  –  dedi.  – 
Amma  mən  Banıçiçəgin  dadısıyam.  Gəl  indi  səninlə 
ava  çıxalım.  Əyər  sənin  atın  mənim  atımı  keçərsə, 
onun  atını  dəxi  keçər.  Həm  səninlə  ox  atalım.  Məni 
keçərsən,  anı  dəxi  keçərsən  və  həm  səninlə 
gürəşəlim, məni basarsan, anı dəxi basarsın”, – dedi" 
(1,  56).  Banıçiçək  dadı  (dayə)  yox,  Banıçiçək 
olduğunu  yalnız  Beyrəyin  yarışı  udmasından  sonra 
bildirir.  Hətta  Beyrək  güləşdə  Banıçiçəyin  ən  zəif 
yerindən  –  döşündən  tutub  sıxmaq  hesabına  qalib 
gəlsə də, Banıçiçək bunun üstünü vurmur. Banıçiçəyin 
Beyrəkdən bir igid kimi məmnun qalması qızıl üzüyün 
ortaya gəlməsinə, arada əhd-peymanın bağlanmasına 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
10 
imkan yaradır. 
Selcan  xatunun  Qanturalını  sınağa  çəkməsinə  isə 
heç bir ehtiyac yoxdur. Çünki Qanturalı Selcan xatunun 
gözü  qarşısında  yetərincə  qəhrəmanlıqlar  nümayiş 
etdirib:  üç  vəhşi  heyvanı  öldürüb,  kafir  qoşunu  ilə 
təkbaşına vuruşmaqdan çəkinməyib. Bəs onda Selcan 
xatunun:  "Gəl  bəri,  söyləşəlim!"  –  deyib  Qanturalını 
yarışa  çağırması  nə  ilə  bağlıdır?  Bu  suala  cavab 
vermək  üçün  "Qanturalı"  boyunun  sonunu  yadımıza 
salaq: Qanturalı gözəl bir çəməndə dərin yuxuya gedib. 
Selcan  xatun  silahlanıb,  uca  bir  yerə  çıxıb  onun  ke-
şiyini  çəkir.  Kafir  qəfildən  hücum  edəndə  qoşunun  bir 
tərəfindən  Qanturalı,  o  biri  tərəfindən  Selcan  xatun 
həmlə  edib  qanlı  döyüşə  başlayırlar.  Selcan  xatun  öz 
payına  düşən  kafir  dəstəsinin  axırına  çıxıb  "oda"ya 
qayıdanda Qanturalını orada tapmır. Bir dərənin içində 
toz-dumanın  dərilib  (yığılıb)  dağıldığını  görəndə 
Qanturalının hələ də döyüşməkdə olduğunu anlayır və 
özünü  ora  yetirir.  Məlum  olur  ki,  kafirlər  Qanturalının 
atını  oxla  vurublar,  özünü  göz  qapağının  üstündən 
yaralayıblar.  Üz-gözünü  qan  bürümüş  Qanturalı  kafiri 
qabağına  qatıb  qovur.  Selcan  xatun  təzədən  döyüşə 
atılır.  Kafirə  qarşı  qılınc  çalarkən  başqasının  köməyə 
gəlməsi  ilə  heç  cür  razılaşmaq  istəməyən  Qanturalı 
son  döyüşdə  ona  yardımçı  olanın  öz  "görklü"sü 
olduğunu  bilib  sakitləşir.  Döyüş  onların  qələbəsi  ilə 
başa  çatır.  Selcan  xatun  Qanturalını  atın  tərkinə  alıb 
"oda"ya sarı  yol  başlayanda həmin  məzəli  əhvalat  baş 
verir.  Yəni  Qanturalı  Selcan  xatunun  Oğuzda 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə