Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə44/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   36   37   38   39   40   41   42   43   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
175
başlayır,  saatın  əqrəbləri  irəliyə  yox,  geriyə  hərəkət 
edir və s.  Tələbə  nə  qədər  qorxsa da,  özünü  ələ  alır, 
müşahidə  etdiyi  qəribəliklərin  elmi  izahını  verməyə 
çalışır.  Tələbənin  öz-özü  ilə  daxili  söhbəti,  özünü 
təmkinə  çağırma  epizodları  povestdə  xeyli  yer  tutur. 
Qəfildən  müəllif  tələbəni  psixatr  və  astrofiziklə 
görüşdürür.  Diqqət  yetirdikdə  aydın  olur  ki,  əslində 
onlar tələbənin özüdür, onun ikinci Mənidir, başqasına 
çevrilməsidir.  Müəllif  mətni  sadələşdirmək,  daxili 
ikiləşmə  prosesini  daha  görümlü  təsvir  etmək  üçün 
tələbəni  psixatr  və  astrofizik  simasında,  qəribəliklərin 
elmi şərhini verən ikinci Məni ilə dialoqda qələmə alır. 
İkinci  Məni  ilə  bu  cür  qarşılaşması  tələbənin  təklik 
azarından  irəli  gələn  sarsıntılarını,  fərdi  cizgilərini 
oxucuya  çatdırmaq  vasitəsi  olmaqla  məhdudlaşmır, 
həm  də  oxucuya  səbəb  və  nəticə,  zaman  və  məkan 
kimi  köklü  anlayışlar  barədə  götür-qoy  etmək,  onlara 
yeni  gözlə  baxmaq  mətləbi  aşılayır.  Tələbənin  ətraf 
adamlarla  dil  tapa  bilməməsi  yer  üzündəki  insanların 
başqa  planetlərlə  əlaqə  yaratmaq  istəməsi  kimi 
məsələlərlə  qaynayıb-qarışır.  Povestdə  bir  istehza 
ahəngi sezilməkdədir. Öz aralarında dil tapa bilməyən 
adamların  başqa  planetlərlə  ünsiyyət  bağlamaq 
istəməsini, 
başına 
qəribə 
oyunlar 
gəlməsinə 
baxmayaraq, 
tələbənin 
yenə 
adamlara 
yaxınlaşmamasını,  təkliyin  törətdiyi  xofun  qarşısında 
dəli  olmamağa  söz  verməsini  kinayəsiz  qəbul  etmək 
olmur.  Qarşılaşdığı  qeyri-adi  dəyişmələr  müqabilində 
tələbənin  bu  cür  «mübarizliy»i  folklorda  qorxaq 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
176 
Əhmədlərin 
yalançı 
pəhləvanlığını 
yada 
salır 
(«Ustacan  Əhməd»  nağılı).  Qorxaq  Əhmədlərin 
yalançı  pəhləvanlığı  (məsələn,  atdan  yıxılacağından 
qorxub  ağacdan  yapışması  və  ağacı  kökündən 
çıxarması)  şən  gülüş  doğurursa,  tələbənin  qorxulu 
məqamlardan  «mətanət»lə  çıxması  da  istehza 
doğurur.  Oxucu  şübhə  etmir  ki,  tələbənin  özünə 
toxtaqlıq  verib  qarabasmadan  yaxa  qurtarması 
müvəqqətidir. O, kosmik əlaqələrə dair nə qədər kitab 
oxuyub  savadını  artırsa  da,  beyninin,  ürəyinin  dərin 
qatlarında 
özündən 
asılı 
olmadan 
yaşatdığı 
əcdaddangəlmə 
duyğulardan 
yaxa 
qurtara 
bilməyəcək.  Oxucu  bu  qənaətə  gəlir  ki,  tələbə  son 
dərəcə  rasional  olmağa  çalışsa  da,  daxilən  psixatra, 
astrofizikə  çevrilib  qeyri-adi  dəyişmələri  mümkün  adi 
hallar kimi aydınlaşdırmağa, «zərərsizləşdirməy»ə səy 
göstərsə  də,  tənhalığın  gərgin  anları  onu  əvvəl-axır 
irrasional bir aləmlə qarşılaşdıracaq. 
Ə.  Əylisli,  Elçin  və  Anar  yaradıcılığından 
gətirdiyimiz  nümunələrdə  folklordan  qidalanan  qeyri-
adi  dəyişmə  və  çevrilmələr  ayrı-ayrı  fərdlərin  daxili 
aləmi  ilə  əlaqələndirilir.  Qeyri-adilik  həm  ətraf 
adamların  (Zinyət  Şəkərək  qızı  kimilərin),  həm  də 
«möcüzə»  ilə  rastlaşan  qəhrəmanların  (S.Qayıblı  və 
tələbə  kimilərin)  adi  düşüncələri  ilə  ziddiyyətin  bir 
təzahürü kimi qələmə alınır. «İdealist» Sadığın Zinyət 
Şəkərək  qızı  kimi  «materialist»lərlə  qarşılaşdırılması; 
pencəyin,  şəkildəki  adamın  dəyişməsindən S.  Qayıblı 
və  tələbənin  təəccüb,  heyrət,  qorxu  hissi  keçirməsi 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
177
adidə  qeyri-adini  daha  qabarıq  göstərməyə  kömək 
edir.  Qeyri-adilik  heç  də  həmişə  obrazın  müsbət 
mənəvi  keyfiyyətlərinin  ifadəsi  demək  deyil.  Əgər 
ağacı  insan,  insanı  kəpənək  timsalında  görmək 
Sadığın daxili saflığının bir əlamətidirsə, S. Qayıblı və 
tələbənin  fantastika  ilə  üzləşməsi  onların  ətraf 
mühitdən  uzaqlaşmağa  meyl  göstərməsinin  bir 
ifadəsidir.  Xarakterin  müsbət  və  yaxud  mənfi 
cizgilərini 
əks 
etdirib-etdirməməsindən 
asılı 
olmayaraq,  qeyri-adi  dəyişmə  və  çevrilmələr  nəsrə 
folklor  ruhunu,  xalq  yaradıcılığına  məxsus  arxaik 
yanaşma tərzini gətirməkdə mühüm rol oynayır. 
Folklora  xas  arxaik  yanaşma  tərzi  M.Süleymanlı 
nəsrində daha geniş miqyasdadır. 70-ci illərdə yazdığı 
«Köç»,  «Şeytan»,  «Yel  Əhmədin  bəyliyi»  kimi  roman 
və  povestlərdə  M.Süleymanlı  bədii  mətni  bütövlükdə 
mif modeli üzərində qurmağa çalışır. Mif modeli təkcə 
əski  çağların  koloritini  yaratmaqda  yox,  həm  də 
müasir  dövrlə  bağlı  hadisələrin  qələmə  alınmasında 
yazıçıya gərək olur. «Köç» romanında Keçmiş və İndi 
sərhədləri 
məhz 
mifologizm 
vasitəsilə 
aradan 
götürülür. Neçə yüz əvvəlin adamı ilə bu günün adamı 
dünyaduyumuna  görə  bir-birini  tamamlayır.  Müxtəlif 
zamanlarda  ömür sürmüş ayrı-ayrı  adamların eyni  ad 
(Beyrək, Bəkil, İmir və s.) daşıması təsadüfi deyil. Sa-
bahı  görən,  olacaq  əhvalatları  qabaqcadan  bilən  İmir 
neçə  yüz  il  qabaq  yaşamış  İmirin  davamıdır.  Çox 
təəssüf  ki,  romanda  bir  çox  hallarda  etnoqrafik 
informasiya  bədii  materialı  üstələyir,  arxaiklik  canlı 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
178 
obrazlarla  ifadə  olunmur.  Arxaikliyi  gözə  soxmadan 
təbii şəkildə obrazların canına hopdurmaq baxımından 
«Şeytan» povesti daha uğurlu təsir bağışlayır. 
Dünya  ədəbiyyatında  şeytan  mövzusuna  az 
müraciət 
olunmayıb. 
Bu 
mövzu 
Azərbaycan 
ədəbiyyatı  üçün  də  yeni  deyil.  Təkcə  H.  Cavidin 
«İblis»  faciəsini  xatırlatmaqla  həmin  mövzunun 
Azərbaycan  ədəbiyyatındakı  yeri  barədə  təsəvvür 
yaratmaq  olar.  M.  Süleymanlı  şeytan,  iblis  mövzulu 
yazılı 
sənət 
nümunələrindən 
necə 
bəhrələnib, 
özündən  əvvəlkilərdən  nə  ilə  fərqlənib?  Bu,  tamam 
ayrıca  söhbətin  mövzusudur.  Bizi  bu  yerdə  konkret 
olaraq M. Süleymanlının xalq təfəkkür tərzi ilə bağlılığı 
maraqlandırır. Müəllif şeytanla əlaqədar xalq arasında 
bu gün də yaşamaqda olan arxaik təsəvvürləri xüsusi 
nəzərə  alır,  «şeytan  qəlbimə  girdi»,  «şeytan  məni 
yoldan  çıxartdı»,  «şeytana  lənət,  kimi  istəyir  girir 
donuna»  və  s.  kimi  deyimlərdə  yaşayan  dünyabaxış 
formasını bədii əksetdirmənin canına hopdurur. 
Özünüdərk  anları  yaşayan  adamın  şərlə  daxili 
toqquşması  psixoloji  nəsr  üçün  ənənəvi  bir  əlamətdir 
və  gözləmək  olardı  ki,  M.  Süleymanlı  da  şeytan 
mövzusundan 
sarsıntılar 
keçirən 
qəhrəmanın 
ikiləşməsi,  öz-özü  ilə  daxili  konfliktdə  olması  vasitəsi 
kimi 
istifadə 
edəcəkdir. 
Amma 
belə 
olmur. 
Fantasmoqoriyanın  Elçinin  hekayələrində,  Anarın 
«Əlaqə»  povestində  müşahidə  etdiyimiz  funksiyasına 
M. 
Süleymanlının 
«Şeytan»ında 
rast 
gəlmirik. 
«Şeytan»da 
fantasmoqoriya 
ayrıca 
götürülmüş, 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
179
qabardılmış  fərdi  dünyalardan  daha  çox  kütlənin 
psixologiyasını 
işıqlandırmaq 
funksiyası 
daşıyır. 
Şeytan hər hansı bir nəfərin yox, bütün kənd adamla-
rının  qəlbinə  yol  tapmağa  can  atır,  kimini  oğurluğa, 
kimini dava-dalaş salmağa, kimini ara vurmağa, kimini 
də  özgəsinin  halalına  tamah  salmağa  sövq  edir. 
Kəndin  ən  möhkəm  iradəli  adamı  olan  Bəkirə  bata 
bilməyəndə Şeytan özü onun  cildinə  girir.  Adamlar  iki 
Bəkirlə  qarşılaşırlar:  Bəkirin  özü  və  Bəkir  donunda 
Şeytanla.  Bu,  daxili  ikiləşmə  deyil.  Bəkir  daxilən 
tamdır,  bütövdür,  heç  bir şərə, şeytan  əməlinə  uyma-
yıb.  Şərə,  şeytan  əməlinə  uyan  ətrafdakı  adamlardır. 
Şeytana  aldanan  adamlarla  öz  bütövlüyünü  saxlayan 
Bəkir  arasındakı  fərq  fərd  və  kütlə  harmoniyasını 
pozur.  Bəkir  kütlədən  uzaqlaşmaq  məcburiyyətində 
qalır.  O  vaxta  qədər  ki  camaat  şeytanın  şeytanlığını 
anlayır,  cütçü  Bəkirin  günahsızlığını  başa  düşür. 
Şeytan qovulandan sonra Bəkir yenidən öz ev-eşiyinə 
qayıdır və fərd – kütlə harmoniyası bərpa olunur. 
Müəllif 
camaatın 
qovduğu 
Bəkiri 
daxili 
sarsıntılarda,  ətraf  mühiti  ittiham  etmə  məqamlarında 
təsvir edə bilməzdimi? Edə bilərdi, amma onda tamam 
başqa  bir  əsər  yazmalı  olardı.  İndiki  halda  müəllif 
üçün Bəkirdən daha çox, Bəkirin də daxil olduğu kütlə 
ön plandadır. Bu isə ondan irəli gəlir ki, M. Süleymanlı 
bir  sıra  digər  cəhətlərlə  yanaşı,  folklordakı  fərd  və 
kollektiv 
münasibətini 
də 
nəzərə 
alır, 
həmin 
münasibəti  özünəməxsus  şəkildə  qoruyub  saxlamağa 
çalışır.  Bəlli  olduğu  üzrə,  xalq  nəsrində  ayrı-ayrı 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
180 
adamların  qeyri-adi  qəhrəmanlıqları,  qeyri-adi  ağıl  və 
fərasəti  var,  amma  fərdiləşdirmə  aparıcı  deyil.  Qeyri-
adi  igidliklər  göstərən  kiçik  qardaşlar  bir-birinə 
bənzərdir,  ağıl  və  fərasət  hesabına  başını  dolandıran 
keçəllər 
bir-birinin 
davamıdır. 
Folklorda 
ad 
(Məlikməmməd,  Məhəmməd,  Əhməd  və  s.)  əksər 
hallarda şərti səciyyə daşıyır və heç də qəhrəmanların 
bir-birinə  bənzəyib,  silsilə  yaratmasına  mane  olmur. 
«Köç»  romanında  bir  neçə  obrazın  eyni  ad  daşıması 
və xaraktercə bir-birini tamamlaması, görünür, həm də 
folklor ənənələrindən gəlir. Ən qeyri-adi xüsusiyyətləri 
olan İmiri belə yazıçı xüsusi şəkildə ayırıb ətraf mühitə 
qarşı  qoymur,  əksinə,  qeyri-adiliyin  əcdaddangəlmə 
adi  bir  əlamət  olduğunu  diqqətə  çatdırır  və  bununla 
fərdini  kütləviləşdirir.  Bu  cəhət  «Şeytan»  üçün  də 
səciyyəvidir.  Bəkir  ətrafdakı  adamlardan  nə  qədər 
fərqlənsə  də,  bir  o  qədər  həmin  adamlara  bağlıdır. 
M.Süleymanlı  Bəkirin,  eləcə  də  İmirin,  Yel  Əhmədin 
(«Yel Əhmədin bəyliyi» povesti) başqalarından seçilən 
fərdi 
keyfiyyətlərini 
ümumi-kütləvi 
fonun 
yaradılmasına,  vahid  bir  dünyanın  təsvir  olunmasına 
doğru  yönəldir.  Onun  qələmə  aldığı mühit  miflə  nəfəs 
alır. İmirin gələcəkdən xəbər verməsi, Şeytanın adam 
cildinə  girməsi,  Əhmədin  yel  kimi  uçub  getməsi 
ətrafdakı  adamları  bir  elə  təəccübləndirmir.  Çünki 
iyirminci  əsrin  sonunda  yaşasalar  da,  onlar  keçmiş-
dəngəlmə 
dünyagörüşü 
saxlamaqdadırlar. 
Bu 
dünyagörüş istər-istəməz, təhtəlşüur şəklində də olsa, 
üzə  çıxır  və  hadisələrin  axarına  öz  təsirini  göstərir. 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
181
Ə.Əylisli,  Elçin,  Anar  təhtəlşüurluluğu  daha  çox  ayrı-
ayrı 
qəhrəmanların 
timsalında 
əks 
etdirirlərsə, 
M.Süleymanlı  həmin  cəhəti  bütöv  kütlə  ilə  bağlı 
şəkildə 
əks 
etdirir. 
Təəccüblü 
deyil 
ki, 
M. 
Süleymanlıda el, camaat xüsusi obraz  kimi  çıxış edir, 
fərd kimi təqdim olunur: 
« – Sabah Yel Əhmədin toyudu, – dedilər. 
Kəndin  camaatı  qurdalana-qurdalana,  üzdən-
üzdən  xırda  işlər  görə-görə  bir  yerə  yığışdılar 
(«yığışdı» olmalıdır – M.K.). Əhmədin toyunu fikirləşə-
fikirləşə  biri  inəyini  tumarlayırdı,  biri  sənək  dibi 
döyürdü,  biri  kilid  düzəldirdi.  Üzdən-üzdən  gördükləri 
bu  xırda  işləri  atıb  hamı  bir-birinə  sarı  getdi.  Kəndin 
camaatı bir yerə yığışıb oldu bir adam. Bir adam kimi 
də  Əhmədin  toyunu  başladılar...»  (3,  231).  Camaatın 
bu  cür  təqdim  olunması  ondan  irəli  gəlir  ki,  M. 
Süleymanlı  kütlənin  psixologiyasını  əks  etdirməyə 
xüsusi 
meyl 
göstərir. 
«Yel 
Əhmədin 
bəyliyi» 
povestində,  eləcə  də  «Köç»  romanında  el-obanın 
hərəkət,  yürüş  stixiyası  ifadə  olunur.  «Şeytan» 
povestində  müəllif  bütöv  bir  camaat  fonunda  şərlə 
mənəvi toqquşmanı qələmə alır. 
M.Süleymanlının  adlarını  çəkdiyimiz  əsərlərində 
fərdi  daxili  aləmdən  daha  çox  ətraf  aləmin  diqqət 
mərkəzinə 
keçməsi 
xarakterin 
hərəkət 
və 
davranışlarda açılması üsuluna geniş meydan açır. Bir 
yurddan o birinə köç və yürüş edən igidlərin, tozanaq 
kimi  burdan  vurub  ordan  çıxan  Şeytanın  dalınca 
qoşan  adamların,  yeriyəndə  yel  kimi  qanadlanan 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
182 
Həmid  və  Əhmədin  xarakterini  oxucuya  çatdırmaqda 
dinamik süjet təbii və yerində görünür. Amma orası da 
var ki, psixoloji nəsr yüyənsiz at kimi, yel kimi baş alıb 
gedən zamandan daha artıq, su kimi bir yerdə göllənib 
ləngiyən  zamana  –  fərdin  düşüncələr  aləminə  meyl 
göstərir.  Psixoloq-sənətkar  fərdin  daxili  aləmindən 
söhbət  açarkən  kütlədən  də  bəhs  edə  bilir.  Fərdin 
daxili  aləmində  kütlədəngəlmə  çoxmənalılığı  əks 
etdirmək  mühüm  sənətkarlıq  məziyyəti  kimi  ortaya 
çıxır. Ayrı-ayrı qəhrəmanların, düşünüb-daşınan, özü-
nüdərk,  dünyanıdərk  situasiyaları  yaşayan  fərdlərin 
psixoloji  aləmində  bir  genişlik,  çoxmənalılıq  əks 
etdirmək  istəyən  yazıçı,  təbii  ki,  folklora  da  üz  tutur, 
ondan bəhrələnir. Belə bir ədəbiyyatşünaslıq faktı təbii 
sayılmalıdır  ki,  F.Dostoyevskinin  psixoloji  nəsrini 
«polifonik» (çoxsəsli) nəsr adlandıran M.M.Baxtin xalq 
gülüş  mədəniyyətini  də  «ambivalent»  (çoxmənalı) 
mədəniyyət hesab edir, çoxmənalı bədii əksetdirmənin 
köklərini arxaik təsəvvürlərlə əlaqələndirir. 
Burada  folklor  barədə  ayrıca  danışmağımız,  ilk 
növbədə, 
müasir 
nəsrin 
çoxmənalılığa 
doğru 
irəliləyişində 
qarşıya 
çıxan 
çətinliklərə 
diqqəti 
yönəltmək  istəyindən  irəli  gəldi.  Belə  çətinliklər 
sırasında  təsdiq  və  inkar,  müsbət  və  mənfi,  xeyir  və 
şər  kimi  tərəflərin  nisbəti  məsələsi  xüsusi  yer  tutur. 
Nəsr  mənfi  və  müsbət  tərəfləri  özündə  birləşdirən 
insana  müraciət  etdikcə  ədəbi  tənqid  bu  meyli  nə 
qədər alqışlayırsa, bir o qədər də ədəbi tənqiddə ideal 
qəhrəman  həsrəti  güclənir.  Qəribədir  ki,  ideal 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
183
qəhrəman  barədə  mülahizələrini  əsaslandırmaq  üçün 
ədəbiyyatşünasların  ən  çox  nümunə  gətirdikləri 
mənbə  folklor  olur.  Əlbəttə,  biz  folklorda  ağ  və  qara 
qarşıdurmalarının  olmasını  inkar  etmirik.  Ancaq 
nəzərə  çatdırmaq  istəyir  ki,  bu  cür  qarşıdurmalar 
folklorda 
ağ 
və 
qaranın 
qaynayıb-qarışması 
istiqamətinə  göz  yummağa  da  əsas  vermir.  «İslah 
olunmalı», «məhv edilməli» həyat amilləri ideologiyası 
üzərində  kökləndiyimizdən folklorda  gülüşü «öldürücü 
atəş  açan»  bədii  vasitə  saymışıq.  Halbuki  folklorda 
gülüş  «öldürücü  atəş  açmaqdan»  çox-çox  öncə 
doğuluş  və  həyat  simvoludur.  Məzlumun,  maymağın 
ölümü  (məsələn,  «Tülkü,  tülkü,  tünbəki»  nağılında 
tısbağanın  yeyilməsi)  «hakim»ə  nifrət  oyatmaqdan 
əvvəl,  məzluma,  maymağa  qarşı  gülüş  doğurur  və 
belə  məqamlarda  öləni  müsbət,  öldürəni  mənfi 
adlandırmaq çətinləşir.  İfrat  müsbətlik və  ifrat mənfilik 
ölçülərindən  uzaqlaşıb  insanı  hərtərəfli  planda  təsvir 
edən müasir nəsr, təbii ki, folklordakı çoxmənalılıqdan 
qidalanır və ədəbi tənqidin yalançı folklor çağırışlarına 
məhəl  qoymur.  Cahandar  ağa,  Qılınc  Qurban,  Laçın, 
Qədir,  Nemət...  kimi  həm  müsbət,  həm  də  mənfini, 
həm  təsdiq,  həm  də  inkar  amilini  özündə  birləşdirən 
qəhrəmanlarla Kosa, Keçəl, Molla Nəsrəddin arasında 
birbaşa  əlaqə  axtarmaq  fikrindən  uzağıq.  Amma 
inanırıq  ki,  mütləq  xeyir  və  mütləq  şər  kimi  birtərəfli 
baxışlardan  uzaqlaşmağa  can  atan  nəsr  «xeyirlə  şər 
qardaşdır» 
dünyagörüşünə 
arxalanan 
folklorun 
davamıdır. 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
184 
 
QAYNAQLAR 
 
1. Ə.  Əylisli.  Adamlar  və  ağaclar.  Bakı,  Gənclik, 
1970 
2. Elçin.  Qatar.  Pikasso.  Latur.  1968.  –  Bir  görüşün 
tarixçəsi. Bakı, Azərnəşr, 1977 
3. Süleymanlı  M.  Yel  Əhmədin  bəyliyi.  –  Köç.  Bakı, 
Yazıçı, 1984 
 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
185
BAŞLIQLAR 
 
 
I BÖLMƏ. EPOS 
 
“Dədə 
Qorqud”: 
gülüş 
kultu 
və 
obrazın 
ikiləşməsi........3 
Mənfi əvəzedici...................................................27 
Yalançı qəhrəman...............................................48 
“Koroğlu”: problemlər, mülahizələr......................71 
 
II BÖLMƏ. NƏSR 
 
Daxili monoloq....................................................89 
Elmi-texniki tərəqqi və nəsr...............................128 
Çağdaş nəsr və folklor.……............................... 145 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
186 
Muxtar Kazımoğlu (İmanov) 
Epos. Nəsr. Problemlər. 
Bakı, « Елм вя тящсил », 2012 
 
 
 
Íÿøðèééàò äèðåêòîðó: 
Надир Мяммядли 
 
Êîìïƒòåðäя jû‹äû: 
Рущянэиз Ялищцсейнова 
 
Korrektor: 
Aynurə Səfərova 
 
Êîìïƒòåð òяðòèá÷èñè âя 
òåõíèêè ðåäàêòîðó: 
Айэцн Балайева 
 
 
Êà‹ûç ôîðìàòû: 60/84 1/32 
Ìяòáяя êà‹ûçû: ¹1 
Щя‡ìè: 164 ñяù. 
Òèðàæû: 500 
 
 
Êèòàá Àçəðáàj‡àí ÌÅÀ Ôîëêëîð Èíñòèòóòóíóí 
Êîìïƒòåð Ìəðêəçèíäə jû‹ûëìûø, “Elm və təhsil” ÍÏÌ-äÿ  
îôñåò ƒñóëó èëə ÷àï îëóíìóøäóð. 
 
 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə