Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə1/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
  1   2   3   4   5   6   7   8   9   ...   89


YEGANƏ İSMAYILOVA 
 
 
 
 
 
 
 
 
 
«DƏDƏ QORQUD KİTABI»  
VƏ 
MÜASİR AZƏRBAYCAN  
ƏDƏBİ DÜŞÜNCƏSİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - «Elm» – 2011 
 
2
 
 
 
 
 
Elmi redaktoru:       F.e.d., prof.  Q.M.Namazov 
 
Rəyçilər:        
     F.e.d., prof.  T.M.Mцtəllimov 
 
 
 
     F.e.d., prof.  T.H.Hцseynov 
 
 
 
     F.e.d.  M.K.İmanov 
 
 
 
Yeganə İsmayılova. «Dədə Qorqud kitabı» və müasir  
Azərbaycan ədəbi düşüncəsi.  
Bakı, “Elm”, 2011; 368 səh. 
 
 
ISBN 978 – 9952 – 453 – 17 – 1 
 
Monoqrafiyada «Kitabi-Dədəm Qorqud» eposu milli 
ədəbi düşüncənin ilkin mərhələsi və qaynağı kimi  götürül-
müş, onun milli ədəbi fikrin inkişaf tarixindəki  yeri və rolu 
öyrənilmiş, müasir Azərbaycan nəsrində, poeziyasında və 
çağdaş milli dramaturgiyada «Dədə Qorqud» ideya və mo-
tivlərinin inkişaf istiqamətləri müəyyənləşdirilmiş və  tədqiq 
olunmuşdur. 
 
 4604000000 
  655(07) - 2011 
 
 
© «Elm» – 2011 


 3 
 
«Hər hansı xalq - ədəbi irsi nə 
qədər zəngin olsa da bir, ya iki əsas 
kitaba, təməl kitaba, Ana kitaba ma-
likdir. Belə baş kitab xalqın varlığını 
ən dolğun və bitkin şəkildə əks etdirir... 
Xalqımızın  şah  əsəri, Ana kitabı  Dədə 
Qorqud dastanıdır»  
Anar 
 
 
G İ R İ Ş 
 
Azərbaycan mədəniyyətinin ulu qaynağı olan «Kitabi-
Dədə Qorqud» təkcə öz yarandığı çağda deyil, eyni za-
manda müasir dövrümüzdə  də milli mənəviyyatımızın, 
ədəbiyyat və incəsənətimizin ideya bünövrəsi olaraq qalır. 
Azərbaycan tarixinin bütün milli-mənəvi dəyərlərini özün-
də  cəmləşdirən bu ulu abidə elə bir enerji mənbəyidir ki, 
çağdaş milli mənəviyyat və  mədəniyyət tariximizi onsuz 
təsəvvür etmək mümkün deyildir. «Kitabi-Dədə Qorqud»-
un milli tariximizin dünəni və bugünündəki rolunu müd-
rikcəsinə «Milli varlığımızın mötəbər qaynağı» kimi sə-
ciyyələndirən dövlət xadimi Heydər  Əlirza oğlu  Əliyevin 
söylədiyi kimi: «Bizim zəngin tariximiz, qədim mədəniy-
yətimiz və milli mənəvi dəyərlərimiz «Kitabi-Dədə Qor-
qud» eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi 
sərvətimizdir və  hər bir azərbaycanlı onunla haqlı olaraq 
fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər  
kəlməsini hər bir azərbaycanlı  məktəbdən başlayaraq bil-
məlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə 
qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil 
Azərbaycanı bir o qədər də çox sevəcəkdir» (126, 8). 
Əslində, «Kitabi-Dədə Qorqud» abidəsinin müasir 
Azərbaycan ədəbiyyatına təsiri probleminin tədqiqinə həsr 
 
4
olunmuş bu tədqiqatın bütün aktuallığı H.Əliyevin ölməz 
və müdrik kəlamında hərtərəfli və aydın  şəkildə ifadə 
olunmuşdur. «Ana kitabımızın» hər bir azərbaycanlı, o 
cümlədən elm adamları  tərəfindən dərindən öyrənilməsi 
elmin və elm adamlarının milli vətəndaşlıq borcudur. Bu 
cəhətdən «Kitabi-Dədə Qorqud» dastanlarının müasir 
Azərbaycan ədəbiyyatına təsiri problemi Azərbaycan ədə-
biyyatşünaslığının son dərəcə  zəruri və aktual elmi prob-
lemlərindəndir. Belə ki, müasir Azərbaycan  ədəbiyyatı 
«Kitabi-Dədə Qorqud»la sıx və  qırılmaz tellərlə bağlıdır. 
XIX  əsrdən elm aləminə  bəlli olub, Azərbaycan elmi və 
ədəbi düşüncə dövriyyəsinə XX əsrin birinci yarısında da-
xil olmuş «Kitabi-Dədə Qorqud» abidəsi elə  həmin za-
mandan milli ədəbiyyat, mədəniyyət və incəsənətimizə 
güclü şəkildə təsir etməyə başlamışdır. Bu proses fasiləsiz 
olmuş, onilliklər keçdikcə abidənin  ədəbiyyatımıza təsiri  
güclənmiş, «Kitabi-Dədə Qorqud»un obrazlar aləmi, ideya 
və mövzuları ilə bağlı çoxsaylı nəsr, nəzm və dram əsərləri 
yazılmış və bu proses indi də davam etməkdədir. «Kitabi-
Dədə Qorqud» Azərbaycan tarixinin bütün keşməkeşlərini  
özündə inikas edərək onun ayrılmaz, qopmaz parçası oldu-
ğu kimi, müasir Azərbaycan tarixinin də bütün çətinliklə-
rini yaşayaraq bizimlə birgə  vətənimizin müstəqilliyinə 
qovuşmuşdur. Abidə XX əsr sovet totalitarizminin, stali-
nizmin bütün amansız zərbələrinə sinə gərərək milli varlı-
ğımızı dağılmağa qoymamışdır. Özündə Azərbaycan-oğuz 
xalqının birliyi və  vəhdəti ideyalarını daşıyan «Kitabi-
Dədə Qorqud» XX əsr tarixinin ən dəhşətli çağlarında zi-
yalılarımızı sınmağa qoymamış, abidədə daşınan milli bir-
lik, vəhdət və bütövlük ideyaları ədəbiyyat və incəsənəti-
mizə nüfuz edərək kütlələr arasında yayılmış və xalqın mə-
nəviyyatını dağılıb məhv olmaqdan qorumuşdur. «Kitabi-
Dədə Qorqud» müasir ədəbi düşüncəni daim milli ideya-
larla zənginləşdirmiş  və  ədəbiyyatda yaşayan bu ideyalar 


 5 
xalqımızı azadlıq uğrunda mübarizəyə qaldıraraq müstə-
qilliyə qovuşdurmuşdur. Bu cəhətdən müasir Azərbaycan 
ədəbiyyatı öz ideya-məzmun və  ədəbi-estetik  əsasları ilə 
qırılmaz şəkildə «Kitabi-Dədə Qorqud» abidəsinə bağlı ol-
duğu kimi, bu ədəbiyyatın tədqiqi də bütün istiqamətlərdə 
«ana kitabımıza» bağlanır.  
Kitab zaman və  kəmiyyət baxımından zəngin mate-
rialı əhatə edir. «Kitabi-Dədə Qorqud» eposu XX əsrin bi-
rinci yarısında  əvvəlcə elm aləminə  məlum olmuş, daha 
sonra nəşr edilərək xalq arasında yayılmışdır. Onun məş-
hurlaşmasında  ədəbiyyat və  sənət adamları çox böyük rol 
oynamışlar. Abidənin bədii gözəlliyi və estetik siqləti, onda 
daşınan milli-mənəvi ideyalar, ümumbəşəri insan sevgisi, 
humanizm, vətənpərvərlik amalları hər sahədə olduğu kimi 
bədii ədəbiyyat sahəsində də ziyalılarımızın diqqətini özünə 
cəlb etmiş, yaradıcı insanlar bu ideyalardan ilham alaraq 
samballı sənət abidələri yaratmışlar. «Kitabi-Dədə Qorqud» 
dastanlarının Azərbaycan  ədəbiyyatına təsiri geniş  və 
hərtərəfli olmuş, milli ədəbi düşüncənin, demək olar ki, 
bütün növ və janrlarında bu mövzuda əsərlər yaranmışdır. 
Bu prosesin bu gün də davam etdiyini nəzərə alsaq, təd-
qiqatın obyektində M.Rzaquluzadə, Ə.Dəmirçizadə, S.Vur-
ğun, B.Vahabzadə, N.Xəzri, Anar, B.Səhənd, K.Abdulla, 
A.Məmmədov,  Ə.Muğanlı, A.Abdullazadə, V.Aslan, T.El-
çin, R.Təhməzoğlu və başqalarının qələminin məhsulu olan 
nəsr, dram və nəzm əsərləri durur. Bundan başqa, ayrı-ayrı 
teatr və yaradıcılıq qurumlarının, yaradıcı rejissorların epos-
la bağlı səhnələşdirdikləri müstəqil tamaşalar da dram əsər-
lərinin sırasında tədqiqata cəlb edilmişdir. 
Monoqrafiyanın əsasında «Kitabi-Dədə Qorqud» das-
tanlarının Azərbaycan  ədəbiyyatına təsiri problemi durur. 
Bu, çox mürəkkəb, zəngin məzmuna malik problemdir. 
XX əsrdə stalinizm dövründə Azərbaycan mədəniyyəti sə-
masında peyda olan «Kitabi-Dədə Qorqud»a ictimai-siyasi 
 
6
həyatda olduğu kimi, ədəbiyyatda da münasibət birmənalı 
olmamışdır. Stalinizm dövründə abidə, onun naşirləri, təd-
qiqatçıları  və bu mövzuda bədii  əsərlər yaratmış  ədiblər 
təqib olunmuş, müxtəlif repressiyalara məruz qalmışdır. 
Daha sonra abidə «bəraət almış», yenidən elmi və ədəbi fi-
kir dövriyyəsinə daxil olmuşdur. Lakin buna baxmayaraq,  
sovet dövründə «Kitabi-Dədə Qorqud» ideyaları yazıçı və 
şairlər üçün milli birlik, müstəqillik və dirçəliş mövzula-
rını  ədəbiyyata gətirməkdən ötrü bir vasitə rolunu oyna-
mış, ədiblər həmin ideyalarla bağlı bədii söz demək üçün 
eposun mövzu, motiv və obrazlarından geniş  şəkildə 
istifadə etmişlər. Bu da öz növbəsində abidənin müasir 
Azərbaycan  ədəbiyyatına təsirini məzmunca zəngin və 
mürəkkəb mövzuya çevirmişdir.  
Monoqrafiyanın qarşısında duran başlıca məqsəd 
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azərbaycan 
ədəbiyyatına təsirinin öyrənilməsidir. Bu istiqamətdə aşa-
ğıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 
«Kitabi-Dədə Qorqud» dastanlarının Azərbaycan 
ədəbi düşüncəsinin ilkin qaynağı kimi səciyyələn-
dirilməsi; 
Eposun  ədəbi düşüncə tarixindəki yeri və rolunun 
araşdırılması əsasında onun qədim və orta əsrlər Azərbay-
can ədəbiyyatına təsirinin öyrənilməsi; 
«Dədə Qorqud» dastanlarının XX əsrin birinci yarısı 
stalinizm dövründə milli nəsr, poeziya və dramaturgiyaya 
təsirinin araşdırılması; 
Eposun XX əsr Azərbaycan ədəbiyyatında milli özü-
nüifadə, özünüyaşatma, birlik və dirçəliş ideyalarının təb-
liğindəki rolunun öyrənilməsi; 
«Dədə Qorqud» ideyalarının müasir Azərbaycan 
ədəbi düşüncəsində yaratdığı əbədi-bədii təzahürlərin təd-
qiqi və s. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə