Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   2   3   4   5   6   7   8   9   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
11
öyünəcəyini,  "Qanturalını  atın  tərkinə  alıb  gətirdim" 
deyib  qürrələnəcəyini  düşünür  və  onu  öldürməklə 
hədələyir. Selcan xatun  nə  qədər dil  tökürsə,  "öyünər-
sə,  ər  öyünsün  –  aslandır,  öyünməklik  övrətlərə 
böhtandır"  deyirsə,  xeyri  olmur  –  Qanturalı  "yox, 
öldürsəm  gərəkdir"  deyib  durur.  Selcan  xatunun  səbri 
tükənir:  "Mərə,  qavat  oğlu  qavat!  Mən  aşağı  qulpa 
yapışıram,  sən  yuxarı  qulpa  yapışırsan.  Mərə,  qavat 
oğlu,  oxunlamı,  qılıncınlamı?  Gəl  bəri,  söyləşəlim"  (1, 
85). Bəli, Selcan xatunun Qanturalını yarışa çağırması 
məcburiyyətdən  irəli  gəlir  və  yarış  məzəli  şəkildə 
başladığı  kimi,  məzəli  şəkildə  də  bitir.  Selcan  xatun 
oxun 
dəmrənini 
(ucundakı 
dəmiri) 
çıxarır 
və 
Qanturalıya  tərəf  bir  ox  atır.  Elə  atır  ki,  qorxudan 
Qanturalının  “başındakı  bit  ayağına  enir".  Dəmrənsiz 
oxun  atılması  ilə  barışığın  başlanması  bir  olur.  Və 
Qanturalı sevgilisinin könlünü bu sözlərlə alır: 
Aslan uruğu, sultan qızı! 
Öldürməgə mən səni qıyarmıdım?! 
Öz canıma qıyam, mən sana qıymayam; 
Mən səni sınardım (1, 86). 
Qanturalının  bu  sözlərini  misal  çəkən  K.Abdulla 
yazır:  "Qəribə  bəhanədir!  Görəsən  Qanturalı  Selcan 
xatunu  nə  üçün  sınamaq  istəyir?  Bir  az  əvvəl 
düşmənlə hünərli döyüşü Selcan xatunu  bir daha heç 
zaman  sınamamaq  üçün  kifayət  deyildimi?  Özü  də 
yada  salsaq  ki,  bu  düşmən  ordusu    onun  öz  atasının 
ordusu idi, o zaman Selcanın sədaqət və etibarı daha 
da  qabarıq  şəkildə  canlanar.  Doğrudan  da,  qəribə 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
12 
sınaqdır!" (4, 87). "Dədə Qorqud"  həsr olunan dəyərli 
elmi əsərinin bu yerində K.Abdulla mifin hüquqi və etik 
yasaqlarından  danışır.  Eposdakı  yasaq  nümunələrini 
məntiqə  uyğun  nümunələr  kimi  nəzərdən  keçirən 
K.Abdulla  Qanturalının  Selcan  xatunu  sınamaq 
istəməsini  "qəribə  sınaq"  adlandırmaqda  tamamilə 
haqlıdır.  Doğrudan  da,  bu  sınaq  məntiqə  uyğun 
gəlməyən  bir  sınaqdır.  Amma  ozanın  da  başlıca 
məqsədi  bir  məntiqsiz  əhvalat  quraşdırmaq  deyilmi? 
Axı bu cür əhvalat quraşdırmaq məzə çıxarmağın, az-
çox gülüş doğurmağın səciyyəvi bir formasıdır. Selcan 
xatunun  sınamasına  aid  təhkiyədə  rast  gəldiyimiz  və 
yuxarıda  xatırlatdığımız  bəzi  cümlələr  ("Mən  aşağı 
qulpa  yapışıram,  sən  yuxarı  qulpa  yapışırsan". 
"Başındakı bit ayağına endi") baməzə danışıq tərzinin 
açıq-aydın  göstəricisidir.  Bizə  belə  gəlir  ki,  Selcan 
xatunun  məcburiyyət  qarşısında  qalıb  Qanturalını 
yarışa çağırması başqa bir şeylə yox, hadisələrə duz-
məzə  qatmaq,  toy-düyünlə  bitən  boyun  sonunda 
dinləyiciyə (oxucuya) daha xoş ovqat aşılamaq niyyəti 
ilə  bağlıdır.  Belə  olmasaydı,  kafirlə  döyüşdə  Selcan 
xatunun  böyük  şücaət  göstərdiyini  görən  Qanturalı 
döyüşdən  sonra    durub-durub  Selcan  xatunu  ölümlə 
hədələməzdi. 
Boyların  tutuşdurulmasından  aydınlaşır  ki,  Beyrək 
–  Banıçiçək  yarışması  ilə  müqayisədə  Qanturalı  – 
Selcan  xatun  yarışması  müəyyən  qədər  baməzə 
məzmun  daşıyır,  burada  əhvalat  yarıciddi-yarızarafat 
şəklində təqdim edilir. Belə müqayisəni boyların başqa 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
13
məqamları  arasında  da  aparmaq  olar.  Məsələn,  belə 
bir  məqam:  Selcan  xatunu  almaq  istəyən  neçə-neçə 
igid  vəhşi  heyvanların  əlində  güdaza  getdiyi  kimi, 
Banıçiçəyi də "istəyən" neçə-neçə adam Dəli Qarcarın 
əlində  güdaza  gedir.  Vəhşi  heyvanları  öldürməyə 
Qanturalı  gedirsə,  Dəli  Qarcarla  da  haqq-hesab 
çürütməyə Beyrək özü getməli deyildimi? Xeyr, Beyrək 
getməli  deyildi.  Ona  görə  ki,  burada  söhbət  elçiliyə 
getmək  üstündədir.  Dəli  Qarcarın  öldürdükləri,  çox 
güman  ki,  Banıçiçəyə  elçi  gələnlərdir.  Əgər  belədirsə, 
onda  Beyrək  özü  özünə  elçilik  edə  bilməzdi  və  Dədə 
Qorqudun  elçiliyə  göndərilməsində  təəccüblü  bir  şey 
yoxdur.  Təəccüb  doğuran  məsələ  Dəli  Qarcar  –  Dədə 
Qorqud 
münasibəti, 
aydınlaşdırılmasına 
ehtiyac 
duyulan  məsələ  Dəli  Qarcarın  Dədə  Qorqudla  "nanə-
cib" rəftarıdır.  
Bu  rəftarın  açarı,  bizcə,  "ciddi"  və  gülməli 
qarşılamasındadır.  "Bamsı  Beyrək"  boyunda  bahadır 
və  yalançı  bahadır,  adaxlı  və  yalançı  adaxlı,  ozan  və 
yalançı  ozan  qarşılaşmasına  uyğun  olaraq,  bir  ağıllı 
ilə  dəli  qarşılaşması  da  var.  Dədə  Qorqud  və  Dəli 
Qarcar əhvalatı məhz ağıllı ilə dəli qarşılaşmasıdır. Bu 
qarşılaşmanın  "Dədə  Qorqud"  eposu  üçün  nə  qədər 
səciyyəvi  olduğunu  məşhur  Əzrayıl  və  Dəli  Domrul 
əhvalatından da görürük. Bəli, Dəli Domrulun alıcı quş 
götürüb  göyərçin  cildinə  girmiş  Əzrayılın dalınca  düş-
məsi Dəli Qarcarın silahlanıb Dədə Qorqudun dalınca 
düşməsi  ilə  xeyli  dərəcə  oxşardır.  Əzrayıl  –  Dəli 
Domrul  əhvalatında  da  normalla  "anormal"  üz-üzə 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
14 
gəlir.  Əzrayıl,  əlbəttə,  normal  tərəfdir.  Çünki  o,  ölüm 
mələyi  kimi  nə  istədiyini,  iş-gücünün  nədən  ibarət 
olduğunu yaxşı bilir. Dəli Domrulun isə “anormal” tərəf 
olduğunu  xüsusi  əsaslandırmağa  ehtiyac  yoxdur. 
Təkcə  onu  demək  kifayətdir  ki,  Dəli  Domrul  Əzrayılı 
tanımır, Əzrayılın öz  xoşuna  yox, Allahın  əmri  ilə can 
aldığını  bilmir.  Belə  olmasaydı,  Dəli  Domrul  Əzrayılı 
tapıb  ona  qulaqburması  verməkdə  Allahdan  kömək 
istəməzdi. 
Ölüm 
mələyini 
Allahın 
köməyi 
ilə 
cəzalandırmaq  istəməsi  Dəli  Domrulun  dünyadan 
bixəbərliyinə  ən  tutarlı  misaldır.  Dəli  Domruldan  fərqli 
olaraq,  Dəli  Qarcarı  dünyadan  bixəbər  adam  saymaq 
çətindir.  Dəli  Domrul  Əzrayılı  tanımadığı  halda,  Dəli 
Qarcar, Oğuzda yaşayan bir adam kimi, çox güman ki, 
Dədə Qorqudu tanıyır və onun bir övliya olduğunu çox 
yaxşı  bilir.  Amma  bu,  bilib-bilməməzlik  fərqi  Dəli 
Domrulla  Dəli  Qarcar  arasındakı  oxşarlığı  qətiyyən 
aradan  qaldıra  bilmir.  Dəli  adını  daşıyan  bu  qəhrə-
manların  ən  böyük  oxşarlığı  ipə-sapa  yatmamaq, 
normadan  kənar  hərəkətlərə  yol  verməkdir.  Dəli 
Domrulun  ölüm  mələyinə,  Dəli  Qarcarın  isə  Dədə 
Qorquda  meydan  oxuması  məhz  normadan  kənara 
çıxmaqdır.  Dədə  Qorquda  əl  qaldırarkən  onun 
müqəddəs  adam  olduğunu  bilməsi  Dəli  Qarcarın 
normadan kənar addım atmasının dərəcəsini azaltmır, 
əksinə, daha da artırmış olur. Məsələnin məğzi elə bu 
nöqtədə ortaya çıxır və lazım gəlir ki, Oğuzda hamının 
müqəddəs  bildiyi  bir  adama  münasibətdə  həddini 
aşmağın, məlum davranış normalarını pozmağın nəyə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə