Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə35/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
139
nənə  samovara  od  salır  və  fikirləşir  ki,  «keçmişdə 
samovar, nə təhər işdisə, yaman gec qaynayırdı... İndi 
əlini  tərpətməynən  pıqqıldayır».  Beləliklə,  samovara 
odsalma daxili monoloqun başlanmasına bəhanə olur. 
Yaxud  başqa  bir  misal:  gecədir,  Adil  qaranlıqda  qon-
şunun  iti  ilə  rastlaşacağından  qorxur  və  it  haqqında, 
qorxu, 
liberalizm, 
riyakarlıq 
və 
s. 
haqqında 
düşüncələrdən  ibarət  daxili  monoloq  üçün  əlverişli 
məqam yaranır. 
«Toğana»  romanında  zahiri süjetdən  daxili  süjetə 
keçidin  təsvirində  bir  çox  hallarda  müəllif  səsi  ilə 
qəhrəman  səsi  bir-birinə  qovuşur,  müəllif  sözünü 
qəhrəman  sözündən  ayırd  etmək  çətinləşir:  «Nənəş 
əmisinin,  dədəsinin  papağını  görmüşdü,  elə  bilirdi  ki, 
dədə,  əmi  elə  həmin  o  saçaqlı,  qara,  iri  papaqların 
özüdü.  «Hə»  deyib  bu  papağı  heç  nəsiz,  içinə  daş-
filan  qoymadan  birinə  çırpsaydın,  ürəyin  gedərdi.  O 
papaqlar belə papaqdı. İndikilərtək bir əsim yellə göyə 
qalxmazdı.  Ağır  papaqlardı,  sanballı,  təpərli!  Amma 
açığını  deyim  ki,  o  papaqdan  qorxurduq  da...  Elə 
bilirdin,  papağın  alov  saçan  qara  gözü  var,  bığı  var, 
zəhmindən  dizin  əsəcəkdi»  (19,  68).  Bu  parçada 
müəllif  səsi  («Nənəş  əmisinin,  dədəsinin  papağını 
görmüşdü,  elə  bilirdi  ki...»)  personajın  səsi  (“Amma 
açığını  deyim  ki,  o  papaqdan  qorxurduq  da...”)  ilə 
növbələşib,  müəllif  sözü  obraz  sözü  ilə  qaynayıb-
qarışıb. 
Xalis  daxili  monoloq  parçalarında  isə  müəllif  səsi 
ilə  qəhrəman  səsinin  qovuşması  mümkün  olmur. 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
140 
Onsuz  da  mətndə  dırnaq  işarəsi vasitəsilə  seçilən  bu 
parçalar  yalnız  obrazın  öz  səsindən  ibarət  olur,  bədii 
informasiya yalnız onun dilindən çatdırılır. 
«Toğana» 
romanında 
S.Əhmodov 
«ürəkdə 
danışma»  prosesinin  təbii  təsvirinə  nail  olmağa, 
düşüncələr 
axarında 
ardıcılsızlıqla 
ardıcıllığın, 
irrasionallıqla  rasionallığın,  məntiqsizliklə  məntiqiliyin 
vəhdətinə  sadiq  qalmağa  səy  göstərir.  Müəllif  daxili 
monoloqları 
«mənasız»dan 
mənalıya, 
«qeyri-
ciddi»dən  ciddiyə  doğru  istiqamətləndirir,  bir  duy-
ğudan  başqasına  keçidləri  izləməyə  çalışır.  Adilin 
donuz  barədə  «mənasız»  düşüncələri  («Ona  bax, 
anası  getdi,  «anası»  ha!  Anaya  bax!  Xirtdəyindən 
paçasınacan  jandarm  düymələri  təki  yelin  düzülüb. 
Xor-xor  xoruldayır.  Dalısınca  yüyürüşən  çoşqalarına 
bir  bax.  İki  daşın  arasında,  çatıb,  hərəsi  bir  imlədən 
asılıb  sormaq  istəyirlər.  Getdilər,  dəyələrin  arxasında 
kolluğa  doluşdular»)  insan  mənəm-mənəmliyi  və 
riyakarlığı  barədə  düşüncələrlə  («O  cür  mənəm-
mənəmlikdən  bu  donuzun  çoşkası  üstündür.  Heç 
olmazsa,  analarını  qırx  əmcəkdən  sormaqlarını 
gizlətmirlər»), 
bu 
düşüncələrsə 
Mayis 
barədə 
düşüncələrlə  («hə,  əzizim  Mayis...  yaxşı  ki,  sənin 
barədə yaranacaq yanlış təsəvvürü qabaqlamaq üçün 
özünü  başqa  cür  göstərmədin»)  əvəz  olunur.  Adil 
tilovla  balıq  tutur  və  xəyalən  balıqla  və  soxulcanla 
danışır,  onların  söhbətinə  qulaq  asır.  Balıqla 
soxulcanın «monoloq söyləməsi» təbiət və cəmiyyətin 
inkişafında  maddi  və  mənəvi  ehtiyaclarla  əlaqədar 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
141
düşüncələrin  axarına  bir  başlanğıc  olur.  Yeri 
gəlmişkən  deyək  ki,  təkcə  «olmuş»,  «baş  vermiş» 
əhvalatlar  barədə  yox,  eyni  zamanda,  ağıla,  gümana 
gələn  əhvalatlar  barədə  düşünmə  də  romanda  bədii 
əhəmiyyət daşıyır, xarakterlərin açılmasında müəyyən 
rol  oynayır.  Fatehə  xəbər  verirlər  ki,  tilovları 
oğurlayıblar.  O,  çayın  qırağında  çadır  qurub  dincələn 
adamlara  baxır  və  tanımadığı  həmin  adamlardan  biri 
ilə  xəyali  dialoqa  girir:  «Sən,  ə,  yoldaş  podpolkovnik, 
məni  tanımırsan?  Bax  gör  bir  kimə  oxşayıram? Yaxşı 
bax  gör  bir  kimə  oxşayıram?..  Güllü  dərənin  yolu 
yadından 
çıxmayıb? 
Nə 
Güllü 
dərə? 
Silahın 
özündədir,  Polad?  Yox,  əşi  götürməmişəm.  Kamalı 
çağır. Çağırma, yerindən tərpənmə. Güllü dərənin ətri 
burnundan getməyib? Reyhan xanımın düzəltdiyi işrət 
məclisi yadındadırmı? Gedib gəldiyin yerdir. Nə qədər 
yüzlüklər saymısan onun qabağına? Nə qədər qiymətli 
hədiyyə  bağışlamısan  yatıb  oynatdığın,  qızın  yaşında 
olan qızlara? Mən səni tapmalıydım. Mən, o körpənin 
başına  ki,  o  binamusluğu  gətirmisən,  onun  əvəzini 
verməliydim... Cibinə, vəzifənə güvənirsən!» (19, 237) 
Bu  xəyali  dialoq  öz  bədii  formasına  görə  maraqlı 
olduğu  kimi,  məzmunca  da  diqqəti  cəlb  edir,  Fatehin 
çirkin  əməllərindən  xəbər  verərək,  onun  xarakteri  ilə 
bir az da yaxından tanış olmaqa imkanı yaradır. 
Təəssüf  ki,  bu  sözləri  romandakı  bütün  daxili  nitq 
(daxili monoloq və daxili dialoq) parçalarına aid etmək 
mümkün  deyil.  Qəhrəmanların  həyat  və  fəaliyyəti, 
yaxşı  və  yaxud  pis  əməlləri  ilə  bağlı  detallar  daxili 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
142 
nitqlərin  məzmununda  az  yer  tutduğundan  bəzən 
xarakterin  təqdim  olunması xarakter  haqqında ümumi 
mülahizələr və  xarakterin  özünün  ümumi  mülahizələri 
şəklində  ortaya  çıxır.  Məsələn,  «O,  çox  təmiz 
adamdır»  –  Adil  haqqında  müxtəlif  adamların  ümumi 
mülahizəsi  belədir.  Adil  özü  də  «insanın  mənəvi 
saflığı,  ləyaqətini  uca  tutması  haqda  çox  dəyərli 
mülahizələr  söyləyir.  Biz  onun  təmizliyinə,  vicdani 
paklığı hər şeydən üstün tutduğuna inanırıq. Lakin biz 
obrazın  bu  keyfiyyətlərinin  çətinliklərdə  sınanılmasını, 
onun hətta vasvasılıq həddinə çatan saflığının həyatın 
ciddi maneələri ilə üzləşməsini istəyirik. Belə olduqda, 
aydındır  ki,  obrazlar  daha  dolğun  canlanardı,  onların 
fikri  qənaətləri  davranış  və  fəaliyyətləri  ilə  təsbitini 
tapardı»  (20,  31-32).
.
  Bədii  ifadə  forması  olmaq 
etibarilə daxili nitqin keçmişə qayıtma, indi ilə keçmişi 
əlaqələndirmə,  bu  gündə  dünəni,  indidə  keçmişi  əks 
etdirmə imkanlarından “Toğana” romanında az istifadə 
olunur.  Qəhrəmanların  duyğu  və  düşüncələri  əksər 
halda  Toğanadakı  yaxın  predmet  və  hadisələrlə 
çərçivələnir,  Toğanaya  qədər  yaşanılmış  günlərin 
yaddaqalan  faktları,  görülən  işlərin  yaxşı  və  pisliyi 
təhlil  elementləri  sırasına  çox  az  qoşulur.  Romanda 
Toğana  həyatını  genişliklə  əks  etdirmək  səyi 
lüzumsuz  təfərrüatların  və  mühakiməçiliklə  səciy-
yələnən dialoqların təsvirinə gətirib çıxarır. 
Heç şübhəsiz, çağdaş Azərbaycan nəsrində daxili 
monoloqun  özünəməxsus  xüsusiyyətləri  bu  yazıda 
qeyd  olunanlarla  məhdudlaşmır.  Əsərin  mövzu  və 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə