Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
31
MƏNFİ ƏVƏZEDİCİ 
 
Folklorda  qəhrəmanın  müsbət  əvəzedicisi  kimi, 
mənfi  əvəzedicisi  də  mənşəcə  əkizlər  mifinə  gedib 
çıxır. Mifoloji təsəvvürə görə, əkizlər arasında qarşılıqlı 
rəğbət və məhəbbət olduğu kimi, rəqabət və ədavət də 
ola  bilər.  Əkizlər  arasında  rəqabət  ana  bətnindəcə 
başlayır.  Onlar  doğuluş  anında  kimin  birinci  olması, 
başqa  sözlə,  kimin  yaşca  böyük  olması  üstündə  mü-
bahisə edirlər (4, 174). Bir-birinə rəqib olan əkizlər ayrı-
ayrılıqda  xeyirin  və  şərin  təmsilçisinə  çevrilirlər.  Bunu 
nəzərə alıb tədqiqatçıların bir çoxu əkizlər mifini dualist 
dünyagörüşlə  əlaqələndirirlər.  Dual  təşkilatı  ictimai 
quruluşun  ən  ilkin  formalarından  biri  sayan  A.M.Zo-
lotaryov  mif  və  nağıllarda  rəqib  qardaşlarla  bağlı  çox-
saylı  süjetləri  məhz  həmin  təşkilatla  əlaqələndirir. 
A.M.Zolotaryovun  fikirlərinə  əsaslanan  E.D.Tursunov 
qədim 
türk 
dünyagörüşündə, 
cəmiyyətində 
və 
folklorunda  dualizmin  qabarıq  ifadəsini  görür.  Qədim 
türk cəmiyyətinin iki tirəyə bölünməsini səciyyəvi bir hal 
hesab edən E.D.Tursunov özündən əvvəlki tədqiqatçı-
lara, 

cümlədən 
H.Qumilyov, 
L.P.Potapov, 
Ç.Vəlixanov,  M.İnanc  kimi  araşdırıcıların  mülahizə-
lərinə  əsaslanıb  qədim  türklərin  Qərb  və  Şərq 
xaqanlığına;  altayların  qara  nayman  və  göy  nayman; 
teleutların ağ tumat və qara tumat; şorların qara şor və 
sarı  şor;  noqayların  ağ  noqay  və  qara  noqay;  qazax-
ların,  Türkiyə  və  Azərbaycan  türklərinin  ağqoyunlu  və 
qaraqoyunlu  tirələrinə  bölünməsini  dual  dünyagörüşün 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
32 
əlamətləri 
kimi 
diqqətə 
çatdırır 
(6, 
19-20). 
E.D.Tursunov siniflərin  meydana  gəldiyi  ilkin dövrlərdə 
ikili sistemlə yanaşı, üçlü sistemin də mövcud olduğunu 
yaddan çıxarmır və  qədim  hunların xuan,  lan və süybi 
sülalələrinə 
bölünməsini; 
qazaxlarda 
torpaqların 
tayfalar  arasında  böyük,  orta  və  kiçik  qollar  üzrə  pay-
lanmasını  məhz  üçlü  sistemə  misal  çəkir  (6,  32). 
Folklorda iki qardaş süjetləri ilə bərabər, üç qardaş sü-
jetlərinin  də  geniş  yer  tutması  onu  göstərir  ki,  həmin 
süjetlər  yalnız  ikili  sistemin  yox,  həm  də  üçlü  sistemin 
əlamətlərini  əks  etdirir.  Yeri  gəlmişkən  qeyd  edək  ki, 
əkizlərin  iki,  üç,  otuz  və  s.  sayda  olması  mifologiyada 
qeydə alınan faktlardandır. Odur ki, əkizlər mifinin folk-
lordakı əlamətləri araşdırılarkən müxtəlif sayda (iki, üç, 
yeddi və s. miqdarda) qardaş və bacıdan bəhs edilməsi 
təbii  sayılmalıdır.  Qardaş  və  bacıların  sayca  neçə 
olmasından 
asılı 
olmayaraq, 
indiki 
halda 
bizi 
maraqlandıran  əsas  məsələ  onlar  arasında  ziddiyyət-
lərin 
olması, 
qardaşların 
bir-birinə 
rəqib 
kimi 
baxmalarıdır. 
Əkiz  qardaşların  əks  qütblərdə  dayanması  motivi 
bizim  folklorun  bəzi  nümunələrində öz  ifadəsini  tapıb. 
Qubadlı  bölgəsindən  toplanan  “Ekiz  qardaşlar”  nağılı 
bu  baxımdan  səciyyəvidir.  Nağıl  bir  şahzadə  ilə  bir 
naxırçının  sərgüzəştlərindən  bəhs  edir.  Nağılda 
şahzadənin naxırçı ilə əkiz qardaş olmasından söhbət 
açılmasa  da,  naxırçının  dediyi  bu  sözlər  nağıl  söylə-
yicisinin  toxunmadığı  nöqtələrə  aydınlıq  gətirir: 
“Padşah  sağ  olsun,  sən  də,  mən  də  bir  toxumnan 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
33
əmələ  gəlmişik”  (1,  291).  Naxırçının  sözlərindən  bəlii 
olur  ki,  bir-birlərindən  ayrı  düşsələr  də,  şahzadə  ilə 
naxırçı 
əkiz 
qardaşdırlar. 
Əkiz 
olduqlarından 
qardaşların hər ikisinin qeyri-adiliyi var. Bu qeyri-adilik 
son dərəcə ağıllı olmaqdan, ən çətin suala cavab tapa 
bilməkdən  ibarətdir.  Görücülük  xüsusiyyəti  olan 
qardaşlar  inəyin  qarnındakı  balanın  erkək,  yoxsa  dişi 
olduğunu,  balanın  hansı  rəngdə  olduğunu,  qaşqa 
olub-olmadığını qabaqcadan söyləyə bilirlər. Qardaşı-
nın  yüksək  ağıl  sahibi  olduğunu  görən  şahzadə 
padşahlıq taxtına çıxandan sonra onu (əkiz qardaşını) 
özünə  vəzir  götürmək  istəyir.  Amma  şahzadə  bu 
istəyinə çata bilmir, çünki qardaşı başına qoyun dərisi 
keçirib,  keçəl  qız  cildinə  girib  ondan  gizlənir. 
Naxırçının  qəti  fikri  budur  ki,  əkiz  qardaşların  yolları, 
qismət  və  taleləri  başqa-başqadır,  onlar  bir  yerdə  ola 
bilməzlər.  Maraqlıdır  ki,  kontaminasiya  yolu  ilə  nağıla 
daxil  edilən  süjetdə  də  son  dərəcə  mehriban dolanan 
iki  qardaşın  axırda  bir-birinə  düşmən  kəsilməsindən 
söhbət  açılır.  Naxırçı  bu  əhvalatı  danışmaqla 
qardaşların  axıracan  bir  yerdə  mehribancasına 
davranacağının  qeyri-mümkünlüyünü  sübuta  yetirmək 
istəyir.  Naxırçı  qardaş  şahzadə  qardaşına  yekun 
olaraq deyir:  “Allah-tala  taleh  yazanda saa  bir  ağ  qoş 
göndərib, buynuzdu, kərə quyruxlu qoşdu. Maa da bir 
qara qoş göndərib, buynuzsuz, quyruxsuz qoşdu. Ona 
göra  ki,  buynuzunnan  quyruğunu  qatdayıb  qoparıb. 
İndi  mən  saa  vəzir  olammərəm,  talehimiz  ayrı  cürə 
yazılıb”  (1,  291-292).  Naxırçının  bu  sözləri  əkizlərin 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
34 
əks qütblərdə dayanmasından xəbər verir. Əkizlərdən 
biri ağ qoçu, digəri qara qoçu təmsil edirsə, bu, o de-
məkdir  ki,  nağılda  əkizlik  dualizm  dünyagörüşü  ilə 
əlaqələndirilir. 
Nümunə  gətirdiyimiz  “Ekiz  qardaşlar”  nağılı 
əkizlərin, həmçinin əkiz olmayan qardaşların bir-birinə 
qarşı  durması  amilini  diqqət  mərkəzinə  çəkməyi 
zərurətə  çevirir.  Ehtiyac  yaranır  ki,  qardaşların  bir-
birinə qarşı durmasının mifoloji kökləri araşdırılsın. Bu 
istiqamətdə  araşdırma  isə  Ülgen  və  Erlik  münasibət-
lərini yada salır. 
Türk  xalqlarının  ortaq  mifoloji  obrazlarından  olan 
Ülgen  xeyiri,  Erlik  şəri;  Ülgen  göyüzünü,  Erlik  yeraltı 
dünyanı  təmsil  edən  fövqəltəbii  qüvvədir.  Bu  iki 
qardaşdan  birincisi  –  Ülgen  “ağ”,  “parlaq”  kimi 
təyinlərlə tanınırsa, ikincisi – Erlik ən çox “qara” təyini 
ilə  tanınır.  Ülgen  dünyanın  ən  uca  dağında,  qızıl  sa-
rayda,  qızıl  taxt-tacda  oturduğu  halda,  Erlik  yerin 
altında,  qara  palçıqdan,  yaxud  qara  dəmirdən 
hörülmüş  bir  sarayda  oturur.  Ülgen  demiurqdur,  o, 
insanlara kömək edir. İnama görə, insanlara odu bəxş 
edən  Ülgendir.  Gecələr  yer  altından  çıxıb,  qara-keçəl 
öküzdə  gəzən  Erlik  isə  yer  üzünün  ən  gözəl 
qadınlarını  və  kişilərini  öldürür,  onları  özünün 
qulluqçusuna çevirir. Erlik ölənlərin ruhunu özünə tabe 
etdirir  və  onları  yer  üzünə  göndərir  ki,  şər  işlər 
törətsinlər (4, 546-547; 667-668). 
Əkiz  qardaşlar  arasında  rəqabətin  ümumtürk 
folklorundakı  səciyyəvi  nümunələrindən  birini  yakut 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə