Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   2   3   4   5   6   7   8   9   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
15
xidmət  etdiyi,  hansı  bədii-mifoloji  funksiya  daşıdığı 
aydınlaşdırılsın. 
Dədə Qorqud – Dəli Qarcar əhvalatı eposda ağıllı 
və  dəli  münasibəti  üzərində  qurulan  bir  oyundur.  Bu 
oyun  yalnız  Dəli  Qarcarın  "anormallıq"  etməsi 
hesabına  yox,  həm  də  Dədə  Qorqudun  yaratdığı 
imkan və şərait hesabına baş tutur. Dədə Qorqud Dəli 
Qarcarın  dəlilik  etməsinə  meydan  verir  və  özünün 
kəraməti,  aqilanə  hərəkəti  ilə  həmin  dəliliyin  qarşısını 
alır.  Həm  Dəli  Qarcarın  dəliliyində,  həm  də  Dədə 
Qorqudun bu dəlilikdən qorunmasında bir gülüş ahən-
ginin  olması  danılmazdır.  Çünki  Dəli  Qarcarın  davra-
nışı  normadan  kənar  davranış  olduğu  kimi,  Dədə 
Qorqudun  da Dəli  Qarcarın  qabağına düşüb  qaçması 
övliyaya "yaraşmayan" normadan kənar bir hərəkətdir. 
Normadan  kənar  hərəkət  və  davranışın  isə  az-çox 
gülüş  doğurması  tamamilə təbiidir. Dədə  Qorqud Dəli 
Qarcarın  normadan  kənara  çıxan  və  gülüş  doğuran 
hərəkətlərinə  rəvac  verirsə,  demək,  bu  barədə  ciddi 
düşünmək,  Dədə  Qorqudun  oyundaşlığına  xüsusi 
diqqət yetirmək lazımdır. 
Əvvəl Dədə Qorqudun oyundaşlığına nəzər salaq, 
sonra  isə  bu  oyundaşlıqdan  doğan  gülüşün  Dədə 
Qorqudla 
əlaqəsinin 
hansı 
məna 
daşımasını 
aydınlaşdırmağa çalışaq. 
Folklorda,  o  cümlədən  qəhrəmanlıq  eposunda 
gücün bir göstəricisi vuran qoldursa, bir göstəricisi də 
ağıldır,  kələkdir.  “Dədə  Qorqud”  eposunda  ağılın  ən 
böyük təmsilçisi Qorqud Ata olduğuna görə yumoristik 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
16 
kələkbazlığı bu obrazda da axtarmalı oluruq. Məsələn, 
başlıq  yerinə  başqa  şeylərlə  bərabər,  min  birə  də 
istəyib  işi  düyünə  salmaq  fikrində  olan  Dəli  Qarcara 
kələk  gəlmək  Dədə  Qorquddan  ötrü  asan  bır  işdir. 
Dədə  Qorqud  Dəli  Qarcara  soyunub  ağıla  girməyi  və 
birələrin  gözəgəlimlisini  seçməyi  məsləhət  görür. 
Dəlisov və ağıllı süjetinin folklordakı məlum və məşhur 
ənənəsinə  görə,  dəlisov,  ağıllının  məsləhətinə  sorğu-
sualsız  qulaq  asmalı  və  körpə  uşağın  belə  atmadığı 
gülməli  addımı  atmalıdır.  Dəli  Qarcar  da  Dədə 
Qorqudun  məsləhəti  ilə  həmin  gülməli  addımı  atır  – 
soyunub  birə  topasının  içinə  girir:  «Dədə  Qorqud... 
Dəli  Qarcarı  bir  birəli  yerə  gətirdi.  Dəli  Qarcarı 
yalınçaq  eylədi,  ağıla  qoydu.  Birələr  Dəli  Qarcara 
üşdülər.  Gördü  bacarı  bilməz,  aydır:  «Mədəd,  Dədə! 
Kərəm  eylə,  Allah  eşqinə!  Qapıyı  aç,  çıqayın!»  – 
dedi...  Dədə  qapıyı  açdı.  Dəli  Qarcar  çıqdı.  Dədə 
gördü kim, Dəlinin canına keçmiş, başı qopusu olmuş, 
gövdəsi  birədən  görünməz.  Yüzü-gözü  bəlirməz. 
Dədənin  ayağına  düşdü:  «Allah  eşqinə,  bəni  qurtar!» 
– dedi. Dədə Qorqud: «Var, oğul, kəndini  suya ur!» – 
dedi.  Dəli  Qarcar  səgirdərək  vardı,  suya  düşdü. 
Birədir,  suya  aqdı,  getdi»  (1,57).  Göründüyü  kimi, 
Dədə  Qorqudun  qurduğu  kələklə  Dəli  Qarcarın  birə 
dolu  ağıla  girməsi  və  oradan  başılovlu  çıxıb  özünü 
suya  vurması  kifayət  qədər  gülməli  əhvalatdır.  Və  bu 
gülməli  əhvalatı  quraşdırıb  danışmağı  ozan  başqa 
əhvalatları  danışmaq  qədər  əhəmiyyətli  hesab  edir. 
Belə  olmasaydı,  ozan  hadisələrin  lap  başlanğıcında 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
17
Dədə 
Qorqudun 
Dəli 
Qarcara 
qulaqburma 
verməsindən  və  elçilik  məsələsini  çox  asanca  öz  yo-
luna  qoymasından  bəhs  edib  süjet  xəttini  tam  başqa 
bir  məzmunda  qurardı.  Məsələn,  qarşılaşmanın  ilk 
anındaca  bir  övliya  kimi  kəramət  göstərib  Dəli 
Qarcarın  gözünün  odunu  almaq  Dədə  Qorquda  çətin 
olmaz  və  o,  Dəli  Qarcarı  müti  qul  kimi  özünə  çox 
asanca  tabe  edə  bilərdi.  Amma  Dədə  Qorqud  bu 
addımı  atmaq  əvəzinə,  Dəli  Qarcarla,  necə  deyərlər, 
qovdu-qaçdı  oyunu  oynamağı  qabaqcadan  planlaş-
dırır:  qaçmaq  oyununun  daha  ləzzətli  alınması  üçün 
özü  ilə  bir  at  yox,  iki  at  götürür.  Bu  atları  ozanın 
tərəfindən  Toğlu  başlı,  Keçi  başlı  adlandırması  da, 
çox güman kı, təsadüfi deyil. Ozan atlara məzəli adlar 
verməklə,  görünür,  bu  atların  gülməli  bir  oyuna 
yardımçı  olacaqlarına  bəri  başdan  işarə  edir.  Qovdu-
qaçdı  oyununun  ən  gərgin  anı  belə,  növbəti  məzəli 
sərgüzəştlərə  təkan  verir.  “Ən  gərgin  an”  dedikdə, 
təbii ki, Dəli Qarcarın Dədə Qorquda əl qaldırması və 
Dədə  Qorqudun  qarğışı  ilə  Dəli  Qarcarın  qolunun 
quruması epizodunu nəzərdə tuturuq. Bu qulaqburma 
epizodundan  sonra  da  Dəli  Qarcarın  tərsliyi  yerə 
qoymaması  və  əcaib-qəraib  başlıqlar,  o  cümlədən 
birələr  istəməsi  yalnız  Dəli  Qarcarın  dəlisovluğunu 
göstərmək  üçün  yox,  həm də Dədə  Qorqudun  məzəli 
sərgüzəştə  şərait  yaratmasını  göstərmək  üçün 
lazımdır. Ozanın inamına görə, Dədə Qorqudun öyüd-
nəsihəti  nə  qədər  vacibdirsə,  Dədə  Qorqudun  məzəli 
sərgüzəştləri  də  bir  o  qədər  vacib  və  əhəmiyyətlidir. 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
18 
Bu inamın təzahürüdür ki, eposda Qorqud Atanı yalnız 
müdrik  ağsaqqal  yox,  həm  də  bir  trikster  şəklində 
görürük. 
Bəllidir ki, Dədə Qorqud heç bir boyda "Bamsı Bey-
rək"  boyundakı  kimi  hadisələrin  fəal  iştirakçısı  deyil. 
Fəal  iştirakçı  olduğu  yeganə  boyda  Dədə  Qorqudu  bir 
trikster  rolunda  görürüksə,  buna  təsadüfi  hal  kimi 
baxmaq  olmaz.  Məsələ  burasındadır  ki,  Dədə 
Qorqudun  övliyalığı  ilə  trik-sterliyi  arasında  ziddiyyət 
yoxdur,  əksinə,  bu  iki  cəhət  bir-birini  tamamlayır  və 
vahid  aqil  obrazını  ortaya  çıxarır.  Aqil  Qorqudun 
qüdrəti bir yandan onun ağsaqqallığında, övliyalılığında 
üzə  çıxırsa,  o  biri  yandan  da  onun  triksterliyində  üzə 
çıxır. 
Dədə  Qorqud  triksterliyinin,  bütövlükdə  Dədə 
Qorqud  –  Dəli  Qarcar  sərgüzəştinin  hadisələr 
sırasında  yerini  müəyyənləşdirmək  xüsusi  maraq 
doğurur.  Məsələyə  bu  baxımdan  aydınlıq  gətirmək 
məqsədilə  Dədə  Qorqud  Dəli  Qarcar  qarşılaşmasının 
hansı  əhvalatlardan  sonra  gəldiyinə  diqqət  yetirək: 
Beyrək  "düyün  qanlı  olsun,  xan  qızı"  deyib,  altun 
üzüyü Banıçiçəyin barmağına taxır və əhd-peyman bu 
şəkildə bağlanır: "Ortamızda bu, nişan olsun, xan qızı! 
– dedi. Qız aydır: – Nola, xanım, baş üzərinə! – dedi" 
(1,  56).  Deməli,  Beyrəklə  Banıçiçək  arasındakı  bu 
söhbət  elçilik,  toy-düyün  söhbətidir.  Banıçiçəklə 
aralarındakı  bu  əhd-peymana  uyğun  olaraq,  Beyrək 
elçilik  və  toy-düyün  tədbirlərinə  başlayır.  "Qanturalı" 
boyunda  olduğu  kimi,  bu  boyda  da  toydan  əvvəl 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə