Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə18/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   14   15   16   17   18   19   20   21   ...   89

 71 
Bu xətt - «mənəvi istiqamət» M.Rzaquluzadənin 
«Kitabi-Dədə Qorqud» eposundan ilhamlanmasının  əsas 
yaradıcı keyfiyyətini təşkil etməklə onun əsərlərinin 
nümunəsində müasir Azərbaycan  ədəbiyyatında «Dədə 
Qorqud» motivlərinin «mənəvi istiqamət»də bədiiləşməsi-
nin əsasını təşkil etdi. Əslində, sənətkarın yaşadığı dövrün 
- stalinizm dövrünün ab-havası içərisində eposun «oğuzçu-
luq» («oğuz-türkçülük») ideologiyasını  əks etdirən etnik-
milli ideyalarının (Azərbaycan) sovet ədəbi fikir dövriy-
yəsinə daxil etməyin yeganə yolu elə «mənəvi istiqamət», 
yəni milli-etnik ideyaları «mənəvi formullar» - obraz və 
motivlər  şəklində vermək idi. M.Rzaquluzadə bu yolla 
getmiş, «Kitabi-Dədə Qorqud»dakı milli-mənəvi ideyaları 
bədii-mənəvi konseptlərə - «milli» xarakterin «mənəvi» 
keyfiyyətlərinin bədii təcəssümünə çevirmişdir.  
Unutmaq olmaz ki, o vaxt bu cəhət həm də eposla 
sovet ideologiyası arasındakı ziddiyyəti, bir növ, aradan 
qaldırırdı. «Kitabi-Dədə Qorqud» milliliyi tərənnüm edir-
disə, sovet ideologiyası məhz bu milliliyə qarşı idi: eposun 
ideologiyası sırf milli, sovet ideologiyası sırf antimilli idi. 
Sovet ideologiyası onu heç vaxt qatı milli ideyaların daşı-
yıcısı olan abidə kimi qəbul və həzm edə bilməzdi. «Həzm 
etmək» üçün başqa yol tapılmalı idi. Ona görə də, dastanın 
milli ideyalarını  bədii  ədəbiyyatda mənəvi ideyalar kimi 
təqdim etmək, onu sovet dövlət quruculuğuna transforma-
siya etmək, yaxud uyğunluşdırmaq demək idi.  
Məsələnin bu tərəfini - eposu yazılı ədəbiyyatda so-
vet ideologiyasına uyğunluşdarmaq cəhdini çox düzgün 
müşahidə etmiş prof. T.Hacıyev yazır: «Dədə Qorqud 
ədəbiyyatı  nəsrimizdə «Dədə Qorqud kitabı»nın 1950-ci 
illərdəki yasağına qədər, hələ 40-cı illərdən başlamışdı. 
Həm də maraqlıdır ki, Dədə Qorqud mövzularına müraciət 
yuxarıdan, dövlət təşkilatları  tərəfindən sifariş edilirdi. 
Mikayıl Rzaquluzadənin Dədə Qorqud motivləri əsasında 
 72
yazılmış hekayələrdən ibarət «El gücü» kitabının nəşriyyat 
tərəfindən yazılmış ön sözündə deyilirdi: «Burada müəllif 
nəşriyyatın tapşırığı üzrə (kursiv mənimdir - T.H.) haman 
dastandakı mövzu və  məzmundan istifadə ilə  həm  əsas 
məfkurə, həm də ədəbi növ etibarilə hekayələr yazmışdır». 
Orada kitabdakı hekayələrin Azərbaycan gəncliyinə  nələr 
aşıladığı barədə belə deyilir: «...bunlarda vətən eşqi, ata-
ana məhəbbəti, xalq və vətən düşmənlərinə qarşı amansız-
lıq («Ana ürəyi - dağ çiçəyi» hekayəsi), el gücünə arxalan-
maq, vətən və xalq mənafeyini  şəxsi mənafedən üstün 
tutmaq, ümumi düşmənə qarşı  əlbir mübarizə aparmaq, 
çətinliklər qarşısında ruhdan düşməmək, möhkəm və  mə-
tanətli olmaq («El gücü» hekayəsi), məhəbbət və yol-
daşlıqda sədaqət və fədakarlıq, istismarçılara, riyakarlıq və 
yaltaqlığa nifrət, beynəlmiləl dostluq və qardaşlıq, azadlıq 
və səadət uğrunda mübarizə («Dəli Ozan» hekayəsi), ide-
yaları tərənnüm və təbliğ olunur. Bunlar hər zaman və xü-
susən bizim zamanımızda gənclərə tərbiyə edilməsi lazım 
və faydalı olan yüksək insani ideyalardır» (157, 4). 
Tarix və zaman M.Rzaquluzadəyə Azərbaycan xalqı-
nın milli dəyərlərini özündə  cəmləşdirən «Kitabi-Dədə 
Qorqud» eposuna onu bədii cəhətdən yenidən təcəssüm 
etdirmək üçün «mənəvi istiqamət» kanalı verir və yazıçı 
bu kanaldan məharətlə istifadə edir. 
Hər iki povesti nəzərdən keçirdikcə aydın olur ki, 
M.Rzaquluzadənin eposa müraciəti təkcə obraz və motiv-
ləri yox, həm də dastanın kompozisiya quruluşunu da əha-
tə edir. «Kitabi-Dədə Qorqud» biri-biri ilə əlaqədar 12 boy 
-hekayədən ibarət olduğu kimi, M.Rzaquluzadənin də po-
vestlərinin hər birisi 7 hekayə - boydan ibarətdir. Burada 
məsələnin mahiyyəti heç də  rəqəmlərin fərqində yox
yazıçının eposun süjet-kompozisiya quruluşunda təzahür 
edən qədim oğuz-türk epik poetikasının dərinliklərinə 
nüfuz etmək bacarığı ilə bağlıdır. M.Rzaquluzadə, bəlkə 


 73 
də, öz povestlərinin hər birisini 7 hekayədən ibarət yox, 
eposun quruluşuna uyğun olaraq 12 hekayədən ibarət yaza 
bilərdi. Müraciət etdiyi süjetlərin epizodları  və yazıçının 
istedadı buna kifayət qədər imkan verirdi. Ancaq o, bu za-
hiri «bənzətmədən» qaçıb, eposun simasında milli poetika-
mızın ilk baxışdan görünməyən bir cəhətini öz yaradıcı-
lığına gətirmişdir. 
M.Rzaquluzadənin hər bir povestindəki hekayələrin 
maraqlı düzüm-kompozisiya xüsusiyyəti var. Povestdəki 7 
hekayənin hamısı vahid süjet boyunca birlişib bir bədii 
əsəri - povesti yaradır. Lakin bu hekayələrin hər biri eyni 
zamanda müstəqil məzmuna malikdir. Yəni bu hekayələr-
dən hər hansı birini povestin tərkibindən çıxarıb ayrıca 
oxuduqda heç bir yarımçıqlıq, süjet qırıqlığı, kompozisiya 
pozuqluğu qətiyyən müşahidə olunmur. «El gücü» poves-
tindən olan «Ana ürəyi - dağ çiçəyi» hekayəsinin müstəqil 
şəkildə  dəfələrlə çap olunması bunu əyani sübut edir. 
M.Rzaquluzadənin hər hansı povestindəki digər hekayələr-
dən xəbərsiz oxucu bu hekayələrdən yalnız birini oxusa 
belə, həmin hekayənin 7 hekayədən ibarət povestin tərkib 
hissəsi olduğunu təsəvvür edə bilməz. Beləliklə, hər hansı 
povestindəki hekayələr həm müstəqil hekayələr, həm də 
povestin vahid süjet xəttinin tərkib elementləridir. Buna 
nail olmaq çətin məsələdir. M.Rzaquluzadənin bunu bacar-
ması bütün hallarda onun yazıçı istedadının göstəricisidir. 
Lakin istedad amili ilə yanaşı, yazıçının qədim oğuz-türk 
dastançılığının süjet-kompozisiya ənənəsindən istifadə 
etməsi də var. Povestlərdəki hekayələrin eyni zamanda həm 
müstəqilliyi, həm də ümumi süjetin tərkib hissəsi olması 
birbaşa «Kitabi-Dədə Qorqud» eposunun özündən gəlir. 
Eposdakı 12 boy öz aralarında məzmun və süjet 
baxımından birləşib vahid dastan yarada bildiyi kimi, həm 
də müstəqil boy-dastanlardır. Elə bu səbəbdəndir ki, epos 
haqqında «Kitabi-Dədə Qorqud» dastanı» və «Kitabi-
 74
Dədə Qorqud» dastanları» ifadələri paralel işlədilir. Bunu 
yaradan eposun tədqiqatçılar üçün hələ də əsrarəngiz, sirli 
qalan süjet-kompozisiya quruluşudur.  
Eposdakı boyların məzmunca biri-biri ilə bağlı oldu-
ğunu, eyni oğuz qəhrəmanları ətrafında birləşməsini, baş-
qa sözlə, vahid bədii məkan-zaman xronotopunu təqdim 
etməsini bütün tədqiqatçılar təsdiq edirlər. Lakin boyların 
məzmunca bəzən uyğunsuzluqlara, anaxronizmlərə (za-
man-məkan ziddiyyətlərinə, dolaşıqlıqlarına) qədər gedib 
çıxan müstəqilliyi tədqiqatçılar arasında müxtəlif mülahi-
zələrə  səbəb olmuşdur. Prof. E.Rəhimova yazır ki, bədii 
əsər kimi dastanın bütövlüyü məsələsi daha çox maraq do-
ğurur. Belə ki, «Kitabı» sadəcə olaraq, təkcə epik nəğmə-
lər (hekayətlər - Y.İ.) toplusu kimi deyil, mahiyyətcə bü-
töv estetik vahid kimi qəbul etdikdə onun məzmununu və 
ideyasını xarakterizə etmək olar. Doğrudan da, sözün hə-
qiqi mənasında dastanın kompozisiya quruluşu haqqında 
daşnışmaq çox çətindir.  Demək olar ki, bizə  gəlib çatan 
mətncə praktiki olaraq eyni olan eposun hər iki nüsxəsində 
hekayələrin kifayət qədər biri-birindən fərqli kompozisi-
yaya malik olduqları aşkar edilir. V.Bartold, V.Jirmunski, 
X.Koroğlu «Kitabın» kompozisiyasının şərti xarakter daşı-
dığını (xronologiyanın pozulması, bir sıra süjetlərdə biri-
birini təkzib edən məqamlar və s.) göstərmişlər (285, 57). 
Tədqiqatçılardan T.Hacıyev, X.Koroğlu, B.Abdulla, 
K.Abdulla, Ş.Cəmşidov, türk alimi F.Sümər boyların kom-
pozisiya quruluşunun özünəməxsusluğu haqqında məsələ-
ni müxtəlif tərəflərindən səciyyələndirən fikirlər söylə-
məklə onların eyni zamanda biri-biri ilə həm bağlılıqlarını, 
həm də müstəqilliklərini təsdiq etmişlər (151, 78; 208, 
193; 4, 208; 18, 242; 94, 32-33; 315, 357). 
Göründüyü kimi, M.Rzaquluzadənin povestlərindəki 
hekayələrin kompozisiya quruluşu «Kitabi-Dədə Qor-
qud»un kompozisiya ənənəsinə  əsaslanır. Lakin burada 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə