Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   2   3   4   5   6   7   8   9   10   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
27
təzəbəyi  –Yalançı  oğlu  Yalancığı  "əlin  qurusun, 
parmaqların  çürüsün,  hey,  donuz  oğlu  donuz"  sözləri 
ilə  yamanlayır.    Söyüb-yamanlamağın  qabağında 
Beyrəyə  əl  qaldırılmaması  məhz  bununla  bağlıdır  ki, 
o, özünü ozan kimi təqdim edə bilir. Əlində müqəddəs 
qopuz  tutan  bir  adama  əl  qaldırmağın  mümkün 
olmadığını  bildiyinə  görə  Yalançı  oğlu  Yalancıq  dəli 
ozanı  ox  atma  yarışına  qoşub  sındırmaq-susdurmaq 
istəyir.  Yalançı  oğlu  Yalancıq  tanımasa  da,  biz  dəli 
ozanı  tanıyırıq.  Bilirik  ki,  onun  oxu  hədəfdən  yayınan 
deyil və onu bu yarışda susdurmaq baş tutan iş deyil. 
Dəli  ozan  nəinki  susmur,  hətta  oxu  düz  hədəfə 
yönəltməklə  toxunulmazlığını  daha  da  artırır.  Dəli 
ozanı  bir  igid  timsalında  görən  Qazan  xan  ona  ürəyi 
istədiyini  etmək  ixtiyarı  verir.  Qazan  xan  dəli  ozana 
külli-ixtiyari  oxatma  yarışlarındakı  məharətinə  görə 
verirsə,  bu,  o  deməkdir  ki,  həqiqəti  açıb  söyləməyin, 
özünü nişan verməyin əlverişli məqamı yaranır. Amma 
Beyrək  hələ  ki  kimliyini  bildirmək  istəmir.  Beyrək  hələ 
ki  özünü  gizlətmək,  "Oğuzda  mənim  dostum, 
düşmənim  kimdir?"  sualına  cavab  tapmaq  istəyir. 
İkiləşən,  həqiqi  Beyrək  və  yalançı  Beyrək  tərəflərinə 
ayrılan 
qəhrəmanımız 
Banıçiçəklə 
görüşmək 
ərəfəsində  dəli  ozan  hoqqalarının  sayını  bir  az  da 
artırmalı olur:  yemək  dolu  qazanları vurub  böyrü  üstə 
yerə  yıxır;  bişirilmiş  əti  götürüb  ora-bura  atır; 
zurnaçıları,  nağaraçıları  toydan  qovur;  kimini  döyür, 
kiminin  başını  yarır.  Dəli  ozan  oyunu  qızlar-gəlinlər 
oturan  otaqda  da  davam  edir.  Beyrəyin  Boğazca 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
28 
Fatma  və  Qısırca  Yengə  ilə  məzələnməsi  məhz  dəli 
ozan oyununun bir təzahürüdür. Beyrəyin  Banıçiçəklə 
söhbəti  də  dəli  ozana  məxsus  bir  ahəng  üstündə 
başlayır: 
Mən bu yerdən gedəli dəli olmışsan, 
Dəlim ağca qarlar yağmış, dizə yetmiş. 
Xan qızının evində qul-xəlaiq dükənmiş... 
Məşrəbə almış, suya varmış – 
Biləglərindən on parmağın sovuq almış. 
Qızıl altun gətirin, 
Xan qızına dırnaq yonun. 
Eyiblücə,  xan  qızı,  ərə  varmaq  eyib  olar  (1, 
64). 
Banıçiçəklə 
söhbətə 
Beyrəyin 
bu 
cür 
başlamasının  səbəbi  aydındır.  Banıçiçək  qırmızı 
qaftanı  geyib  ozanın  təklifi  ilə  oynamaq  istəyəndə 
əllərini  qaftanın  uzun  qolları  içində  gizlədir  ki, 
barmağındakı  üzük  görünməsin.  Üzük  on  altı  il  əvvəl 
Beyrəyin  verdiyi  üzükdür.  Banıçiçək  Beyrək  verən 
üzüyü  niyə  gizlədir?  Bu  suala  cavab  vermək  üçün 
gərək  Qısırca  Yengə,  Boğazca  Fatma  məsələsinə 
yenidən 
qayıdaq 
və 
bir 
məsələni 
bir 
daha 
dəqiqləşdirək:  Banıçiçək  özünü  niyə  gizlədir  və  niyə 
adaxlı  qız  adı  ilə  Qısırca  Yengə və  Boğazca Fatmanı 
qabağa verir? Bu  məsələnin  kökündə duran  real amil 
odur  ki,  Banıçiçək  Yalançı  oğlu  Yalancığa  ərə  ve-
rilməkdən  narazıdır  və  həmin  səbəbdən  dəli  ozanın 
"adaxlı  qız  durub  oynasın"  təklifini  könülsüzcəsinə 
qarşılayır.  Məsələnin  kökündə  duran  mifoloji  amil  isə 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
29
odur  ki,  Banıçiçəyin  Beyrəklə  qovuşacağını  nəzərə 
alan  dastançı  bu  qovuşmaq  ərəfəsində  Banıçiçəyi 
yenidən  diriltmək-dirçəltmək  istəyir.  Bu  cür  mifoloji 
diriltmək-dirçəltməkdə,  artıq  qeyd  etdiyimiz  kimi, 
Qısırca  Yengə  və  Boğazca  Fatma  magik  təsir 
göstərmə  funksiyası  daşıyırlar.  İstər  real,  istərsə  də 
mifoloji  zəmində  Banıçiçəyin  ikiləşməsi  gözlənilən  bir 
vəziyyətdir. Bu ikiləşmə də Beyrəyin ikiləşməsi kimidir, 
yəni  əsl  Banıçiçək  və  yalançı  Banıçiçək  tərəflərini 
ehtiva edir. Maraqlıdır ki, bir tərəfdən o biri tərəfə, əsl 
Banıçiçəkdən  yalançı  Banıçiçəyə  keçmək,  Beyrəkdə 
olduğu  kimi,  əsasən,  libas  üstündə  qurulur.  Qırmızı 
qaftanı  Boğazca  Fatmaya  geydirən  Banıçiçək  özünü 
gizlədir  və  Boğazca  Fatmanı  məhz  yalançı  Banıçiçək 
kimi  irəli  verir.  Qırmızı  qaftanı  özü  geyəndə  belə 
Banıçiçək  müəyyən  qədər  yalançı  Banıçiçək  olaraq 
qalır.  Əsl  Banıçiçəyin  özünü  büruzə  verməsi  yalnız 
Beyrək  verən  üzüyün  barmaqda  görünməsi  ilə 
mümkün olur. Üzüyün barmaqda görünməsi ilə Beyrək 
də dəli ozan oyununu bir qırağa qoyur, Banıçiçəklə on 
altı  il  əvvəlki  ilk  görüşlərini  yerli-yataqlı  xatırladıb,  axır 
ki, özünü nişan verir.  
Beyrəklə  Banıçiçək  uzun  ayrılıq  və  çətinlikdən 
sonra  bir-birilərinə  məhz  yenidən  dirilən-dirçələn 
istəklilər  kimi  qovuşurlar  və  boy  belə  sona  çatır. 
Haqqında  danışdığımız  "ciddi"  və  gülməli  paralelliyi, 
gülüşün  kult  səviyyəsinə  qaldırılması  və  magik  təsir 
vasitəsi kimi təqdim olunması, qəhrəmanın ikiləşib əsl 
qəhrəman  və  yalançı  qəhrəman  tərəflərini  özündə 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
30 
birləşdirməsi  həmin  nikbin  sonluğa  gətirib  çıxaran 
mifoloji-poetik amillərdir. 
 
QAYNAQLAR 
 
1.  Kitabi  Dədə  Qorqud  ensiklopediyası.  2  cilddə,  I 
cild. Bakı, Yeni Nəşrlər Evi, 2000 
2.  Dava  yorğan  davasıymış.  Molla  Nəsrəddin 
lətifələri.  Tərtib  edəni  Bəhlul  Abdulla.  Bakı,  "Yazıçı" 
nəşriyyatı, 1996 
3.  Orhan  Şaik  Gökyay.  Dedem  Korkudun  kitabı. 
İstanbul, Milli Eğitim Basımevi, 2000 
4.  Kamal  Abdulla.  Mifdən  yazıya  və  ya  gizli  Dədə 
Qorqud. Bakı, Mütərcim, 2009 
5.  İmre  Adorjan.  "Dədə  Qorqud  Kitabı"nın  Macarıs-
tandakı  keçmişi  və  önəmi.  "Dədə  Qorqud"  elmi  -  ədəbi 
toplusu, Bakı, 2007, I say, səh. 50-63. 
 
 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə