Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   2   3   4   5   6   7   8   9   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
19
məzəli  əhvalat  (Dədə  Qorqudun  elçiliyi)  baş  verir.  Bu 
əhvalat  da  Qanturalı  –  Selcan  xatun  yarışması  kimi, 
əhvali-ruhiyyəni  toyqabağı  yüksəltmək  üçündürmü? 
Xeyr,  elə  deyil.  Ona  görə  ki,  Beyrəyin  toyu  qan 
qaraldan,  ürək  parçalayan  hadisə  –  Beyrəyin  və  otuz 
doqquz  yoldaşının  tutulub  əsir  aparılması  nəticəsində 
yarımçıq  qalır,  şadlıq  vay-şivənlə  əvəz  olunur.  Bəs 
onda məlum kədərli hadisədən qabaq Dədə Qorqudun 
məzəli  elçilik  sərgüzəştini  təqdim  etmək  nədən  irəli 
gəlir?  Bizcə,  qəm-qüssəni  sevinclə  növbələşdirmək, 
dinləyicini (oxucunu) ifrat dərəcədə kədərləndirməmək 
istəyindən.  Bu  prinsip  tək  "Dədə  Qorqud"  yox,  o  biri 
dastanlarımız  üçün  də  səciyyəvidir.  Belə  olmasaydı, 
ən  qəmli  dastanlarımızdan  olan  "Əsli-Kərəm"də 
"Milçəyin dastanı" kimi son dərəcə gülməli şeir birdən-
birə mətnə daxil edilməzdi. Sevinc-qəm növbələşməsi 
prinsipinə  əsaslanıb  belə  hesab  etmək  olar  ki, 
Beyrəyin  dustaqlığından  başlayıb  davam  edən  gərgin 
əhvalatlar 
ərəfəsində 
Dədə 
Qorqud 
elçiliyinin 
yarızarafat-yarıciddi 
şəkildə 
təsvir 
edilməsi 
tamamamilə məqsədəuyğundur.  
"Ciddi"  və  gülməli  paralelliyinin  "Dədə  Qorqud" 
eposunda  təsadüfi  hal  olmayıb  bir  sistem  yaratdığını, 
bir  sistem  şəklində  ortaya  çıxdığını  iddia  ediriksə, 
onda  boyun  baş  qəhrəmanına  xüsusi  diqqət  yetirmək 
zərurəti  yaranır.  Ona  görə  ki,  sistem  şəklində  ortaya 
çıxan  bir  şeyin  baş  qəhrəmandan,  baş  qəhrəmanın 
strukturundan  yan  keçməsi  mümkün  deyil.  Mümkün 
deyil ki, Banıçiçək və "dvoynik" məsələsi boyda əsaslı 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
20 
yer  tutduğu  halda,  bu  məsələ  Beyrək  obrazının 
təqdimatına öz təsirini göstərməmiş olsun. Beyrək ob-
razının təqdimatına (hansı şəkildə təqdim olunmasına) 
fikir 
verdikdə, 
həqiqətən, 
gümanımızda 
yanılmadığımız  aydın  olur.  Aydın  olur  ki,  Beyrək 
obrazında 
ikiləşmənin 
Banıçiçək 
obrazına 
aid 
nümunəsindən 
bir 
az 
fərqli 
nümunələri 
var. 
Nümunələrin biri Yalançı oğlu Yalancıq obrazı ilə bağ-
lıdır.  Qısırca  Yengə  və  Boğazca  Fatma  birlikdə  – 
vahid  obraz  mənasında  Banıçiçəyin  "ikinci  nüsxəsi" 
olub  yalançı  adaxlı  funksiyası  daşıdığı  kimi,  Yalançı 
oğlu  Yalancıq  da  Beyrəyin  "ikinci  nüsxəsi"  olub 
yalançı  adaxlı  funksiyası  daşıyır.  Qısırca  Yengə, 
Boğazca  Fatma  Banıçiçəyə  magik  dayaqdırsa, 
Yalançı  oğlu  Yalancıq  da  əslində,  dolayı  şəkildə  də 
olsa,  Beyrəyə  magik  dayaqdır.  Belə  ki,  Yalançı  oğlu 
Yalancığın məğlub edilməsi ilə Beyrək yenidən dirilən 
bir  qəhrəman  mahiyyəti  qazanır.  Banıçiçəyin  "ikinci 
nüsxə"ləri  ilə  Beyrəyin  "ikinci  nüsxəsi"  arasında 
başlıca  fərq  ondadır  ki,  Qısırca  Yengə  və  Boğazca 
Fatma  komik  məzmunlu  yalançı  adaxlı,  Yalançı  oğlu 
Yalancıq  isə "ciddi"  məzmunlu  yalançı adaxlıdır. Yəni 
Banıçiçək 
– 
Qısırca 
Yengə, 
Boğazca 
Fatma 
qarşılaşması  "ciddi"  və  gülməli  paralelliyinə  nümunə 
olduğu  halda  Beyrək  –  Yalançı  oğlu  Yalancıq  qar-
şılaşması  "ciddi"  və  gülməli  paralelliyinə  nümunə  ola 
bilmir.  Beyrək  obrazı  ilə  bağlı  "ciddi"  və  gülməli 
paralelliyinə Beyrək və dəli ozan qarşılaşmasında rast 
gəlirik.  Kimdir  dəli  ozan?  Beyrəyin  özü.  Məsələ 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
21
burasındadır  ki,  Beyrək  bir  obraz  kimi  ikiləşir  və  bu 
baxımdan  diqqəti  xüsusi  olaraq  cəlb  edir.  K.Abdulla 
yazır:  "Dastanda  belə  bir  qəhrəman  –  ikiləşə  bilən, 
daxili  psixoloji  yükə  malik  olan  (sirri  olan!)  başqa  bir 
surət  yoxdur"  (4,  202).  K.  Abdulla  Beyrəyin  ikiləş-
məsini  mifdən  çox  yazıya,  yazı  mədəniyyətinə  aid  bir 
amil  kimi  qiymətləndirir:  "Beyrək  yeni  qəhrəman  kimi 
ilk  növbədə  Yazının  qələbəsidir.  Məhz  Yazı  Beyrəyə 
öz  içinə  gedən  yolu  göstərib  və  məhz  Yazı 
mədəniyyətinin gücü ilə Beyrək özünəməxsusluq kəsb 
edib, 
mənən 
zənginləşib, 
situasiyanın 
dəmir 
məngənəsindən  çıxıb,  özü  öz  hərəkəti  ilə  bütün  Mif 
çərçivələrini,  Mif  hədəflərini  vurub  dağıdıb"  (4,  191). 
Göründüyü  kimi,  K.Abdulla  ikiləşməni  yazılı  ədəbiy-
yatda  psixoloji  obrazlara  məxsus  bir  cəhət  kimi 
götürür  və  bu  cəhəti  müəyyən  qədər  özündə  ehtiva 
etməsinə  görə  Beyrəyi  "Dədə  Qorqud"  eposundakı 
digər  epik  qəhrəmanlardan  fərqləndirir.  K.Abdullanın 
sözünə  qüvvət  verib  qeyd  edirik  ki,  məsələni  daha 
geniş  müstəvidə  araşdırsaq,  obrazın  ikiləşməsinin 
ibtidai  formalarını  mifdə  də  tapa  bilərik.  Qəhrəmanın 
libas  dəyişib  yeni  bir  adla  ortaya  çıxması  ikiləşmənin 
köklərini  və  ibtidai  formalarından  biridir  və  bu  forma-
dan  "Bamsı  Beyrək"  boyunda  da  istifadə  olunur. 
Bamsı  Beyrək  boyda  hərfi  mənada  dondan-dona 
girməmişdən  xeyli  qabaq  məcazi  mənada  dondan-
dona  girir.  Beyrək  atasının  Rum  elinə  göndərdiyi 
bəzirganları  kafir  əlindən  qurtarır,  amma  özünün  kim 
olduğunu  onlara  qətiyyən  bildirmir.  Bəzirganları  kafir 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
22 
əlindən  qurtarması  barədə  atasına  da  bir  kəlmə 
danışmayan 
Beyrək 
nəticədə 
hiyləgərcəsinə 
bəzirganlar  və  atası  Baybörə  üçün  gözlənilməz  olan 
bir  səhnə  qurur.  "Nagahi  bazirganlar  gəldilər.  Baş 
endirib,  salam  verdilər.  Gördülər  kim,  ol  yigit  kim  baş 
kəsibdir,  qan  dökübdür,  Baybörə  bəgin  sağında 
oturar. Bazirganlar yüridilər, yigidin əlin öpdilər. Bunlar 
böylə  edicək  Baybörə  bəgin  acığı  tutdu.  Bazirganlara 
aydır:  "Mərə,  qavat  oğlu  qavatlar!  Ata  dururkən  oğul 
əlinmi  öpərlər?"  Ayıtdılar:  "İmdi  incimə,  xanım,  əvvəl 
anın  əlin  opdügümüzə.  Əgər  sənin  oğlun  olmasaydı, 
bizim  malımız  Gürcüstanda  getmişdi,  həpimiz  tutsaq 
olmuşdu", – dedilər. Baybörə bəy aydır: "Mərə, bənim 
oğlum  başmı  kəsdi,  qanmı  dökdi?"  "Bəli,  baş  kəsdi, 
qan dökdi, dam axtardı!" – dedilər. "Mərə, bu oğlan ad 
qoyasınca varmıdır?" – dedi. "Bəli, sultanım, artıqdır!" 
– dedilər" (1, 55). Dinləyici (oxucu) bu səhnəyə qədər 
Bamsı  Beyrəyin  necə  bir  igid  olmasından  artıq 
xəbərdardır.  Bu  səhnə  Bamsı  Beyrəyin  iti  ağıl  yiyəsi 
olduğunu,  oyun  qurmağı  bacardığını  dinləyiciyə 
(oxucuya)  çatdırmaq  üçündür.  Bu  cəhət  Beyrəklə 
bağlı 
sonrakı 
epizodlar 
(məsələn, 
dustaqxana 
epizodu) üçün də səciyyəvidir. Beyrək dustaqxanadan 
məhz  ağıl  işlətməklə  xilas  ola  bilir.  Bu  məqamda  ağıl 
işlətmək  Beyrəyə  onu  sevən  kafir  qızını  inandırmaq 
üçün  gərək  olur.  Beyrək  and  içib  kafir  qızını  inandırır 
ki,  gedib  sağ-salamat  öz  el-obasına  çıxsa,  qayıdıb 
onu  "halallığa  alacaq".  Kafir  qızı  Beyrəyin  sözünə 
inanır  və  onu  dustaqlıqdan  qurtarır.  Amma  Beyrək, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə